Məhkəmə qərarları › İş №2(102)-4149/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4149/2022

10.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4149/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)599/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inziba ti binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000 171 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri, Xəzər rayonu, Dənizkənarı küçədə yerləşən torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir və həmin sahədə fərdi yaşayış evi inşa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzo vna qəsəbəsində B-2000 171 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxararaq, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000 171 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, evin tikintisinin təsdiq edilmiş 145-000129c tipli layihə əsasında aparılması qərara alınmışdır. Həmin sərəncam qüvvədədir. Qeyd olunan torpaqda iddiaçının birm ərtəbəli tikilisi olmuş, hasarı çəkilmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh sərəncam əsasında iddiaçıya ayrılmış torpaq sahəsini qanunsuz zəbt etməklə, həmin sahədə özbaşına tikili tikmişdir. Cavabdehlə bir neçə dəfə söhbətlər apararaq, ona, inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin onun qanuni istifadəsində və sahibliyində olmasını, torpaq sahəsinin ayrılması barədə İcra Hakimiyyətinin sərəncamının qüvvədə olmasını bildirməklə, inşa edilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Lakin, cavabdeh onun qanuni tələblərinə heç bir əhəmiyyət verməmişdir. Cavabdehin hərəkətləri iddiaçının sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozmuş və pozmaqda da davam edir. İddiaçı qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarını həyata keçirə bilmir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan torpaq sahəsinin naturada müəyyən edilməsi barədə mütəxəssis rəyi alınması qərara alınmış, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş arayışa əsasən, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının 29 dekabr 2000-ci il tarixli 1990 saylı sərəncamı və sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(003)694/2021 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhramzadə) iddia təmin edilməmişdir.

7. Birinci instansiy a məhkəməsi Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etməklə hesab etmişdir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən bağ sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, iddi açı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(003)-694/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətini və Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)599/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(003)-694/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq, Bakı şəhəri Xəzər Rayon Buzovna Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı və Cavabdeh verilmiş torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən etmək mümkün olmamışdır. Belə ki, Cavabdeh istifadəsində olan, torpaq vergisinə cəlb olunmuş torpaq sahəsinin sxemi olmasına baxmayaraq, İddiaçı Xəzər rayon İcra Hakim iyyəti Başçısının (keçmiş Əzizbəyov) 29 dekabr 2000-ci il tarixli 1990 saylı sərəncamı yerləşmə sxemi təqdim olunmamışdır.

12. Həmçinin, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 14 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Rayon İcra Hakimiyyəti tərəfindən 2000-ci il üzrə qəbul olunmuş sərəncamlar və ona aid sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyindən 29 dekabr 2000-ci il tarixli, 1990 saylı sərəncamın tərəflərindən təqdim edilməsi mümkün olmamışdır.

13. Göründüyü kimi, iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququnun olmasını hər hansı sübutla təsdiq edə bilmir. Halbuki, qanunvericiliyin tələbi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri:

14. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)-599/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 157.2, 157.8-ci, Mülki Prosessual Məcəllənin 4.1, 9.1-9.3, 76.176.3, 77.1, 77.3, 88, 217-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli sərəncamının qüvvədə olmasını, onun saxta olmamasını, həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin plansxeminin dövlət orqanları tərəfindən tamamlan mamasında iddiaçının təqsirinin olmamasını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi torpaq sahəsinə yerində baxış keçirməmiş, Buzovna Bələdiyyəsi tərəfindən cavabdehə torpaq sahəsinin verilməsi barədə icarə müqaviləsinin ləğv edilməsini diqqətə almamışdır.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhz mübahisəli torpaq sahəsinin ona ayrılmasını və ya torpaq sahəsi ilə bağlı digər hüququnun olmasına dair sübut təqdim edilmədiyindən, iddiaçının hazırki iddianı qaldırmağa sub yektiv hüququ olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halları nın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 65-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən t orpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 4-cü hissəsinə əsasən Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. 65-ci maddəsinin 6-ı hissəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifad əyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 23. “Vəkil3 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya dig ər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlə rinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə və Xəzər rayonu Buzovna bələdiyyəsinə sorğular verərək, cavabları alınmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamının mötəbərliyi hazırki mübahisənin predmetini təşkil etmir. Mübahisəli məsələ yalnız həmin sərəncamda göstərilən torpaq sahəsinin iddiaçının iddia etdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsidir ki, həmin hal yalnız Torpaq Məcəlləsinin 65-ci maddəsində göstərilən sənədlə müəyyən oluna bilər.

27. Həmin halın sübut edilməsi isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəs inə əsasən iddiaçının üzərinə düşür.

28. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

29. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

30. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mübahisəli torpaq sahəsinə dair müəyyən olunan sübutları təqdim edə bilmədiyindən, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, o, hazırki iddia tələbini irəli sürm əyə imkan verən subyektiv hüquqa malik deyildir.

31. İşin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)-599/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar