Məhkəmə qərarları › İş №2(102)-4145/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4145/2023

02.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4145/2023 02.10.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-183/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətlərini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladlarının Şamaxı şəhəri, M.Hadi küçəsi 110 saylı binanın 36 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ş amaxı Rayon Məhkəməsinin (hakim N.İsmayılov) xx.xx.2021-ci il tarixli, 2(074)742/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-742/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-328/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-742/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil2) kassasiya şi kayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2974/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov, V.Həsənov, İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(105)-328/2022 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-183/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təm in edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-742/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-183/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilib iş üzrə yeni qərar çıxarılaraq iddia tələbinin təmin edilməsi və ya həmin qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş, lakin kassasiya şikayətini yalnız İddiaçı imzalamış, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüq uqu olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçının kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.3 və 411-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı (Vəkil2) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)183/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən verdiyi kass asiya şikayəti qeyrimümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar