Məhkəmə qərarları › İş №2(102)-4132/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4132/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4132/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı ilkin, Cavabdeh Mənzil-Tikinti Kooperativinin mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, müqavilənin ləğvi, iddianın özü-özlüyündə əsassız olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı maliyyə arayışının və mənziltikinti kooperativi üzvlərinin ümumi yığ ıncağının qərarının verilməsi barədə ilkin, Cavabdeh Mənzil-Tikinti Kooperativinin mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3510/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Mənzil-Tikinti Kooperativinin (bundan sonra – cavabdeh və ya MTK) 09/K saylı, 01 fevral 2018-ci il tarixli əmri ilə hüquqşünas vəzifəsinə qəbul edilmiş, 02/K saylı, 03 mart 2020-ci il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir.

2. Cavabdeh ilə “Payçı” kimi iddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında tikilməkdə olan yaşayış binasının 2ci giriş 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,84 kv.m. olan 95 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) payçı kimi iddiaçıya verməyi, iddiaçı isə mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öz öhdələrinə götürmüş, mənzilin ümumi dəyəri 46.696 manat müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümu mi yığıncağının qərarının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hər bir tərəf 4 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə üzərinə öhdəlik götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə bağlanan günü payçı (iddiaçı) tərəfindən mənzilin ümumi dəyərinin 46.696 manat hissəsi ödənilir. Müqavilənin 6-cı bəndində isə göstərilmişdir ki, ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaq. 4 fevral 2018-ci il tarixli kassa mədaxil orderi ilə 2-ci blokun müqaviləsinə əsasən iddiaçı 46.696 manat ödəmiş və həmin məbləğ kassaya mədaxil edilmişdir. Maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının iddiaçıya təqdim edilməsi barədə şifahi qaydad a dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən iddiaçıya bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq, yuxarıda qeyd olunan mənzilə heç bir aidiyyəti olmadığını, həmin mənzilin iddiaçıya məxsus olmadığını bildirmişlər. Cavabdehə bununla bağlı etdiyi şifahi və yazılı müraciətlərindən əsassız imtina olunmuşdur.

5. MTK mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzillə bağlı müqavilə əsassız hesablanan 4000 kv.m. sahəyə görə vergi borcunun silinməsinə hüquqi yardım göstərilməsi qarşılığında tərəflər arasında şifahi razılaşmaya əsasən şərtlə bağlanmışdır. Lakin ilkin iddiaçı tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Bunu vergi orqanından həmin dövrə aid vergi yoxlaması zamanı görülmüş işlərə dair alınan məlumatlar da təsdiqləyir, hansı ki, bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuşdur.

7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1822/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

8. Məhkəmənin ilkin iddia ilə bağlı mövqeyi ondan ibarə t olmuşdur ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m.-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsini xahiş etsə də, sözügedən mübahisəli mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, onun tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2018-ci il tarixli kassa mədaxil orderi ciddi hesabat blankı deyildir. Əksinə iş materiallarından, kooperativin nümayəndəsinin izahatından və şahid ifadəsindən görünür ki, iddiaçı ilə MTK arasında 4000 kv.m. sahənin vergiyə cəlb edilməsinin əsassızlığı ilə bağlı nəticənin aradan q aldırılması ilə əlaqədar olsa da, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə müxtəlif vaxtlarda səyyar yoxlamalar aparılmışdır. 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Başqa əqd üzrə iddiaçı MTK qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir.

9. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, MTK ilə iddiaçı arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Başqa əqd üzrə iddiaçı MTK qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir Ona görə də məhkəmə hesab etmişdir ki, q arşılıqlı iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilməlidir.

10. Məhkəmə iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasındakı kooperativ binanın mənzil tikintisi haqqında müqavilə başqa əqdi pərdələmək məqsədilə ilə bağlanılmış yalan əqddir, yalan əqd əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. MTK tərəfindən mübahisəli mənzillə bağlı iddiaçıya lazımi sənədlər tam olaraq verilmədiyindən iddiaçı tərə findən həmin mənzilə münasibətdə əsassız varlanma halı baş verməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı bir il ərzində iddia qaldırmaq hüququ burada istisna olunur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.4, 329.2, 331.1, 337.1, 340.2, 386.1, 390.1, 427.3, 448.1, 752.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-3510/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddianın təmin edilməsi, mübahisəli mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnu həmin mənzilin dəyərinin tam ödənildiyi gündən, yəni x x.xx.2018-ci il tarixdə əldə etmişdir. Mənzilin pay haqqını tam ödədiyi üçün ona həmin mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilməlidir.

15. MTK qarşılıqlı iddiasında mənzillə bağlı müqavilənin 4000 kv.metr vergi borcunun silinməsi qarşılığında hazırlanmasını və mənzilin qabaqcadan verilməsi, öhdəliyin yerinə yetirilməməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsi bunu əsassız hesab edərək qeyd etmişdir ki, MTK-nın inşa etdiyi binanın 4000 kv.metr sahəsinin vergiyə cəlb edilməsinin əsassızlığı ilə bağlı nəticənin aradan qaldırılması ilə əlaqədar mübahisəli mənzilin iddiaçıya verilməsi barədə tərəflər arasında yazılı razılaşma olmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət edərə k hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etməsinə münasibətdə qeyd etmişdir ki, gələcəkdə “Kooperativ” adlanan cavabdeh ilə payçı kimi iddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Cavabdehin istinad etdiyi hal artıq 2018-ci ilin fevral ayından ona məlum olmuş, lakin hazırki qarşılıqlı iddia ilə 2021-ci məhkəməyə müraciət etmiş, bununla da Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 337.1, 337.2, 337.4, 340.1, 340.2, 354.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 112, 113-cü maddələrinə, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolle giyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə və MPM-in 384.0.2, 385.1.1, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddiaya etirazın və qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı sənədlərin əslini məhkəməyə təqdim etməyib. İddiaçının təqdim etdiyi ödə niş qəbzi isə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçı ilə cavabdehin işçisi arasında “WhatsApp” tətbiqi vasitəsilə aparılan danışıqların mətninin sübut kimi araşdırılması barədə vəsatətinə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş bir illik müddətin ötürülməsi barədə qənaəti də qanuni və əsaslı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MTK mübahisəli mənzilin ümumi dəyərinin 46.696 manat hissəsi iddiaçı tərəfindən ödənildiyindən, həmin müqavilədə iddiaçının başqa öhdəliyi olmadığından və həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, həmin müqavilə etibarsız sayıla bilməz. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş ü çün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

25. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

26. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

27. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

28. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mənzil Məcəlləsi

29. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

30. Maddə 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.

31. Maddə 113.1. M ənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdı r.

32. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabde h tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Cavabdehin qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassız olduğuna görə Məhkəmə kollegiyası prosessual qənaət prinsipinə əsasən kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət görmür.

44. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanıl masından ibarətdir.

45. İddianın özü-özlüyündə əsassız olması isə onu nəzərdə tutur ki, iddiaçının özünün bildirdiklərinə görə iddia əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının (iddianın qanuni əsasının) dispozisiya şərtləri mövcud olmursa əlavə araşdırma aparılmadan iddia rədd olunur. Çünki əgər iddiaçının bildirdiyi faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə iddia əsassızdırsa həmin hallara dair təqdim edilmiş sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir.

46. Baxılan iş üzrə cavabdeh iddiaçı ilə bağlanmış əqdin etibarsızlığı tələbini onunla əsaslandırmışdır ki, həmi əqd üzrə mübahisəli mənzil iddiaçıya vergi orqanları tərəfindən MTK-ya hesablan mış 4000 kv.metr vergi borcunun silinməsi qarşılığında qabaqcadan verilmiş, lakin iddiaçı razılaşdırılmış öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunmalıdır ki, cavabdehin qarşılıqlı iddianın əsası kimi istinad etdiyi həmin hallar sübuta yetirilmiş olsa belə, bu, əqdin etibarsız hesab olunmasına və müvafiq olaraq tələbin təmin olunmasına əsas vermir. Çünki cavabdeh əslində iddiaçı ilə aralarında mənzilin sonuncuya verilməsi barədə etibarlı əqdin bağlandığını mübahisələndirmir, həmin müqavilənin icrasından o əsasla imtina edir ki, iddiaçı həmin müqavilə üzrə aralarında şifahi qaydada razılaşdırılmış öhdəlikləri yerinə yetirməmişdir.

47. Bu hal isə müqavilənin etibarsız (o cümlədən əhəmiyyətsiz) hesab edilməsi üçün deyil Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq tərəflərdən biri mü qaviləni əhəmiyyətli dərəcədə pozduğuna (digər tərəfə vurduğu zərər nəticəsində həmin tərəfin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğuna) görə mübahisələndirilən müqavilənin ləğvinə əsas ola bilər. Baxılan iş üzrə cavabdeh tərəfindən müqavilənin ləğvi tələbi irəli sürülməmişdir.

48. Beləliklə, cavabdehin bildirdikləri həqiqət kimi qəbul edilsə belə əqdin iddiaçının hazırkı iş üzrə istinad etdiyi əsaslarla (faktiki hallarla) etibarsız hesab olunması mümkün deyil, başqa sözlə qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassızdır.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3510/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar