Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4149/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 20 20-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB ASC və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 136133,67 manat əsas borc, 11204,48 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 148338,15 (bir yüz qırx səkkiz min üç yüz otuz səkkiz manat 15 qəpik) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat xidmət haqqının tutularaq “xxxx” KB ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 121000 (bir yüz iyirmi bir min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına “xxxx”KB ASC-yə olan borcun ödənilməsinin təmin edilməsi və əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər V.Həsənov və Ş.Məmmədova) iddiaçı "xxxx" KB ASC və cavabdeh X2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi nin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” KB ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və tələbin ipoteka predmeti Cavabdeh2 Əlibaba qızının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış ev inə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 31,000 (otuz bir min) manat müəyyən edilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 136133,67 manat əsas borc, 7210,92 manat faiz borcu, 1077,78 manat cərimə borcu, cəmi 144422,37 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 31000 manat və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə v ə onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6 və Cavabdeh7 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 136133,67 manat əsas borc, 11204,48 manat faiz borcu, 5518,45 manat cərimə borcu, cəmi 152856,6 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə və Cavabdeh1 mülkiyyətində olan Abşeron r ayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 31000 manat və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsinin boşal dılması və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6 və Cavabdeh7 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə xx xxx 2014-cü il tarixdə borcalan Cavabdeh1 ilə “xxxx” KB ASC arasında 41BK/14 saylı Əsas Kredit Müqaviləsi bağlanılmaqla, borc verən borc alana ******* manat məbləğində 60 ay müddətinə xx xxx 2019- cu il tarixinədək müddət ərzində, əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilmişdir. Həmin tarixdə əsas kredit müqaviləsinin və gələcəkdə bağlanacaq əlavə kredit müqavilələrinin təminatı kimi ipoteka qoyan Ca vabdeh2, borcalan Cavabdeh1 və ipoteka saxlayan “xxxx” KB ASC arasında üçtərəfli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Axundov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Borc verən “xxxx” KB ASC ilə borcalan Cavabdeh1 arasında xx xxxxxxxx 2017-ci il tarixdə xx xxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin tərkib hissəsi olan 31BK/17-2 saylı əlavə kredit müqaviləsi bağlanmış və borcalan Cavabdeh1 20 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 139115 manat kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx xxx 2019-cu il tarixdə bitmişdir. Alıcı ipoteka qoyan Cavabdeh1 Əlibaba oğlu, satıcı Cavabdeh4 və ipoteka saxlayan “xxxx” KB ASC arasında xx xxx 2014-cü il tarixli 41 BKİ/14-02 saylı Al ğı-satqı və İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Alıcı-İpoteka qoyan Aslanov X1 rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evini xx xxx 2014-cü il tarixli 41Bki/14 saylı əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinə əsasən kreditor tərəfindən ayrılmış 128000 dollar (ekvivalent 100096 manat) kreditin hesabına satıcıdan alaraq öhdəliklərin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh1 Cavabdeh1, Bakı şəhəri,Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Axundov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir, hər iki əmlak “xxxx” KB ASC-nin xeyrinə yüklü edilmişdir. Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evində Cavabd eh4, Cavabdeh5 oğlu, Cavabdeh6 və Cavabdeh7 daimi olaraq qeydiyyatdadır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Axundov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qeydiyyatdadır. Həmin şəxslər notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək gələcəkdə ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. Həmçinin o da mübahisə edilmir ki cavabdeh Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7505 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən xx xxx 2014-cü il tarixli, 41 BK/14 saylı kredit müqaviləsinin çərçivəsində 31 BK/17-2 saylı xx xxxxxxxx 2017-ci il tarixli əla və kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixə 136133,67 manat əsas borc, 11294,48 manat faiz borcu olduğu müəyyən edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyində Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 121000 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi bildirir ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 20 ay müddətinə, illik 20% olmaqla 139115 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi, ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.0707 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə cavabdehin banka borcu qalmışdır. Cavabdehə kredit və ona hesablanmış faiz borclarının qaytarılması və qaytarılmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq təqdim olunmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 bildirir ki, kredit müqavilələrinin 1 №-li əlavələrində (“Ödəniş cədvəli”) alınmış kreditlər üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulub. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmçinin qiymətləndirmə şirkətinin rəyində qeyd olunan əmlakın dəyəri hazırkı bazar qiymətlərinə uyğun deyil. Hazırda əmlakın dəyəri rəydə və qətnamədə göstərilən qiymətdən yüksəkdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh k redit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Bundan başqa işin halları ilə müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Axundov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi 41BK/14 saylı xx xxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı kimi ipote ka ilə yüklü edilmişdir. Lakin tələb olunan borc xx xxxxxxxx 2017-ci il tarixli 31BK/17-2 saylı əlavə kredit müqaviləsi əsasında yaranmışdır. Əsas kredit müqaviləsində və xx xxx 2014-cü il tarixli 41Bki/14 saylı ipoteka müqaviləsində kreditin məbləği, faiz dərəcəsi, valyutası göstərilməmişdir. Bundan başqa, xx xxxxxxxx 2017-ci il tarixli ödəniş qrafikində də Cavabdeh2 razılığı müəyyən edilmir. Ona görə də 41BK/14 saylı xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsi xx xxxxxxxx 2017-ci il tarixli 31BK/17-2 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməli və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Digər ipoteka müqaviləsi xx xxx 2014- cü il tarixli 41Bki/14 saylı əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanmış əla və kredit müqaviləsinə əsasən kreditor tərəfindən ayrılmış 128000 dollar (ekvivalent 100096 manat) kreditin təminatı üçün ipoteka ilə yüklü edilmiş olsa da, Cavabdeh1 bütün əsas və əlavə kredit müqaviləsinin tərəfi olmaqla, bütün zəruri şərtlərlə bağlı məlumatı olmuşdur. Buna görə də, iddia tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə yönəldilməsi hissəsində əsaslıdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyində Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 121000 manat müəyyən edilmişdir və bu rəyi şübhə altına ala biləcək heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləy ib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı “xxxx” KB ASC-nin kasasiya şikayəti təmin edilməməli, Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 121000 (bir yüz iyirmi bir min) manat müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və o nun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 121000 (bir yüz iyirmi bir min) manat müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşd irilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qi ymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyi də nəzərə alınmaqla, əsas və faiz borcuna münasibətdə tələbi tam təmin edən birincin instansiya məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi borcludan 1000 manat məbləğində cərimə borcu alınmalınması hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apelyasiya instansiyası məhkəməsi tələbin Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 17 saylı fərdi yaşayış evinə və Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin borclarının ödənilməsi və satıldıqdan sonra ən azı 1 ay ərzində cavabdehlərin çıxarılmaqla yaşayış sahəsinin boşaldılması ilə bağlı hissədə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin e dilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu n 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlə r göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Analoji məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. İş materialları ilə də müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Axundov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi 41BK/14 saylı xx xxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Lakin tələb olunan borc xx xxxxxxxx 2017-ci il tarixli 31BK/17-2 saylı əlavə kredit müqaviləsi əsasında yaranmışdır. Əsas kredit müqaviləsində və xx xxx 2014-cü il tarixli 41Bki/14 saylı ipoteka müqaviləsində kreditin məbləği, faiz dərəcəsi, valyutası göstərilməmişdir. Bundan başqa, xx xxxxxxxx 2017-ci il tarixli ödəniş qrafikində də Cavabdeh2 razılığı müəyyən edilmir. Ona görə də apelyasiya instansiya məhkəməsi 41BK/14 saylı xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsini xx xxxxxxxx 2017-ci il tarixli 31BK/17-2 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab etməmə klə və bu müqavilədən irəli gələn öhdəlikləri ipoteka ilə təmin edilmiş öhdəlik hesab etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Digər ipoteka müqaviləsi ilə bağlı qeyd edilməlidir ki, xx xxx 2014-cü il tarixli 41Bki/14 saylı əsas kredit müqaviləsi və onun çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinə əsasən kreditor tərəfindən ayrılmış 128000 dollar (ekvivalent 100096 manat) kreditin təminatı üçün ipoteka ilə yüklü edilmiş olsa da, Cavabdeh1 bütün əsas və əlavə kredit müqaviləsinin tərəfi olmaqla, bütün zəruri şərtlərlə bağlı məlumatı olmuşdur. Buna görə də, iddia tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinə yönəldilməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 47-ci maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli d eyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3 və 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər Məhkəmə kollegiyası yuxa rıda qeyd edilən hissələrində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əml akın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasın dan real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfi ndən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Abşeron ray onu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 121000 (bir yüz iyirmi bir min) manat müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” KB ASC-nin kasasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 30 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,0707 ha torpaq sahəsinin ilkin satış qiymətinin 121000 (bir yüz iyirmi bir min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4149/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4149/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver