Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4148/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Əbdülhüseyn qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4148/2023 (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formada verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5773/2023 nömrəli, 04 sentybar 2023-cü il tarixli qərardadından İddiaçı (Və kil1) tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı nümayındəsi və vəkili Vəkil1 Cavabdeh qarşı “pul” tələbinə dair iddi ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh aralarında bağladıqları xx.xx.2022-ci il tarixli beh müqaviləsinə əsasən verilmiş 2.500 manat pulun və öz öhdəliyini yerinə yetirmədiyi üçün məsuliyyət daşıdığına görə beh olaraq vermiş olduğu 2.500 manat pulun iki misli olan 2.500 manat olmaqla, cəmi 5.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Nərimanov Ray on Məhkəməsinin 2(005)-1472/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi (hakim Ramin Quliyev) ilə iddiaçının cavabdehə qarşı beh müqaviləsinə əsasən pul tələbinə dair iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən narazı qalan iddiaçı (Vəkili Vəkil1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbil olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5773/2023 nömrəli, 04 sentyabr 2023-cü tarixli qərardadı ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi hakim), Azad İmanov, Məmməd Məmmədov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1472/2023 nömrəli, 12 iyun 2023-cü il tar ixli qətnaməsindən İddiaçı nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmişdir və mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi mövqeyini onunla əsalandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Peşəkar hüquqşunasla təmsil edilən bir şəxsin məhkəmə müdafiə hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına (işə cəlb edilməsi, vaxtının alınması və s.) xidmət etməməlidir.
6. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), “Normativ hüquqi Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 361.1, 361.1.1, 361.1.2, 361.1.3, 361.1.4, 361.1.5, 361.1.6, 361.1.7, 363.1.1-1, 366.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
7. Qərardaddan iddiaçı (Vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkləməsinin 2(005)-1472/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkün hesab ed ilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qəbul etdiyi bu qərardad iddiaçının hüququnu pozmuşdur və iddia tərəfi olaraq bu qərardadla razılaşa bilməzlər. Belə ki apellyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olduqdan sonra, apellyasiya şikayətinin mümkünlüyü məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363 və 364-cü maddələrinin tələblərinə uyğun olaraq yoxlanılır. Apellyasiya şikayətləri də birinci instansiya məhkəməsi tərəfindən mümkün hesab edilərək apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının mübahisələndirilən qərarında qeyd edilib ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit ed ilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində edilən dəyişiklikdən sonra, dəyişikliyə uyğun olaraq vermiş olduğu apellyasiya şikayətlərimin içində ilk dəfədir ki, apellyasya şikayətim belə bir əsasla mümkün hesab edilməmişdir. Digər apellyasiya şikayətlərim içində sadəcə maddi və prosessual qanun pozuntularını müəyyən edərək göstərdiyi apellyasiya şikayətləri birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən mükün hesab edilərək icraata qəbul edilmiş və yekun məhkəmə aktı çıxarılmışdır. Apellyasiya şikayətində göstərilən qrafalarının hamısının ardıcıl surətdə doldurulmasının zəruri olduğunu halhazırkı q əradadla müəyyən etmişdir. Hal-hazırkı vaxta kimi verilmiş apellyasiya şikayətlərində qətnamədə yer alan pozuntulara uyğun olaraq “Əlavə 2”-də göstərilən qrafalarda əsaslandıraraq yerləşdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin mülki iş üzrə qəbul etmiş olduğu qətnamdə maddi və prosessual qanun pozuntusu müəyyən etdiyi üçün həmin qanun pozuntularını əsaslı şəkildə əsaslandıraraq ona uyğun qrafada yerləşdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin mülki iş üzrə qəbul etdiyi qətnaməyə nəzər saldıqda görmək olar ki, istər iddiaçı tərəfin, istərsə də cavabdeh tərəfin mülki işin mahiyyətinə uyğun olaraq ortaya qoyduqları detallar faktiki olaraq məhkəmə iclaslarında ələ alınmışdır. Belə olan halda hansı hüquqi əsasla məhkəmə qətnaməsindən bu qrafada pozuntu müəyyən edərək burada yerləşdirməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
9. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:https://e-qanun.az/framework/46945 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
10. Maddə 363.1.1-1. əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
11. Maddə 366.2 əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır.
13. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
14. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın tam hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessua l hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Apellyasiya şikayətinin məzmunu Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddənin tələblərinə uyğun deyildir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı apellyasiya şikayətində prosessual hüquq normalarını sadalasa da, qətnamə çıxarılarkən maddi hüquq normanın düz gün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Həmçinin apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Əlavə 2”-də təsbit edilmiş formasına uyğun olaraq tərtib edilməmiş, orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar tam doldurulmamışdır. Bu isə apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.
20. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
21. Həmçinin apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə yanaşı, birinci instansiya məhkəməsinə apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğun un yoxlanılaraq hüquqi qiymət verilməsi üçün də şərait yaratmış, bununla apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən qayıtmaq imkanını məhdudlaşdırmamışdır.
22. İddiaçı isə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mümkün hesab edilərək apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmamasına, bununla bağlı müvafiq qərardadın qəbul edilməməsinə diqqət yetirməmişdir.
23. Yuxarıda qeyd olunanlara əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçü n əsas ola bilməz.
24. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prossesual Məcəlləsinin 363.4cü maddəsinə əsasən həmin Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5773/2023 nömrəli, 04 sentybar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.