Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4139/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4139/22 (Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri, ipoteka predmetinin likvid qiyməti) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi tələbinə da ir mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-126/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. BOKT "xxxx" MMC (bundan sonra – “iddiaçı”) xx.xx.2015-ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 (bundan sonra – “cavabdeh” və ya “borclu”) 36 müddətinə illik 26 fazilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit vermişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli 221/İK/03 nömrəli ipoteka müqaviləsi əsasında digər Cavabdeh2 (bundan sonra “cavabdeh” və ya “ipotekaya qoyan”) məxsus ünvan 1 ünvan) yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü ed ilmişdir. İpoteka predmeti 53000 ABŞ dollarının ekvivalenti ilə 50519 manat qiymətləndirilmişdir.
3. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1 saylı razılaşmaya əsasən cavabdeh kreditin qalıq hissəsini illik 18 faizlə 72 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə, həmçinin xx.xx.2019-cu il tarixli 1 saylı razılaşması üzrə 30237,4 ABŞ dolları (otuz min iki yüz otuz yeddi dollar qırx sent) əsas, 6437.94 ABŞ dolları (altı min dörd yüz otuz yeddi dollar doxsan dörd sent) faiz, 51216,85 ABŞ dolları (əlli bir min iki yüz on altı dollar, səksən beş sent ) cərimə borcu olmaqla, cəmi 87892.19 ABŞ dolları (səksən yeddi min səkkiz yüz doxsan iki dollar on doqquz sent) borcun ödəniş gününə manat məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 (otuz bir) manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın 53000 (əlli üç min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılması, əmlakın açıq hərrac yolu ilə satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan ün van 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və ev satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin fərdi yaşayış evinin boşaldılması qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmiş və kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada etməmişlər.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 385.1, 442, 445.1, 445.2.1-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.1, 59.3-cü maddələrinə istinad etmişdir.
7. Borclu iddiaya etirazında göstərib ki, kredit borcunun müəyyən hissəsini ödəmişdir. O, sahibkarlıqla məşğuldur və restoranı vardır. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar bütün ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılmışdır. Restoran bir müddətdir ki, işləməyə başlamışdır. İddiaçı təşkilat ilə arasında olan razılığa əsasən, o, aya 600 ABŞ dolları ödəməli idi. İyun ayından başlayaraq hər gün 20 ABŞ dolları ödəniş edəcək, buna görə də tələbin ipotekaya yönəldilməsinə etiraz edir. İpoteka predmetinin bazar qiyməti 100 min ABŞ dolları təşkil edir. Əsas borcu ödəməyə razıdır, cərimə borcunun silinməsini istəyir.
8. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə xx.xx.2015ci il tarixli, 03/221 nömrəli kredit müqaviləsinə, həmçinin xx.xx.2019-cu il tarixli 1 saylı razılaşmaya əsasən əsas kredit borcu üzrə 30237,4 ABŞ dolları, faiz borcu üzrə 6437.94 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları, cəmi 38675,34 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 manat məbləğində pulun tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 53000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin cavabdehin borcuna yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Elman Məmmədov)
9. Birinci instansiya məhkəmə si müəyyən edib ki, iddiaçı ilə borclu arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi iddiaçı ilə ipotekaqoyan arasında ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur.
10. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı təşkilatın cavabdehlərdən əsas və faiz borcu ilə yanaşı, öhdəliyi lazımınca icr a etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır.
11. Birinci instansiya məhkəməsi dəbbə pulu hissəsində də iddia tələbini əsaslı saymış, lakin cərimə pulunun yüksək hesablandığı qənaətinə gələrək, 51216,85 ABŞ dolları məbləğində dəbbəni azaldıb 2000 ABŞ dolları müəyyən etmişdir.
12. Birinci instansiya məhkəməsi borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hər racda satmaq hüququna malikdir.
13. Birinci instansiya məhkəməsi ipoteka predemetinin qiymətləndirilməsi ilə bağlı qeyd edib ki, "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatlara əsasən mübahisəli ünvanında yerləşən fərdiyaşayış evinin bazar dəyəri 53000 manat qiymətləndirildiyindən və həmin qiyməti təkzib edən digər sübutlar mövcud olmadığından hesabatda göstərilən qiymətləndirilmə əsas götürülməlidir.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli ünvanında yerləşən fərdi yaşayış evinin hərrac keçirildikdən və o satıldıqdan sonra bir ay müddətində boşaldılması hissəsi ilə razılaşmayaraq qeyd edib ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzil i 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş vermədiyindən və bununla da baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz.
15. Birinci instansiya məhkəməsi qeyd edib ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqısatqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməs i hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 319.3, 385.1, 442, 443.1, 445.1.2, 448.1, 462.1, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 59.3, 59.4-cü və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. İpotekaqoyan apellyasiya şikayəti verib, qətnamənin ləğv, ekspertiza keçirilməklə ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub; - məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayıb. Əsas və faiz borcu ekspert rəyi olmadan hesablanmış, əmlakın dəyəri aşağı göstərilmişdir.
19. İpotekaqoyan apellyasiya baxışında vəsatət verərək, mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilməsini xahiş etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi 09 iyun 2021-ci il tarixli qərardadla iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmişdir. 21. “B+Ş Audit Konsaltinq” MMC-nin xx.xx.2021-ci il tarixli №A-01/75 rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin orta bazar qiyməti 140.000 (yüz qırx min) manat, likvid dəyəri 130.000 (yüz otuz min) manatdır.
22. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4560 saylı, 03 avqust 2021-ci il tarixli rəyinə əsasən kredit müqaviləsi və razılaşma üzrə xx.xx.2019-cu il tarixə borclunun 29088,48 ABŞ dolları əsas, 727 4,16 ABŞ dolları faiz borcu vardır.
23. İddiaçı qiymətləndirmə rəyi ilə razı olmadığı üçün apellyasiya instansiyası məhkəməsi 27 oktyabr 2021-ci il tarixli qərardala təkrar qiymətləndirmə təyin etmiş, qiymətləndirməni "xxxx" MMC-yə tapşırmışdır. 24. "xxxx" MMC-nin 02-124/21 saylı, 27 dekabr 2021-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 105 min manat likvid dəyəri 95 min manatdır.
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-3154/2019 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən əsas borc və mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, xx.xx.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə 29088 (iyirmi doqquz min səksən səkkiz) ABŞ dolları 48 (qırx səkkiz) sent (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abbasov, Telman Məmmədov)
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Həmçinin tərəflər arasında kredit müqaviləsi bağlanmış həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi əsas və faiz borcu ilə bağlı qeyd etmişdir ki, ekspertiza tədqiqatı ilə əsas borcun tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borcun artıq hesablan dığı müəyyən olunmuşdur. Buna görə də kredit borcu üzrə hesablanmış əsas borc iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, yəni 29088,48 ABŞ dolları məbləğində olmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir.
28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə xx.xx.2015-ci il tarixli 03/221 saylı kredit müqaviləsi üzrə borcludan əsas borca görə 29088,48 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, xx.xx.2015-ci il tarixli 03/221 say lı kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz borcu hissəsində ekspertiza rəyində göstərilən məbləğ bankın tələb etdiyi məbləğdən artıq olduğu üçün faiz məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC və “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş rəyləri müqayisə edərək hesab edib ki, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş rəydə göstərilən ipoteka predmetinin qiymətləri reallığı əks etdirmir. Odur ki, həmin rəydə göstərilən qiymətlərə münasibətdə "xxxx" MMC-nin rəyi daha çox reallığı özündə əks etdirdiyindən, eləcə də tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd olunan əmlakın daşınmaz əmlak bazarındakı qiymətlərə uyğun olduğundan, həmin rəydəki qiymət ipoteka predmetinin likv id dəyəri kimi göstərilməli, ipoteka predmetinin likvid dəyəri 95.000 (doxsan beş min) manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İpoteka qoyan (vəkil X1) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi və isin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı tərəfindən cavabdehin borc məbləği düzgün hesablanmamışdır. Həmçinin cavabdehin vəsatəti əsasında təyin edilmiş ekspertiza rəyi (xx.xx.2021-ci il tarixli, 9/4560 saylı rəy) ilə də borc məbləği düzgün hesablanmamış və məhkəmə tərəfindən bu düzgün hesablanmama nəzərə alınmamışdır; - kredit müqaviləsinin müddətinin bitdiyi gündən sonra faizlərin hesablanması və edilmiş ödənişlərin yalnız faiz borcuna silinməsi tamamilə qanunsuzdur. Digər tərəfdən isə kredit müqaviləsinin müddətinin bitdiyi 11 mart 2018-ci il tarixindən və 03 aprel 2019-cu i tarixinədək tərəflər arasında kreditin restrukturizasiyası ilə bağlı hər hansı razılaşma olmamışdır. 03 aprel 2019-cu i tarixli razılaşmada isə qalıq borc məbləğinin yalnız əsas borc məbləği olması və ya faizlərlə birlikdə kapitallaşdırılaraq yenidən faiz hesablanması aydın deyil; - xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq 11 mart 2015-ci il tarixli 221/İK/03 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi üzrə əmlak 36 ay müddətinə yəni kreditin müddətinədək - 18 mart 2018-ci il tarixinədək ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. Lakin kreditin restrukturizasiya edildiyi 03 aprel 2019-cu ildə ipoteka saxlayanla ipoteka qoy an arasında ipoteka müqaviləsinə əlavə saziş imzalanmamış və ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Bu hal nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində ipoteka qoyan apellyasiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin qiyməti və borcun məzənnəsi (əsas və faiz) hissəsində mübahisələndirmişdir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də mübahisələndirilən həmin hissələr təşkil edir.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissələrdə qanuni nəticəyə gəlmişdir.
39. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətini işdə olan 2015-ci il tarixli (borclunu sifarişi əsasında) qiymətləndirmə rəyinə uyğun olaraq 53 min manat müəyyən etmiş, apellyasiya məhkəməsi ipotekaq oyanın apellyasiya şikayəti üzrə təyin edilmiş qiymətlənqirmə ekspertizasının rəyinə uyğun olaraq həmin qiyməti likvid dəyəri ilə 95 min manat müəyyən etmişdir. 40. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
41. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinin ilkin satış dəyəri müəyyənləşdirilərkən onun likvid dəyərinin əsas götürülməsini müəyyən etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, apellyasiya baxışında iş üzrə qiymətlə ndirmə rəyləri alınmış, ipoteka predmetinin qiyməti həmin rəylərin Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq müqayisəli tədqiqi ilə müəyyən edilmişdir.
42. Bu baxımdan ipoteka predmetinin qiymətinin yüksək olması barədə kassasiya şikayətinin dəlilləri əsasızdır.
43. Əsas və faiz borcunun məbləğinə gəldikdə, kollegiya qeyd edir ki, əsas borc məbləği də ekspert rəyinə əsasən azaldılmış, faiz borcu ekspert rəyində daha yüksək olduğu üçün həmin hissədə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini qətnaməsi ilə razılaşmışdır.
44. Məhkəmə kollegiyası ekspertiza rəyi ilə də borc məbləğinin düzgün hesablanmaması, apellyasiya məhkəməsi tərəfindən bunun nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərə fi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə ipotekaqoyan ekspert rəyi il razı olmamasını ümumi sözlərlə ifadə etmiş, mühasibatlıq ekspertizasının rəyinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.
47. Kreditin restrukturizasiya edildiyi 03 aprel 2019-cu ildə ipoteka saxlayanla ipoteka qoyan arasında ipoteka müqaviləsinə əlavə saziş imzalanmaması, ipotekanın əlavə dövlət qeydiyyatının aparılmaması, bu halın nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlilləri də məhkəmə kollegiyası qəbul etmir. Belə ki, bu dəlillər nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsində heç irəli də sürüməyib. Belə olan halda, irəli sürülməyən dəlillərin işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən nəzərə alınmaması dəlili də əsassız hesab edilməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-126/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy