Məhkəmə qərarları › İş №2(102)-4135/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4135/2025

10.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4135/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2025-ci il tarixli 2(103)-1361/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 10 fevra l 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilə ilə MMC, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 89 kv metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 1525 faiz əlavə etməklə tam təmirli 3 otaqlı, 106,5 kv metr mənzili İddiaçı mülkiyyətinə verməyi (bənd 1.1.), İddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər (bənd 1.2.).

2. İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilə ilə MMC, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 51 kv metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 faiz əlavə etməklə tam təmirli 1 otaqlı, 60,7 kv metr mənzili İddiaçı mülkiyyətinə verməyi (bənd 1.1.), İddiaçı isə bu müqavilə yə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər (bənd 1.2). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək, tam təmirli 1 otaqlı 60,7 kv metr mənzilin İddiaçı təhvil verilməsi və sonuncunun (ailə üzvləri ilə birlikdə) ünvan 1 ünvanında A bloku, 7-ci mərtəbədəki mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, 4 il 3 ay əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanı qarşılıqlı razılaşma əsasında cavabde h tərəfindən sökülmüş və orada yeni yaşayış binası tikilmişdir. Razılaşmaya əsasən, binadan 106 kv metr və 60 kv metr olmaqla 2 mənzil cavabdeh tərəfindən müqavilə ilə onun adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq, 60 kv. metr mənzildə təmir işləri aparmaq istəsə də, ona cavabdeh tərəfindən qərəzli manelər yaradılmışdır. 10 sentyabr 2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə qeyd olunmuşdur ki, cavabdeh Y.Bakuvi küçəsi, ev 19, mənzil 10 ünvanında yerləşən yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə (ona) məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı 51 kv metr mənzilin dövlət reyestrindən çıxarışda göstəril miş ümümi sahəsinə 15-25 faiz əlavə etməklə tam təmirli, 1 otaqlı, 60,7 kv. metr mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür. Dəfələrlə cavabdehdən mənzili tələb etsə də, qərəzli maneələrin yaradılması davam etdirilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1541/2023 nömrəli iş üzrə 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh MMC iddiaçıya məxsus mənzillərin sökülməsi müqabilində iddiaçıya 1 otaqlı, 60,7 kv metr və 3 otaqlı, 89 kv metr mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxus mənzilin yerləşdiyi bina sökülmüş, yerində yeni bina tikilmişdir. İddiaçıya verilməli olan iki mənzildən biri, yəni 3 otaqlı mənzil təhvil ver ilmiş, hazırda mübahisələndirilən mənzil isə təhvil verildikdən sonra istifadəsində maneələr yaradılmışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir.

8. Məhkəmə, həmçinin hesab etmişdir ki, həmin müqavilə tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün öz mənzilinin söküntüsünə icazə vermiş və həmin mənzili boşaltmış, MMC isə müqavilə bağlayaraq onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır.

9. İddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ ilə yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır.

10. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.5 və 2.2.3-cü bəndlərinə əsasən isə müqavilədə göstərilən müddətdə "Araz-2011 A” MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək mülkiyyətçinin hüququdur. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək isə "Araz2011A” MMC-nin vəzifəsidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülk i Məcəllənin 5.3, 6.1.5, 165, 178.8, 385.1, 425, 452.1, 752.1 və 752.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti üzrə” 15 yanvar 2010-cu il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və "Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına, Avropa Konvensiyasının 1 saylı Protokoluna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bü tün faktiki halları aydınlaşdırmamaqla qanunsuz qərar qəbul etmiş, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmış, məhkəmə prosesi barədə MMC-yə ümumiyyətlə məlumat verilməmiş, iddiaçının istinad etdiyi müqavilənin saxta olduğu, onunla yalnız 3 otaqlı bir mənzilə dair müqavilə bağlandığı və həmin mənzilin iddiaçıya təhvil verildiyi aydınlaşdırılmamışdır. İşə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıldığı üçün qarşılıqlı iddia verilməmiş, habelə müqavilənin saxtalığının müəyyən olunması üçün ekspertiza keçirilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi 30 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli rəyində aşağıdakılar göstəril mişdir: - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018ci il tarixli B/30a saylı müqavilənin birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsinin orta hissəsində olan "xxxx" yazıları ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) birinci səhifəsinin orta hissəsində olan "xxxx" yazılar ı - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "A bloku 7-ci mərtəbə” yazılarından başqa) ilə apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim o lunmuş eyni tarixli (saylı) müqavilənin (iş səh. 156158) birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan “A bloku 7- cİ mərtəbə” yazılarından başqa) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsinin orta hissəsində olan “A bloku 7-ci mərtəbə" yazıları ilə apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş eyni tarixli (saylı) müqavilənin (iş səh. 156-158) birinci səhifəsinin orta hissəsində olan “A bloku 7- ci mərtəbə” yazıları - EYNİ ŞƏXS tərəfindən ica olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə “Araz-2011 A" MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsindəki əlyazmalar ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (İş səh.32-34) üçüncü (sonuncu) səhifəsindəki əlyazmalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsində “X1” qrafasındakı imza ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) üçüncü (sonuncu) səhifəsində “X1” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza şırnaqlı printer vasitəsilə vurulmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrində “X1" yazısının qarşısında olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. - İddiaçı ilə "Araz-2011 A” MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərə findən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilələrin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrində “X1” yazısının qarşısında olan möhür əksi ilə imzanın yerləşmələrinə və formalarına görə fərqli olmaları. - İddiaçı ilə "Araz-2011 A” MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilədə (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilədə (iş səh. 156-158) olan əlyazmalar və üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. - Rəyin nəticə hissəsinin 4-cü bəndində göstərilən müqavilələrdəki və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqa vilədə (iş səh. 32-34) olan əlyazmalar, üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar kimyəvi tərkibinə görə müxtəlif diyircəkli qələmlə icra olunmuşdurlar. - İddiaçı ilə “Araz-2011 A" MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X1” yazısının qarşısında olan imzaların icra olunma üsulu rəyin nəticə hissəsinin 1-ci bəndində göstərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4468/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmza də) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi rədd edilmişdir.

16. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağladığı B/30a saylı müqaviləyə görə cavabdeh, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən binada tam təmirli 1 otaqlı, 60,7 kv metr mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir.

17. Cavabdehin nümayəndəsi Nərimanov rayonu, Y.Bakuvi küçəsi, ev 19 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A bloku, 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60,7 kv metr olan mənzilin iddiaçıya verilməsinə dair iddiaçı tərəfin dən məhkəməyə təqdim olunmuş müqavilənin saxta olduğunu irəli sürdüyündən apellyasiya baxışı zamanı kompleks xətşünaslıq və sənədlərin məhkəmətexniki eskpertizaları təyin edilmiş, ekspertlərin rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı və MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli, B/30a saylı müqavilənin üçüncü (sonuncu) səhifəsindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza, şırnaqlı printer vasitəsilə vurulmuşdur.

18. Ekspert rəyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, MMC ilə iddiaçı arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da onun iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir.

19. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh MMC, tərəfi olduğu bildirilən xx.xx.2018-ci il tarixli B/30a saylı müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, həmin müqavilə saxtalaşdırılmaqla əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5, 337.1, 337.2, 337.3. 337, 385, 386.1 və 442-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında sözügedən mənzil lə bağlı xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilə bağlanmış, tərəflər iradələrini ifadə etmişlər, bina inşa edilmiş, binada olan mənzillər, o cümlədən mübahisəli mənzil də təmir olunmuş, həmin mənzillə bağlı iddiaçı ilə 2023-cü ilədək heç bir mübahisə yaranmamış, iddiaçı mənzilin təmirinə özü də xərc çəkmiş, təmir prosesinə nəzarət etmişdir. Lakin 2023-cü ildə iddiaçını mənzilə buraxmamışlar, mənzilin ona aid olmadığını, MMC-nin hansısa işçisinin saxtakarlıq etdiyini demişlər.

23. İddiaçı qeyd etmişdir ki, ona məxsus evin əvəzində iki mənzil ayrılmış, izahatında göstərmişdir ki, o, ümumiyyətlə binadan mənzil almaq istəməmiş, söküləcək evinin əvəzində MMC-dən pul tələb etmişdir. MMC inşaat prosesləri ilə bağlı ona pul verməkdən imtina etmiş, iki mənzil təklif edərək onu mənzil götürməy ə razılaşdırmışdır. Ona görə də, tərəflər arasında qarşılıqlı razılıqla iki müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, B/30 və xx.xx.2018-ci il tarixli, B/30a saylı müqavilələr. İkinci müqavilə ilə mübahisəli mənzil ayrılmışdır. Hər iki müqaviləni MMC tərtib etmiş, hər iki müqavilənin möhrünü MMC vurmuş, hər iki müqavilənin əl xətləri ilə olan hissələrini MMC-nin əməkdaşları yazmışlar. O, yalnız öz adının qarşısına imza edərək müqavilələrin bir nüsxəsini almışdır. Lakin, o, ekspert rəyinə kimi ikinci müqavilənin möhrünün şırnaqlı printer vasitəsilə edildiyini bilməmişdir.

24. İşin digər mühüm halı da odur ki, həmin müqavilənin bir nüsxəsi də eyni formada MMC-nin özündə var, məhkəməyə də özləri bu formada təqdim etmişlər. Buradan tam aydın olur ki, MMC ikinci müqaviləni özü belə tər tib etmiş, burada onun təqsiri yoxdur, əksinə belə çıxır ki, MMC onu əvvəldən aldatmaq istəmişdir. Əgər MMC-nin hansısa işçisi MMC-yə qarşı saxtakarlıq edibsə, onda MMC həmin işçidən ona vurulmuş ziyanı tələb edə bilər, vətəndaşdan 5 il sonra mənzili tələb edə bilməz. İkinci müqavilənin möhrünün printer vasitəsilə vurulmasında iddiaçının təqsiri olmadığından və tərəflər müqaviləni bağlayarkən iradə ifadələrini etdiklərindən müqavilə etibarlı əqddir. Cavabdeh sözügedən müqavilənin bağlanmasında təqsirkarın onların hansısa bir işçisinin olmasını bildirmişdir. Lakin cavabdeh həmin işçinin kim olmasını, belə müqavilə nə üçün bağlamasını, həmin şəxsin iddiaçı ilə hər hansı bir əlaqəsinin olub-olmamasını və digər halları məhkəməyə bildirməmiş və belə halları sübuta yetirməmişdir. Müqavilə mövcud dur, möhürün skaner vasitəsilə vurulmasında və MMC-nin digər qanunsuzluqların olmasında isə iddiaçının heç bir təqsiri sübuta yetmir.

25. İddiaçı şikayətini Mülki Məcəllənin 324.1, 324.5, 324.6-cı, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3869/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər - Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-ci il tarixli, 2(103)-4468/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

27. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, İddiaçı şikayət inin ilk dəlilini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilədə tərəflərin iradə ifadəsinin məzmunu dəqiq müəyyənləşdirilir, tərəflərin mübahisəli mənzillə bağlı iradə ifadəsini şübhə altına alan heç bir hal yoxdur, möhürün cavabdeh tərəfindən skaner vasitəsi ilə edilməsi onun məzmununa heç bir təsir göstərmir. Möhürün düzgün vurulmaması iddiaçı vətəndaşın təqsiri deyildir, burada təqsirkar tərəf MMC-nin özüdür.

28. Baxılan işlə müəyyən olunur ki, apellyasiya məhkəməsi kompleks məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 22 yanvar 2024-cü il tarixli rəy almışdır. Həmin rəyin sənədlərin məhkəmə texniki ekspertiza hissəsinin 1-ci bəndindən görünür ki, verilmiş suala ekspertin cavabı aşağıdakı qaydada olmuşdur. - “İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza şırnaqlı printer vasitəsilə vurulmuşdur.” Apellyasiya məhkəməsi rəyin yalnız istinad olunan hissəsinə əsaslanmaqla yekun nəticəyə gələrək iddianı rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsi ünvan 2 ünvanında "xxxx" MMC” tərəfindən inşa edilmiş binanın A bloku, 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60,7 kv metr olan mənzilin iddiaçıya v erilməsinə dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin saxta olduğunu irəli sürdüyündən apellyasiya baxışı zamanı kompleks xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları təyin edilmiş, ekspertlərin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin üçüncü (sonuncu) səhifəsindəki “X1” yazısının qarşısında olan möhür əksi, imza, şırnaqlı printer vasitəsilə vurulmuşdur.

29. Daha sonra məhkəmə məhz rəyin həmin bəndinə əsaslanaraq hesab etmişdir ki, MMC ilə iddiaçı arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da onun iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. Ekspert rəyi sübut növlərindən bi ri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyindən müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməzsə, habelə ekspert rəyinin sübut kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olarsa, o zaman ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur.

30. Göründüyü kimi, apellyasiya məhkəməsi ekspert rəyini möhtəbər sübut olaraq qəbul etmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilənin iki nüsxədən ibarət olması, onlardan bir nüsxəsinin iddiaçı tərəfindən birinci instasyia məhkəməsinə təqdim edilməsi, digər nüsxəsinin isə apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilməsi, əgər müqavilənin hər ikisi saxtadırsa, bununla bağlı cava bdeh tərəfindən səlahiyyətli orqanlara müraciət edilib-edilməməsi, saxtalığın nədə ifadə olunması, fakt təsdiq olunduğu halda saxta müqavilənin cavabdeh MMC-də olması və saxlanmasının səbəbləri aydınlaşdırılmamış qalmışdır. Belə aydınlaşdırmanın aparılmadığı və ekspertin digər suallar üzrə vermiş olduğu cavabları həmin rəyin məhkəmənin istinad etdiyi hissə üzrə qarşılıqlı olaraq qiymətləndirilmədiyi halda gəlinən nəticə əsasılı hesab oluna bilməz.

31. Bununla yanaşı, qeyd edilməlidir ki, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndi rməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa, MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisəyə aydınlıq gətirmək məqsədilə təyin etdiyi qərardad əsasında verilmiş r əydə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək imkanlarından istifadə etmədən yekun qənaətə gəlmişdir.

32. Digər tərəfdən iddiaçının göstərdiklərindən aydın olur ki, onun MMC-yə təqdim etdiyi mənzil(lər)in əvəzinə onunla iki ayrı-ayrı mənzilə görə müqavilələr bağlanmış, birinci müqavilə artıq cavabdeh tərəfindən icra olunmuş, həmin mənzil onun tərəfindən qəbul olunmuş və təmir edilmişdir.

33. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi məhz həmin müqavilələrin qarşılıqlı yoxlanmasının təmin edilməsi üçün həmin müqavilələr üzrə də ekspert tədqiqatının aparılmasını zəruri hesab etməli, bu əsasla ekspert qarşısında müvafiq suall ar qoyulmalı, B/30 saylı (iş vərəqi 32-32 səhifədə olan və müvafiq olaraq cavabdehdə saxlanılan nüsxələri üzrə) müqavilədə olan imza və möhür əksinin şırnaqlı printer vasitəsi ilə vurulub-vurulmamasının aydınlaşdırılması təmin olunmalı idi. Bunun nəticəsi olaraq aydınlaşdırıla bilərdi ki, MMC-də möhürün və imzanın icra edilməsindən sonra digər hissələrin icrası artıq formalaşdırılmış işgüzar qayda olmuş və ya yalnız iddiaçının fakt olaraq istinad etdiyi müqavilə üzrə bu vəziyyət yaranmışdır.

34. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə xx.xx.2018ci il tarixdə bağladığı B/30a saylı müqaviləyə görə cavabdeh Y.Bakuvi küçəsi, ev 19, mənzil 10 ünvanında yerləşən binada tam təmirli 1 otaqlı 60,7 kv metr mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini y erinə yetirməmişdir.

35. İddiaçı kassasiya şikayətində daha sonra göstərmişdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı müqavilə bağlanmış, tərəflər iradələrini ifadə etmiş, bina inşa olunmuş, binada olan mənzillər, o cümlədən mübahisəli mənzil təmir olunmuş, həmin mənzillə bağlı iddiaçı ilə 2023-cü ilədək heç bir mübahisə yaranmamış, iddiaçı mənzilin təmirinə özü də xərc çəkmiş, təmir prosesinə nəzarət etmiş, lakin 2023-cü ildə iddiaçı mənzilə buraxılmamış, mənzilin ona aid olmadığını, MMC-nin hansısa işçisinin saxtakarlıq etməsini demişlər.

36. Göründüyü kimi, həmin dəlillərin aydınlaşdırılması və işdə olan digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilməsi təmin edilməmişdir. Belə araşdırmanın aparılması zamanı mənzilin təmir edilməsi, cavabdehə təqdim və ya təhvil verilməsi, t əmirin tərəflərin hansının vəsaiti əsasında aparılması, 2023-cü ildən mənzildən kimin istifadə etməsi və sahibliyin kimin tərəfindən həyata keçirilməsi aydınlaşdırılmış olardı. İstinad edilən sübutun çəkişmə prinsipinə uyğun olaraq məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılması, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.

37. Digər tərəfdən məhkəmə həqiqətən saxtalaşdırmanın olması ilə bağlı cavabdehin dəlilləri ilə razılaşdığı nəticəsinə gəldiyi halda məhz həmin faktın araşdırılması üçün xüsusi qərardad çıxararaq müvafiq orqanları məlumatlandırmaq imkanına malik olsa da, belə imkandan istifadə etməmişdir.

38. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddə lərinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

39. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, araşdırma nəticəsindən asılı olaraq iş üzrə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

40. Cavabdeh in vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, MMC tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı, MMC-nin sabiq sahə rəisi Turan Seyidov ilə sövdələşərək, B/30a saylı müqaviləni tərtib etmişlər. Bundan sonra, Turan Seyidov həmin saxta müqaviləni, bir neçə müqavilənin arasına qoyaraq MMC-nin vəzifəli şəxslərinə təqdim etmiş, onlar da həmin müqavilələri, o cümlədən saxta müqaviləni yoxlamadan imzalamış və onların üzərinə MMC-nin möhürünü vurmuşlar. Buna görə də, həmin müqavilə etibarsız müqavilə kimi qiymətləndirilməli və iddia rədd edilməlidir.

41. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında izahat verərək bild irmişdir ki, qeyd edilən ünvanda ona məxsus 2 yaşayış sahəsi olmuşdur. Onlardan birinin sahəsi 106,5 kv. metr, digərinin isə sahəsi 51 kv. metr idi. O, hər iki sahəni MMC-yə təhvil vermiş, buna görə də, aralarında 2 müqavilə bağlanmışdır.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1361/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) Cavabdeh apellyasiya şikayəti təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 6 iyun 2023cü il tarixli qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmiş, iş üzrə məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumunun əv əzi olaraq 50 manat pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış B/30 saylı müqavilədə iddiaçıya məxsus olan və “Daşınmaz əmlakın dövlət reyestrində” sahəsi 89 kv. metr kimi qeyd edilmiş 3 otaqlı mənzilin əvəzində MMC tərəfindən iddiaçıya yeni inşa edilən çoxmənzilli binanın “A” blokunun 7-ci mərtəbəsində yerləşən tam təmirli 3 otaqlı, 106,5 kv metr mənzilin veriləcəyi qeyd edilmişdir. Müqavilə 3 vərəqdən ibarət olsa da, müqavilənin yalnız sonuncu vərəqəsi imzalanmış və möhürlənmişdir. İş üzr ə tərəflərin bildirdiklərindən müəyyən edilir ki, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, 3 otaqlı mənzili iddiaçının sahibliyinə vermişdir.

44. İddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış B/30a saylı müqavilədə qeyd edilmişdir ki, iddiaçıya məxsus olan və “Daşınmaz əmlakın dövlət reyestrində” sahəsi 51 kv metr kimi qeyd edilmiş 1 otaqlı mənzilin əvəzində MMC tərəfindən iddiaçıya yeni inşa edilən çoxmənzilli binanın “A” blokunun 7-ci mərtəbəsində yerləşən tam təmirli 1 otaqlı, 60,7 kv metr mənzil veriləcəkdir. Müqavilə 3 vərəqdən ibarət olsa da, müqavilənin yalnız sonuncu vərəqəsi imzalanmış və möhürlənmişdir. İşin hallarından müəyyən edilir ki, bu müqavilə MMC tərəfindən icra edilməmişdir.

45. İddiaçının mövqeyi ondan ibarətdir ki, MMC, həmin müqa vilə üzrə onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirməli, mübahisəli mənzili onun sahibliyinə təhvil verməlidir. MMC isə onunla iddiaçı arasında bu kimi müqavilənin bağlanmadığını bildirir.

46. Hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş hal da məhz elə bununla bağlıdır.

47. Apellyasiya insyansiyası məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla sənədlərin texniki-ekspertizasının təyin edilməsini qərara almışdır.

48. Həmin qərardadla ekspertiza qarşısında aşağıdakı sual qoymuşdur: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı bildirilən müqavilələrdə (cild İ, iş v. 151-153 və 156-158) əks olunmuş imzalar bilavasitə (orijinal yolla), yoxsa kopyalanma yolu ilə icra edilmişdir?

49. Məhkəmə həmin qərardadı onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin Mülki kol legiyasının hazırkı iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış B/30 və B/30“a” saylı müqavilələrin qarşılıqlı yoxlanmasının təmin edilməsi üçün həmin müqavilələr üzrə də ekspert tədqiqatının aparılması zəruri hesab etməli, bu əsasla ekspert qarşısında müvafiq suallar qoyulmalı, B/30 saylı müqavilədə olan imza və möhür əksinin şırnaqlı printer vasitəsi ilə vurulub-vurulmamasının aydınlaşdırılmasını təmin etməli idi. Bunun nəticəsi olaraq aydınlaşdırıla bilərdi ki, MMC-də möhürün və imzanın icra edilməsindən sonra digər hissələrin icrası artıq formalaşdırılmış işgüzar qayda olmuş və ya yalnız iddiaçının fakt olaraq istinad etdiyi müqavilə üzrə bu vəziyyət yaranmışdır.

50. Məhkəmə Ekspertizası Mərkə zi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 316- 16/2-5/492/2025 saylı rəydə qeyd edilmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 nömrəli müqavilənin (cild İ, iş v. 151-153) son vərəqində olan “X1” qrafasındakı və “İddiaçı” adının alt hissəsindəki imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. Həmin tarixli B/30a nömrəli müqavilənin (cild İ, iş v. 156-158) son vərəqində isə olan “İddiaçı” adının alt hissəsindəki imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. B/30a saylı müqavilənin (cil iş v. 156-158) son vərəqində olan “X1” qrafasındakı imza şırnaq printerdə çap edilmişdir.

51. Göründüyü kimi, iş üzrə tərəflər arasında həqiqiliyi mübahisələn dirilməyən B/30 nömrəli müqavilədə (MMC-nin direktoru) “X1” qrafasındakı və (hazırkı iş üzrə iddiaçı) “İddiaçı” adının alt hissəsindəki imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Lakin tərəflər arasında həqiqiliyi mübahisə doğuran B/30a nömrəli müqavilədə (hazırkı iş üzrə iddiaçı) “İddiaçı” adının alt hissəsindəki imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilsə də, (MMC-nin direktoru) “X1” qrafasındakı imza şırnaq printerdə çap edilmişdir. Buna görə də, iddiaçının istinad etdiyi B/30a nömrəli müqavilənin saxtlaşdırılması istisna edilmir.

52. Buna görə də, məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin həlli təkcə müqavilənin saxtalışdırılıb-saxtalaşdırlmamasından asılı olmamalıdır. Çünki bu faktla bağlı qanuni qüvvəyə minmiş hökm mövcud deyil. Mübahisə iddianın hüquqi baxımdan əsaslılığına qiymət verilməklə həll edilməlidir.

53. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür (maddə 662.1.). Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir (maddə 664.).

54. Mülki Məcəllənin “Öhdəliklərin qarşılıqlı icrası” adlı 441-ci maddəsinə görə, tərəflərdən birinin öhdəliyi icra etməsi müqavilə yə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır (maddə 441.1). Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 441.2). Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər (maddə 441.3). Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həya ta keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir (maddə 441.4). Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir (maddə 441.5).

55. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gə lə bilər.

57. İddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanması qeyd edilən B/30a saylı müqavilə iddiaçının mövqeyi baxımından etibarlı müqavilə kimi qiymətləndirilmiş olsa belə nəzərə alınmalıdır ki, həmin müqavilənin şərti ondan ibarətdir ki, iddiaçıya məxsus olan və “Daşınmaz əmlakın dövlət reyestrində” sahəsi 51 kv. metr kimi qeyd edilmiş 1 otaqlı mənzilin əvəzində MMC tərəfindən iddiaçıya yeni inşa edilən çoxmənzilli binanın “A” blokunun 7-ci mərtəbəsində yerləşən tam təmirli 1 otaqlı, 60,7 kv. metr mənzil veriləcəkdir.

58. İddiaçı, iddia ərizəsində qeyd edilən ünvanda 2 yaşayış sahəsinin, o cümlədən mübahisəli B/30a saylı müqavilədə qeyd edilən 51 kv metr ölçülü yaşayış sahəsinin mövcud olduğunu və ona məxsus olduğunu bildirsə də, həmin faktı təsdiq edə biləcək sü butları (əgər həmin 51 kv. metr ölçülü sahə iddiaçının mülkiyyətində idisə onda bunu təsdiq edə biləcək “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş müvafiq “Çıxarışı”, yox əgər həmin sahə qanunsuz tikili olaraq iddiaçının istifadəsində idisə onda bunu təsdiq edə biləcək müvafiq icra nümayəndəliyinin və ya bələdiyyətinin arayışını və ya başqa bu kimi sübutları) məhkəmələrə təqdim etməmişdir.

59. Göründüyü kimi, iddiaçı onunla cavabdeh MMC arasında bağlanmış B/30a saylı müqavilədə qeyd edilən 51 kv metr ölçülü yaşayış sahəsinin onun tərəfindən cavabdeh MMC-yə nəinki təhvil verildiyini, hətta həmin sahənin ümumiyyətlə mövcud olmasını və ona məxsus olmasını belə sübuta yetirə bilmir. Belə olan halda, iddiaçı mübahisəli mənzilin ona təhvil verilməsini və özünün (ailə üzvləri ilə birlikdə) həmin mənzilə köçürülməsini yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından tələb edə bilməz. İddia əsassızdır. İddia əsassız olsa da, işə baxmış rayon məhkəməsi iddianı təmin etmiş, işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarında uyğun deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

60. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1361/2025 nömrəli qətnaməsinin ləğv edilməsinə, İddiaçı iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

61. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa, habelə birinci instansiya məhkə məsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, Cavabdeh MMC xx.xx.2018-ci il tarixli, B/30 saylı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 3 otaqlı mənzili iddiaçının sahibliyinə versə də, xx.xx.2018-ci il tarixli, B/30a saylı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək 1 otaqlı mənzili iddiaçıya təhvil verməkdən imtina edir. MMC öz hərəkətlərini onunla izah etmişlər ki, iddiaçı ilə MMC arasında xx.xx.2018-ci il tarixdə B/30a saylı müqavilədə möhür skanerlə vurulduğundan həmin müqavilə saxta müqavilədir. Bu belə deyil, müqavilə üzərinə möhür kənar şəxslər tərəfindən, vurulmuş olsa idi, "xxxx" MMC-nin özündə olmasa idi, yaxud müqavilənin başqa forması olmuş olsa idi, hardasa saxtalaşdırılma əməlindən da nışmaq olardı. Burada vəziyyət ondan ibarətdir ki, həmin müqaviləni Cavabdeh MMC-nin vəzifəli şəxsləri 2 nüsxədə tərtib etmişlər, imza etmişlər, möhürü onlar özü skaynerlə vurmuşlar, iddiaçıya imza etdirmişlər, həmin müqavilənin bir nüsxəsini özlərində saxlamışlar, bir nüsxəsini isə eynilə iddiaçıya təqdim etmişlər. Müqavilənin məzmunu həqiqidir, möhürün MMC-nin səlahiyyətli şəxsləri tərəfindən skaynerlə vurulması müqavilənin saxtalığı demək deyildir, bu, MMC rəhbərliyinin səhlənkarlığı, məsuliyyətsizliyi, idarəçilikdə nöqsanları ilə bağlı bir əməldir ki, bu əməllərin iddiaçının təqsirinə bağlamaq olmaz. Müqaviləni tərtib etmiş MMC-nin müqavilənin saxta olması barədə sonradan iddia etməsi isə elə onu göstərir ki, MMC əvvəlcədən iddiaçını aldatmaq istəmiş, onu pul vəsaiti tələb etməsindən ç əkindirmiş, evlə təmin etmişdir. İndi də mənzilin birini ondan geri alıb satmaq istəyir. Bu onun vicdanlı olmayan davranışını göstərir. Odur ki, MMC müqavilə üzrə öz öhdəliyini yerinə yetirməli, vicdanlı davranış sərgiləməlidir, payçıların haqlarını əlindən almağa yönələn hərkətlər etməməli, məhkəmələr isə bu cür vicdanlılığı istisna edən əməlləri leqallaşdırmamalıdır. Apellyasiya məhkəməsi qətnamə çıxararkən Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbini pozmuşdur. b)

62. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

63. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

64. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdır ılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

65. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

66. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

67. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ar asında müqavilə olmalıdır.

68. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

69. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

70. Maddə 452.1 Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor h əmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

71. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

72. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

73. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özün ün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

80. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

81. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

83. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

85. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli B/30 və B/30a saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı ona məxsus yaşayış sahələrinin sökülməsinə razılıq vermiş, cavabdeh isə həmin sahələrin əvəzində yeni inşa ediləcək çoxmənzilli yaşayış binasında müvafiq ölçüdə iddiaç ıya verilməsini öhdəsinə götürmüşdür. B/30 saylı müqavilə üzrə öhdəlik icra edilmiş, 3 otaqlı mənzil iddiaçıya təhvil verilmişdir, bu məsələ ilə bağlı tərəflər arasında mübahisə yoxdur, B/30a saylı müqavilə üzrə isə 1 otaqlı 60,7 kv metr mənzilin təhvil verilməsi mübahisələndirilmişdir.

86. Apellyasiya məhkəməsi B/30a saylı müqavilənin son vərəqəsində və maliyyə arayışında MMC-nin direktorunun imzasının və MMC-nin möhürünün şırnaq printer vasitəsilə icra olunması faktına istinad edərək həmin müqavilənin saxtalaşdırılmasının istisna olunmadığını göstərmiş, habelə qeyd etmişdir ki, İddiaçı müqavilədə göstərilən və cavabdeh MMC-yə verilməsi nəzərdə tutulan 51 kv metr ümumi sahədən ibarət mənzilin mövcudluğu, ona məxsus olması, onun adına dövlət qeydiiyyatına alınmasına dair sübutlar təqldim e də biliməmişdir ki, bu hal da müqavilənin həqiqəti əks etdirmədiyini göstəricisidir.

87. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsi işə yenidən baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini nəzərə almamış, yəni iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş məcburi göstərişləri tam həcmdə icra etməmişdir. Əvvəlki qərarda məhkəməyə tərəflər arasında bağlanmış hər iki müqavilənin qarşılıqlı müqayisəli təhlilinin aparılması, B/30 və B/30a saylı müqavilələr üzrə imza və möhürlərin icra üsulunun eyni və ya fərqli olmasının aydınlaşdırılması, müqavilələrin iki nüsxədə mövcudluğu və onların cavabdehin özündə saxlanılmasının hüquqi əhəmiyyətinin qiymətləndirilməsi tapşırılmı şdır. Apellyasiya məhkəməsi isə yalnız B/30a saylı müqavilədə direktor imzasının printerlə icra olunması halına istinad etməklə yekun nəticəyə gəlmiş, digər sübutları qarşılıqlı əlaqədə və hərtərəfli qiymətləndirməmişdir ki, bu da MPM-in 88-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə cavabdeh MMC-nin saxta hesab etdiyi müqavilənin bir nüsxəsinin onda olması, həmin nüsxənin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməsi, bu faktın müqavilənin iddiaçı tərəfindən saxtalaşdıılmasını, yəni MMC-nin möhürünün və direktorunun imzasının şırnaqlı printer vasitəsilə müqaviləyə iddiaçı tərəfindən vurulmasının istisna etməsi, həmin hərəkətlərin MMC (əməkdaşları) tərəfindən yerinə yetirilməsinə dəlalət etməsini, müqavilənin mətni, şərtləri, möhür və imza rekvizitləri MMC tərəfindən formalaşdırılmasını n əzərə almamışdır.

88. Bu halda sənədin texniki tərtibatında yol verilmiş mümkün nöqsanların və ya möhürün icra üsulunun iddiaçının təqsiri kimi qiymətləndirilməsi üçün hüquqi əsas mövcud deyildir. Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələrinin mənasına görə, müqavilənin bağlanması üçün əsas şərt tərəflərin razılaşdırılmış iradə ifadəsidir. İradə ifadəsinin mövcudluğu və onun məzmunu müəyyən edilərkən yalnız sənədin texniki icra üsulu deyil, tərəflərin faktiki davranışları, müqavilənin digər hissəsinin icrası, tərəflər arasında uzun müddət ərzində yaranmış münasibətlər də nəzərə alınmalıdır.

89. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin saxtalaşdırılması barədə dəlillər cavabdeh tərəfindən irəli sürülmüşdür. MPM-in 77.1-ci maddəsinin tələblərinə görə bu halda həmin dəlilərin sübut y etirilməsi yükü etiraz edən tərəfin üzərinə düşür. Təkcə imzanın printerlə icra olunması faktı müqavilənin bütövlükdə tərəflərin iradəsinə uyğun olmadığını və ya MMC-nin həmin öhdəliyi qəbul etmədiyini şübhəsiz şəkildə təsdiq etmir. Üstəlik, müqavilənin bir nüsxəsinin MMC-nin özündə saxlanılması və digər müqavilə üzrə öhdəliyin icra olunması tərəflər arasında ümumi razılaşmanın mövcudluğu ehtimalını gücləndirən hallardır.

90. Mülki Məcəllənin dəyişdirmə müqaviləsinə dair normaları tətəbiq edərək İddiaçı tərəfindən müqavilədə göstərilən və cavabdeh MMC-yə verilməsi nəzərdə tutulan 51 kv metr ümumi sahədən ibarət mənzilin mövcud olması və ona məxsus olması barədə sübutları təqdim edə bilməməsi, bu baxımdan da 10 sentyabr 2018-ci il tarixli B/30a müqavilə üzrə iddiaçının mübahisəli mənzilin o na təhvil verilməsi və özünün ora köçürülməsi barədə tələb ərli sürmək hüququnun olmamasına dair apellyasiya məhkəməsi mövqeyi ilə bağdlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla tərəflər arasındakı münasibətlər dəyişdirmə müqaviləsindən irəli gələn münasibətlər olmayıb alqı-satqı və podrat münasibətlərini özündə əks etdirən qarışıq müqavilədən irəli gələn münasibətlərdir. Dəyişdirmə barədə razılığa gəlmək üçün müqavilə bağlanan vaxtda MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürdüyü mənzi olmamışdlır, həmin mənzil iddiaçının verdiyi əmlaka görə inşa olunmalı idi. İddiaçının verdiyi 51 kv metrlik sahənin mövcu olmaması ilə qeyd olunmalıdır ki, iddiaçı izahatında göstərmişdir ki, MMC-yə söküntü üçün verdikləri mənzi deyil, fərdi yaşayış evi olmuş, həmin ev qardaşları arasında 3 hissəyə bölün məklə istifadə edilmiş, yaşayış evi dövlət qeydiyyatın alınmamış, evə dair "xxxx" olmuşdur. Digər qardaşlarına MMC tərəfindən pul və yaşayış sahəsi verilməklə kompensasiya ödənilmiş, ona aid hissəyə görə 2 ədəd mənzil verilməsi öhdəyə götürülmüşdür.

91. Həmçinin müqavilə MMC tərəfindən tərtib edilmiş, müqavilədə iddiaçının 51 kv metr sahəsinin olması cavabdeh tərəfindən qeyd olunmuş və bununla da cavabdeh iddiaçının 52 kv metrlik mənzil sahəsinə malik olmasını təsdiq etmişdir. Belə olan halda müqavilənin göstərilən əsasla etibarsız sayılması üçün 51 kv metr sahənin olmamasını sübuta yetirməli, söküntü işləri aparılmamışdan əvvəl iddiaçya məxsus olmuş yaşayış və qeyri-yaşayış sahələrinə dair sənədləri təqdim etməlidir.

92. Beləliklə, apellyasiya instansiyası məhkəməsi sübutları hərtərəfli v ə obyektiv qiymətləndirmədən, kassasiya instansiyasının məcburi göstərişlərinə əməl etmədən və maddi hüquq normalarını düzgün tətbiq etmədən iddianı rədd etmişdir. Bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələndiyindən, apellyasiya instansiyasının qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

93. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini və məcburi göstərişlərini rəhbər tutmalı, tərəflər arasında bağlanmış B/30 və B/30a saylı müqavilələri qarşılıqlı əlaqədə və müqayisəli qaydada araşdırmalı, onların tərtibat xüsusiyyətlərinə, imza və möhürlərin icra üsuluna, müqa vilələrin iki nüsxədə tərtib edilərək birinin cavabdehin özündə saxlanılması faktına və tərəflərin faktiki davranışlarına hərtərəfli hüquqi qiymət verməli, ekspert rəyini digər sübutlarla birlikdə MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməli, münasibətlərin hüquqi təbiətini qarışıq (podrat və alqı-satqı elementlərini birləşdirən) müqavilə kimi düzgün müəyyənləşdirərək maddi hüquq normalarını tətbiq etməli və yalnız formal ehtimallara deyil, sübutların məcmusuna əsaslanan nəticəyə gəlməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2025-ci il tarixli 2(103)-1361/2025 nö mrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar