Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4143/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh3, X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4143/2022 (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri,18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğludan (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qafar oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh3, X2 qarşı “evə köçürülmə və yaradılan maneələrin qadağan edilməsi” tələblərinə dair iş üzrə barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022 -ci il tarixli, 2(103)-4478/2022 nömrəli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində ilk icraat
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 nömrəli (bundan sonra – birinci instansiya məhkəməsi) 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında ailəsinin yaşadığı fərdi yaşayış evinə köçürülməsi, həmin evin yerləşdiyi həyətindən istifadəsinə, habelə həmin evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılması cavabdehlərə qadağan olunmuş, iddia qalan hissədə rədd edilmişdir.
2. Həmin qətnamədən müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı (bundan sonraüçüncü şəxs) 03 noyabr 2011-ci il tarixdə apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.
3. Sonradan üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş formaya əməl olunmadığına görə geri qaytarılmışdır.
4. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən bir daha apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində ic raat
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.MƏmmədova – sədrlik edən və məruzəçi, F.Babayev və R.Eyvazov) 2(103)-4478/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)5417/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materiallarının Bakı şəhəriSabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apellyasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin barəsində şikayət verdiyi qətnaməni xx.xx.2021-ci il tarixdə qəbul ediyi vaxtdan beş aya yaxın vaxt ötməsinə baxmayaraq buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə etməmişdir. Kollegiya qeyd etmişdir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verilməsinə, habelə apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizənin əlavə edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı məsələyə qiymət vermədən apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Üçüncü şəxs (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022-ci il tarixli, 2(103)-4478/2022 nömrəli qərardadının ləğv edilməsi və Sabunçu Rayon MƏhkəməsinin 2(008)-5417/2021 nömrəli 07 sentyabr 2021-ci il tarixli qətnməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin icraata qəbul edilməsini və apellyasiya qaydasında baxılmasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına həvalə olunması barədə qərarı qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Mülki Prossesual Məcəllənin 360, 363, 366-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı tərəfindən apellyas iya şikayəti vaxtında verilmiş, həmin şikayət haqlı olaraq qaytarılmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
12. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
15. Belə ki, apellyasiya məhkəməsi üçüncü şəxsin şikayəti üzrə apellyasiyanı qeyri-mümkün sayarkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti versə də, qətnam əni xx.xx.2021-ci il tarixdə qəbul ediyi vaxtdan beş aya yaxın vaxt ötməsinə baxmayaraq, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə etməmiş və qanunda nəzərdə tutulmuş müddət məsələsi həll edilmədən iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi mülki prosessual qanunvericiliyə uyğundur və kassasiya şikayətində göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
17. Ona görə də kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022-ci il tarixli, 2(103)4478/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Əhməd Nurməmmədov Abiddin Hüseynov