Məhkəmə qərarları › İş №2(102)-4140/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4140/2022

01.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4140/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı4 X oğlu, X25, İddiaçı5 X oğlu, İddiaçı2 Xoğlu və İddiaçı3Xoğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4140/2022 (Açar sözlər: şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama və çıxarışların ləğv edilməsi, preyudisianın düzgün müəyyən edilməməsi) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı4 X oğlu, X25, İddiaçı5 ZX oğlu, İddiaçı2 X oğlu və İddiaçı 3 X oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1833/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı4 Xoğlu, X25, İddiaçı5 X oğlu və İddiaçı2 Xoğluna fərdi yaşayış evi tikmək üçün hər birinə Quba rayonu Küpçal bələdiyyəsinin 21 avqust 2004-cü il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılıb, 23 oktyabr 2004-cü il tarixdə alqı-satqı aktı tərtib edilib. Alqı-satqı aktı torpaq şöbəsində qeydiyyata alınıb.

2. İddiaçı3 X oğ lunun adına Quba rayonu Küpçal kəndində rəsmi 0,20 ha, faktiki 0,24 ha torpaq sahəsi olub.

3. Cavabdeh1 adına olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0,42 ha torpaq vardır. Şəhadətnamə Maraqlı şəxs1 01 oktyabr 2005-ci il tarixli 4Ə-957, 959, 966 və 1023-24 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən verilib.

4. Cavabdeh2 adına da Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0,30 ha torpaq qeydə alınıb. Həmin Şəhadətnamə də Maraqlı şəxs1 22 mart 2006cı il tarixli 4Ə-104 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən verilib.

5. Cavabdeh2 0,30 ha torpaq sahəsini 15 iyul 2006-cı il tarixli alqış-satqı müqaviləsi ilə Cavabdeh1 satıb.

6. Cavabdeh1 0,72 ha torpaq sahəsinə dair 09 oktyabr 2010-cu il tarixdə Çıxarış alıb və həmin toprağın 0,64 ha hissəsini hər biri 0,08 ha olmaqla 8 nəfərə satmışdır.

7. İddiaçılar onlara məxsus olan 0,72 ha torpaq sahəsinin 0,42 ha hissəsinin Cavabdeh1, 0,30 ha hissəsinin Cavabdeh2 satılması barədə müqavilə bağlamadıqlarını bildirirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı2 X oğlu, İddiaçı4 Xoğlu, İddiaçı5 ZX oğlu, X25 və İddiaçı3 X oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına xx.xx.2005-ci il tarixli Quba rayonu, Küpçal kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 237 F Kod 30318018 saylı və Cavabdeh2 adına xx.xx.2006-cı il tarixdə Quba rayonu Küpçal kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 241F Kod 30318018 saylı Torpağı n mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında 0,30 ha həyətyanı torpaq sahəsinin alqısatqısına dair Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli 4-Ə-505 saylı Torpağın alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına Quba rayon Küpçal kəndində ümumilikdə 0,72 ha torpaq sahəsi olmasına dair verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh1 torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla X18, X8, X22, X33, X4, X5, Babaşov Vəli Vəli oğluna və X13 xx.xx.2012ci il tarixdə satmasına dair ******* və ******* saylı müqavilələrin, həmin müqavilələr əsasında həmin alıcıların adlarına verilmiş çıxarışların və X9 0,08 ha torpaq sahəsinin X10 bağışlamasına dair Quba rayon Notari at Kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli 4Ə-584 saylı bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında X6 adına verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışın ləğv olunması, onlara məxsus həmin torpaq sahələrinə mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermə hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddia ərizəsi üzrə Maraqlı şəxs3, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsi və Quba rayon Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.

10. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, 4 nəfər iddiaçı 2004-cü ildə Quba rayon Küpçal kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə hər birinə ayrı-ayrılıqda həyətyanı torpaq sahəsi verilməsi barədə Maraqlı şəxs3nə müraciət etmişlər. Həmin müraciətlərinə Küpçal bələdiyyəsinin iclasında baxılmış və bələdiyyənin xx.xx.2004-cü il tarixli, 21 saylı qərarı ilə onların hər birinə Quba rayonu, Küpçal kəndi ərazisindən 1200 kv. metr torpaq sahəsinin alqı-satqı qaydasında satılması barədə qərar verilmişdir. Həmin qərar əsasında hər biri xx.xx.2004-cü il tarixdə Küpçal bələdiyyəsinin hesabına torpaq sahələrinin alqı-satqısı ilə əlaqədar 770 min manat pul köçürmüşlər. Bundan sonra xx.xx.2004-cü il tarixdə Quba rayonu, Küpçal bələdiyyəsi hər birinə ayrı-ayrılıqda 1200 kv. metr həyətyanı torpaq sahəsinin satılması barədə alqı-satqı aktı tərtib edərək, təsdiq etmişdir. Həmin alqı-satqı aktları xx.xx.2004-cü il tarixdə Quba rayon To rpaq Şöbəsində 581-584 nömrələrlə qeydiyyatdan keçirilərək təsdiq edilmişdir. Torpaq sahələrinə dair hər birinin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, dövlət torpaq kadastrı kitabında qeydə alınmışdır.

11. Eləcə də İddiaçı3 X oğlunun Quba rayonu Küpçal kəndi ərazisində 0,24 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə yol yerləri çıxılmaqla adına 0,20 hektara dair JN 108F saylı Kod 30318018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamə verilmişdir. Faktiki olaraq həmin torpaq sahəsi 0,24 hektardır.

12. Sonradan iddiaçılara verilmiş həmin sənədlərin əsilləri naməlum şəraitdə itmiş, yalnız onlarda surətləri qalmışdır. Onlar həmin sənədlərin əsillərini əldə etmək üçün Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinə və digər aidiyyəti təşkilatlara müraciət etmişlər.

13. Müraciətlərinə cavab olaraq Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi 37 saylı xx.xx.2016-cı il tarixli məktubunda göstərmişdir ki, 2015-ci ildə Küpçal bələdiyyəsi Dağlı bələdiyyəsi ilə birləşərək, Küpçal-Dağlı bələdiyyəsi yaranmış, Küpçal bələdiyyəsinə aid sənədlər Küpçal-Dağlı bələdiyyəsinin arxivinə təhvil verilməmişdir.

14. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi xx.xx.2016-cı il tarixli, 2972 saylı məktubunda göstərmişdir ki, Quba rayonu, Küpçal kənd bələdiyyəsinin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir.

15. Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında Maraqlı şəxs2ndən bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil yerilmiş arxiv məlumatlarında plan-ölçünün alınması üçün iddiaçıların təqdim etdiyi daşınmaz əmlaka dair torpaqayırma sənədləri aşkar olunmamışdır.

16. Həmin sənədlərin naməlum şəraitdə itməsi barədə iddiaçılar Quba rayon Polis Şöbəsinə və Qubanın “Şəfəq” qəzeti redaksiyasına müraciət etmişlər. Onlara məxsus həmin sənədlərin əsillərinin itməsi barədə “Şəfəq” qəzetində elan dərc olunmuş və Quba rayon Polis Şöbəsində də aparılmış axtarış nəticəsində həmin sənədlərin əsillərini əldə etmək mümkün olmamışdır.

17. Quba rayon Notariat Kontorundan iddiaçılara bildirilmişdir ki, həmin torpaq sahələrinə dair Quba rayon Notariat Kontorunda heç bir alqı-satqı əməliyyatı aparılmamışdır.

18. Bələdiyyə tərəfindən alqı-satqı qaydasında iddiaçılara verilmiş həyətyanı torpaq sahələrinin sənədlərinin əsilləri itdiyin dən iddiaçılar onlarda qalmış surətlər əsasında adlarına mülkiyyət hüququ əsasında çıxarış ala bilmirlər. Bunun üçün həmin torpaq sahələrinə mülkiyyət hüququ üzrə onların sahiblik, istifadə və sərəncam vermə hüquqlarının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğu üçün bu tələblə məhkəməyə müraciət etmişlər.

19. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1-337.4-cü və Mülki Prosessual Məcəllənin 307.1-ci maddələrinə istinad etmişlər.

20. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Küpçal-Dağlı bələdiyyəsinin nümayəndəsi-sədri X26 iddia üzrə göstərib ki, 2016-cı ildən Küpçal-Dağlı bələdiyyəsinin sədri işləyir. İddiaçıların bələdiyyə tərəfindən alqı-satqı qaydasında onlara həyətyanı torpaq sahəsi satılmasına dair sənədlərin əsilləri bələdi yyədə saxlanılmasa da, iddiaçıların əlində olan sənədlərdən bəlli olur ki, həqiqətən də bələdiyyə tərəfindən alqı-satqı qaydasında onlara həyətyanı torpaq sahəsi satılmışdır.

21. Birinci instansiya məhkəməsi X27, X19, X29, X34, X14, X15, Babaşov Vəli Vəli oğlu, X23 və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb etmişdir.

22. Quba Rayon Məhkəməsinin 2(027)-2236/2017 nömrəli iş üzrə 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. (hakim Elman Əhmədov)

23. Birinci instasniya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 notariat kontorunda təsdiq olunmuş heç bir alqı-satqı müqaviləsi olmadan iddiaçılara məxsus 0,42 ha torpaq sahəsinə dair qeyri-qanuni yolla öz adına 07 noyabr 2005-ci il tarixli JN 237F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dai r şəhadətnamə almışdır. Həmin şəhadətnamənin verilməsinə əsas kimi Quba rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4Ə957, 959, 966 və 1023-24 saylı alqı-satqı müqavilələri göstərilsə də, həmin müqavilələri iddiaçılar notariat kontorundan əldə edə bilməmişlər. Digər Cavabdeh2 da iddiaçılara verilmiş ümumi 0,48 ha torpaq sahəsindən yerdə qalan 0,06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı3 0,24 ha faktiki ölçüdə olan cəmi 0,30 ha torpaq sahəsinə dair notariat kontorunun heç bir alqı-satqı müqaviləsi olmadan qeyri-qanuni yolla öz adına 05 aprel 2006-cı il tarixli JN 241F Kod 30318018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Həmin şəhadətnamənin verilməsinə də əsas kimi xx.xx.2006-cı il tarixli, 4-Ə-104 saylı Quba rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqaviləsi göstərilsə də, belə bir müqavilə yoxdur. Həmin şəhadətnamə əsasında Cavabdeh2 0,30 ha torpaq sahəsini Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 iyul 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmışdır. Cavabdeh1 0,30 ha torpaq sahəsinə dair öz adına 21 iyul 2006cı il tarixli Seriya MH № ******* saylı, ********* qeydiyyat nömrəli DƏDRX-dan çıxarış almışdır. Cavabdeh1 bundan sonra ümumilikdə 0,72 ha həyətyanı torpaq sahəsinə dair öz adına 09 oktyabr 2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarış almışdır. Həmin çıxarış əsasında 0,72 ha torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 15 sentyabr 2012-ci il tarixli AN-1 ******* saylı müqavilə üzrə X18, X8, X22 və X28, eləcə də həmin tarixli AN-1 ******* saylı müqavilə üzrə hər biri nə 0,08 ha olmaqla X4, X5, Babaşov Vəli Vəli oğluna və X1. Qeyd olunan alqı-satqı müqavilələri əsasında X16 adına 0,08 ha torpaq sahəsinə dair 18 yanvar 2013-cü il tarixli, X7 adına 0,08 ha torpaq sahəsinə dair 20 fevral 2013-cü il tarixli RX seriyalı ******* saylı, X20 adına 0,08 ha torpaq sahəsinə dair 20 fevral 2013-cü il tarixli RX seriyalı ******* nömrəli, X2 adına 0,08 ha torpaq sahəsinə dair 29 yanvar 2013-cü il tarixli RX seriyalı ******* saylı, X9 adına 0,08 ha torpaq sahəsinə dair 18 yanvar 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışlar verilmişdir. X23 öz adına olan 0,08 ha torpaq sahəsini 14 iyun 2013cü il tarixli Quba rayon Notariat Kontoru tərəfindən verilmiş 4Ə/02-584 saylı bağışlama müqaviləsi ilə X10 bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında X6 adına 04 i yul 2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 0,42 ha torpaq sahəsinə dair adına verilmiş xx.xx.2005-ci il tarixli Torpağın Mülkiyyət Verilməsinə Dair Şəhadətnamə, həmin şəhadətnamənin verilməsinə əsas kimi göstərilmiş xx.xx.2005-ci il tarixli Quba rayon Dövlət Notariat Kontorunun alqı-satqı müqavilələri Notariat kontorunda mövcud olmadığından, ümumiyyətlə, iddiaçılarla Cavabdeh1 arasında həmin torpaq sahəsinin alqı-satqına dair Quba rayon Notariat Kontorununda qeyd olunan müqavilələrin bağlanılmadığı halda verildiyindən, eləcə də, Cavabdeh2 0,30 ha torpaq sahəsinə dair adına verilmiş xx.xx.2006-ci il tarixli Torpağın Mülkiyyətinə Verilməsinə Dair Şəhadətnamə, həmin şəhadətnamənin verilməsinə əsas kimi gö stərilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi Notariat Kontorunda mövcud olmadığından, ümumiyyətlə iddiaçılara Cavabdeh2 arasında həmin torpaq sahəsinin alqı-satqına dair Quba rayon Notariat Kontorunda qeyd olunan müqavilənin bağlanmadığı halda qanunsuz olaraq verildiyindən hər iki şəhadətnamə etibarsız sayılmalı, həmin şəhadətnamələr əsasında aparılmış alqısatqı və bağışlama müqavilələri və alınmış Çıxarışlar ləğv edilməlidir. Həmin torpaq sahələrinin ilkin sahibləri olan iddiaçılarin torpaq sahələri üzərində mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam vermə faktları təsdiq edilməlidir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 324.1, 337, 389.1, 404.1, 404.2, 405.1, 560, 567, 572.1, 646.1, 648.1, 648.2, Torpaq Məcəlləsinin 56.9, 144.1 və Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddələri ilə əsaslandırmışdır., 311-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun hüququnu pozaraq, iştirakını təmin etmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Açıqaşkar qərəzli olaraq məhkəmə müdafiə hüququndan məhrum etməklə, maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir.

28. Cavabdeh1 müddətin təbiqi barədə ərizə də vermişdir.

29. Üçüncü şəxslər X27 və X14 apellyasiya şikayəti verərək, qətnamənin onlara aid hissədə ləğv edilməsini və iddia tələbinin onlara aid hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Üçncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə onları prosesə cəlb etsə də, onların iştirakını təmin etmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Məhkəmə maddi və prossesual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, düzgün nəticəyə gəlməmiş və bununla da qanunsuz qətnamə qəbul etmişdir.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1833/2021 saylı mülki iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, üçüncü şəxslər X27 və X 3 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Telman Məmmədov)

32. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq onu qeyd edib ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə iclaslarında cavabdehlər məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onların iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Mübahisəyə baxılarkən cavabdeh və üçüncü şəxslərin iştirakı lazımı qaydada təmin edilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını da düzgün tətbiq etməmişdir.

34. Apellyasiya ins tansiya məhkəməsi göstərmişdir ki, iddia tələbi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığı, alqı-satqı, bağışlama müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi təşkil etsə də, məhkəmə mübahisəyə əqdin etibarsızlığı barədə normaları tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi d əyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

35. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla, vurğulamışdır ki, iddia tələbləri torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığı, alqı-satqı, bağışlama müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi barədədir. Baxılan iş üzrə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 140 və 421-ci maddələri təşkil edir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, iddiaçılar Ramin, Bayram, Paşa, İsbat İsbatovlara Maraqlı şəxs3 21 saylı, 10.2004-cü il tarixli qərarı ilə hər birinə alqı-satqı qaydasında 0,12 ha, digər İddiaçı3 isə Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə 0,20 ha həyətyanı torpaq sahələri verilmişdir. İddiaçılar a məxsus 0.42 ha torpaq sahəsi Quba rayon DNK-nun 4Ə-957, 959, 966, 1023-24 saylı xx.xx.2005-ci il tarixli alqı-satqı müqavilələri ilə Cavabdeh1, 0.30 ha torpaq sahəsi isə Quba rayon DNK-nun 4-Ə-104 saylı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmış və hər birinin adına müvafiq şəhadətnamələr verilmişdir. İddiaçılar Cavabdeh1 adına verilmiş 07.11. 2005-ci il tarixli JN237 Kod 30301018 saylı və Cavabdeh2 adına verilmiş xx.xx.2006-cı il tarixli JN241 Kod 30301018 torpağın mülkiyyətə verilməsinə şəhadətnamələrin etibarsızlığının əsası kimi onlara məxsus torpaq sahələrinin sənədlərinin itirdikləri üçün mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilmədiklərindən həmin sahələrə sahiblik, istifadə və sərəncam hüquqlarının müəyyən olunması məqsədilə məhkəməyə müraciət edər kən onlara məxsus 0.42 ha torpaq sahəsinə Cavabdeh1 adına şəhadətnamə verildiyini və bunun əsası kimi Quba rayon DNK-nun xx.xx.2005-ci il tarixli 4Ə-957, 959, 966, 1023-24 saylı alqı-satqı müqavilələrinin, 0,30 ha torpaq sahəsinə isə Cavabdeh2 adına şəhadətnamə verildiyini və bunun əsası kimi isə xx.xx.2006-cı il tarixli 4-ə-104 saylı Quba rayon DNK-da təsdiq olunmuş alqı-satqı müqavilələrinin olması göstərilmişdir

36. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsasları Mülki Məcəllənin 139-1-ci maddəsində müəyyən olunmuşdur. Həmin əsaslardan biri də, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilədir. İddiaçılar özləridə qeyd edirlər ki, mübahisəli torpaq sahəsinə şəhadətnamələr notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında verilmiş, lakin onlar la belə bir müqavilə bağlanmamışdır

37. Halbuki Cavabdeh1 istər apellyasiya şikayətində, istərsə də onun nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatdan və şikayətə əlavə etdiyi Quba Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, hazırki iş üzrə iddiaçılar cavabdeh Ömər Məmmədova qarşı borc müqaviləsinin etibarsızlığı və pulun qaytarılması barədə iddia irəli sürmüş, həmin işdə Cavabdeh1 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmişdir. Həmin məhkəmə aktı ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 ilə borcverən X24 arasında hər hansı borc pul münasibətləri olmamış, müqavilə əslində iddiaçılar İddiaçı4 Şıxseyid oğlu, X25, İddiaçı5 Şıxseyid oğlu, İddiaçı2 Şıxseyid oğluna məxsus torpaq sahələrinin alqısatqısından alıcı Cava bdeh1 borclu qaldığı pula dair bağlanmış, Cavabdeh1 cavabdeh X17 hər hansı bir borcu olmamış, borc müqaviləsi üzrə Cavabdeh1 hər hansı bir pul məbləğini X17 qaytarmaq öhdəliyi mövcud olmamış və borc müqaviləsinə X12 adı yalnız görünüş üçün daxil edilmişdir.

38. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçılar tərəfindən Cavabdeh1 satılması tərəflərin əvvəlki işdə iştirak etdikləri və qüvvədə olan yuxarıda qeyd olunan məhkəmə aktında öz təsdiqini tapmışdır. Lakin iddiaçılar 0.42 ha və 0.30 ha torpaq sahələri ilə bağlı mübahisələndirilən şəhadətnamələrin verilməsinə əsas olmuş Quba rayon DNK-nun təsdiq olunmuş xx.xx.2005-ci il tarixli 4Ə-957, 959, 966, 1023-24 saylı və xx.xx.2006-cı il tarixli 4-ə-104 saylı alqı-satqı müqavilələrinin mübahisələndirməmişlər.

39. Apellyasiya instansiya m əhkəməsi Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadən Quba Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli qətnaməsini hazırki işə preyudisiya kimi qəbul edərək hesab etmişdir ki, iddiaçıların şəhadətnamənin etibarsızlığı barədə iddia tələblərinin əsası kimi istinad etdiyi hallar olmadığından, iddia tələbi bu hissədə təmin edilə bilməz.

40. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi həmçinin şəhadətnamənin etibarsızlığı barədə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən kəsici müddəti tətbiqi barədə Cavabdeh1 nümayəndəsinin ərizəsinə münasibətdə qeyd edib ki, Konsitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarına uyğun olaraq Mülki Məcəllənin 354.1 -ci maddəsinə nəzərdə tutulmuş müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyil, bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət isə kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Qeyd olunan müddətlər iddia müddəti kimi nəzərdə tutulmadığından, həmin müddətin tətbiqi Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərəfin ərizəsi əsasında deyil, məhkəmənin müəyyən etdiyi halda özü tərəfindən tətbiq edilməlidir.

41. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə baxılan iş üzrə iddiaçıların mübahisələndirdikləri torpağın mülkiyyətə ve rilməsinə dair şəhadətnamə əqd olmadığından, hazırki tələb üzrə ərizənin tətbiqini zəruri deyil.

42. İddia tələblərinin cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında 0,30 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli 4-Ə-505 saylı torpağın alqı-satqı müqaviləsinin, Cavabdeh1 torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla, X18, X8, X22, X33, X4, X5, Babaşov Vəli Vəli oğluna və X13 xx.xx.2012-ci il tarixdə satmasına dair ******* və ******* saylı və X9 0,08 ha torpaq sahəsinin X10 bağışlamasına dair Quba rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli 4Ə-584 saylı bağışlama müqavilələrin ləğv edilməsi hissəsinə münasibətdə apellyasiya məhkəməsi göstərib ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunun mənasına görə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması, mülki qanunvericilikdə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulmuşdur. Tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razıla şmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prisipindən irəli gəlir. Qanunvericilik müqavilənin (alqısatqı, bağışlama və s.) ləğvinin əsaslarını ilə yanaşı, onun subyektini də müəyyən etmişdir. Odur ki, müqavilənin dəyişdirilməsi və ləğvini yalnız müqavilə tərəfi irəli sürə bilər. Lakin hazırki iş üzrə iddiaçılar mübahisələndirdikləri alqı-satqı və bağışlama müqavilələri üzrə tərəf kimi iştirak etmədiklərindən, həmin müqavilələrin ləğvini tələb edə bilməzlər. Alqı-satqı və bağışlama müqavilələrinin ləğvi hissəsində iddiaçıların subyektiv hüquqları olmadığından, onların iddia tələbləri bu hissələrdə təmin edilə bilməz.

43. İddia tələbinin çıxarışların ləğvi hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən çıxarışla r mövcud alqı-satqı və bağışlama müqavilələrinin əsasında verilmişdir. Reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilmiyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Quba rayon Küpçal kəndində yerləşən 0.72 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam vermə faktlarının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edib ki, iddia tələbinin bu hissədə təmin edilməsi üçün hüquqi əsaslar olmadığından təmin edilm əməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 421, 139-1, 354.2, 375.2, Mülki Prosessual Məcəllənin 82.3, 134.1.1, 134.1.4, 138.1, 138.3, 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

46. İddiaçılar (vəkil X30) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Şikayət belə əsaslandırılıb: - Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Plenum qərarında göstərilir ki Mülki Prosesual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətlən dirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin predmeti, oradakı tələb borc müqaviləsinin etibarsız hesab edilməsi, 1600 manat pulun qaytarılması ilə əlaqədar olduğundan, yalnız həmin tələblərlə əlaqədar, yəni borc müqaviləsinin etibarsızlığı və 1600 manat pul tələbi ilə əlaqədar göstərilənlərin preyudissiyallığı vardır. Həmin iş üzrə iddia tələbi torpağın alqı-satqı müqaviləsinin bağlanması və ya etibarsızlığına aid olmadığından, həmin məsələlər üzrə qətnamədə göstərilənlərin preyudisiyallığı yoxdur. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini səhv təfs ir etmiş, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının məzmunu təhrif etmişdir. Borc müqaviləsinin mübahisələndirilməsinə dair iş üzrə mübahisə tərəfləri iddiaçı qismində İddiaçı2, İsbat İsbatov, İddiaçı5 və cavabdeh qismində Ömər Məmmədov olmasına baxmayaraq, hazırki işdə iddiaçı qismində yuxarıda göstərilən iddiaçılardan əlavə, İddiaçı4, İddiaçı3 də tələb irəli sürmüş, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 borc mübahisəsinə dair işdə iştirak etməmişlər; - Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında və Mülki Prosesual Məcəllənin 82.3-cü maddəsində xüsusi olaraq vurğulanmışdır ki, həmin işdə, yəni əvvəl baxılan işdə iştirak edən şəxslər üçün qərarın preyudisiyallığı, yəni məcburiliyi vardır. İddiaçılardan İddiaçı4, İddiaçı3, cavabde hlərdən Cavabdeh1, Cavabdeh2 həmin işdə iştirak edən şəxs olmadıqlarından Quba rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qətnaməsinin onlar üçün preyudisiyal qüvvəsi yoxdur; - Cavabdeh2 ona verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab olunmasına dair Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, apellyasiya məhkəməsi qətnaməni həmin hissədə yoxlamaqda və ləğv etməkdə haqlı olmamış, apellyasiya şikayəti verməmiş şəxsə münasibətdə qərar qəbul etməklə göstərilən normanın tələbini pozmuşdur. Eləcə də X23 və X21 onların arasında bağlanılmış bağışlama müqaviləsinin ləğv olunmasına dair, Diləfruz Məmmədova isə ona aid çıxarışın, Plan-cizginin ləğvinə dair hissədə qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyas iya Məhkəməsi həmin hissədə də Rayon Məhkəməsinin qətnaməsini yoxlamaqda və ləğv etməkdə haqlı olmamışdır; - Cavabdeh1 alqı-satqı yolu ilə torpaq almış şəxslərdən Aydın Qasımbəyov və Rövşən Əhmədov istisna olmaqla qeyriləri apellyasiya şikayəti verməmişlər. Apellyasiya məhkəməsi həmin şəxslərə münasibətdə plan-cizginin ləğv olunması hissəsində şikayət verilmədiyinə görə qətnaməni yoxlamaqda və ləğv etməkdə haqlı olmamışdır. Bu da göstərir ki, apellyasiya məhkəməsi MPM-in 372.6-cı maddəsinin tələblərini pozmuşdur; - apellyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi məsələlər hissəsində MPM-in 372.7-ci maddəsinə istinadən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi apellyasiya məhkəməsi həmin normanı səhv təfsir etməklə Quba Rayon Məhkəməsinin qətnaməsini şikayət verilməyən hissədə də yoxlayıb ləğv etməklə səhv nəticəyə gəlmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas dır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum o lduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəmə sinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq Quba Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli qətnaməsinə və Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə uyğun olaraq həmin qətnamənin hazırki işə preyudisiyal əhəmiyyətli olmasına istinad etmişdir.

54. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş m əhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir.

56. Qeyd edilən qərarda Kon stitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

57. Konstitusiya Məhkəməsi onu da qeyd edib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiyanın mövcud olması üçün summar qaydada tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar (1-ci hal) məhkəmə qətnaməsində əks olunmalı (2-ci hal), araşdırılmalı (3-cü hal) və qiymətləndiriməlidir (4-cü hal). Bu halların birinin olmaması preyudisiyanı istisna edir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və q iymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır.

58. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı ilə bağlı qanunun norması və həmin normanın şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin şərhindən də görünür ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar ilk növbədə həmin işdə iştirak edən şəxslər, başqa sözlə subyekt tərkibi üçün məcburidir.

59. Apellyasiya instansiyası məhkəməsinin preyudisial qətnamə kimi istinad etdiyi Quba Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə üzrə baxılan mübahisə borc müqaviləsi ilə bağlı olmuş, hazırki iş üzrə iddiaçılardan yalnız Bayram, İsbat və İddiaçı5lar həmin işdə iddiaçı olmuş, hazırki iş üzrə digər iki iddiaçı Ramin və İddiaçı3lar və Cavabdeh2 həmin işdə hər hansı qisimdə keçməmiş, hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iştirak etmişdir.

60. Qeyd edilənlərə əsasən Quba Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli qətnaməsi hazırki işə münasibətdə istər obyektiv, istərsə də subyektiv hədd baxımından preyudisial qətnamə şərtlərinə cavab vermir.

61. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəm ə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bu normadan da görünür ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir.

62. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Quba Rayon Məhkəməsinin 27 iyul 2010-cu il tarixli qətnaməsinə preyudisiya kimi yanaşmaqla səhvə yol vermiş və qətnaməsini (iddianın birinci hissəsinin rədd edilməsi hissəsini) əsasən məhz bu dəlil üzərində qurduğu üçün iddia tələblərinin qalan hissələri üzrə gəlinən nəticə də düzgün hesab edilə bilməz.

63. Məhkəmə kollegiyası onu qeyd edir ki, Quba Rayon Məhkəməsinin 27 iyul 2010cu il tarixli qətnaməsi preyudisia şərtlərinə cavab verməsə də, həmin işdə keçən iddiaçıların torpağın alqı-satqısı barədə verdikləri izahatın sübut kimi qiymətləndirilməsi istisna edilmir.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

65. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1833/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar