Məhkəmə qərarları › İş №2(102)-4140/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4140/2024

19.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4140/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və.s Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2208/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 19 dekabr 2024cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC-nin xx.xx.2023-cüil tarixli 13-1-19/3-10- 1869/2023 saylı əmrindən görünür ki, elektrik qatar maşinist köməkçisi İddiaçı Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsinin 4.7 bəndinə əsasən ixtisası nəzərə alınmaqla işdən azad olunaraq başqa işə keçirilməli idi. Lakin istismar xidmətinin ştat cədvəlində onun ixtisasına uyğun ştatın olmamasını nəzərə alaraq Az ərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və nəzərinə çatdırılmışdır ki, gələcəkdə hər hansı intizam pozuntularına yol verərsə işdən azad olunacaqdır. 2. - Əmrin İİ hissəsində İstimar xidmətinin İnsan Resursları bölməsinə elektrik qatar maşinist köməkçisi İddiaçı etik davranış qaydalarına sığmayan hərəkətləri, vəzifə öhdəliklərini pozması, funksional rəhbərlərə tabeçilik göstərməməsi, müəssisə rəhbərliyinin ictimai nüfuzuna xələl gətirən davranışları, müxtəlif dövlət orqanlarında dəmir yolunun imicinə, nüfuzuna xələl gətirən hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində aidiyyəti üzrə müvafiq prosedurlara başlanılması əmr edilmişdir. 3. - Əmrin İİİ hissəsində Lokomotiv işinin təşkil i, xidməti və təhcizetmə bölməsinin rəisinə bölməsinə elektrik qatar maşinist köməkçisi İddiaçı üzərində nəzarətin gücləndirilməsi tapşırılmışdır.

4. Sərnişin daşımaları departamenti istismar xidməti rəisinin yanında keçirilən xx.xx.2023-cü il tarixli araşdırma üzrə 13 saylı protokola əsasən elektrik qatar maşinist köməkçisi İddiaçı naməlum tarixdə 6703 nömrəli Hacıqabul-Şirvan-Bakı marşrutu ilə hərəkətdə olan zaman Ələt stansiyasında vəzifə öhdəliklərini yerinə yetirməməsi aşkar olunmuşdur. Belə ki, elektrik qatar maşinist köməkçisi İddiaçı naməlum tarixdə Ələt stansiyasında mobil telefon vasitəsilə çəkilişlər apararaq reqlament və təhlükəsizlik qaydalarını kobud surətdə pozmuşdur. Bu çəkilişlər sosial şəbəkədə yayımlandıqdan sonra lokomotiv briqadasının vəzifə təlimatlarını pozmaları aşk ar olunmuşdur (elektrik qatar maşinist köməkçisi İddiaçı səfərdə onunla birlikdə olan maşinistin adını verməkdən imtina etmişdir). Bu səbəbdən hadisə barəsində İddiaçı izahat verməsi tələb olunmuşdur. O, izahat verməkdən, həm çəkiliş tarixi, həm də maşinistin kimliyi barədə məlumat verməkdən imtina etmişdir. Belə əməllərin tez-tez təkrar olunması, onun tərəfindən maşinistlərin iradlarına məhəl qoyulmaması səbəbindən bir qrup maşinist İddiaçıla səfərə getmək istəmədikləri barədə Xidmət rəhbərliyinə ərizə ilə müraciət etmişlər. Onlar səbəb olaraq İddiaçı vəzifə təlimatından kənar işlərlə məşğul olması və gələcəkdə bu səbəbdən problemlər yaşamaq istəməmələri ilə əlaqələndirmişlər. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Xidmət rəisinin lokomotiv briqadalarının işinin təşkili üzrə müavini X2 yanında İddiaçı və onunla səfərə getmək istəməyən maşinistlərin iştirakı ilə məsələyə baxılmışdır. Maşinistlər İddiaçıla səfərə getmək istəməmələri səbəbini izah etdikdən sonra, İddiaçı öz növbəsində onlarla yola getməkdən imtina etdiyini bildirmişdir. Bu və digər məsələlər barədə akt tərtib olunmuşdur. Naməlum tarixdə 6703 nömrəli Hacıqabul-Şirvan-Bakı marşrutu ilə hərəkətdə olan elektrik qatarının lokomotiv briqadası (elektrik qatar maşinisti və elektrik qatar maşinist köməkçisi İddiaçı Ələt stansiyasında hərəkətdə olan zaman “Azərbaycan X7tarların hərəkəti və manevr işlərində standart, qeyri-standart və qəza hallarında danışıq reqlamenti”-nin 3.2.3 (Hərəkət surətinə məhdudiyyət qoyulan yerə yaxınlaşarkən və oranı keçərkən maşinist köməkçisi öz iş yerində ayaq üstə dayanaraq maşinist tərəfindən hərəkət sürətinə riayət olunmasına nəzarət etməlidir), 3.2.6. (Maşinist və maşinist köməkçisi işıqforların göstəricilərini təkrarlayarkən onların təyinatını (keçid, «xəbərdaredici giriş, marşrut, təkrarlayıcı, çıxış, manevr), stansiyalarda isə eyni zamanda yolun nömrəsini bir-birlərinə deməlidir) yaxınlaşarkən maşinistə onun təyin edilmiş keçilmə (sürətini məruzə etməlidir), 3.2.8 (Qatar stansiyanın giriş işıqforuna yaxınlaşarkən maşinist toməkçisi onun görünmə hüdudunda maşinistə giriş işıqforunun göstəricisi və stansiya üzrə hərəkət sürəti barədə məlumat verməlidir. Məlumatın düzgünlüyünə əmin olan maşinist onu təkrar etməlidir), 3.2.9 (Stansiyanı keçərkən maşinist və maşinist köməkçisi marşurutun düzgün hazırlanmasını, yolun boşluğunu və çıxış işıqforunun göstəricisini izləmə li, qatarın hərəkət marşrutu və hərəkət sürəti barədə öz aralarında bir-birini: “Yoldəyişənlər marşrut üzrədir, yoldan çıxış (işarənin göstəricisini bildirir), sürət km/saatdır” deməklə məlumatlandırmalıdırlar) bəndlərinin tələblərini pozmuşdur. Araşdırma zamanı İddiaçı sözügedən çəkilişi işdə olmayan zaman, sərnişin kimi gedərkən çəkdiyini bildirməyinə baxmayaraq, görüntülərdən aydın olur ki, çəkiliş lokomotivin maşinist kabinasında işdə olan zaman aparılıb, hətta işdə olmayan zaman lökomotivin maşinist kabinasına daxil olaraq çəkiliş aparması qanun pozuntusu sayılır, yolverilməzdir və Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsinin 4.1. (İşçinin intizamı pozmaqda təqsirli olması intizam pozuntusu hesab edilir. Dəmir yolu nəqliyyatının xidməti otaqla rında, qatarlarda və müəssisələrinin ərazilərində müəyyən edilmiş etik davranış qaydalarının, əmək və icra intizamının pozulması, hətta bu hal əmək vəzifələrinin icrası zamanı baş vermədikdə belə intizam pozuntusu hesab olunur. Bu zaman mövcud əmək qanunvericiliyi və bu Nizamnamə ilə müəyyən edilmiş intizam tənbehləri tətbiq edilə bilər) bəndinə əsasən intizam tənbehi tətbiq edilməlidir. Bundan başqa “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”-na dair təlimatının 16.38 (Yolun boşluğunu, işarələri, işarə göstəricilərini və nişanlarını izləmək, onların bütün tələblərini yerinə yetirmək və işıqforlarla verilən bütün işarələri, yoldan və lokomotivdən dayanma və sürətin azaldılması barədə verilən işarələri bir-birlərinə təkrarlamaq), 16.39 (Daimi işarələrin qadağanedici göstəri cisini, sürəti azaltma işarələrin və sürətin azaldılmasını tələb edən digər işarələrin göstəricilərində xidməti tormozlama tətbiq edərək qatarı qadağanedici işarənin qarşısında saxlamaq, sürətin azaldılmasını tələb edən işarəni isə həmin işarə üçün müəyyən edilmiş sürətdən böyük olmayan sürətlə keçmək) yarımbəndlərinin tələbləri pozulmuşdur. Çıxış edənlər (Elxan Quliyev, Elçin Məmmədov, Mətləb Rəhimli və Bəyim Həsənova) elektrik qatar maşinist köməkçisi İddiaçı nizam-intizamsız işçi olması, funksional rəhbərliyə tabeçilik göstərməməsi, verilən tapşırıqlara əməl etməməsi, hətta əmək haqqı artımı ilə əlaqədar Əmək müqaviləsində olan dəyişikliyə imza atmaqdan, hər dəfə araşdırmaya gələrkən izahat verməkdən imtina etməsi, araşdırma zamanı özünü qeyri-etik aparması, nəinki İstismar xidmətinin, dəmiryolu rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətməsi və belə davranışların mütəmadi olmasını və qüvvədə olan intizam tənbehini nəzərə alaraq, onun işdən azad olunmasını məqbul hesab etdilər. Qərara alınmışdır ki, 1. “Azərbaycan X7tarların hərəkəti və manevr işlərində standart, qeyri-standart və qəza hallarında danışıq Reqlamenti”-nin 3.2.3, 3.2.6, 3.2.8, 3.2.9 yarımbəndlərinin, "Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”-nın 16.38, 16.39, yarımbəndlərinin tələblərini pozduğuna görə elektrik qatar maşinist köməkçisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”(əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), "c” (əməyin təhlükəsizliyi no rmalarına əmək etmək) bəndlərini, 72-ci maddəsinin “ə” (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndini nəzərə alaraq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması məqsədi ilə həmin məcəllənin SO-ci maddəsinin 1-ci bəndinə əsasən razılığı alınması üçün İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilsin. İstismar xidmətinin İnsan resursları bölməsi elektrik qatar maşinist köməkçisi İddiaçı qanunvericiliyə uyğun olaraq işdən azad olunması üçün sənədləşmənin aparılmasını təmin etsin. İstismar xidmətinin İnsan resursları bölməsi elektrik qatar maşinist köməkçisi İddiaçı Xidmətin normal iş ahəngini pozmasına, rəhbərliyə tabeçi lik göstərməməsinə, onlara qarşı qeyri adekvat davranış və qeyri-etik ifadələr işlətməsinə, digər işçilərə mənfi təsir göstərməsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” (dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada şərtlərlə gizli saxlamaq) bəndinin tələblərini pozmasına hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti üzrə müraciət hazırlanmasını təmin etsin. Lokomotivlərin işinin təşkili, xidməti və təchizetmə bölməsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, elektrik qatar maşinist köməkçisi İddiaçıla birlikdə səfərdə olan maşinistin kimliyinin müəyyən edilməsi üçün tədbirlər görsün. Hazırki qərarla aidiyyəti işçilər tanış edilsinlər. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

5. Sərnişin daşımaları departamentinin İs tismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 33 nömrəli protokolundan görünür ki, iclasın gündəliyinə qoyulan məsələ səs çoxluğu ilə qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. 6. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1-19/3-10- 3732/2023 saylı əmrindən görünür ki, sərnişin daşımaları departamentinin istismar xidmətinin lokomotiv briqadalarının elektrik qatar maşinist köməkçisi peşəsində çalışan İddiaçı 6703 №li Hacıqabul-Şirvan-Bakı marşrutu ilə hərəkət edərkən Ələt stansiyasında qanunsuz video çəkiliş apararaq iş vaxtı öz vəzifə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və bununla da “Azərbaycan X7tarların hərəkət və manevr işlərində sta ndart, qeyri-standart və qəza hallarında danışıq Reqlamenti”nin 3.2.3, 3.2.6, 3.2.8, 3.2.9 yarımbəndlərinin, “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”na - dair təlimatın 16.38 və 16.39 yarımbəndlərinin tələblərini kobud surətdə pozmuş, bununla da əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı tərəfindən daha əvvəllər də əmək və əmək intizam qaydaları dəfələrlə pozulmuş və müvafiq olaraq barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq intizam tənbehi verilmişdir. Həmçinin İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “c” bəndlərinin tələblərini kobudcasına pozmuşdur. Göstərilənləri və Sərnişin daşımaları departamentinin istismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 33 saylı qər arını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsini, 72-ci maddəsinin “e” və “ə” bəndlərini rəhbər tutaraq xx.xx.2023-cü il tarixindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1838/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqlar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)7490/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayət i təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1838/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması, cavabdeh "xxxx" QSC tərəfindən onun xx.xx.2023cü il tarixdən aylıq əmək haqqının və son haqq-hesabının, maddi və mənəvi kompensasiya olaraq 5.000 manat məbləğində pulun, 50 manat mediasiy a prosesinə çəkilən xərcə görə, 70 manat iddia ərizəsinin yazılmasına dair hüquqi xidmət xərcinin ödənilməsi və cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və işə bərpa barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdən "xxxx" QSCdə fəaliyyət göstərirdi. "xxxx" QSC tərəfindən şirkətdə işləməyə dəvət olunmuşdu və cavabdeh "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 580 nömrəli əmək müqaviləsi bağlanaraq maşinist vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşlədiyi şirkətdən səbəbsiz olaraq cavabdeh "xxxx" QSC tərəfindən bağla dıqları əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O, uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Ailə sahibidir və himayəsində azyaşlı uşaqlar var. "xxxx" QSC ilə dəfələrlə əlaqə yaradılsa da, o, hər dəfə müxtəlif bəhanələr gətirərək ona dəymiş maddi və mənəvi ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırır. "xxxx" QSC tərəfindən işdən azad olunarkən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olmamış və ona əmək qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Düşünür ki, onu işdən azad etmə səbəbləri facebook sosial mediasında "xxxx" QSC-də baş verən oğurluq hadisəsini paylaşması olub. Çünki paylaşımdan sonra işdə ona qarşı da vranışlar dəyişmişdir və onu işdən azad edəcəklərini bildirirdilər.

11. Cavabdeh "xxxx" QSC-nin iddiaya etirazı onunla əsaslandırılır ki, iddiaçı iddia ərizəsində göstərdiyi tarixdən işə götürülməmişdir. Həmin tarixdə, yəni xx.xx.2021-ci ildə iş vaxtı yol verdiyi kobud nöqsanlara görə 580 nömrəli əmrlə elektrik qatar maşinisti vəzifəsindən elektrik qatar maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Ümumiyyətlə iddiaçının ərizəsində göstərdikləri tamamilə həqiqətdən uzaqdır. Belə ki, İddiaçı xx.xx.1989cu ildə ADYnin Bakı Lokomotiv deposuna Avtomat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri əhatə edən dövr ərzində sərbəst elektrovoz maşinist köməkçisi, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri əhatə edən dövr ərzində 3-cü dərəcəli çilingər, xx.xx.1994-xx.xx.2002-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinist köməkçisi, xx.xx.2002-xx.xx.2015-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinisti, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri əhatə edən dövr ərzində elektrik qatar maşinisti, xx.xx.2021-ci il tarixdən isə əmək müqaviləsinə xitam verildiyi günə qədər elektrik qatar maşinist köməkçisi vəzifəsində işləmişdir. Yəni iddia ərizəsində göstərildiyi müddətə kimi maşinist deyil, maşinist köməkçisi vəzifəsində işləmişdir. Aşağıda qeyd olunan tarixlərdə İddiaçı işlədiyi müddətdə bir neçə dəfə intizam tənbehi verilmişdir. Belə ki, Bakı Lokomotiv Deposunda işlədiyi müddətdə 223 nömrəli, xx.xx.2014-cü il tarixli intizam əmrində - şiddətli töhmət, 276 nömrəli, xx.xx.2015-ci il tarixli intizam əmrində - vəzifəsi aşağı salınaraq çilingər, 43 nömrəli, xx.xx.2 021-ci il tarixli intizam əmrində - Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsinin 4.7-ci bəndinə əsasən vəzifə kateqoriyası endirilərək elektrik qatar maşinist köməkçisi intizam tənbehi verilmişdir. Göründüyü kimi, iddiaçı işlədiyi dövr ərzində dəfələrlə intizam tənbehi verilməsinə baxmayaraq tənbehlərdən nəticə çıxartmamışdır. Son vəzifəsində işlədiyi dövr ərzində eyni hallar təkrar edildiyi üçün Sərnişin daşımaları departamentinin İstismar xidməti tərəfindən 13-119/3-13-1869/2023 nömrəli xx.xx.2023-cü il tarixli intizam tənbehi haqda əmrlə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Verilmiş şiddətli töhmətlə sonuncu xəbərdarlığa baxmayaraq İddiaçı bir daha kobud qanun pozuntularına yol vermiş, qanunvericiliyin tələblərini poz araq iş ahənginin pozulmasına səbəb olmuşdur. Belə ki, İddiaçı davamlı olaraq, iş kollektivi arasında davranış qaydalarına, əməkdaşlar arasında qarşılıqlı hörmət, müasir korporativ idarəetmə prinsiplərinə zidd hərəkətlər etməklə, eləcə də, işə vicdanlı münasibət göstərməyərək iş vaxtı şəxsi, iş yoldaşlarının, eləcə də dövlət əmlakının təhlükəsizliyinin qorunması barədə tələbləri pozmuşdur. İddiaçı əvvəlki hallara münasibətdə təkrarən, işdən yayınıb telefon çəkilişləri etmiş, əlavə olaraq iş yoldaşlarının fikrini teplovozun idarəetməsindən yayındıraraq, şəxsi problemlərinə yönəltmiş, o cümlədən iş yoldaşlarında haqsız olaraq, ümumilikdə ADY-nin idarəetmə strukturlarının əleyhinə fikirlər formalaşdırmağa cəhd etmiş, rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə işçi kimi özünün əm ək funksiyasını, o cümlədən əmək müqaviləsi üzrə öhdəliklərini, yəni qəsdən kommersiya sirrinin yayılması üzrə öhdəlikləri yerinə yetirməmiş, həmçinin əvvəllər verilmiş intizam tənbehlərinə əsas olmuş halları da nəzərə almaqla, yuxarıda sadalanan əməllərlə yəni, onun kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl dəymişdir. İddiaçı “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”na - dair təlimatının 16.38 və 16.39 yarımbəndlərinin tələblərini kobud surətdə pozaraq (Yolun boşluğunu, işarələri, işarə göstəricilərini və nişanlarını izləmək, onların bütün tələblərini yerinə yetirmək və işıqforla verilən bütün işarələri, yoldan və lokomotivdən dayanma və sürətin azaldılması barədə verilən işarələri bir-birinə təkrarlamaq), (daimi işarələrin qadağanedici göstəricisini, sürəti azaltma işarələrini və sürətin azaldılmasını tələb edən digər işarələrin göstəricilərində xidməti tormozloma tətbiq edərək qatarı qadağanedici işarənin qarşısında saxlamaq, sürətin azaldılmasını tələb edən işarəni isə həmin işarə üçün müəyyən edilmiş sürətdən böyük olmayan sürətlə keçmək) müəyyən olunmuş sürət həddini aşmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), “c” (əməyin təhlükəsizliyi normalarına əməl etmək) bəndlərini, 72-ci maddəsinin “ə” (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarm ayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndini nəzərə alaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması məqsədi ilə həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinin tələbi ilə razılıq alınması üçün sərnişin daşımaları departamentinin İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Komitənin xx.xx.2023-cü il tarixli 33 nömrəli protokolunda iclasın gündəliyinə qoyulan məsələ səs çoxluğu ilə qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən 68, 69, 70, 71, 73, 74, 75, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Beləliklə, Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçı 5.000 manat maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prese dentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan başqa iddiaçı iddia tələbində ona ödənilməmiş son haqq-hesabın ödənilməsini tələb etmişdir. Bununla b ağlı bildirir ki, iddiaçının son haqq-hesabı işdən azad olunduğu gün onun hesabına ödənilmişdir. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə (ADY) qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" QSC-nin sərnişin daşımaları departamentinin istismar xidmətinin rəisi vəzifəsində çalışır. Onların çalışdığı sahə yüksək təhlükə potensiallı sahədir və bu sahədə bütün qaydalar, fəaliyyət müvafiq normativ sənədlərlə, təlimatlarla tənzimlənir. Bu qaydaların pozulmasına yol verən işçilər isə əmək qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunurlar. İddiaçı da intizam pozuntusuna yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilmiş və ona şiddətli töhmət verilmişdir. Daha sonra o, 6 aylıq müddət ərzində təkrar pozuntuya yol verdiyinə görə işdən azad edilmişdir. İddiaçı dəfələrlə intizam qaydalarını pozmuşdur. Belə ki, iddiaçı öncədən də yol verdiyi pozuntulara, surət həddini aşmağa görə maşinist vəzifəsindən kənarlaşdırılaraq maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Bu məsələ ilə bağlı iddiaçı məhkəməyə müraciət etsə də, onun idd ia tələbləri təmin olunmamışdır.

13. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, həmkarlar ittifaqının sədri vəzifəsində çalışır. O, iki il müddətində iddiaçı ilə biryerdə işləmişdir. İddiaçını tanıdığı vaxtdan da onun necə problemli insan olduğunu görmüşdür. Eyni zamanda, bütün işçilər də iddiaçı barəsində narazılıqlarını ifadə etmişlər. İddiaçı elə bir vəziyyət yaratmışdır ki, iş yoldaşları onunla işləmək istəməmişlər. İddiaçının etdiyi əməllər rəhbərliyin də narazılığını doğurmuşdur. Dəfələrlə icra intizamının pozulmasına yol vermişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 oktyabr 2023-cü il tarixli, 2(006)-4016/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı xx.xx.1989-cu ildə ADY-nin Bakı Lokomotiv deposuna Avtomat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri əhatə edən dövr ərzində sərbəst elektrovoz maşinist köməkçisi, xx.xx.1993xx.xx.1994-cü il tarixləri əhatə edən dövr ərzində 3-cü dərəcəli çilingər, xx.xx.1994 xx.xx.2002-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinist köməkçisi, xx.xx.2002xx.xx.2015-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinisti, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri əhatə edən dövr ərzində elektrik qatar maşinisti, xx.xx.2021-ci il tarixdən isə əmək müqaviləsinə xitam verildiyi günə qədər elektrik qatar maşinist köməkçisi vəzifəsində işləmişdir.

16. Hazırda iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğunu mübahisə ləndirir və tələbinin əsasını facebook sosial mediasında "xxxx" QSC-də baş verən oğurluq hadisəsini paylaşması ilə əsaslandırır.

17. İddiaçı hüquqlarının pozulduğunu bildirərək öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, sonra cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/11/202301479 saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmiş İMS-ə gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir.

18. Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, əmək m ünasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin müəssisədaxili intizam qaydalarını pozulması və etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Bu səbəbdən, idd iaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 06 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

19. İş materiallarından görünür ki, buna qədər iddiaçıya Bakı Lokomottv deposunda işlədiyi müddətdə 233 №li xx.xx.2014-cü il tarixli intizam əmri ilə ona şiddətli töhmət, 276 №-li xx.xx.2015-ci il tarixli intizam əmri ilə vəzifəsi aşağı salınaraq çilingər, 43 №li xx.xx.2021-cü il tarixli intizam əmri ilə ona Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsinin 4.7-ci bəndinə əsasən vəzifə kateqoriyası endirilərək elektrik maşinist köməkçisi intizam tənbehi verilmiş, Sərnişin daşımaları departamentinin İstismar xidmətində "xxxx" QSC-nin xx.xx.2023-cüil tarixli, 13-1-19/3-101869/ 2023 saylı əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

20. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı əmək funksiyalarını dəfələrlə pozmuş, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamış və bu funksiyaları yerinə yetirməmişdir.

21. Müəyyən edilmişdir ki, 06 iyul 2023-cü il tarixli əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün bütün göstərişlər verilmiş, müvafiq ödəniş sənədindən göründüyü kimi, son haqq-hesab hesablanaraq, iddiaçıya təqdim olunmuş, həmçinin məktub ünvanlanaraq əmək kitabçasını İnsan resursları bölməsindən təhvil alması xahiş olunmuşdur.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (sosial şəbəkədə paylaşımdan dolayı işdən azad edilməsinə və s.) dair sübutları məhkəməy ə təqdim etməmişdir.

23. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. İddiaçı işdən azad edilməsinin səbəbi kimi onun sosial şəbəkədə paylaşım etməsini göstərsə də, işin faktiki hallarından göründüyü kimi, həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir və sosial şəbəkədəki həmin paylaşımla sonuncu intizam tənbehi arasında heç bir əlaqə yoxdur. Belə ki, iddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır. Bu səbəbdən, işin faktiki halları ilə işəgötürənin Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verərək iddiaç ını işdən azad etməsi müəyyən edilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə kifayət qədər əsas olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

25. Beləliklə də, məhkəmə hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olduğundan tələbin "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xit am verilməsi barədə əmrinin ləğv olunması” hissəsi əsassızdır və təmin edilə bilməz.

26. Məhkəmə hesab etmişdir ki, tələbin "xxxx" QSC-nin 06 iyul 2023- cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması hissəsi əsassız olduğundan digər törəmə tələbləri ("xxxx" QSC tərəfindən onun xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqının və son haqq-hesabının, maddi və mənəvi kompensasiya olaraq 5.000 manat məbləğində pulun, 50 manat mediasiya prosesinə çəkilən xərcə görə, 70 manat iddia ərizəsinin yazılmasına dair hüquqi xidmət xərcinin ödənilməsi və cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və işə bərpa) üzrə əlavə a raşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 35, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68-ci maddəsinin 1 və 2-ci bəndinə, 70, 72-ci maddəsinin (a) bəndi, 76.1, 311, 186-cı maddəsinin 1 və 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 216-220-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olma qla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən xx.xx.2023-cü il tarixli 22 əmrində göstərilmiş nöqsana yol verilməsində təqsirinin olub-olmaması ilə bağlı işəgötürən tərəfindən araşdırılması, ondan izahat tələb edilmədiyini nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir.İşəgötürənin Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci hissədində nəzərdə tutulmuş intizam məsulliyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Hesab edir ki, "xxxx" QSC-nin Həmkarlar Təşkilatının qəbul etdiyi qərar qərəzli, qanunsuz və əsassız olmaqla işçinin deyil, işəgötürənin maraqlarının müdafiəsinə yönəlmişdir. Həmkarlar Təşkilatı öz qərarında işçinin təqsirli olubolm amağı, işəgötürənin əsas gətirdiyi sübutların nədən ibarət olması və işçi barəsində işəgötürən tərəfindən hansı intizam tənbehlərindən birinin verilməsi nəzərdə tutulduğuna aydınlıq gətirməmişdir. Həmçinin onun xx.xx.2023-cü il tarixdə iclasda iştirak etməməsinə Həmkarlar Təşkilatı münasibət bildirməmiş, onun iştirakı olmadan iclas keçirilmişdir. Həmkarlar Təşkilatı işəgötürənin maraqlarına xidmət edərək onun tərəfindən işçi barəsində yol verilmiş qanun pozuntularını dəstəkləmişdir. Məhkəmə öz növbəsində bu dəstəyin qanuni olduğunu və işəgötürənin yol verdiyi qanusuzluqlara səhv qiymət vermişdir. Əmrin məzmunundan göründüyü kimi bu əmrin verilməsi məqsədi cavabdehin xx.xx.2023-cü il tarixli 33 nömrəli əmrin icrası olmuşdur. Lakin 3 nömrəli əmrda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi nə əsasən ləğv edilməsinə əsas olmuş hər hansısa bir hüquqi əsas müəyyən olunmamışdır. İşə baxan hakim sübutları tamvə düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan halları müəyyən etməmiş, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibtədə olmalarını, həmin iş üzrə hasnı qanunu tətbiq edilməli olduğunu müəyyən etməmişdir. Ondan nə yazılı izahat tələb olunmuş, nə də izahat vermək üçün dəvət olunmuşdur. Ondan izahat alınmamış və işdən çıxma səbəbi araşdırılmamışdır. Həmçinin məhkəmədə verdiyi vəsatətlər barədə qətnamədə hər hasnı bir məlumat verilməmişdir.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Qasımov və M.Məmmədov) 2(103)-2208/2024 nömrəli iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı t ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(006)4016/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

32. Kollegiya qeyd edir ki, iddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

33. İş materiallarından görünür ki, iddiaçının çalışdığı sahə yüksək təhlükə potensiallı sahədir və o, yüksək təhlükə mənbəyi olan elektrik qatarını idarə etmişdir. Əvvəllər pozuntularına görə çoxsaylı i ntizam tənbehləri verilmiş, sonuncu dəfə Sərnişin daşımaları departamentinin İstismar xidmətində "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1-19/3-101869/2023 saylı əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

34. Göründüyü kimi, iddiaçı əmək funksiyalarını dəfələrlə pozmuş, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamış, sonuncu intizam tənbehindən sonra altı ay müddətində yenidən pozuntu hallarına yol vermişdir.

35. İddiaçı barəsində 06 iyul 2023-cü il tarixdə intizam tənbehi verilməzdən əvvəl araşdırma aparılmış, 16 iyun 2023-cü il tarixli araşdırmanın nəticəsi olaraq 13 saylı protokol tərtib edilmişdir. Qeyd olunan protokoldan görünür ki, iddiaçı həmin araşdırmada iştirak etmişdir.

36. Bundan sonra Həmkarlar İttifaqı Komitəsi tərəfindən 24 iyun 2023-cü il tarix də 33 saylı Protokol tərtib edilmişdir. Protokoldan da görünür ki, iddiaçı həmin iclasa dəvət olunmuşdur.

37. Belə olan halda, kollegiya iddiaçının araşdırmada iştirak etdiyi halda Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunmaması ilə bağlı dəlilini əsaslı hesab etmir.

38. İddiaçı iddia tələbində işdən azad olunmasını sırf sosial şəbəkələrdə paylaşım etməsi ilə bağlı olduğunu bildirsə də, qeyd olunan hal tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.

39. Kollegiya onu da qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halları aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınla şdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınması təklif olunsa da, iddiaçı bundan imtina etmişdir (i/v 92-də Akt).Həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

40. Kollegiya hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə kifayət qədər əsaslar olmuşdur.

41. Həmçinin iş mat erialları ilə müəyyən olunur ki, 06 iyul 2023-cü il tarixli əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün bütün göstərişlər verilmiş, müvafiq ödəniş sənədindən göründüyü kimi, son haqq-hesab hesablanaraq, iddiaçıya təqdim olunmuş (i/v 35), həmçinin məktub ünvanlanaraq əmək kitabçasını İnsan resursları bölməsindən təhvil alması xahiş olunmuşdur.

42. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

43. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.5, 3.9, 10, 11, 12, 68.1, 70, 71, 72, 76, 80, 186, 187, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onun xx.xx.2023-cü il tarixli 33 nömrəli əmrdə göstərilmiş nöqsana yol verməsində təqsirinin olubolmaması ilə bağlı işəgötürən "xxxx" QSC tərəfindən araşdırılması və ondan izahat tələb edilmədiyini nəzərə almamış və buna hüquqi qiymət verməmişdir. İşəgötürən sözügedən Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsi nin zəruriliyini əsaslandırmamışdır. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən birinci növbədə iddiaçı ilə ləğv edilən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalı idi. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən iddiaçı ilə ləğv edilən əmək müqaviləsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi özlüyündə hələ o mənaya gəlmir ki, onun barəsində intizam tənbeh tədbiri görülə bilər. İddiaçıdan nə yazılı izahat verməsi tələb olunmuşdur, nə də ki o, izahat vermək üçün idarəyə dəvət edilmişdir. İddiaçıdan izahat alınmamış və onun işdən çıxarılma səbəbi aydınlaşdırılmamışdır. Nə birinci instansiya məhkəməsi, nə də apell yasiya məhkəməsi bu nüanslara diqqət yetirməmişdir. Əmrin məzmunundan da görünür ki, bu əmrin verilməsi məqsədi cavabdehin xx.xx.2023-cü il tarixli 33 nömrəli əmrinin icrası olmuşdur. Lakin qeyd edildiyi kimi 33 nömrəli əmrdə əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə əsas olmuş hər hansısa bir hüquqi əsas müəyyən edilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Lakin işə baxmış nə birinci instansiya, nə də apellyasiya məhkəməsi bu halları görmədən keçmiş, açıq-aşkar olan hüquq pozuntularına hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırk i kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

49. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

50. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

51. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəlikl ərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

52. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran h alların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

55. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

62. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilm əsi halları aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınması təklif olunsa da, iddiaçı bundan imtina etmişdir (i/v 92-də Akt).Həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

63. Bu baxımdan işin hallar ına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

64. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibari lə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır.

65. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

66. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilməd iyini yoxlayır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2208/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar