Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4131/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əşyaların mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-21/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 46 saylı evin 13 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur və onun mülkiyyət hüququ 10 sentyabr 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 22 sentyabr 2014-cü il tarixdə İddiaçı1 oğlu İddiaçı2 Cavabdeh ilə rəsmi nikaha girmiş və 2015-ci ilin iyun ayında Cavabdeh yuxarıda göstərilən mənzilə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2la Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin fevral ayında İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə münasibətləri pozulduqdan sonra Cavabdeh valideynlərinin yanına qayıdarkən özünə məxsus əşyaları mənzildə saxlamasını və s. ə sas göstərməklə Cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması və əşyalarının mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh 2019-cu ilin mart ayında müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək hazırda İddiaçı1 mülkiyyətçi olduğu mənzilə onun və ailə üzvlərinin razılığı ilə köçüb qeydiyyata alınmasını, mənzilin özəlləşdirilməsinə onun tərəfindən razılıq verilməsini, lakin buna baxmayaraq cavabdehlərin onu mənzilə buraxmamalarını, məcburiyyət qarşısında qalıb müvəqqəti olaraq atasına məxsus 2 otaqlı mənzildə məskunlaşmasını əsas göstərməklə İddiaçı1 mülkiyyətçisi olduğu mənzilə azyaşlı oğlu ilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki iddia tələbinə bir icra atda baxan Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov) İddiaçı1 iddiası rədd edilmiş, Cavabdeh iddiası isə təmin edilərək onun azyaşlı oğlu ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsi, 46 saylı evin 13 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək Cavabdeh mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik olmamasını və bununla əlaqədar onun mənzilin özəlləşdirilməsinə verdiyi razılığının heç bir hüquqi qüvvəyə malik olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilib onun iddia tələbinin təmin, Cavabdeh iddia tələbinin isə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiyainstansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçının nümayəndəsi kassasiya şikayəti verərək, Cavabdeh mənzilə qeydiyyatının olmasının mənzilin özəlləşdirilməsinə razılığının alınması üçün əsas verməməsini, Cavabdeh 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin qəbulundan sonra mənzilə köçməsini və belə olduqda mübahisənin həmin Məcəllənin 30-cu maddəsinin tələbləri baxımından həll edilməli olmasını, bundan başqa, Cavabdeh “Azərbaycan Respublikası Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanunun zidd inə olaraq mənzilin özəlləşdirilməsində 2-ci dəfə iştirak etməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən və qanunun qüvvəsinin düzgün tətbiq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, ilk iddia tələblərinin təmin, Cavabdeh iddia tələbinin isə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesa b edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7 Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 68.1 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxs lər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4 Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlik ləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv ed ilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı1 iddia tələbinin rədd, Cavabdeh iddia tələbinin isə təmin olunmasını qanuni və əsaslı sayıb birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, Cavabdeh mənzilin İddiaçı1 adına özəlləşdirilməsinə razılıq verməsini və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə belə şəxslərin mənzildən istifadə hüququnun saxlanılmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni qan unun tələbinə uyğun əsaslandırmadığından qətnamə qanuni sayıla bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun özəlləşdirmədə iştirak etmiş şəxslərin mənzilə olan hüquqlarını qorusa da, həmin Qanunun 7-ci maddəsinə görə dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsi işin hallarını səthi araşdırdığından Cavabdeh bundan əvvəl özəlləşmədə iştirak etməsini müəyyən etməmiş və işin həmin halına qanunun tələbinə uyğun qiymət verməmişdir. Belə olduqda, Cavabdeh ikinci dəfə dövlət mənzil fonduna aid mənzilin özəlləşdirilməsində iştirakı qanunun tələblərinə uyğun olmadığından məhkəmə kollegiyası işin həmin halına əsaslanıb mübahisəni yuxarıda göstərilən qaydada həll etməkdə haqlı olmamışdır. Cavabdeh mübahisəli mənzilə köçərkən mənzil dövlət fondunda olduğundan işə yenidən baxan məhkəmə kollegiyası mübahisənin qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından həllinin təmin olunması imkanını müzakirə etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə mübahisəli hüquq münasibətini tənzimləyən qanunun qüvvəsi düzgün tətbiq edilmədən çıxarıldığından, qətnamə ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həm in məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4131/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4131/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver