Məhkəmə qərarları › İş №2(102)-413/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-413/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-413/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə artıq ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(103)-4900/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK (Podratçı) ilə X3 (Sifarişçi) arasında bağlanmış 11 may 2012-ci il tarixli, 97 saylı "xxxx" müqaviləyə əsasən, MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən “B” yaşayış binasının 1-ci blok, 17-ci mərtəbəsində yerləşən 78 saylı 3 otaqlı mənzili inşa edib Səkinə Məlikovaya (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77.668,8 manat pulun 30 faizini, yəni 23.300,64 manat pulu müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1.812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi isə 161,81 kv.metr müəyyən edilmişdir.

2. İddiaçı ilə X3 arasında bağlanmış və notariat orqanı tərəfindən təsdiq edilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi barədə fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” 09 iyun 2012-ci il tarixli müqaviləyə əsasən, Səkinə Məlikova Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən yaşayış “B” binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşəcək 3 otaqlı, 78 saylı mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə X3 (Sifarişçi) arasında 11 may 2012-ci il tarixdə bağlanmış 97 saylı "xxxx" müqaviləyə əsasən Səkinə Məlikova tərəfindən həmin MTK-ya ödənilməli olan 23.300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşlər. 3. "xxxx" MTK (Podratçı) ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında bağlanmış 01 iyun 2 012-ci il tarixli, 127 saylı "xxxx" müqaviləyə görə MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən C binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 28 saylı 3 otaqlı mənzili inşa edib Rasim Süleymanzadəyə (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77.668,8 manat pulun 30 faizini, yəni 23.300,64 manat pulu müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1.812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi 161,81 kv.metr olaraq müəyyən edilmişdir.

4. İddiaçı ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq v ə vəzifələrin ötürülməsi haqqında” 09 iyun 2012-ci il tarixli müqaviləyə əsasən, Rasim Süleyman-zadə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən yaşayış "xxxx" binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 28 saylı mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında 01 iyun 2012-ci il tarixdə bağlanmış 127 saylı "xxxx" müqaviləyə əsasən Rasim Süleyman-zadə tərəfindən həmin MTK-ya ödənilməli olan 23.300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşdür. 5. "xxxx" MTK (Podratçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 17 oktyabr 2012ci il tarixli, 164 saylı "xxxx" müqaviləyə əsasən, MTK (Podratç ı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanda tikilən C binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 59 saylı 4 otaqlı mənzili inşa edib İddiaçı (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 141.148,80 manat pulun 30 faizini, yəni 42.344,64 manatını müqavilə imzalanan gün, qalan hissəsini hər ay 3.952,17 manat olmaqla 25 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 520 manat, hesablaşma sahəsi 271,44 kv.metr olaraq müəyyən edilmişdir. 6. 07 iyul 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-nə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir.

7. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə X1 (İddiaçı arvadı) Cavabdeh1 MMC-nə qarşı “müqavilənin ləğv edilməsi, mənzilə görə ödənilmiş pulun, memara ödədiyi pulun” tutulması barədə iddiası təmin edilmiş, həmin qətnamədən MMC-in verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq Elmira Məmmədovanın xeyrinə sahəsi 249,11 kv.metr olan mənzilə görə tutulan məbləğin 249,110 ABŞ dolları müəyyənləşdirilmiş, Cavabdeh1 MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 13 dekabr 2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək qətnamə iddianın təmin olunan hissəsində ləğv edilib yeni apellyasiya baxışına göndərilmişdir.

8. Həmin iş üzrə kassasiya instansiyası məhkəməsi öz qərarında vurğulamışdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi qismən, yəni “Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanda yerləşən 21 mərtəbəli, bina "xxxx", 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X4 və Cavabdeh1 MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dollarının tutulması” hissəsində ləğv olunmuş, iddia tələbi qismən təmin edilmiş, mənzilin əksik olan 24,1 kv.metri üçün 24.100 ABŞ dollarının Cavabdeh1 MMC-dən X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 MMC-nin verdiyi kassasiya şikayəti hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır.

11. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X5 Cavabdeh1 MMC-nə qarşı “mənzilə görə artıq ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 12. 30 sentyabr 2021-ci il tarixdə İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh1 MMCnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağladığı müqavilələr üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi səbəbindən 89,5 kv.metr çatışmayan sahəyə görə 143.200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 143.230 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən, "xxxx" MTK tərəfindən tikilmiş aşağıdakı mənzillərin sahibidir: “B” yaşayış binasının 17-ci mərtəbəsində ye rləşən 3 (üç) otaqlı, sahəsi 161,81 kv.metr olan 78 saylı mənzilin (əsas: 97 saylı 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı, sahəsi 161,81 kv.metr olan 28 saylı mənzilin (əsas: 127 saylı, 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqlı, sahəsi 271,44 kv.metr olan 59 saylı mənzilin (əsas: 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”). 07 iyul 2011-ci il tarixdə Vergilər Nazirliyinin BŞVD KHŞDQİ tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-yə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir. Mənzillər üzərində mülkiyyət hüquqları hazıradək dövlət qeydiyyatına alınmamışdır. Bina inşa edilərkən 2016cı ilin aprel ayınadək tam məbləğ ödəmişdir və tamamlama işləri davam edir. Mənzillərin təmiri üçün dizayner-memarla birgə onlara baxış keçirərkən, mənzillərin ümumi sahələrinin tərəflər arasında imzalanmış müqavilələrdə qeyd olunduğundan fərqli olduğunu müəyyən etmişlər. X9 tərəfindən verilən hesabata əsasən 4 otaqlı mənzilin sahəsi müqavilədə göstərilən 271,44 kv.metr əvəzinə faktiki 227,36 (yəni 44.08 kv.m. əskik), 3 otaqlı mənzillərin hər birinin sahəsi 161,81 kv.metr əvəzinə 139,1 kv.metr (yəni 22.71 birində olmaqla iki mənzildə 45.42 kv.m. əskik) təşkil edir. Beləl iklə, cəmi üç mənzil üzrə 89,5 kv.metr sahə müqavilələrdə göstəriləndən azdır. Müqavilələrə görə mənzillərin qiyməti 2012-ci ildə 3 otaqlı mənzillərin hər kvadrat metrinə görə 498 manat, 4 otaqlı mənzilə görə isə 538 manat olmuşdur. Lakin hazırda bu binalarda yerləşən mənzillərin faktiki sahəsinin bir kvadrat metrinin ən aşağı bazar qiyməti 1.600 manatdır. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehin ona vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahəyə görə 1.600 manat olmaqla, cəmi 143.200 manat məbləğindədir. Məhkəməyə müraciət edilənədək, cavabdeh şirkətin baş mühasibi və şirkətin rəhbərinin nümayəndəsi (Nazim İbrahimov) ilə aparılan danışıqlar zamanı əskik gələn sahəyə görə pulun qaytarılması ona vəd edilsə də, hazıradək bu öhdəlik cavabdeh şirkət tərəfindən icra olunmamışdır.

14. Sonradan iddiaçının nümayəndəsi (vəkili), Cavabdeh2 da cavabdeh qismində göstərməklə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli və 164 saylı 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən üç mənzil üzrə 89,5 kv.metr çatışmayan sahəyə görə 179.000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 179.030 manat pulun, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, ünvan 3 ünvanda “B” yaşayış binasının 17ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzildə, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 28 saylı mənzildə və "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı, 59 saylı mənzildə arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə dəymiş ziyan olaraq üç mənzil üzrə ümumilikdə 70.000 manat pulun, mənzillərin giriş qapılarının açarlarının dəyişdirilməsinə görə çəkilmiş xərc olaraq 300 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində iddiaçıya üç mənzilə görə dəymiş zərərin məbləği 143.200 manat göstərilmişdir. Lakin, hazırda bu binalarda yerləşən oxşar mənzillərin faktiki sahəsinin bir kvadratmetrinin qiyməti yüksəlmişdir və minimum bazar qiyməti 1.800 manat təşkil edir. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehlərin iddiaçıya vurduğu zə rər 89,5 kvadrat metr çatışmayan sahənin hər kvadratmetrinə görə 1.800 manat olmaqla, cəmi 161.100 manat təşkil edir. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, ünvan 3 ünvanda “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilə, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzilə və "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilə dair bağlanmış müqavilələr üzrə öhdəliklərin icrası ilə bağlı MMC tərəfindən "xxxx" 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli və 164 saylı 17 oktyabr 2012-ci il tarixli müqavilə şərtlərinin tam yerinə yetirilməsi vəziyyəti yoxlanılarkən, arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə iddiaçıya ümumil ikdə 70.000 manat ziyan cavabdehlər tərəfindən vurulmuşdur və hesab edir ki, dəymiş ziyan olaraq həmin məbləğdə pul cavabdehlərdən tutularaq ona birdəfəlik qaydada ödənilməlidir. Həmçinin iddiaçıya məxsus hər üç mənzilin giriş qapısının açarları cavabdehlər tərəfindən bilərəkdən xeyli müddət təqdim edilməmişdir. Hətta bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi əvvəlcə mümkün olmamış, sonradan iddiaçı məcbur olub peşəkar usta xidmətindən istifadə edərək, hər üç mənzilin giriş qapısının açarlarını məcburən dəyişdirmişdir. Nəticədə, cavabdehlər tərəfindən iddiaçıya əlavə ziyan vurulmuşdur. Bununla bağlı iddiaçı hər mənzilə 100 manat olmaqla ümumilikdə 300 manat xərc çəkmişdir.

16. Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.metr təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 97 saylı, 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.m) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589 -cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 28 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə mənzilə dair bağlanmış 127 saylı, 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.km) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerlə şən "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilin ümumi sahəsi Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 229,5 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 164 saylı, 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (271,44 kv.m) arasında Qaydalara uyğun lociyaya və balkona azaltma əmsalı tətbiq olunduqda (11.4 kv.m azalma) 41,94 kv.m fərq olduğu müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən hər üç mənzil in (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyini nəzərə alaraq, müqavilələrdə qeyd olunan sahələrin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) qonaq otağı ilə mətbəx və holl arasındakı arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu müəyyən edilmişdir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləği 4.553,5 manat müəyyən edilir; Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 78 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m, "xxxx" yaşayış binasının 13-ci mərtəbəsində yerləşən 59 saylı mənzilin divarlarının və ara kəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil ed ilməklə sahəsinin 271,0 kv.m təşkil etdiyi müəyyən edilir.

17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(005)49/2023 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddianın rədd olunması qət edilmişdir.

18. Məhkəmə, müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən 3 mənzilə dair 2012-ci ilin may, iyun və oktyabr aylarında 97; 127 və 164 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən mənzilin pay dəyəri ödənilmiş və mənzillər iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı hər üç mənzildə çatışmayan 89.5 kv.metr sahəyə görə 179.000 manat pulun, mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə 70.000 manat pulun, eləcə də hər üç mənzilin giriş qapısının açarların ın dəyişdirilməsinə görə 300 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 97 saylı 11 may 2012-ci il tarixli, 127 saylı 01 iyun 2012-ci il tarixli, 164 saylı 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər əsasında yaranmışdır və həmin müqavilələrin 1.1-ci bəndinə uyğun olaraq sifarişçi bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı isə Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B. ünvan 3 ünvanda tikilən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 78 saylı mənzili, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 28 saylı mənzili və "xxxx" yaşayış binasının 13-cü mərtəbəsində yerlə şən 4 (dörd) otaqlı 271,44 m2 sahəsi olan 59 saylı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilələrin 2.1 və 2.2-ci bəndlərində ödənişin mənzillərin ümumi yaşayış sahəsinə görə hesablandığı və hesablaşma sahələrinin üç mənzil üzrə müvafiq olaraq 161.81, 161.81 və 271,44 kv.metr olduğu müəyyən edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, sözügedən müqavilələrin şərtləri və tərəflərin həmin müqavilələr üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı müqavilələrin 4.1.1-ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq 30 ay ərzində tamamlamağı, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələr mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması isə tərəflər arasında podrat münasibətlərinin yaranmasını istisna etmir. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danış ıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

20. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsindən ibarətdir.

21. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından az ad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

22. Məhkəmə qeyd etmişdir ki, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3- cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın ( buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

23. Məhkəmə qeyd etmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayd a nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.

24. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübut etmənin predmetini təşkil edir. İddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunması cavabdeh t ərəfindən sübut edilməlidir. Bu halı sübut etmək yükünün isə artıq cavabdeh tərəfin üzərinə düşməsinə baxmayaraq hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

25. Məhkəmə müəyyən etmişdir ki, ekspert rəyində hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı, və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyi, müqavilələrdə qeyd olunan və təhvil verilən sahələrin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, m ülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri çərçivəsində MMC müqavilədə göstərilən ölçüdə mənzilləri verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra etmiş və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Belə ki, iddiaçı cavabdehin ona müqavilədə nəzərdə tutulan ölçüdən daha az ölçüdə mənzil verdiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iş materiallarında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə təhvil verilmiş mənzilin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı (iddia ərizəsində göstərilən həcmdə olmasa da) müəyyən edilmişdir.

27. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış hallar ı və sübutlarla birlikdə qiymətləndirərək qeyd etmişdir ki, hər bir müqavilənin spesifik xüsusiyyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahi sələndirilən müqavilələrdə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanmasına dair hər hansı bir müddəa yoxdur.

28. Məhkəmə iddia tələbinin sözügedən mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə hər üç mənzil üzrə 70.000 manat ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu və qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləğinin 4.553,5 manat olduğu müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi çatışmayan sahəyə görə pulun ödənilməsi və mənzillərdə işl ərin düzgün görülməməsinə görə maddi zərərin ödənilməsi hissələrində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

29. Belə ki, məhkəmə iddiaçının mənzillərin sahələrinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzillərin təmiri üçün memarla birgə mənzillərə baxış keçirərkən məlumatlı olması və mənzillərin ona gec təhvil verilməsi barədə dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, 2012-ci ildə mənzillərə dair müqavilələr bağlanarkən podratçı mənzilləri 30 ay ərzində inşa edib təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda irəli sürülən iddianın mahiyyəti nəzərə alınarsa cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsini, müqavilə şərtlərini pozmasını və mənzilləri əhəmiyyətli dərəcədə gecikdirməklə təhvil verməsini sübuta yetirmək vəzifəsi də həmin hallar ı iddia edən iddiaçının üzərinə düşür. Lakin, iddiaçı iddia müddətini ötürmədiyini göstərsə də, mənzillərin ona nə vaxt təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, mülki iş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, iddiaçı 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılması üçün 967 manat ödəniş etmişdir.

30. Məhkəmə həmçinin tərəflər arasında gedən digər mənzillərlə bağlı uzun sürən məhkəmə çəkişmələrini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının ona məxsus mənzillərin uzun müddət təqdim edilməməsi ilə bağlı hüququnun pozulmasını mübahisələndirməməsi iddiaçının istinad etdiyi halları bir daha təkzib edir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan s ayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.

31. Məhkəmə iddia tələbinin mənzillərin açarlarının dəyişdirilməsinə görə 300 manat məbləğində zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının məhkəmə tərəfindən ekspertiza təyin edilərkən açarların onda olmaması, bu səbəbdən mənzilə baxış keçirilməsinin mümkün olmaması, açarların cavabdeh tərəfindən gizlədilməsi barədə izahatları mənzillərin açarlarının məhz cavabdeh tərəfindən təqdim edilməməsi səbəbindən dəyişdirilməli olmasını təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz.

32. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllə nin 372.1, 377.1, 390.4, 425.1, 752.1, 762.1, 766, 773, 776.1-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü maddələrinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibəti səhvən podrat münasibəti olaraq qiymətləndirmiş və bu səbəblə də əsassız olaraq iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmiş, işin hallarına uyğun olmayan qətnamə çıxarılmışdır.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2023-cü i l tarixli, 2(103)-4900/2023 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğv edilməsinə əsas vermir.

37. Belə ki, birinci instansiya məhkəməsinin vurğuladığı kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-ol maması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin vurğuladığı kimi, iddiaçı 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirmişdir və bu xüsusat mənzillərin ən azından göstərilən tarixdə iddiaçıya təhvil verilmiş oldu ğu qənaətinə gəlməyə əsas verir.

40. Belə ki, iddiaçı mənzilləri təhvil aldığı zaman cavabdehə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə 30 sentyabr 2021-ci il tarixdə (5 il 5 ay sonra) məhkəməyə təqdim etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, eyni binada onun oğluna məxsus olan mənzillə bağlı, oğlu müvafiq iddia tələbini 04 oktyabr 2018-ci il tarixdə qaldırmışdır.

41. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mənzil sahibinə təhvil verildikdən sonra iddiaçı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, o qeyd edilən tədbirlərdən heç birini görməmiş və bununla da tələb etmək hüququnu itirmişdir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd etm işdir ki, əslində, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda tikilən “B” saylı binanın 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 78 saylı və "xxxx" binasının 1-ci blok 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzillərlə bağlı iddiaçının MMC-nə qarşı tələb hüququ ümumiyyətlə mövcud deyildir.

43. Belə ki, həmin mənzillər iddiaçı ilə Səkinə Məlikova və Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” müqavilələr əsasında adı çəkilən şəxslər tərəfindən iddiaçıya verilmiş, MMC bu müqavilələrin tərəfi olmamış və iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, hətta həmin müqavilələri mübahisələndirmişdir. Başqa sözlə iddiaçı, cavabdehin digər üzvlərindən onların paylarını, dəyərl ərini məhz həmin payçılara ödəməklə əldə etmiş, nə MTK, nə də onun hüquqi varisi olan MMC iddiaçı qarşısında birbaşa öhdəlik götürməmişlər (iki mənzilə münasibətdə). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı, kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi, yəni Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, ünvan 4 ünvanda yerləşən, “B ” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 78 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, ünvan 4 ünvanda yerləşən, "xxxx" yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə ünvan 3 ünvanda yerləşən, “ C ” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzil üzrə ümumilikdə 89.5 kv.metr çatışmayan sahəyə görə 179.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 179.030 manat; sadalanan hər üç mənzildə arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə dəymiş ziyan olaraq üç mənzil üzrə ümumilikdə 70.000 manat və mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə çəkilmiş xərcə görə 300 manat olmaqla, cəmi 249.330 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi, hazırkı işin faktiki halların ı düzgün araşdırmamış və məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil. Birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən müqavilələrin şərtlərinə və tərəflər arasındakı öhdəliklərin xarakterinə görə onlar arasındakı münasibətlər podrat münasibətləri olmuşdur. Mübahisə predmetini təşkil edən hər üç mənzillə bağlı bağlanmış müqavilələrin podrat müqaviləsi hesab edilməsi mülki hüquqa ziddir. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmetini təşkil edən mənzillərin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi qənaətinə gəlsə də, mülki iş materiallarında bununla bağlı bir sübut belə mövcud deyil. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh mənzillərin və mənzillərin yerləşdiyi binaların təhv il verilməsi, dövlət komissiyası tərəfindən təhvil alınması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmənin mənzillərin təhvil verilmiş kimi qiymətləndirməsi absurddur və anlaşılan deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

47. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

48. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etmə yi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

49. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

50. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

51. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

52. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

53. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

54. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

55. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

56. Maddə

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidi r. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

57. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

58. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

59. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasl arın sahəsi də daxil olmaqla hesablanır.

60. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmən in qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

72. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

73. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 3 ünvanda yerləşən, sahələri 161.81; 161.81; 271,44 kv.metr olan 3 mənzilə dair 2012-ci ilin may, iyun və okty abr aylarında 97, 127 və 164 saylı müqavilələr bağlanıb. Həmin müqavilələrə əsasən mənzillərin pay haqqı iddiaçı tərəfindən cavabdehə tam məbləğdə ödənilib və onun cavabdehə ödənilməyən borcu yoxdur.

74. Hazırda iddiaçı, cavabdehdən hər üç mənzildə çatışmayan cəmi 89.5 kv.metr sahəyə görə 179.000 manat; hər üç mənzildə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə 70.000 manat; eləcə də hər üç mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə 300 manat pul iddia edir.

75. Cavabdehin nümayəndəsi isə sözügedən mənzillərin 2015-ci ildə iddiaçıya təhvil verildiyini, sakinlərin mənzillərin açarlarını götürərək orada təmir işləri apardıqlarını, 2015-ci ildən sakinlərin həmin mənzillərə köçüb orada yaşamağa başladıqlarını, bu halın mənzillərin qaz, işıq və su il ə təmin edilmələri ilə təsdiq edildiyini göstərib, iddiaya etiraz edir.

76. Əvvəla, tərəflər arasında bağlanmış hər 3 müqavilədə mənzillərin sahəsi ilə bağlı razılaşma həmin müqavilələrin mühüm şərtidir.

77. Digər tərəfdən, sözügedən müqavilələrdə mənzillərin sahələrinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanmasına dair hər hansı müddəa yoxdur. Yəni, sözügedən müqavilələrdə “yaşayış sahəsi” məhz hesablaşma qaydasıdır və həmin müqavilələrdə bunun əksini təsdiq edən başqa şərt yoxdur.

78. Kassasiya instansiyası məhkəməsi, sözügedən müqavilələrin şərtlərini və tərəflərin həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər arasında əslində podrat münasibətləri olub.

79. Belə ki, sözügedən müqavilələrin şərtlərinə g örə, cavabdeh müqavilələrin 4.1.1ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulan texniki normalara uyğun olaraq 30 ay müddətində tamamlayıb iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin müqavilələrdə şərtləşdirilmiş pul məbləğlərini cavabdehə ödəməyi öhdəsinə götürüb. Həmin müqavilələr mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilələrdəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir.

80. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması tərəflər arasında podrat münasibətlərinin yaranmasını istisna etmir. Çünki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifad ələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdırlar. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır.

81. Qeyd olunanlar baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya mənzillərin sahələrinin həcmi baxımından qüsurlu mal verib-verməməsi ilə bağlıdır.

82. Hazırkı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1, 762.1, 770, 773 və 766-cı maddələrinin tələbləri təşkil edir və həmin normaların mənasına görə, po drat müqaviləsi üzrə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

83. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsal ma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

84. Həmçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsiyaşayış otaqların, köməkçi otaqların (sanitar q ovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

85. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.

86. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırda iddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunduğunu sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bu halı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, ekspertin rəyi ilə müəyyən olunur ki, həqiqətən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı, və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulan sahələrin ölçüləri arasında kəskin fərq vardır və mənzillərin sahələrinin və həcminin hesablanması zamanı cavabdeh tərəfindən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri pozulub.

87. Gör ündüyü kimi, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından cavabdeh müqavilədə göstərilən ölçüdə mənzilləri iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra edib və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməyib.

88. Əksinə, iddiaçı cavabdehin ona müqavilədə nəzərdə tutulandan az ölçüdə mənzil verdiyini əsas tutub hazırkı iddia tələblərini irəli sürüb. Mülki iş materiallarında olan sənədlərlə, habelə məhkəmə araşdırması zamanı əldə edilən ekspert rəyi ilə də sözügedən mənzillərinin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilir.

89. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edi lməsinə əsas vermədiyini, qüsurlu olduğunu bilə-bilə iddiaçının pretenziya irəli sürmədən sözügedən mənzilləri qəbul etdiyini, belə olan halda qüsurlarla bağlı onun tələb hüququnun əmələ gəlmədiyini, iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirdiyini və bu xüsusatların mənzillərin ən azından göstərilən tarixdə ona təhvil verilmiş olduğu qənaətinə gəlməyə əsas verdiyini, lakin onun iddia ərizəsini 30 sentyabr 2021-ci il tarixdə 5 il 5 ay sonra məhkəməyə təqdim etdiyini və mənzillər ona təhvil verildikdən sonra iddiaçının ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzillərin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, qeyd olunan tədbirlərdən heç birini görmədi yini və bununla da tələb etmək hüququnu itirdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

90. Əvvəla, işdən görünür ki, cavabdeh iddiaçı üçün podratı elə icra edib ki, podratın nəticəsi açıq-aşkar qüsurlardan azad deyil. Podratın nəticələrinin qüsursuzluğu dedikdə- onun müqavilədə şərtləndirilmiş keyfiyyətə uyğun gəlməsi anlaşılır. Müqavilədə podratın nəticələrinin keyfiyyəti müəyyənləşdirilmədikdə, o, müqavilədə nəzərdə tutulmuş istifadə təyinatına uyğun olmalı və ya adi istifadə üçün yararlı olmalıdır.

91. Hazırkı halda ekspertin rəyi ilə müəyyən olunur ki, həqiqətən hər üç mənzilin ümumi sahələri ilə müqavilələrdə nəzərdə tutulan sahələrin ölçüləri arasında kəskin fərq vardır və podratın nəticələri qüsurludur, yəni cavabdehin icra etdiyi podrat, tərəflər arası nda bağlanmış müqavilələrdə şərtləndirilmiş mənzillərin sahələrinə uyğun gəlmir.

92. Digər tərəfdən, Mülki Məcəllənin 752-ci maddəsinin mənasına görə, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməli və həmin işin nəticəsini sifarişçiyə təhvil verməlidir. Yəni, müqavilədə nəzərdə tutulmuş işi tam icra etdiyini və həmin işin nəticəsini sifarişçiyə təhvil verdiyini sübut etmək yükü sifarişçinin deyil, bilavasitə podratçının üzərinə düşür.

93. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və işdə, cavabdehin sözügedən müqavilələrdə nəzərdə tutulmuş mənzilləri sahələrinə uyğun şəkildə inşa etməsi və həmin mənzilləri ona təhvil verməsi barədə heç bir mötəbər yazılı sübut olmadığı halda, iddiaçının həmin mənzillərin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onları q əbul etməsi və həmin qüsurlarla bağlı tələb hüququnu itirməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, sözügedən podrat müqavilələrinin məzmununu təşkil edən tərəflərin hüquq və vəzifələri arasında Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulmuş podratçının işi qüsursuz icra etmək vəzifəsi xüsusi yer tutur.

94. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirməsi, mənzillərin göstərilən tarixdə ona təhvil verilməsi nəticəsinə gəlməyə əsas vermir. Çünki yuxarıda sadalanan normaların mənasına görə, podrat müqaviləsinə əsasən icranın qüsurları barəsində sifarişçinin tələb hüququ o, vaxt əmələ gəlmiş olur ki, podratçı müqavilədə nəzərdə tutulmuş işi tam icra etmiş olsun və həmin işin nəticəsini bilavasitə sifarişçiyə təhvil versin və ya sifarişçi işin nəticəsini faktiki qəbul etməsini etiraf etmiş olsun.

95. Hazırkı işdə isə, belə hallar yoxdur və iddiaçı podrat müqavilələrində nəzərdə tutulan işin nəticəsini cavabdehdən təhvil aldığını etiraf etmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının, sözügedən podrat müqavilələri üzrə görülmüş işin icrasının qüsurları barəsində hazırkı tələbləri işin nəticəsini qəbul etdiyi gündən 5 il, 5 ay sonra irəli sürməsi barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

96. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin sözügedən podrat müqavilələri üzrə mənzilləri iddiaçıya nə vaxt təhvil verdiyini aydınlaşdırmadan, sonuncunun həmin mənzillərin qüsurları bar ədə tələb hüququnun nə vaxtdan əmələ gəldiyini, başqa sözlə Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının nə vaxtdan başladığını dəqiqləşdirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq, iddiaçının hazırkı iş üzrə iddia olunan qüsurlarla bağlı tələb hüququnu itirməsinə dair işin halları barədə səhv nəticəyə gəlib.

97. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti dedikdə - məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı v asitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. Yəni, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır.

98. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir və apellyasiya instansiyası məhkəməsi qətnamədə iddia müddətinin axımın ı- iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılmasına görə həyata keçirdiyi ödəniş tarixlərindən hesablasa da, mənzillərə dair təhvil-təslimin nə vaxt, kimlər arasında aparıldığını, həmin mənzillərin qeyd olunan tarixdə həqiqətən iddiaçıya təhvil verilib-verilmədiyini aydınlaşdırmayıb.

99. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

100. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(103)-4900/2023 nömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar