Məhkəmə qərarları › İş №2(102)-414/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-414/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-414/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və X6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qəyyumluğa xitam verilməsi) 25.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1564/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13.04.1951-ci il təvəllüdlü, 1-ci qrup əlil X10 məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab olunmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 mart 2010-cu il tarixli qərarı ilə X3 qəyyumu hazırkı iş üzrə İddiaçı təyin edilmişdir. İddiaçı X7 qəyyum təyin edilməsi barədə qərar, X4 iddiası əsasında məhkəmənin qətnaməsi ilə ləğv edilmişdir. Bundan sonra Bərdə rayon İcra Hakimiyyətinin 23 yanvar 2012-ci il tarixli sərəncamı ilə, X4 Əliyeva Nəcibə qızına qəyyum təyin olunması barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 X4 qəyyumluğuna verilməsi barədə Bərdə rayon İcr a Hakimiyyəti Başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının ləğv edilməsi və Gülarə Əliyeva ilə Cavabdeh2 əməllərində cinayət tərkibi olduğundan onların barəsində xüsusi qərar çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1961-ci ildə anadan olmuş, Bərdə şəhəri, H.Əliyev prospekti 6/2 ünvanında yaşayan, ruhi xəstə olan və övladı olmayan X10 onun doğma bibisidir. O, Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 mart 2010-cu il tarixli qərarı ilə X3 qəyyumu təyin edilmişdir. Qəyyumluq dövründə Nəcibə Əliyevanın əmlakının qorunmasını təmin etməklə qanunvericiliyin tələblərinə həmişə əməl etmişdir. Sonradan Yevlax şəhərində yaşayan, hazırda 80 yaşı olan X11, Cavabdeh2 ilə birlikdə onun qəyy umluğunu qanunsuz olaraq ləğv etdirmiş və Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 27 yanvar 2012-ci il tarixli qərarı ilə Nəcibə Əliyeva onların qəyyumluğuna verilmişdir. Gülarə Əliyeva və Cavabdeh2 bu qərarı qanunsuz olmaqla hansısa məqsədlər üçün əldə etmişdir. Belə ki, Gülarə Əliyeva özünün qəyyumluq vəzifələrini qətiyyən yerinə yetirmir, qəyyumluq hüququndan tamah məqsədi ilə sui-istifadə edir, qəyyumluğuna verilmiş Nəcibə Əliyevanın əmlakını ələ keçirməklə məşğuldurlar. Ruhi xəstə Nəcibə Əliyevaya isə əslində o və onun ailə üzvləri baxır. X16 Əliyevanın yaşadığı ünvana ildə cəmi 2-3 dəfə gəlir və hər dəfə Nəcibə Əliyevanın ölmədiyini və onların Nəcibəyə baxdığını görüb və onlara qarşı hansısa növbəti bir iddia qaldırıb gedir. Yevlax şəhərindən Bərdə şəh ərinə ancaq Nəcibə Əliyevanın əmlaklarını satmaq məqsədi ilə gəlir və əmlakları satdıqdan və pulunu aldıqdan sonra geri qayıdır, Nəcibə Əliyevaya heç bir köməklik və qayğı göstərmir, heç bir ehtiyacını ödəmir, evini, həyətini təmizləmir, çimizdirmir, yeməyini bişirmir, paltarını ütüləmir, bazarlıq etmir və s. Gülarə Əliyeva xəstə Nəcibə Əliyevanın əmlakını, pay torpağını və pensiyasını ələ keçirib. X14 evinə gedən qaz xəttini də kəsdirib ki, tezliklə ölsün. Belə ki, X3 mülkiyyətində olan Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.3499 ha torpaq sahəsini və 1.3999 ha torpaq sahəsini ələ keçirdikdən sonra 06 noyabr 2014-cü il tarixdə Cavabdeh2 1200 manat dəyərində qiymətləndiriliərək bağışlamış və 06 dekabr 2014-cü il tarixdə sözügedən torpaq sahəsini, Nərimanla birləşərək digər şəxsə 50.000 manata satmışlar. Bağışlama və alğı-satqı müqavilələrindəki rəqəmlərə diqqət yetirdikdə Gülarə Əliyeva və Cavabdeh2 Nəcibə Əliyevanın əmlakını dələduzluq yolu ilə ələ keçirmələri aydın şəkildə özünü göstərir. Bir sözlə Gülarə Əliyevanın qəyyumluq hüququndan tamah məqsədi ilə sui-istifadə etməsi, ruhi xəstə Nəcibə Əliyevaya qeyri-insani münasibət göstərməsi artıq Bərdə şəhərində hamıya məlumdur. Bərdə RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri və ya üzvləri ilə hətta bu barədə yazılı müraciətlərinə baxmayaraq bir dəfə də olsun gəlib Nəcibə Əliyevaya baş çəkməyiblər. Gülarə Əliyevanın qəyyum kimi hüquqlarından tamah məqsədi ilə sui-istifadə etməsi barədə bildirdiklərinə heç bir reaksiya verməyiblər. Gülarə Əliyevanın xəstə Nəcibə Əliyevanın qəyyumu kimi hüquqlarından tamah məqs ədi üçün istifadə etdiyindən Bərdə RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasından onun qəyyumluğunun ləğv edilməsini və Gülarə və Cavabdeh2lərin əməllərində cinayət tərkibi olduğundan onların barəsində ciddi tədbir görülməsi barədə şikayət etsə də, Bərdə RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası onun ərizəsinə laqeyd yanaşaraq, heç bir tədbir görməmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 2(021)-1307/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki,13.04.1951-ci il təvəllüdlü, 1-ci qrup əlil X10 məhkəmənin qətnaməsi əsasında fəaliyyət qabiliyyətsiz hesab olunmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 mart 2010-cu il tarixli qərarı ilə X3 qəyyumu hazırkı iş üzrə İddiaçı təyin edilmişdir. Daha sonra onun qəyyumluğu ləğv olunmuş və Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə Əliyeva Nəcibə qızı X1 qəyyumluğuna verilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarına əsasən X3 qəyyumu X11 tərəfindən qəyyum vəzifələrinin gərəyincə yerinə yetirilməməsi, X3 nəzarətsiz və köməksiz qoyması kimi hallar müəyyən edilməmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21(83)598/2015 saylı, 28.04.2015-ci il tarixli qərarı ilə İddiaçı Bərdə rayon İcra Hakimiyyətinə qarşı Bərdə rayon İcra Hakimiyyəti Başçısının 23.01.2012-ci il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsinə dair iddia tələbi təmin olunmadığından iddia tələbi qəyyumluğun ləğvi hissəsində təmin oluna bilməz.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı qəyyumluğu Cavabdeh1 tərəfindən vaxtilə ləğv olunmuşdur. İddiaçı həmin iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bu hüqudan bir dəfə istifadə edib və onun qəyyumluğu özünü doğrultmadığı üçün ləğv olunub. Yenidən iddia qaldırmaq üçün onun hüququ yoxdur.

9. Məhkəmə iddia tələbinin cavabdehlər barəsində xüsusi qərar çıxarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb özü müstəqil iddia tələbi ola bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28, 33, 38, 35-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)1307/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməs inin ləğv olunmasına, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1564/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1307/2020 saylı mülki iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 13.04.1951-ci il təvəllüdlü, 1-ci qrup əlil X10 məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab olunmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 mart 2010-cu il tarixli qərarı ilə X3 qəyyumu hazırkı iş üzrə İddi açı təyin edilmişdir. Daha sonra onun qəyyumluğu ləğv olunmuş və Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 27 yanvar 2012-ci il tarixli qərarı ilə Əliyeva Nəcibə qızı X4 qəyyumluğuna verilmişdir. Daha sonra İddiaçı Bərdə rayon İcra Hakimiyyətinə qarşı Bərdə rayon İcra Hakimiyyəti Başçısının 23.01.2012-ci il tarixli 11 nömrəli sərəncamının ləğv edilməsinə dair iddia qaldırmış və onun iddia tələbi təmin olunmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçı belə məzmunlu tələbi məhkəmədə irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi irəli sürülən iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarını n pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə haqlı olaraq iddianı təmin etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr araşdırma aparmadan yanlış nəticəyə gələrək hesab etmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21(83)-598/2015 saylı, 28.04.2015-ci il tarixli qərarına görə İddiaçı Bərdə rayon İcra Hakimiyyətinə qarşı Bərdə rayon İcra Hakimiyyəti Başçısının 23.01.2012-ci il tarixli, 11 nömrəli sərəncamının ləğv edilməsinə dair iddia tələbi təmin olunmamışdır. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə i clasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlə dən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onl arın adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə

34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Maddə

35. Qəyyumlar və himayəçilər 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çat mış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Maddə

38. Qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından azad və kənar edilməsi. Qəyyumluğa və himayəçiliyə xitam verilməsi 38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdik də və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılm aq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam lə ğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya kollegiyası məhkəmələrin İddiaçı həmin iddianı qaldırmağa subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi qənaətlə razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi 13.04.1951-ci il təvəllüdlü X10 1-ci qrup əlildir və məhkəmə tərəfindən fəa liyyət qabiliyyətsiz hesab olunmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 12 mart 2010-cu il tarixli qərarı ilə X3 qəyyumu hazırkı iş üzrə iddiaçı (qardaşının oğlu) İddiaçı təyin edilmişdir. X2 Əliyevin Nəcibə Əliyevaya qəyyum təyin edilməsi barədə qərarı mübahisələndirmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-644/2011 saylı, 28 iyun 2011-ci il tarixli qətnaməsi ilə Bərdə rayon Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı X15 Əliyevin və Sahilə Əliyevanın qəyyumluğuna verilməsinə dair hissədə ləğv edilmişdir.

28. Bundan sonra Bərdə rayon İcra Hakimiyyətinin 23 yanvar 2012-ci il tarixli sərəncamı ilə, X4 Əliyeva Nəcibə qızına qəyyum təyin olunması barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir.

29. İddi açı Gəncə İnzibati-İqtisadı Məhkəməsinə müraciət edərək, X4 Əliyeva Nəcibə qızına qəyyum təyin olunması barədə Bərdə rayon İcra Hakimiyyətinin 23 yanvar 2012-ci il tarixli sərəncamının ləğv olunmnasını xahiş etmişdir. Bu iddianın əsasını da Gülarə Əliyevanın qəyyum kimi vəzifələrini icra etməməsi barədə dəlillər təşkil edirdi. Həmin iddia tələbi Gəncə İnzibati-İqtisadı Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2-1(83)-598/2015 saylı qərarı ilə təmin olunmamışdır. Məhkəmə iddianı rəddə edərkən İddiaçı həmin iddianı irəli sürməyə subyektiv hüququnun olmamasına istinad etmişdir.

30. Hazırda iddiaçı formal olaraq iddianın predmetini dəyişməklə, lakin mahiyyəti və əsasları eynilik təşkil edən hazırki iddianı verməklə, X12 Əliyevanın qəyyumluğuna verilməsi barədə Bərdə rayon İcra Hakimiyyəti Baş çısının Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının ləğv edilməsini tələb edir.

31. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmi n hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Şəxsiyy ətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə b ağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

33. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçının hazırki tələb üzrə subyektiv hüququ müəyyən olunmur. İddiaçının tələbi mahiyyəti etibarilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin qəyyumu tərəfindən qəyyum kimi vəzifələrini lazımi qaydada icra etməməsi, bununla da qəyyumluqda olan şəxsin hüquqlarının müdafiəsi ilə bağlıdır.

34. Nəzərə alınmalıdır ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəs i üçün Qəyyumluq və himayəçilik təyin edilir. (Mülki Məcəllənin 33.1-ci maddəsi). Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir (Mülki Məcəllənin 34.3-cü maddəsi).

35. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər.

36. Göründüyü kimi, iddiaçının təsvir etdiyi faktik halların mövcudluğunda qəyyumluqda olan şəxsin hü quqlarının müdafiəsi ilə bağlı tədbirlər görmək, qəyyumluq və himayəçilik orqanının hüququdur.

37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1564/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar