Məhkəmə qərarları › İş №2(102)-4147/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4147/2022

17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4147/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Cavabdeh qarşı (“Keşlə” X4 Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və işgüzar nüfuza xələl gətirən məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əz izağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2(103)3137/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Facebook” sosial şəbəkəsində Cavabdeh məxsus səhifədə 20 sentyabr 2021ci il tarixdə aşağıdakı məzmunda yazı dərc edilmişdir: “Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion, əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezident i Zaur Axundov adlı birisi ilə bir neçə dəfə danışmışam, o da borcu etiraf edib ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın X2 adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələrin əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin. Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir ela n verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin #AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstərişi vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar.” İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Facebook səhif əsində 20 sentyabr 2021-ci il tarixdə AFFA-nın fəaliyyəti ilə bağlı yayılmış məlumatların həqiqətə uyğun olmayan, AFFA-nın və onun rəhbərliyinin işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, həmin yazının Facebook səhifəsindən çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh özünə məxsus Facebook səhifəsində dərc etdiyi məqalələrdəki məlumatları təkzib edərək həmin səhifədə heç bir əlavə qeyd, şərh yazmadan təkzib verilməsinin tapşırılması, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və onun rəhbərliyinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi Cavabdeh 10000 manat tutularaq, “YAŞAT” Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan yazıda cavabdeh iddiaçının rəhbərliyinin fəaliyyəti barədə oxucularda qəsdən mənfi fikir yaratmış, AFFA-nın vəzifəli şəxsləri barəsində xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi barədə həqiqətə uyğun olmayan məlumat yaymaqla xüsusilə ağır cinayətdə ittiham etmişdir. Bunun nəticəsində iddiaçının işgüzar nüfuzuna böyük zərər dəymişdir. 26 sentyabr 2021-ci il tarixə həmin məlumatı 592 nəfər oxumuşlar. “X5” İctimai Birliyi (VÖEN: **********) ayrıca hüquqi şəxs olmaqla, öz təsərrüfat fəaliyyəti ilə bağlı digər hüquqi şəxs olan AFFA-ya heç bir tabeliyi yoxdur. Yəni AFFA “X5” İctimai Birliyinə icarə haqqının ödənilməsi və ya hər hansı təsərrüfat fəaliyyəti ilə bağlı heç bir göstəriş verə bilməz. Qeyd edilən hal hüquqşünas olan yazı müəllifi Cavabdeh yaxşı məlumdur. Bundan əlavə, cavabdeh öz yazısında “yüz milyonun oğurl andığı ünvan” kimi AFFA-nı qeyd edir və “#AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin” yazmaqla həmin qurumun rəhbərliyini cinayət (xüsusilə külli miqdar ziyan vurmaqla mənimsəmə və ya israf etmə) törətməkdə ittiham edir. Cavabdeh həmin yazısı tamamilə əsassız olmaqla, Mülki Məcəllənin 21 və 23-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına əsas verir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(009)111/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh məxsus Facebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyin in təqsiri olduğu barədə, AFFA-da yeyinti, yəni mənimsəmə olması barədə məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmin yazının Facebook səhifəsindən çıxarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh öz Facebook səhifəsində 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazıda Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinin təqsiri olduğu barədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında yeyinti, yəni mənimsəmə olması barədə məlumatların həqiqətə uyğun olmadığı barədə təkzib verilməsinin tapşırılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3, 44 və 45-ci maddələrinə, Mülki Məcəllənin 23.1, 23.2, 23.4 və 23.6-cı maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, məqalənin internet vasitəsi ilə yayımlanması, məlumatın yayılması sayılmalıdır ki, məhkəmə iclasında cavabdeh mübahisə predmeti olan yazının “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə yayımlandığını mübahisələndirməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, cavabdehin “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə Keşlə FK-nın İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və onun rəhbərliyinin təqsiri olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar, AFFA -da yeyinti, yəni mənimsəmə olması barədə böhtan xarakterli məlumatlar yayması iddiaçının işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan haldır. Həmin məlumatlar işlədilmə məqsədlərinə görə iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar olmaqla, həmçinin kütləvilik dərəcəsində yayılmış olmaqla cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəy yaradan məlumat kimi qiymətləndirilməlidir.

7. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçı barəsində yuxarıda göstərilən məlumatları heç bir əsas olmadan yaymış, həmin məlumatların həqiqətə uyğun olması barədə isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

8. Cavabdeh “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə iddiaçının işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yaydığı na görə məhkəmə hesab etmişdir ki, cavabdehə həmin sosial şəbəkədə ona məxsus səhifədə həmin məlumatların həqiqətə uyğun olmadığı barədə təkzib verməsi tapşırılmalıdır.

9. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və onun rəhbərliyinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi Cavabdeh 10000 manat tutulması hissəsində təmin edilməməlidir.

10. İddiaya həmin hissədə qiymət verərkən məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək, cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməsi faktının müəyyən edilməsinin və bu əsasla üzərinə təkzib verməsi vəzifəsinin tapşır ılmasının, iddiaçıya dəymiş mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab etmiş və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(009)-111/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2(103)-3137/2022 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 yanvar 2022 -ci il tarixli, 2(009)111/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qətnamənin əsaslandırılması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2(103)-3137/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Mülki Məcəlləsinin 23.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsin in 14.1, 76.2, 78.2, 85.1, 88, 97.1, 218.1, 220.4-cü maddələri pozulmuşdur.

16. Belə ki, məhkəmələrdə AFFA barəsində qeyd etdiyi məlumatların həqiqətə uyğun olduğunu sübut etmək üçün cavabdehə müvafiq şərait yaradılmamışdır. O, qeyd etdiyi halın sübut edilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi ilə bağlı AFFA-nın özünə müraciət etmiş, lakin heç bir sənəd təqdim edilməmişdir. O, MPM-in 78-ci maddəsinə əsasən, vəsatət verərək məhkəmə qaydasında sorğu verilib müvafiq sənədlərin istənilməsini xahiş etsə də, heç bir əsaslandırma aparmadan vəsatətləri rədd edilmişdir. Məhkəmələr AFFA-dan sənədlər tələb edilib tədqiq edildikdən, şahidləri dindirdikdən, ekspertiza keçirildikdən sonra işə qiymət verməli olduğu halda, işə birtərəfli yanaşmış, işin araşdırılmasına müvafiq sübutların toplanıb t ədqiq edilməsinə zəruri şərait yaratmamışdır.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. İddiaçı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə iş üzrə tərəflər üçün sübut toplamaq vəzifəsini daşımır. Cavabdeh kassasiya şikayətində sözü gedən ifadəni qeyd etməklə, “Facebook” sosial şəbəkəsində ona məxsus səhifədə 20 sentyabr 2021-ci il tarixdə dərc edilən yazının doğru olmayan məlumat almasını təsdiq etmiş və həqiqiliyi sübut olunmayan məlumatları paylaşaraq iddiaçının işgüzar nüfuzuna xələl gətirmiş, sonradan isə özünün sübutetmə vəzifəsini məhkəmənin üzərinə qoymağa çalışmışdır. Cavabdehin paylaşımındakı məlumatlar açıq-aşkar həqiqətə uyğun olmayan məlumatlar olduğundan birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq ekspertiza təyin edilməsini zəruri hesab etməmişlər. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya baxışının predmetini yalnız iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisə ləndirdiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğu n olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli qərarının məhkəmələrə izah olunmuşdur ki, məhkəmə lər şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronik al proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsin ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmiş, gəlinən nəticə qanunvericiliyə əsasən əsaslandırılmışdır.

29. Kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozulması iş üzrə müəyyən edilmir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun olaraq qiymətləndirilənməsini zəruri hesab edir.

31. Belə ki, cavabdeh iddiaçının barəsində “Facebook” sosial şəbəkəsində yuxarıda qeyd olunan məzmunda paylaşım etdiyini inkar etməmişdir.

32. Məhkəmələr həmin paylaşımın məzmununu tam olaraq deyil, yalnız Keşlə FK İnter stadionuna icarə pulunu ödəməməkdə Azərbaycan Futbol Federasi yaları Assosiasiyasının rəhbərliyinin təqsiri olması, habelə AFFA-da yeyinti, yəni mənimsəmə olması barədə məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması qənaətinə gəlmiş və həmin məlumatların təkzib verilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşlar.

33. Kassasiya kollegiyasının qənaətinə görə məhkəmələr əsaslı olaraq hesab etmişlər ki, cavabdeh tərəfindən internetdəki sosial şəbəkələr vasitəsi ilə yayımlanan ifadələr qeyd olunan hissədə iddiaçının işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatlardır. Belə ki, həmin məlumatlarla iddiaçı barəsində mənfi rəy yaradılması işin mübahisəsiz halıdır və faktiki olaraq cavabdeh tərəfindən inkar olunmur.

34. Odur ki, iddiaçının işgüzar nüfuzunun müdafiəsi ilə əlaqədar hazırki iddia ilə məhkəməyə müraciət etmək hüquq yaranmış və birinci in stansiya məhkəməsinin qət etdiyi hissədə cavabdehin mülki məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəllənin 23.1 və 23.2-ci maddələri ilə nəzərdə tutulmuşdur.

35. Məhkəmə kollegiyası qəbul edir ki, cavabdehin qaldırdığı məsələ, yəni futbol klublarının maliyyə vəziyyəti ictimaiyyət üçün müəyyən maraq kəsb edə bilər və cavabdehin bu məsələ ilə bağlı fikir ifadə etmək, o cümlədən ictimai funksiyaları yerinə yetirən təşkilatları (hazırki halda iddiaçı Assosiasiyanı), habelə onların vəzifəli şəxslərini tənqid etmək hüququ vardır.

36. Lakin nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququnda məlumatlar (faktlar) və rəylər (qiymətləndirici mülahizələr) arasında fərq qoyulmuşdur. Belə ki, faktların varlığını sübut etmək mümkündür, qiymətləndirici mülahizələri isə sübut etmək mümkünsü zdür.... Qiymətləndirici mülahizələrin, sübutetmə tələbini təmin etmək mümkün olmasa da, fakt barədə məlumatın doğru və ya yalan olduğunu göstərmək mümkündür. (Lingens Avstriyaya qarşı 1986-ci il, Yerusəlim Avstriyaya qarşı 2001-ci il, Dixand və başqaları Avstriyaya qarşı, 2001-ci il tarixli Qərarları). Beləliklə, Avropa Məhkəməsinin presedent hüququna görə fakt barədə məlumatın doğruluğunu (doğru və ya yalan olduğunu) sübut olunmasını tələb etmək olar.

37. Cavabdehin istifadə etdiyi sosial şəbəkədə paylaşımda iddiaçı barədə istifadə etdiyi mübahisə predmetini təşkil edən ifadələr AFFA-da qanuna zidd hərəkətlərin baş verməsi barədə faktlar kimi qələmə verilmişdir. Belə ki, həmin ifadələrdə konkret şəxslərin adları çəkilmiş, mənimsəmə cinayətinin baş verilməsi iddia olunmuş və iddia olunan həmin cinayət nəticəsində vurulmuş ziyanın məbləği göstərilmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh müəyyən faktlara istinad etdiyi halda, həmin faktların sübut etmə vəzifəsi məhz onun üzərinə düşür. Lakin cavabdeh qeyd etdiyi faktlarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

39. Qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri bu hissədə məhkəmələr tərəfindən kassatora sübutların toplanılması üçün şəraitin yaradılmamasından ibarət olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin istinad etdiyi faktlara görə sübutların təqdim edilməsinin iddiaçının üzərinə qoyulması (cavabdehin vəsatətlərində göstərdiyi maliyyə sənədlərinin iddiaçıdan tələb olunması) və ya məhkəmə tərəfindən həmin sübutların toplanılması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir.

40. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

41. Əksinə, cavabdehin həmin vəsatətləri onun istinad etdiyi faktlara dair hər hansı sübutunun olmamasının göstəricisidir. 42. “X1rşı” 2008-ci il Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Diffamasiya ilə bağlı məhkəmə proseslərindəki cavabdeh tərəfin səsləndirdiyi bəyanatların mahiyyət etibarilə həqiqi olduğunu münasib səviyyədə sübut etməsi tələbi Konvensiyaya zidd deyildir.”.

43. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində cavabdehin yayımladığı məlumatların təkzib olunması ilə yanaşı, maliyyə təzminatın tutulmasını tələb etsə də, iddia həmin hissədə təmin olunmamışdır.

44. Beləliklə müəyyən olunur ki, cavabde hin üzərinə yalnız yaydığı və həqiqiliyini sübut edə bilmədiyi məlumatların (faktların) təkzib etmək öhdəliyi qoyulmuşdur ki, bu da, iddiaçının işgüzar nüfuzunun qorunması məqsədi ilə cavabdehin ifadə azadlığına mütənasib müdaxilə kimi qiymətləndirilməlidir.

45. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2(103)-3137/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar