Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4146/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-4146/2022 (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2987/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı” xx.xx.1998-ci il tarixdə Cavabdeh ASC-də (bundan sonra “cavabdeh” və ya “ASC”) xarici iqtisadi əlaqələr və kommersiya şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
2. ASC-nin Müşahidə Şurasının yığıncağının xx.xx.2021-ci il tarixli, 03 nömrəli protokolu ilə yeni ştat cədvəli təsdiq edilmiş, Həmkarlar İttifaqı Komitəsinin X2 xx.xx.2021ci il tarixli, 02 nömrəli protokolu ilə Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi ştatının ixtisarına razılıq verilmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli, 13 nömrəli əmri əsasında verilmiş eyni tarixli ixtisar barədə xəbərdarlıqla ASC-də şöbələrin ləğvi və ştatların ixtisarı, eyni zamanda xəbərdarlıq müddəti ərzində hər iş həftəsindən əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə iddiaçı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixdə akt tərtib edilərək mərkəzi aparat üzrə təsdiq olunmuş yeni ştat cədvəlinə görə heç bir vakant iş yeri olmadığından, ixtisarı nəzərdə tutulmuş şəxslərə hər hansı bir vəzifə təklif edilməsinin mümkün olmaması göstərilmişdir
4. İddiaçı xx.xx.2021-ci il tarixdə üzrsüz səbəbdən işə çıxmamış və telefon vasitəsilə əlaqə yaratmaq mümkün olmamış, bu barədə akt tərtib edilmiş və tanış olmaq üçün xx.xx.2021-ci il tarixli əmrin surəti və ixtisa r haqqında xəbərdarlıq-bildirişlər iddiaçının ünvanına göndərilmiş, ünvanlanmış sənədlər xx.xx.2021- ci il tarixdə iddiaçıya poçt vasitəsilə təqdim edilmişdir.
5. İddiaçı ilə bağlanmış xx.xx.1998-ci il tarixli müddətsiz əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 174 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş, iddiaçıya əmək haqqı və son haqqhesabın hesablanaraq ödənilməsi əmr edilmiş, iddiaçı əmrin surətini qəbul etməkdən imtina etmişdir.
6. Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında iddiaçıya orta aylıq əmək haqqının üç misli miqdarında, yəni 4353,12 manat işdən çıxma müavinəti, istifadə edilməmiş məzuniyyət günləri üçün 1145,52 manat kompensasiya, noyabr ayında yeddi iş günü üçün 350 manat, xəstəlik pulu üçün 516,16 m anat və mükafat üçün 100 manat olmaqla, cəmi 6464,8 manat məbləğində pul ödənilmişdir.
7. Mübahisə xx.xx.2021-ci il tarixli, 174 nömrəli əmrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin 174 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması və onun əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, işlədiyi dövr ərzində üzərinə düşən öhdəlikləri peşəkarcasına tam olaraq yerinə yetirmiş, heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. İki ali təhsili vardır, 24 iyun 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı X1 fakültəsini bitirərək sənaye üzrə planlaşdırma ixtisasını, 14 iyul 2001-ci ildə isə Rusiya Federasiyası Moskva şəhəri Maymonid adına X3 bitirərək hüquqşünas ixtisasını əldə etmişdir.
10. Ştat vahidlərinin, o cümlədən tutduğu vəzifənin də ixtisara düşməsinə və bu barədə işçilərin xəbərdar edilmələrinə dair Cəmiyyət üzrə 23 avqust 2021-ci il tarixli, 13 nömrəli əmrin və ixtisar barədə xəbardarlığın surəti iddiaçıya COVİD-19 virusuna qarşı peyvənddən sonra sağlamlığında yaranmış problemlə əlaqədar bülletendə olduğu zaman, yəni 26 avqust 2021-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. İddiaçı həmin əmrlə razı olmadığı üçün əmrin surətinə imza edərək tanış olmaqdan imtina etmişdir. Əmək müqaviləsinin pozulması barədə 174 nömrəli 12 noyabr 2021-ci il tarixli əmr iddiaçıya 12 noyabr 2021-ci il tarixdə poçt vasitəsilə rəsmi təqdim olunmuşdu r.
11. Yaranmış əmək mübahisəsi ilə əlaqədar mediasiya prosesinin tətbiqi barədə xx.xx.2021-ci il tarixli rəsmi təklifi 24 noyabr 2021-ci il tarixli 01/383 saylı məktub ilə Cəmiyyət tərəfindən məqbul hesab edilməmişdir, ASC Mediasiya Şurasında xx.xx.2021-ci il tarixdə saat 10:00-a təyin olunmuş mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir.
12. Cavabdehin 174 nömrəli əmrinin 1-ci bəndində iddiaçı ilə xx.xx.1998-ci ildə bağlanmış müddətsiz əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2021-ci ildən ləğv edilmişdir. Əmr qanunsuzdur. Çünki ASC tərəfindən həmin maddə əsasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçıda uzun müddətdir şəkər xəstəliyi aşkar olunmuşdur və h al-hazırda da müalicəsi davam etməkdədir.
13. İddiaçı tələbinin əsası kimi Əmək Məcəlləsinin 70, 78, 79, 296 və 297-ci maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
15. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı iddianın hüquqi əsasını izah edə bilmir. İxtisarın aparılmasının ancaq qanuniliyi məhkəmə tərəfindən yoxlanıla bilər. İxtisar sahibkarın müstəsna səlahiyyətidir. ASC rəhbərləyinin iddiaçı ilə heç bir qərəzi yoxdur; - ASC vəzifəni ixtisar etmişdir, yəni həmin vəzifəyə ehtiyac aradan qalxıb. Çünki ASC-nin xarici iqti sadi əlaqələri, xarici ölkələrlə dövriyyəsi yoxdur. Buna görə də bu şöbəyə də zərurət qalmayıb; - iddiaçının şəkərli diabet olmasının işdən azad edilməsinə aidiyyəti yoxdur. Şəkərli diabet xəstəsinin ixtisar edilə bilməməsi anlayışı yoxdur. İxtisar şəkərli diabet xəstəliyi ilə deyil, biznesin optimallaşdırılması ilə bağlıdır. Hətta iddiaçıya kompensasiya da ödənilmişdir.
16. Yasamal Rayon Məhkəməsinin 2(004)-773/2022 saylı, 01 fevral 2022-ci il qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Günay Axundova)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək qanunvericiliyinin tələblərinə görə “işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsi” əmək müqaviləsinin ləğv olunmasının qadağan edilən halıdır. Hazırki i ş üzrə isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası ştatın ixtisarıdır.
18. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ixtisar etmək işəgötürənin hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, idarəetməni təkmilləşdirmək, xərclərin qarşısını almaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən ştat vahidlərinin ləğv edilməsi barədə Cavabdeh ASC-də qərar verilmiş, əmək müqaviləsinə xitam verilə n işçinin təminatları gözlənilmişdir. İşçi doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. İşiçinin stajı nəzərə alınmaqla ona orta aylı əmək haqqının 3 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndi, 70-ci maddəsinin "xxxx" bəndi, 77-ci maddəsinin 1 və 3-cü hissələri, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şi kayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə onunla əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl olunmamışdır. ASC-də anoloji şöbələrin başqa ad altında fəaliyyət göstərməsi və hazırda ba belə bir şöbənin mövcudluğu və həmin şöbədə vakansiya yerlərinin olması və cəmiyyətdə pensiya yaşını keçmiş işçilərin işləməsinə baxmayaraq, iddiaçıya iş yeri təklif olunmaması halları müəyyən edilsə də, bu halların sübut edilməsinə məhkəmə tərəfindən təşəbbüs göstərilməmişdir. Məhkəmənin gəldiyi nəticə Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin müddəalarına zidd olmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2987/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev)
23. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işçi doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. İşiçinin stajı nəzərə alınmaqla ona orta aylıq əmək haqqının 3 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ASC-nin mərkəzi icra aparatı işçilərinin 2020-ci il və ixtisardan sonrakı 2021-ci il ştat cədvəlinə əsasən iddiaçının işlədiyi Xarici iqtisadi ə laqələr şöbəsi tam olaraq ixtisar olunmuşdur. Mərkəzi aparat üzrə təsdiq olunmuş yeni ştat cədvəlinə görə heç bir vakant iş yeri olmadığından, ixtisarı nəzərdə tutulmuş şəxslərə hər hansı bir vəzifə təklif etmək mümkün olmamışdır. Bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi apellyatorun şəkərli diabet olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının şəkərli diabet xəstəliyinə tutulması ona işə bərpa edilməsi ilə bağlı hər hansı hüquq vermir. Əmək Məcəllənin 79-cu maddəsi, habelə Azərbaycan Respublikasının “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” 23 dekabr 2003-cü il tarixli 563-İİQ nömrəli Qanununun 8-ci maddəsi ilə işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə Məcəllənin 70-ci maddəs i ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir ki, iddiaçı ilə də əmək münasibətlərinə xitam verilməsi müvafiq əmrdən göründüyü kimi, həmin səbəblə bağlı olmamış, qanunvericiliklə nəzərdə tutulan ştat ixtisarı əsası ilə əlaqədar olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Şikayət onunla əsaslandırılmışdır ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasının əmək qanunvericiliyinin 80-ci maddəsinə uyğun həyata keçirildiyi bəllidir. Belə ki, bu halda əgər həmkarlar ittifaqı təşkilatı işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin normasının faktiki vəziyyətə uyğun düzgün tətbiq edildiyini və ya düzgün tətbiq edilmədiyini və ya əmək müqaviləsinin ləğv edilməsini məqsədəmüvafiq hesab etmədikdə əmək müqaviləsinin ləğv edilməsinə və ya ləğv edilməməsi barədə qərar çıxardığı və işəgötürənə göndərdiyini ehtiva edir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olmalı olduğu, əsaslandırıcı hissədə - həmkarlar ittifaqı təşkilatının müəyyən etdiyi digər hallar və işin halları barədə həmkar ittifaqının əsaslandığı sübutlar, istinad edilən qanun, hüquqi aktlar, işəgötürənin xahişinin təmin və ya təmin edilməməsinə dair gətirilən dəlillər, həmkarlar ittifaqının rəhbər tutduğu qanunlar və digər normativ hüquqi aktl ar göstərilməlidir. Lakin bu tələblərə əməl edilməyib ki, bu da iddiaçının tutmuş olduğu vəzifənin əmək qanunvericiliyi ilə təsbit edilmiş qaydada ixtisarını istisna edir. Bu fakt da həm birinci və həm də apellyasiya instansiyasi məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış, ixtisarın zəruriliyinin əsaslandırılmasına hüquqi qiymət verilməmişdir. İddiaçı əmək müqaviləsini işəgötürənlə bağlandığından, işçiyə yalnız işlədiyi struktur bölməsinin çərçivəsində deyil, bütün müəssisə çərçivəsində iş təklif olunmalıdır. İddiaçıya isə işəgötürən tərəfindən belə təklif gəlməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, mübahisəli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Etirazın dəlilləri: - iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində əmək müqaviləsinin məhz onun şəkərli diabetlə xəstə olması səbəbinə görə ləğv edilməsinin əsassız olmasını bildirsə də, hazırda iddiasının hüquqi əsasını dəyişərək, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmadığını, başqa işə keçirilməsinə dair ona işəgötürən tərəfindən təklif gəlməməsini göstərir; - kassator Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə yalnız işçinin öz razılığı ilə başqa işə keçirmək mümkün olmadıqda yol verilir kimi dəlilləri ilə kassasiya şikayətini formalaşdırmağa cəhd etmişdir; - Mülki prosessual qanunvericilikdə yalnız apellyasiya instansiyasında iddianın hüquqi əsasını dəyişmək imkanı nəzərdə tutulmuşdur. Nəzərə alınsa ki, kassas iya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, bu halda kassasiya instansiyasında iddianın hüquqi əsasının dəyişdirilməsi ümumiyyətlə yolverilməzdir, yəni iddiaçının hazırkı ’‘yeni dəlilləri” apellyasiya məhkəməsinə məlum olmadığı üçün, həmin dəlillərə münasibətdə apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını tətbiq etmədiyi halda, kassasiya instansiyası məhkəməsinin bu halı yoxlaya bilməsi ümumiyyətlə absurddur; - birinci dəlilə münasibətdə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “.Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üz vü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ” imperativ şərti yerinə yetirilmişdir. - ikinci dəlilə münasibətdə, iş materiallarında olan Cavabdeh ASC-nin mərkəzi icra aparatı işçilərinin 2020-ci il və ixtisardan sonrakı 2021-ci il ştat cədvəlindən görünür ki, iddiaçının işlədiyi Xarici iqtisadi əlaqələr şöbəsi tam olaraq ixtisar olunmuşdur. Mərkəzi aparat üzrə təsdiq olunmuş yeni ştat cədvəlinə görə heç bir vakant iş yeri olmadığından, ixtisarı nəzərdə tutulmuş şəxslərə hər hansı bir vəzifə təklif etmək mümkün olmamışdır. Bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. - üçüncü dəlilə münasibətdə, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi Əmək Məcəlləsinin 78-ci maddəsi ilə dəqiq olaraq müəyyən edilmişdir. İddiaçı da həmin şəxslər dairəsinə daxil olmadığı üçün əmək müqaviləsinin AR ƏM-nin 70ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsinə iddiaçının razılığı tələb olunmur. - həmçinin, iddiaçının bu dəlili Əmək Məcəlləsinin 71-ci maddəsinin 1- ci hissəsinin 16 may 2008-ci il tarixədək olan əvvəlki redaksiyasına -"... işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər.” uyğundur. Hal buki 16 may 2008-ci il tarixli 608İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə AR Əmək Məcəlləsinin 71 -ci maddəsinin 1 -ci hissəsi ləğv edilərək, yeni redaksiyada- "İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. kimi verilmişdir. - Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad etmişdir ki, bu da mülki prosessual qanunvericiliklə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə də araşdırma a parmamalı və onlara qiymət verməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
11. İşəgötürənin əsas hüquqları Bənd
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə
77. Bənd
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Bənd
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduq da – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə
79. Bənd
1. İşəgötürən tərəfindən..... işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə....işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübə sinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
35. İddia tələbi işə bərpa barədədir. İddiaçı tutduğu vəzifənin ixtisar edilməsinin və bu əsasla onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
36. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
37. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallardan isə görünür ki, ASC-nin mərkəzi icra aparatı işçilərinin 2020-ci il və ixtisardan sonrakı 2021-ci il ştat cədvəlinə əsasən iddiaçının işlədiyi Xarici iqtisadi əlaqələr şöbəsi tam olaraq ixtisar olunmuşdur. Mərkəzi aparat üzrə təsdiq olunmuş yeni ştat cədvəlinə görə heç bir vakant iş yeri olmadığından, ixtisarı nəzərdə tutulmuş şəxslərə hər hansı bir vəzifə təklif etmək mümkün olmamışdır. Bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmiş, stajı nəzərə alınmaqla ona orta aylıq əmək haqqının 3 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 23-25-ci bəndlərində əks edilən mövqeyi, o cümlədən iddiaçının şəkərli diabet xəstəsi olması ilə bağlı dəlillərinə verdiyi qiymətlə razılaşır, buna görə də əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi işin hallarını tam aydınlaşdırmaqla onlara düzgün hüquqi qiymət verib.
39. Əmək Məcəlləsinin 11-ci maddəsinin birinci hissəsinin “ə” bəndinə görə bu Məcəllənin və digər normativ hüquqi aktların tələbl ərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarınad biri kimi təsbit edilib. Həmin məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə görə də işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
40. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi ştatın ixtisarı, bu zaman cavabdeh tərəfindən qanunverciliyə əməl edilməsi ilə bağlı işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.
41. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlill yeni dəlillər olmaqla işin faktiki hallarının müəyyən edilməsinə yönəlib, işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyib, mahiyyət etibari ilə tələbin faktiki və hüquqi əsasını dəyişdirən dəlillərdir. Belə dəlillərin kassasiya instansiyasında irəli sürülməsi istisna edilir, sürüldüyü halda isə baxılmır.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2987/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.