Məhkəmə qərarları › İş №2(102)-4136/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-4136/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4136/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəx s qismində Maraqlı şəxs cəlb edilməklə) “qeyriyaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 29 sentyabr tarixli 2(103)-4104/2025 nömrəli qətnaməsindən iddiaçı (Vəkil5), cavabdeh (Vəkil2) və üçüncü şəxs (Vəkil3) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, müəyyən etdi: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materialların dan müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi həcmində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmind ə rüsum ödənilməlidir. Belə ki, iddia ərizəsində 33.000 manat məbləğində icarə haqqının, 5.000 manat maddi və 1.000 manat məbləğində mənəvi zərərin, eləcə də müqavilə üzrə iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80.880 manat məbləğində pul olmaqla, cəmi 119.880 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti vermək üçün 205 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olu nmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Həmçinin apell yasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 29 sentyabr tarixli 2(103)-4104/2025 nömrəli qətnaməsindən Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar