Məhkəmə qərarları › İş №2(102)-4137/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4137/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4137/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-663/2020 saylı qərardadından İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(048)-535/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim A.Q.Kiçibəyov) İddiaçı Cavabdeh q arşı “hökmə əsasən X2 alınmalı olan 34.831,20 manat pulun yarısını təşkil edən 17.415,60 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilib. İddiaçı qərardaddan şikayət verib. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)-663/2020 saylı qərardadı ilə (hakimlər N.F.Mirzəyev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.B.Babayev) şikayət təmin edilmədən, iş üzrə Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. İddiaçı qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmünə əsasən X2 alınmalı olan 34.831,20 manat pulun yarısını təşkil ed ən 17.415,60 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Elbrus Mehralıyev kasasiya şikayətində göstərilənlərə uyğun ola raq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən, şikayəti təmin edilmədən saxlayarkən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş aktının olmasına, iş üzrə icraata xitam verilməsi üçün əsasların əmələ gəlməsinə istinad edib və hüquqi mövqeyini MPM-nin 261.0, 261.0.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmünə əsasən, Yeganə Şahiyevadan alınmalı olan 34.831,20 manat pulun yarısını təşkil edən 17.415,60 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Qanuni qüvvəyə minmiş Lerik rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Yeganə Şahiyevaya qarşı 34.831,20 manat pulun 43.229 ABŞ dolları kimi müəyyən edilməsi və 43.229 ABŞ doll arının yarısı olan 21.614,5 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə Cavabdeh tutulub ona ödənilməsi barədə” iddiası əsassız olduğundan rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, Lerik rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Yeganə Şahiyevaya qarşı “34.831,20 manat pulun 43.229 ABŞ dolları kimi müəyyən edilməsi və 43.229 ABŞ dollarının yarısı olan 21.614,5 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə Cavabdeh tutulub ona ödənilməsi barədə iddiası rədd edilməsinə baxmayaraq, İddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət edərək, ABŞ dolları ilə tələb etdiyi 43.229 ABŞ dolları məbləğində pulun yarısı o lan 21.614,5 ABŞ dollarının, yəni milli manata məzənnədə 34.831,20 manat pulun yarısı olan 17.415,60 manat pulun Cavabdeh tutulub ona ödənilməsini iddia etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış olsun və bu barədə məhkəmənin qanun i qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu, iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilə bilər. İlk öncə nəzərə alınmalıdır ki, mübahisə tərəflərinin eyniliyi o, halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnaməsi olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. Mübahisə tərəflərinin eyni olub-olmaması haqqında məsələ həll olunarkən nəzərə alınmalıdır ki, burada tərəf anlayışına yalnız Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinin tələbləri baxımından yanaşmaq olmaz. Həmin maddəyə görə, prosesdə tərəflər yalnız iddiaçı və cavabdeh hesab edildiyi halda, mübahisə tərəfləri daha geniş dairəni nəz ərdə tutur. İddianın predmeti isə, iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi- hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə- iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin onun həmin cavabdehə qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. Eyni predmet üzrə iddia tələbinin həcminin artırılması və ya azaldılması iddianın predmetini dəyişdirmir. Belə olan halda əvvəlki iddia tələbi yenidən irəli sürülərkən tərəflər və iddianın əsası dəyişmədikdə işin icraatına xitam ver ilir. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdəiddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə- iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Lakin qeyd edilən norma bütün hallar üçün imperativ xarakter daşımamaqla, davam edən münasibətlərdən yaranan mübahisələr üzrə qeyd edilən normanın tətbiqi istisna təşkil edir- məsələn: nikahın pozulması, aliment tutulması, işçinin sağlamlığına vurulan zərərə görə ödəncin verilməsi və sair. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan şikayətin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan prosessual normaların tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, iş üzrə icraata xitam verilməsi, işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə, prosesin gedişində məhkəməy ə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə g örə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti isə təm in edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(106)663/2020 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar