Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-415/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Rüfət qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətin müdafiəsi, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları və özünün mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5 209/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)2388/2021 saylı qətnaməsi ilə, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 saylı evin 9 saylı mənzilinə görə ödənilmiş 87.368,24 manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 43.684,12 manat məbləğində pulun X1 tutularaq İddiaçı ödənilməsi; ünvan 1 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə ödənilmiş 100.900 manat pul məbləğinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 50.450 manat məbləğində pulun X1 tutularaq İddiaçı ödənilməsi; ünvan 1 ünvanda yerləşən (blok B) 1 say lı mənzilin təmirinə çəkilmiş 38.559,10 manat pul vəsaitinin 1/2 hissəsinə İddiaçı pay hüququ tanınmaqla, 19.279,55 manat məbləğində pulun X1 tutularaq İddiaçı ödənilməsi; ünvan 1 ünvanda yerləşən (blok B) 1 saylı mənzildə yerləşən, ümumi dəyəri 16.170 manat təşkil edən əşyalara (hazırda mövcud olduğundan) İddiaçı 1/2 hissədə payının müəyyən edilməsi, əşyaların mövcud olmadığı təqdirdə 8085 manat məbləğində pulun X1 tutularaq İddiaçı ödənilməsi; İddiaçı ünvan 1 ünvanda yerləşən (blok B) 1 saylı mənzildən çıxarılması və X7 həmin mənzilə köçürüməsi; ünvan 1 ünvanda yerləşən (blok B) 1 saylı mənzilə görə 50450 manat məbləğində pul vəsaitinin X1 tutularaq İddiaçı ödənilməsi ilə İddiaçı həmin mənzildən çıxarılması eyni vaxtda icra edilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx. 2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)2388/2021 saylı qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin üzərində ½ hissədə İddiaçı, ½ hissədə X3 mülkiyyət hüquqlarının tanınması, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilə görə "Kapital Bank” ASC-nə 09 iyun 2021-ci il tarixinə yaranmış 40 803,48 manat borc (40 731,07 manat əsas, 72,41 manat faiz), eləcə də müvafiq kredit öhdəliyi yerinə yetirilənədək əsas borca həmin tarixdən sonra hesablanacaq faizlər İddiaçı və X3 birgə öhdəliyi hesab olunmaqla həmin borc onların hər biri tərəfindən ½ hissədə ödənilməsi; X7 ilə "X11” MMC arasında bağlanmış 25 iyun 2012-ci il tarixli GQPD1/2012 saylı müqavilə əsasında "ATLANT İNŞAAT” MMC-nin Bakı şəhəri, Ə. Ələkbərov küçəsi 586-cı məhəllədə (ünvan 3) inşa etdiyi binadakı (blok D) 1 saylı mənzilə ½ hissədə İddiaçı, ½ hissədə X3 pay hüququnun tanınması; ünvan 3 ünvanında yerləşən (blok D) 1 saylı mənzilə görə "X11” MMc-nə xx.xx.2021-ci il tarixinə yaranmış 6994 (altı min doqquz yüz doxsan dörd) manat borc, eləcə də müvafiq öhdəlik yerinə yetirilənədək ona hesablanacaq faizlər İddiaçı və X3 birgə öhdəliyi hesab olunmaqla həmin borcun onların hər biri tərəfindən ½ hissədə ödənilməsi; X3 ünvan 1 ünvanda yerləşən (blok D) 1 saylı mənzilə köçürülməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)904/2022 saylı qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)8514/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 çıxarılmaları, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda özünün qeyd olunan mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 2(007)468/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının X7 ilə nikahı pozulmuşdur. Bu qətnamə artıq qanuni qüvvəsini almışdır.
6. Nikah məhkəmə qaydasında pozulduqdan sonra, iddiaçı keçmiş əri X7, X2 və X4 qarşı "birgə nikah dö vründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək X7 ilə birgə nikahları dövründə əldə edilmiş əmlakların bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin hazırki qərarın 1-ci bəndində göstərilən xx.xx.2021-ci il tarixli 2(004)-2388/2021 saylı qətnaməsi qəbul edilmişdir.
7. Yasamal Rayon Məhkəməsinin 2(004)-2388/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə ləğv olunaraq iş üzrə hazırki qərarın 2-ci bəndində göstərilən qətnamə çıxarılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)904/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. 9. ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində X3 mülkiyyət hüquqlarının tanınması barədə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qanuni qüvvəsini aldığından mənzilin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə iddiaçının adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda 1/2 hissədə iddiaçının mülkiyyət hüququ tanınmış mənzildə cavabdehlər – Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qanunsuz olaraq yaşayırlar. Bu şəxsləri iddiaçının keçmiş həyat yoldaşı həmin mənzilə yerləşdirmişdir. İddiaçı mülkiyyət hüququ tanınmış mənzilə bu şəxslər və keçmiş həyat yoldaşının üzündən daxil ola bil mir.
10. İddiaçı tərəfindən keçmiş həyat yoldaşı Nurlan Əliyevə cavabdehlərin mənzildən çıxarılması, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda, mənzilin satılıb aralarında 1/2 hissədə bölünməsininin vacibliyini bildirmişdir. Nurlan Əliyev isə iddiaçının mənzildə heç bir payı və haqqının olmadığını deyərək iddiaçıya süni əngəllər yaratmaqla məşğuldur. Bu səbəbdən iddiaçı hüquqların müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 11. ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil iddiaçı ilə keçmiş ərinin ümumi paylı mülkiyyətidir. Cavabdehlərlə paylı mülkiyyətdən istifadə edilməsi ilə bağlı razılığa gəlməsi qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsi ilə cavabdehlərin həmin mənzilə hər-hansı hüquqlarının olmadığı tam sübuta yetirilmişdir. Qeyd olunan qətnamənin 9-cu səhifəsində iş üzrə üçüncü şəxs statusunda qəbul edilmiş Cavabdeh2 və onun şahid kimi dəvət etdiyi şəxsin arqumentləri əsassız hesab edilmişdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə cavabdehlərin qeyd olunan mənzilə istifadə hüquqlarının olub-olmaması tam, obyektiv və ətraflı araşdırılmışdır.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh2 vəkili vəsatət verərək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, mübahisədə adı keçən mənzil ipotekadadır, mənzilə görə ödənişlər hələ də davam edir. Mənzil üzərində ipoteka yüklülüyü olduğu halda, iddiaçıya çıxarış v erilməsi şübhə doğurur, buna görə də iddiaçının keçmiş əri Nurlan Əliyev həmin çıxarışın ləğvi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edib. Həmçinin mübahisədə adı keçən mənzilin naturada bölünməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin icraatında iş vardır.
14. Birinci instansiya məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat İddiaçı X5 qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölgüsü və sairə tələbinə dair ilk, X3 İddiaçı qarşı avtomobilin və mənzilin qiymətləndirilərək açıq hərracda satılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
15. İddiaçının iş üzrə icraatın dayandırılması barədə qərardaddan verdiyi şikayət təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3221/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1372/2023 saylı iş üzrə 30 mart 2022-ci il tarixli qərardadı ləğv olunmuş və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1372/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 2 saylı evin 9 saylı mənzilindən çıxarılmaları, İddiaçı ünvan 2 saylı evin 9 saylı mənzilinə köçürülməsi qət edilmişdir. (hakim Nail Abbasov)
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 4 id diaçı ilə onun keçmiş ərinin (Nurlan Əliyev) paylı mülkiyyətlərindədir. Buna dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. İş üzrə cavabdehlər isə mənzilin keçmiş mülkiyyətçisi (alğı-satqı və ipoteka müqaviləsi üzrə satıcı Cavabdeh2) və onun ailə üzvləridir (Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3). Cavabdehlər nə iddiaçının nə də onun keçmiş ərinin ailə üzvləri deyildirlər.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisədə adı keçən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına paylı mülkiyyətçi olmasına dair qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmi şdir. İddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan, o, mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Cavabdehlərin mənzilə sahiblik etmək və mənzildən istifadə hüquqları artıq mövcud deyildir. Cavabdehlərin mənzildə qeydiyyatda olması isə mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz.
20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin mənzildə qeydiyyatda olması onların mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb.
21. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlərin mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən iddianın “cavabdehlərin istifadə hüququna xitam verilməsi” barədə hissəsi təmin edilə bilməz.
22. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzildən istifadə hüququ olmayan cavabdehlərin iddiaçının (paylı mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. İş üzrə cavabdehlər mənzilin alğı-satqısından sonr a hələ də həmin daşınmaz əmlakı tərk etməmiş və qanuni əsasla əldə edilmiş əmlak onun mülkiyyətçisinə təhvil verilməmişdir. Mülkiyyətçinin razılığı olmadan cavabdehlərin hazırda həmin daşınmaz əmlakda yaşamaqla istifadə etmələri qanuni hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd cavabdehlər həmin evə dair hüquqlarını itirmişlər.
23. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, ünvan 4 iddiaçının paylı mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, cavabdehlərin həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqları olmadığından, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar.
24. İddiaçının mənzilə köçürülməsi hissəsində münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçın ın mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdehlər tərəfindən pozulmuş, cavabdehlərin onu mübahisəli mənzilə buraxmamaları nəticəsində iddiaçı mülkiyyətində olan mənzilə köçə bilmir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 178.1, 152.1, 203.1, 215.1, 215.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 9, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
27. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8514/2021 saylı qətnaməsinə əsasən həmin mənzilin ½ hissəsinin X5 məxsus olduğu qeyd edilmişdir. X7 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 83 saylı binanın 9 nömrəli mənzil 2011-ci il tarixdə ipoteka alğı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Hazırda həmin mənzil "xxxx" ASC-də ipoteka ilə yüklü edilibdir; - bundan başqa, mənzilin ½ payı X5 məxsusdur və cavabdehlər də X5 məxsus olan hissədə qeydiyyatda olmaqla yaşayırlar. Halbuki, Nəsimi Rayon Məhkəməsi tərəfindən bu fakt araşdırılmamışdır: - həmçinin X3 hüquqları müdafiə olunaraq, İddiaçı tərəfindən ünvan 4 üzrə alınmış çıxarışın ləğv olunmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunubdur.
28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının keçmiş əri X6 mübahisə predmeti barəsində müstəqil t ələb irəli sürməyən üçüncü şəxs kimi içə cəlb etmişdir.
29. Apellyasiya baxışında Cavabdeh2 vəkili və nümayəndəsi və üçüncü şəxs N.Əliyevin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı və üçüncü şəxs N.Əliyev boşandıqdan sonra kredit üzrə onların payları qətnamə üzrə müəyyən olunmuşdur. Kredit tam ödənilməmişdir. Hazırda çıxarış N.Əliyevin adınadır. N.Əliyev Cavabdeh2 və onun ailəsinin mənzildə qeydiyyatda olmasına etiraz etmir. İddiaçının adına verilmiş Çıxarışın ləğvi ilə bağlı İnzibati Məhkəməyə müraciət edilmişdir. Ali Məhkəmənin qərarına əsasən paylar müəyyən olunmuşdur, lakin qərara əsasən mülkiyyətçinin iddiaçı olması, yaxud çıxarış ala bilməsi müəyyən olunmamışdır. Ev hazırda kreditdədir, üçüncü tərəf "xxxx" ASC-dir. Cavabdeh2 həmin mə nzildə 1989-cu ildən yaşayır. 2011-ci ildə ipoteka müqaviləsi bağlanmışdır. Mübahisəli mənzil faktiki olaraq bölünə bilməz. Alğı-satqı müqaviləsi bağlanarkən cavabdehlərin orada qalmasına razılıq verilmişdir. Nurlan Əliyev da eyni fikirdədir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5209/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev,Günay Axundova)
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sah ibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmama lıdır.
32. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının əmlakın paylı mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehlərin əşyaya sahiblik hüquqlarının olmaması işin mübahisələndirilməyən hallarıdır. Belə ki, keçmiş mülkiyyətçi olan Cavabdeh2 ilə iddiaçının keçmiş əri X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 48 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən sözügedən mənzil satıcı tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçının mübahisəli mənzilin ½ hissəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Buna baxmayaraq, cavabdehlər həmin mənzildə qalma qda davam edirlər.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin mülkiyyət hüququ ilə iddiaçıya keçdiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onlar həmin mənzildən çıxarılmalıdır. Belə ki, mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri olan cavabdehlərin mənzildən çıxmamaları bağlanmış alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Çünki, cavabdehlərin həmin mənzildə yaşamalarına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən göstərmişdir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, mənzilin mülkiyyətçiləri ilə onların ar asında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamış, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onların evdə yaşamalarına əsas verən, iddiaçı və onun keçmiş əri ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan mülkiyyətçiyə məxsus evdə yaşama hüququ yaradan) münasibətlərinin, həmçinin alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi halının mövcudluğu müəyyən edilməmişdir, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaranmasına əsas deyildir. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən (alğı-satqı müqaviləsinin bağlanması ilə itiri ldiyindən), mövcud olmayan hüquqa isə xitam verilməsi mümkün olmadığından, birinci instansiya məhkəməsi iddiaçıya məxsus olan evdən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlməklə haqlı olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehlərin mübahisəli yaşayış sahəsinə hər hansı bağlılıqları müəyyən edilmədiyindən onların həmin sahədən çıxarılmaları tələbi də əsaslı olmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi “iddiaçının mənzilə köçürülməsi”nə dair tələbə işin yuxarıda müəyyən olunmuş hallarına görə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırmış və göstərmişdir ki, iddia bu hissədə də təmi n olunmalı, iddiaçı ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilə köçürülməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən mənzilin "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi, həmin mənzilin ½ payının X5 məxsus olması və cavabdehlərin X5 məxsus olan hissədə qeydiyyatda olmaları və yaşamaları barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq göstərmişdir ki, bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əmlakın digər mülkiyyətçisi olan X3 özünə məxsus hissədə cava bdehlərin qalmalarına razılıq verməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına, mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törədirsə, iddiaçı, paylı mülkiyyətçi olaraq həmin maneçiliyin aradan qaldırılması məqsədilə müvafiq tədbirləri görə bilər. Çünki ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir.
38. Mübahisədə adı keçən mənzilin "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyi halda, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünsüz olması barədə apelyasiya şikayətinin dəlilinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin istinad etdiyi bu hal onun hər hansı mənafeyinin pozulması üçün şərait ya rada bilən hallardan deyildir, buna görə də mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmış və qeyd edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildən çıxarılması qət edilsə də, cavabdehlər həmin mənzildə qeydiyyatda qalıblar. Bu halda sual yaranır ki, necə ola bilər ki, cavabdehlərin həmin ünvanda qeydiyyatı ola-ola, cavabdehlər həmin mənzildə 20 ildən çox yaşayarkən, onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilsin? Bütün bunlar göstəri r ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Nəsimi rayon Məhkəməsinin qətnaməsinə dair düzgün münasibət bildirilməyib və bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qətnamə qeyri-obyektiv və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Az ərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.3-139-1.1.4. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.1-213.2. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkilə şdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilm ir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş dir.
48. İddia tələbi paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehlərin çıxarılması, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi barədədir.
49. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
50. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən olmamalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası qalmamaldır.
52. İşdən görünür ki ¸ mübahisədə adı keçən mənzildə iddiaçının paylı mülkiyyətçi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehlərin əşyaya sahiblik hüquqlarının olmaması işin mübahisələndirilməyən halları kimi mübahisəyə mahiyyəti üzrə, sübutlar əsaslında baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir.
53. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən mübahisədə adı keçən mənzilin "xxxx" ASC-nin xeyrinə ipoteka i lə yüklü edilməsi, həmin mənzilin ½ payının X5 məxsus olması və cavabdehlərin X5 məxsus olan hissədə qeydiyyatda olmaları və yaşamaları barədə dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdü və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməmişdir. (bax 37-38-ci bəndlər)
55. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh2 vəkili və nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəmə kollegiyasına müraciət edərək, hazırki işin icraatının dayandırılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisədə adı keçən mənzilin naturada bölünməsinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. İş üzrə cavabdeh mənzilin digər payçısı Nurlan Əli yevdir və ekspertiza təyin edilmişdir. Həmin işdə qətnamə mənzilin digər payçısı N.Əliyevin xeyrinə çıxacağı təqdirdə, hazırki iş üzrə Cavabdeh2 ailə üzvləri ilə birlikdə mənzildə qeydiyyatda qalaraq N.Əliyeva aid olan mənzil payının hissəsində yaşaya biləcəklər.
56. Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla, bu işdə eyni əsasla birinci instansiya məhkəməsi işin icraatını dayandırmış, sonradan apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin işin dayandırılması barədə qərardadı ləğv edilmişdir. (bax:13-15-ci bəndlər)
57. Bundan əlavə, cavabdehin vəsatətdə göstərdiyi hallar Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan əsaslar üzrə isin dayandırılması üçün əsas deyil. Çünki işin müəyyən edilmiş hallarına görə iddiaçı hazırda mübahisədə adı keç ən mənzilin paylı mülkiyyətçisidir, bu iddianı da mülkiyyətçi kimi irəli sürmüşdür. Mənzillə bağlı iddiaçının mənzilin digər paylı mülkiyyətçisi ilə hər hansı mübahisəsinin bu işə aidiyyəti yoxdur.
58. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5209/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.