Məhkəmə qərarları › İş №2(102)-4135/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4135/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4135/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X8 qızının Cavabdeh1 və Cavabdeh2 qarşı sonuncuların qanunsuz sahibliyindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin ona alınaraq istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə (qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması və onun Masazır kəndi,Rza Talıbov küçəsi 30 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, haki mlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı X8 qızının nümayəndəsi X5 və vəkili Vəkil Ağamməd oğlunun, Cavabdeh1, Cavabdeh2nın iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-49/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı X8 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında (hazırda Rza Talıbov küçəsi-30 ünvanda) yerləşən torpaq sahəsinin və yaşayış sahəsinin alınaraq onun istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması mənzilin boşaldılması və mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda 02 aprel 2002-ci il tarixdə 4Ə/85 reyestr nömrəsi ilə onunla X6 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini 1 otaqlı tikili ilə birlikdə satın almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra orada yaşayış evi tikilərək təyinatına görə istifadə etmişdir. Əsasə n yay mövsümündə qızı Rəna və onun ailəsi, həmçinin cavabdeh də ailəsi və uşaqları ilə birlikdə həmin mülkə gəlib getmiş və müəyyən vaxtlarda orada qalmışdır. Cavabdehlərlə münasibətlər pozulandan sonra onlar özbaşına olaraq həyətin və evlərin qıfıllarını dəyişmiş, faktiki olaraq əmlakını ələ keçirmişlər. Bu səbəbdən də əmlakından istifadə edə bilmir. Qeyd edir ki, torpaq sahəsinin alqı-satqısına dair sənəd Cavabdeh1 tərəfindən götürüldüyünə görə müvafiq iddia qaldıra bilməmiş, hazırda müraciəti əsasında Dövlət Notariat Arxivinin 14 fevral 2018-ci il tarixli məktubu ilə alqı-satqı müqaviləsinin sürəti göndərilmişdir. Göstərilən ünvanda hazırda onun və qızı Rənanın cehiz əmlakları mövcuddur, cavabdehlər özbaşına olaraq qıfılları dəyişdiyinə görə sərbəst surətdə həmin əraziyə girib çıxırlar və hesab edir ki, həm əmlakına, həm də torpaq sahəsindəki yaşayış evinə və digər köməkçi vasitələrinə zərər vura bilərlər. Qeyd olunan ünvanda telefon onun adınadır, “Azəriqaz” abonenti, “Azərsu” abonenti və digər kommunikasiya xətləri üzrə abonent odur, ödənişlər də tərəfindən edilir. Ona görə də hesab edir ki, həmin əmlak cavabdehlərini qanunsuz sahibliyindən alınaraq ona qaytarılmalı və cavabdehlər tərəfindən əmlakına qəsd edən hərəkətlərə son qoyulmalıdır. İddia tələbinin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyətində olan torpaq sahəsində yerləşən iki mərtəbəli evinə onun razılığı olmadan kirayəçılər buraxmışdır. O, eşidəndə ki, evində naməlum şəxslər gecələyir bu barədə polisə müraciət edərək araşdırma aparılmasını xahiş etmişdir. Çünki Cavabdeh1 onu n hal-hazırda yaşadığı evi Beynəlxalq Banka girov qoyaraq 50.000 min manat pul götürmüşdür. Borcun bir qismin ödəmiş, qalan hissəsini cavabdeh qəsdən ödəmir ki, bank evi onun əlindən alsın. Ona görə də hazırda iddia tələbinin həcmini artıraraq mülkiyyətində olan Masazır kəndi, Rza Talıbov 30 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim S.Quliyeva) 15 noyabr 2018-ci il tarixli, 2(012)1941/2018 saylı qətnaməsi ilə iddiaçı X8 qızının Cavabdeh1 və Cavabdeh2 qarşı sonuncuların qanunsuz sahibliyindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin ona alınaraq istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması və onun Masazır kəndi, Rza Talıbov küçəsi 30 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, mənzilin boşaldılması, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi Rza Talıbov 30 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı X8 qızının Cavabdeh1 və Cavabdeh2 qarşı sonuncuların qanunsuz sahibliyindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin ona alınaraq istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son q oyulması və onun Masazır kəndi, Rza Talıbov küçəsi 30 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair iddia qaldırsa da, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, mənzilin boşaldılması, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi Rza Talıbov 30 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul etməklə iddia tələbinin digər hissəsini araşdırmamış və həmin hissəyə münasibət bildirməmişdir. İddiaçı isə bunu mübahisələndirməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə(faktiki qismən təmin etmişdir) haqlı olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 Südavər Yaqub qızına Abşeron rayonu Masazır kəndində 22 kv.m, yaşayış sahəsi, 15 kv.m, köməkçi sahəsi olan 1000 kv.metr torpaq sahəsində yerləşən 1 otaqlı mənzili satmışdır. Həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulan qaydada yaranmışdır, ona görə də mənzilə mülkiyyət hüququ təmin edilməli, Abşeron rayonu, Masazır kəndi Rza Talıbov küçəsində iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlər çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 157.8, 164.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(012)-1941/2018 saylı qətnamənin ləğv edilm əsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya onunla əsaslandırılmışdır ki, Məhkəmə mülki işi araşdırarkən mübahisəli evin uzun illər cavabdehlərin sahibliyində və istifadəsində olması faktına əhəmiyyət verməmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış eskiz layihəsindən görünür ki, o, Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30 ünvanında ikimərtəbəli ev inşa edilmişdir. İddiaçı iddia ərizəsində iki mərtəbəli evdən bəhs etmir, o sadəcə bir otaqlı mənzilə olan hüquqları barədə iddia tələbi irəli sürmüşdür. Halbuki iddiaçı iki mərtəbəli evi inşa etmiş olsaydı, mütləq şəkildə iddia tələbini aydın ifadə etməklə, cavabdehlərin məhz iki mərtəbəli evdən çıxarılmasın ı tələb edərdi. Bu hal bir daha sübut edir ki, iddiaçı göstərilən ünvandakı evi inşa etməmişdir. İddiaçı iddia ərizəsində ikimərtəbəli ev barədə hər hansı məlumat göstərməyi halda, sonradan iddia tələbinin həcminin artıraraq (eskiz layihəsi və cavabdehlərin etirazından sonra) evin ikimərtəbəli olması və onun özü və həyat yoldaşı tərəfindən inşa edildiyini qeyd etmiş, lakin bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə cavabdehlərin etirazlarının əsaslarından biri də iddiaçının iddia etdiyi ev ilə onların sahiblik və istifadələrində olan sahələrin fərqli ərazilər olmasıdır. Bunu həm iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi notarial işinin surətindən, həm iddiaçının iddia ərizəsindən görmək mümkündür. Belə ki, iddiaçının iddia tələbini əsaslandırmaq üçün məhk əməyə təqdim etdiyi notarial işdə qeyd edilmişdir ki, İddiaçı Ç.Cabbarovdan yaşayış sahəsi 22 kv.m, köməkçi sahə 15 kv.m, olan bir otaqlı ev almışdır. Həmin notarial işində olan X3 adına olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, sonuncu yaşayış sahəsi 22 kv.m, köməkçi sahə 15 kv.m, olan bir otaqlı evin sahibi olmuşdur. Lakin hazırda sözügedən ev iki mərtəbəlidir və eskiz layihəsindən də göründüyü kimi Cavabdeh1 tərəfindən inşa edilmişdir. Üstəlik iddiaçının sübut kimi istinad etdiyi və iş materiallarında olan 02.04. 2002-ci il tarixli, 4Ə/85 saylı notarial işinin kserosurətindən görünür ki, iddiaçı alqı-satqı yolu ilə Abşeron rayonu, Masazır kəndində bir otaqlı ev əldə etmişdir. Lakin hazırkı, mübahisə doğuran evin ünvanı ünvan 4əcək hər hansı sübut iş materiallarında mövcud deyild ir. Məhkəmə bu ziddiyyəti aradan qaldırmaq üçün mübahisəli evə və torpaq sahəsinə baxış keçirməmişdir, üstəlik cavabdehlərin bu ziddiyyəti aradan qaldırmaq məqsədilə verdikləri 27.09.2018-ci il tarixli tikintitexniki ekspertizanın keçirilməsi barədə vəsatətə rəsmi münasibət bildirilməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın 30 dekabr 2020-ci il tarixli, 10/3036 nömrəli rəyindən görünür ki, 02 aprel 2002-ci il tarixli müqavilə ilə X8 qızı tərəfindən X2 alınmış 1000 kv.metrlik torpaq sahəsi naturada öz yerindədir. Bu torpaq sahəsinə kənar şəxslər tərəfindən müdaxilə olunmamışdır. Hal hazırda həmin torpaq sahəsində 37,6 kv.m, (22 kv.m, yaşayış və 15,6 kv.m, köməkçi) 1 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 02 aprel 2002-ci il tarixli müqavilə ilə X8 qızı tərəfindən X2 alınmış 1000 kv.metrlik torpaq sahəsi daxilindədir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış eskiz layihəsindən görünür ki, o, Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30 ünvanında ikimərtəbəli ev inşa etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elman Rəhimov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Quliyev) 08 fevral 2021-ci il tarixli 2(105)-49/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(012)-1941/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən təmin edilən hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X8 qızının Cavabdeh1 və Cavabdeh2 qarşı sonuncuların qanunsuz sahibliyindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən torpaq sahəsini və yaşayış sahəsinin ona alınaraq istifadəsinə qaytarılması, cavabdehlərə mülkiyyətinə qəsd edən hərəkətlərə(qıfılların dəyişdirilməsi, əmlaklara ziyan vurulması və s.) son qoyulması və onun Masazır kəndi, Rza Talıbov küçəsi 30 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair iddia qaldırsa da, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, mənzilin boşaldılması, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi Rza Talıbov 30 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul etməklə iddia tələbinin digər hissəsini araşdırmamış və həmin hissəyə münasibət bildirməmişdir. İddiaçı isə bunu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə(faktiki qismən təmin etmişdir) haqlı olmamışdır. Belə ki, iddiaçının alqı-satqı ilə mülkiyyətinə keçmiş ev ilə cavabdehlərin sahiblik və istifadələrində olması göstərilən evlər fərqlidir. Bu həm iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi notarial işinin surəti, həm iddiaçının iddia ərizəsinin məzmunu ilə təsdiq olunur. Belə ki, iddiaçının iddia tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi notarial işdə qeyd edilmişdir ki, İddiaçı Ç.Cabbarovdan yaşayış sahəsi 22 kv.m, köməkçi sahə 15 kv.m, olan bir otaqlı ev almışdır. Həmin notarial işində olan X3 adına olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, sonuncu yaşayış sahəsi 22 kv.m,, köməkçi sahə 15 kv.m, olan bir otaqlı evin sahibi olmuşdur. Lakin hazırda mübahisələndirilən ev iki mərtəbəlidir və evin inşa edilməsinə dair eskiz layihəsində Cavabdeh1 qeyd edilmişdir. İddiaçının sübut kimi istinad etdiyi və iş materiallarında olan 02.04. 2002-ci il tarixli, 4Ə/85 saylı notarial işinin kserosurətindən görünür ki, iddiaçı alqı-satqı yolu ilə Abşeron rayonu, Masazır kəndində bir otaqlı ev əldə etmişdir. Lakin hazırkı, mübahisə doğuran evin ünvanı ünvan 6şdur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi və.s.) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. İş materiallarından və tərəflərin izahatından görünür ki, mübahisəli ev iddiaçı X8 qızına məxsus torpaq sahəsində yerləşsə də, iş materiallarına əlavə edilmiş həmin tikiliyə aid layihə sənədləri Abşeron rayonu, Masazır kəndi ərazisində Cavabdeh1 məxsus fərdi yaşayış evinin eskiz layihəsi kimi göstərilmişdir, iddiaçı X8 qızı həmin evin ona məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı X8 qızı kassasiya şikayəti verər ək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-49/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia predmetləri olan bir otaqlı ev və iki mərtəbəli ev iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30 ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşir. Bu torpaq sahəsinin ona məxsus olması iş materiallarında olan Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun 02.04.2002 tarixli, 4Ə/85 saylı notarial işinin surətində də əks olunur. Orada iddiaçının X2 Abşeron rayonu, Masazır kəndi, Rza Talıbov 30 ünvanında yerləşən torpaq sahəsinin 1 otaqlı tikili ilə alması barəsində müqavilənin bağlanıldığı qeyd olunur. Başqa ifadə ilə məhkəmə qeyd olunan torpaq sahəsinin iddiaçıya məxsus olduğunu qəbul edir, buna baxmayaraq iddiaçıya həmin torpaq sahəsində olan tikililərində yaşamağa icazə verilməsi barəsində tələbini təmin etmir, bunu da onunla əsaslandırır ki, iş materiallarına əlavə edilmiş iki mərtəbəli evin eskiz layihəsində həmin evin sahibi olaraq Cavabdeh1 adı qeyd olunmuşdur. İki mərtəbəli ev iddiaçı tərəfindən tikilmişdir və ümumiyyətlə torpaq sahəsinə heç bir hüququ olmayan Cavabdeh1 bunu tikməsi üçün Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən icazə alması mümkün deyildi. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinin tələbinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətinin əlavə olunduğu ərizə ilə müraciət edir. Cavabdeh1 bu maddədə qeyd olunan hüquqlardan heç biri yox idi. Bundan başqa Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın 30 dekabr 2020-ci il tarixli. 10/3036 nömrəli rəyində qeyd olunmuşdur ki, bəhs olunan torpaq sahəsində 37.6 kv.m. (22 kv m. yaşayış. 15.6 kv.m. köməkçi) bir otaqlı, bir mərtəbəli fərdi yaşayış evi yoxdur. Qeyd olunan rəy məhkəməyə o əsası verib ki, belə bir fərdi yaşayış evi olmadığından ona dair boşaldılma və köçürülmə tələbi də əsassızdır. Anca q məhkəmə unudur ki. Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun 02.04.2002 tarixli. 4Ə/85 saylı notarial işinin surətində də əks olunduğu kimi, iddiaçı X8 qızı ilə X6 arasında bağlanılmış daşınmaz əmlakın alğısatqı müqaviləsində ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin bir otaqlı tikili ilə birlikdə alınması qeyd olunub. O bir otaqlı tikili, iddia ərizəsində qeyd olunduğu kimi, cavabdeh əmlakın qıfılları Cavabdeh1 tərəfindən dəyişdirildikdən və iddiaçının oraya buraxılmamağa başlanılmasından sonra sökülüb. Burdan da çıxarılan nəticəyə görə məhkəmə qətnamə qəbul edərkən ciddi qanun pozuntularına yol vermiş, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, öz fərziyyələrindən ibarət qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı X8 qızı, nümayəndəsi X7 və vəkili Vəkil Ağamməd oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən q ərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, dig ər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab ed ir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçının işin faktiki hallarının düzgün müəyyən edilməməsi yəni ikimərtəbəli evin iddiaçı tərəfindən tikilməsi, cavabdehin torpaq sahəsinə hüququ olmadığından Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən icazə almasının mümkün olmaması, onun mülkiyyətində olan 1 otaqlı tikilinin cavabdehlər tərəfindən sökülməsi kimi dəlilləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya məhkəməsində araşdırılmalı olan dəlillər deyil. Belə ki, həmin maddəyə əsasən kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən sahiblik və istifadə hüququnun yarandığı Abşeron rayonu, Masazır kəndi yaşayış sahəsi 22 kv.m, köməkçi sahə 15 kv.m, olan bir otaqlı hal-hazırda mövcud olmadığından, torpaq sahəsində iki mərtəbəli tikilinin isə statusu müəyyən edilmədiyindən və iddiaçı tərəfindən inşa edildiyi barədə sübutlar məhkəmələrə təqdim edilmədiyindən iddiaçının cavabdehlərin evdən (istər 1 otaqlı evdən, istər iki mərtəbəli evdən) çıxarılması və onun evə köçürülməsi barədə tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X8 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-49/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar