Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4150/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, X Xyə (X), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair birinci iş üzrə İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tə ləbinə dair ikinci iş üzrə iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-772/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.05.2015-ci il tarixli, 027L**********2 5 saylı uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, borc alana 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının surətindən görünür ki, borc alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02.12.2015-ci il tarixli, 027R**********S saylı və 11.04.2016-cı il tarixli, 027R**********SA saylı sazişlərin surətlərindən görünür ki, 02.06.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, kredit borcunun ödənilmə müddəti 25.06.2018-ci il tarixədək müəyyən edilmişdir. İpoteka qoyan Cavabdeh4 həmin dəyişikliklərə imza edərək razı olduğunu bildirmişdir. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 29.05.2015-ci il tarixli, 027M**********01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyanın mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Bakı şəhəri 8 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 3M-1-92 nömrə ilə qeyd edilmişdir. Notariat işinə mənzildə daimi pasport qeydiyyatında olan Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 mənzilin ipoteka ilə yüklü edilməsinə razılıqları və ipoteka predmetınə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmla kı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmələrinə dair ərizələri əlavə edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İddiaçı ilə X X (X), Cavabdeh7 və Cavabdeh4 arasında bağlanmış 02.06.2015-ci il tarixli, müvafiq olaraq 027S**********02, 027S**********1 və 027S**********01 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. Onlar, həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin ic rası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşıyır və kredit müqaviləsi äzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. 08.06.2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, ipoteka saxlayan tərəfindən ipoteka qoyan Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 14.06.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. ipoteka bildirişlərinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (1-ci iş üzrə) 07.07.2017-ci il tarixdə İddiaçı "xxxx"QSC cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, X Xyə (X), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, "xxxx" MMC-dən, X Xdən (X), Cavabdeh4 müştərək qaydada 35.855,48 ABŞ dolları əsas, 10.842,83 ABŞ dolları faiz borcu, 18.329,67 ABŞ dolları cərimə, cəmi 65.027,98 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Binəqə di rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" MMC-dən, X Xdan (Xdan) və Cavabdeh4 ümumi qaydada tutulması, tutma mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə verilməsindən sonra faiz və cərimə məbləğlərinin yenidən hesablandığını göstərərək, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən, X Xdan (X) və Cavabdeh4 müştərək qaydada 35.403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu, 18400 ABŞ dolları cərimə olmaqla, cəmi 68381,76 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, "xxxx" MMC-dən, X Xdan (Xdan) və Cavabdeh4 ümumi qaydada tutulması, tutma mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.01.2018-ci il tarixli, 21828 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin və əlavə sazişlərin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçıyə olan borcu 46599,64 ABŞ doları məbləğində müəyyən edilmişdir, o cümlədən: (05.07.2017-ci il tarixə:- əsas borc —36713,16 ABŞ dolları; - faiz borcu --9172,61 ABŞ dolları.) (25.08.2017-ci il tarixə: - əsas borc —36713,16 ABŞ dolları; - faiz borcu --9886,47 ABŞ dolları. Təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.06.2019-cu il tarixli, 25863 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin və əlavə sazişin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı-yə olan borcu 52196,97 ABŞ doları məbləğində müəyyən edilmişdir, o cümlədən: (05.07.2017-ci il tarixə: - əsas borc —35517,39 ABŞ dolları; - faiz borcu --7800,05 ABŞ dolları). (05.10.2018-ci il tarixə: - əsas borc —35517,39 ABŞ dolları; - faiz borcu --16679,58 ABŞ dolları). İddiaçı-nin 24.07.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin kredit öhdəliyinin icra edilməli olduğu 25.06.2018-ci il tarixə 35.403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu, 18400 ABŞ dolları cərimə olmaqla, cəmi 68381,76 ABŞ dolları kredit borcu yaranmışdır. "xxxx" MMC-nin 13.09.2019-cu il tarixli, LP-127/19 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilin hazırda orta bazar dəyərinin 60000 manat təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 2(004)-54/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəs inin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən və Cavabdeh4 müştərək qaydada 35403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə olmaqla cəmi 50481,76 (əlli min dörd yüz səksən bir dollar yetmiş altı sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş məhkəmə xərclərinin 44,50 (qırx dörd manat əlli qəpik) manat hissəsinin İddiaçı-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilərək ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələ bi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 5V, 37 saylı mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılması və mənzilin boşadılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 214,60 (iki yüz on dörd manat altmış qəpik) manatın cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən və Cavabdeh4, 75,40 (yetmiş beş manat qırx qəpik) manatın İddiaçıdən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 İddiaçı ilə aralarında 29.05.2015-ci il tarixli, 027L**********25 saylı uzunmüddətli kredit mü qaviləsi çərçivəsində bağlanmış 02.06.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə kredit öhdəliyinin müddətinin bitdiyi tarixə 35403,89 ABŞ dolları əsas və 14577,87 ABŞ dolları faiz borcunun qalması, cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşıması, kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsinə dair üzərlərinə məsuliyyət götürmələri, həmçinin, kredit öhdəliklərinin ipoteka ilə təmin edilməsi təsdiq olunduğundan iddia tələbi həmin borcun cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən və Cavabdeh4 müştərək qaydada tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə və əmlakın boşaldılmasına dair h issələrdə təmin edilməli, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı nəzərə alınaraq iddia ərizəsi borcun cavabdeh X Xdan (X) tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən hesab etmişdir ki, 18400 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 500 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Eyni zamanda, məhkəmə iddia tələbinin “mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 istifadə hüquqlarının itirilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan hazırda İddiaçınin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Həmçinin, məhkəmə iddia tələbinin “əmlakın satışından əldə edilən vəsait iddia tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb icra icraatına aid olan məsələ olduğundan iddia ərizəsi həmin hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 470, 472.2, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1, 34.1.2, 34.1.3, 34.1.4, 59.3, 59.3.1, 59.3.2, 59.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qətnamənin ləğv edilməsini və iddianın edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat (2-ci iş üzrə) 21.11.201-cu il tarixdə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə dair onunla İddiaçı arasında bağlanmış 29.05.2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 29.05.2015-ci il tarixli 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 02.06.2015-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ Dolları məbləğində k rеdit verilmişdir. Kredit xətt müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə o, bankla bağladığı 29.05.2015-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Uzunmüddətli kredit müqaviləsindən göründüyü kimi kredit xətinin məbləği 200000 ABŞ dolları, kredit xəttinin müddəti 120 ay müəyyən edilmişdir. Bank bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 200.000 ABŞ dolları məbləğində kredit xətti açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək v ədini ifadə etmir. Bank kredit razılaşmaları imza edərkən mənim razılığım alınmadığından, kredit xətti müqaviləsində və ipoteka müqaviləsində ona kreditin məbləği, müddəti va faizi barədə kreditin mühüm şərtləri müəyyən olunmadığından ipotekaya xitam verilməli və əmlakı girovdan azad edilməlidir. Qanunvericilin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərinə (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. Əgər kredit müqaviİəsində və ya kredit xətti müqaviləsində verilmiş konkret məbləğ, kreditin faizi və qaytarılma müddəti göstrilməmişdirsə ipoteka müqaviləsi üzrə Bank qarşısında öhdəlik yarana bilməz. Onunla bağlanmış müqavilədə də mühüm şərtlər yəni kreditin müddəti, məbləği, faizi g östərilməmişdir. Sonradan da müxtəlif vaxtlarda Cavabdeh1 ilə bank arasında yeni sazişlər bağlanmış və ödəniş qrafikləri belə dəyişdirilmişdir. Onun bu sazişlərdən məlumatı olmamışdır. 02.06.2015-ci il tarixli kredit razılaşması, 02.12.2015-ci il tarixli və 11.04.2016-cı il tarixli sazişlər bağlanmış və yeni ödəniş qrafiki verilmişdir. Bu üç razılaşma imzalanarkən onun ipoteka qeydiyyatı yenilməmiş və yeni ipoteka müqaviləsi bağlanmamışdır. Yəni onun bu yeni saazişİər belə imzalanarkən məlumatı olmamışdır. Bu onun kreditin mühüm şərtlərindən, faiz, müddəti və məbləğindən məlumatı olmamışdır. Həmin imzalarında ona məxsus olub-olmamasını aydınlaşdırmaq üçün ekspertiza təyin edilə bilər. Bundan başqa kredit xətti müqaviləsi forması və məzmununa görə tərəflər arasında hər hansı öhdəlik yaratmı r. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir”, deməli, kredit xətti müqaviləsi real müqavilə deyil, yəni bankın kredit alana gələcəkdə kredit vermək vədi yoxdur. Kredit xətti müqaviləsində tərəflər öz üzərilərinə hər hansı öhdəlik götürmədiklərindən, bu müqaviləyə əsaslanan ipoteka müqaviləsi əhəmiyyətsiz əqddir. Kredit xətti müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Bu müqaviləyə ilkin müqavilə kimi qiymət verilə bilməz. Kredit xətti müqaviləsi tərəflər arasında hüquqi fakt kimi mülki hüquqi vəzifələr gətirmir, dəyişdirmir və ya xitam etmir. Həmin müqavilə hüquqi fakt kimi mülki hüquq və vəzifələri əmələ gətirmirsə, dəyişdirmirsə və ya xitam etmirsə, deməli öhdəlik hüquq münasibətlərinin (öhdəliklərin əmələ gəlməsin i də şərtləndirmir. Niyyət razılaşması olan kredit xətti müqaviləsi əsasında bağlanmış ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi çıxış edə bilməz. Çünki, kredit xətti müqaviləsi tərəflər üçün hər hansı öhdəlik yaratmırsa, deməli həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsi də, tərəflər üçün təminat yaratmır. Bakı şəhəri 8 saylı Notariat Kontorunun 13.12.2019-cu il tarixli, 2241 saylı notariat işində olan "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 29.05.2015-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 ona məxsus ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilini bank qarşısında 29.05.2015-ci il tarixli 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişdir. Həmin notariat işinə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilin ipotekaya qoyulmasına razılıq vermişlər. Həmçinin ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməklərinə öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasının surətindən görünür ki, borc alana 36 ay müddətinə, yəni 04.06.2018-ci il tarixədək aylıq faiz dərəcəsi 1,75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ile 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka qoyan Cavabdeh4 həmin kredit razılaşmasını n ödəniş qrafikinə imza edərək razı olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.04.2016-cı il tarixli 027R**********SA saylı sazişin surətindən görünür ki, 02.06.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, kredit borcunun ödənilmə müddəti 25.06.2018-ci il tarixədək, aylıq faiz dərəcəsi isə 1,6667 % müəyyən edilmişdir. İpoteka qoyan Cavabdeh4 həmin dəyişikləri özündə əksə etdirən sazişin ödəniş qrafikinə imza edərək razı olduğunu bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Qədirli) 2(004)-562/2020 saylı 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31.05.2 018-ci və 25.07.2019-cu il tarixli qərarlarına istinad edərək, həmçinin iddiaçının 02.06.2015-ci il tarixli kredit razılaşmasına, 11.04.2016-cı il tarixli sazişə ipotekaqoyan kimi Cavabdeh4 imza edərək razı olduğunu bildirməsi, Azərbaycan Respublikası MPM-nin 119.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı Cavabdeh4 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı 30 yanvar 2020-ci il tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)4450/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarş ı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair mülki iş, məhkəmənin icraatında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X Xyə (X), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə biləşdirilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edə n və məruzəçi, Qürbət Ağayev və Vahid Sadıqov) 14 oktyabr 2020-ci il tarixli, 2(103)-772/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı 30 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birləşdirilmiş birinci iş üzrə apellyasiya şikayətinin dəlilərini işin faktiki hallarına və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 İddiaçı ilə aralarında 29.05.2015-ci il tarixli, 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış 02.06.2015-ci il tarixli, 027R****** **** saylı kredit razılaşması üzrə kredit öhdəliyinin müddətinin bitdiyi tarixə 35403,89 ABŞ dolları əsas və 14577,87 ABŞ dolları faiz borcunun qalması, cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşıması, kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsinə dair üzərlərinə məsuliyyət götürmələri, həmçinin, kredit öhdəliklərinin ipoteka ilə təmin edilməsi təsdiq olunduğundan iddia tələbi həmin borcun cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən və Cavabdeh4 müştərək qaydada tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə və əmlakın boşaldılmasına dair hissələrdə təmin edilməli, Azərbaycan Respublikasi Konstitusiya Məhkəmə si Plenumunun 31 may 2018-ci il tarixli Qərarı nəzərə alınaraq iddia ərizəsi borcun cavabdeh X Xdan (X) tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almış və haqlı olaraq hesab etmişdir ki, əsas borca mütənasib dəbbə pulu 500 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh4 apellyasiya şikayətində onun iştirakının təmin edilməməsini qeyd etsə də, apellyasiya icraatı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, la kin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdi. Hər iki apellyasiya şikayətinin digər dəlili müqavilənin Cavabdeh4 tərəfindən imzalanmadığı qeyd edilsə də, apellyasiya şikayətində göstərdikləri hallar barədə heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh4 məhkəmə kollegiyasının iclaslarında iştirak etməmiş və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birləşdirilmiş ikinci iş üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun un 1.0.8 ve 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin 269.11 ve 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 ve 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarına əsaslanaraq iddia tələbinin rədd edilməsinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iddia ərizəsi 21.11.2019-cu il tarixdə məhkəmənin ic raatına daxil olmuşdur. İpoteka müqaviləsi isə 29.05.2015-ci il tarixdə bağlanmış, yəni hüquq münasibətləri həmin tarixdə yaranmışdır. İpoteka qoyanın kredit razılaşması və ona dəyişikliklər edilərkən razılığı alınmasaydı belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarları hazırki münasibətlərə şamil olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. İddiaçı Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-772/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı-nin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin olunmaması və onun iddia tələbinin təmin olunaraq ipoteka müqaviləsinə xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etməmiş və onun məhkəmədə iştirakını təmin etmədiyində n mülkiyyət hüquqlarını pozmuşdur. Bununla da məhkəmə həm prosessual, həm də maddi hüquq normalarını kobud pozmaqla qətnamə qəbul etmişdir. İddia onun evinə münasibətdə və onun zaminliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə özü birtərəf mövqe göstərərək zaminin birinə aid hissədə iddianı təmin etməmişdir. Belə ki, müqavilələrin bağlanması baxımından həmin zaminlə onun arasında heç bir fərq yoxdur. Məhkəmə hüquq normasını qətnamədə tətbiq etsə də bunu cavabdehlərdən birinə münasibətdə tətbiq etmiş və digərlərinə münasibətdə hansı əsaslarla tətbiq olunmaması barədə qətnamədə heç nə yazmamışdır. Bankla Cavabdeh1 arasında müxtəlif vaxtlarda yeni sazişlər bağlanmış və ödəniş qrafıkləri belə dəyişdirilmişdir. Onun ümumiyyətlə bu sazişlər barədə məlumatı olmayıb. Belə ki, 02.06.2015-ci il ta rixdə 027R********** saylı kredit razılaşması, 02.12.2015- ci il tarixdə həmin razılaşmaya yeni saziş bağlanmış və yeni ödəniş qrafiki verilmişdir, həmçinin 11.04.2016-cı ildə həmin razılaşmaya yeni saziş bağlanmış və yenə yeni ödəniş qrafiki verilmişdir. Bu üç razılaşma imzalanarkən onun ipoteka qeydiyyatı yenilənməmiş və yeni ipoteka müqaviləsi bağlanmamışdır. Bank məhkəməyə sənədlər təqdim edib ki, guya o, ödəniş qrafiklərinə imza edərək bu qrafiklə tanış olmuş və məlumatı var, lakin bu təqdim edilən qrafiklərdə olan imzalar və yazlar ümumiyyətlə ona məxsus deyil. Yəni onun bu yeni sazişlər belə imzalanarkən məlumatı olmayıb. Bu da ona dəlalət edir ki, onun kreditin mühüm şərtlərindən, faiz, müddəti və məbləğindən məlumatı olmayıb. Həmin imzalarında ona məxsus olub olmamasını aydınlaşdı rmaq üçün ekspertiza təyin edilə bilərdi. Hər iki məhkəmə qətnaməsində Konstitusiya Məhkəməsinin qərarını yazsa da, həmin qərarın hüquqi nəticələrini qətnamədə düzgün tətbiq etməmişdir. Bununla da məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmədə həmin ödəniş qrafiklərində olan imzaların ona məxsus olmadığını sübuta yetirmək üçün xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş, bununla bağlı vəsatət də vermişdir. Həmçinin ödəniş qrafikindəki imzalar açıq aydın görünür ki, hamısı fərqlidir. Hər iki məhkəmə ödəniş qrafikində onun adının olduğuna istinad edərək iddianı və bankın ona aid olan hissədə iddiasını düzgün dəyərləndirməmiş və əsassız qətnamə qəbul etmişdir. İddiaçı ilə onun arasında bağlanmış ipoteka müqaviləsi, əsas öhdəlik müqaviləsinin təminatı kimi bağlanmadığından, eləcə də onunla İddiaçı arasında bağlanmış kredit razılaşması əsas müqavilə sayılmadığından Bankın kredit borcunun onun ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi hissəsi təmin edilə bilməz. Kredit xətti müqaviləsində tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqlərdir. Şikayətə əlavə edilmiş onunla İddiaçı arasında bağlanmış 17.11.2015-ci il tarixli ipoteka müqaviləsində isə yalnız kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. Yuxarıdakılara əsasən niyyət razılaşması olan kredit xətti müqaviləsi əsasında bağlanmış ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi çıxış edə bilməz. Çün ki, kredit xətti müqaviləsi tərəflər üçün hər hansı öhdəlik yaratmırsa, deməli həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsi də, tərəflər üçün təminat yaratmır. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqd a, zaminliyə xitam verilir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. “İpoteka haqqında” Qanun Maddə 10.5(müqavilə bağlanan zaman qüvvədə olan redaksi yada)İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə qətnamədən yalnız birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı olan Cavabdeh4 kassasiya şikayəti verdiyindən qətnamə yalnız onun kassasiya şikayətinin dəlilləri əsasında birinci iddia üzrə Cavabdeh4 aid (zamin və ipotekaqoyan kimi ona yönəlmiş tələblər üzrə) iddianın təmin edilmiş hissəsində və ikinci iddia üzrə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qətnamənin yoxalnılan hissələri üzrə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi bankın iddiası üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarını tətbiq edərək, iddia ərizəsi üzrə borcun zamin X Xdan (X) tutulması hissəsində təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin digər zamin və həm də ipotekaqoyana münasibətdə ikinci iddianın 21.11.2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmasına və ipoteka müqaviləsinin isə 29.05.2015-ci il tarixdə bağlanmasına istinad edərək ipoteka qoyanın kredit razılaşması və ona dəyişikliklər edilərkən razılığı alınmasaydı belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarları hazırki münasibətlərə şamil olunmamasını qeyd etməklə ziddiyyətli qənaətə gəlmişdir. Halbuki tərəflər arasında kredit müqaviləsi, zaminlik və ipoteka müqavilələrindən irəli gələn mübahisə artıq bankın 07.07.2017-ci il tarixdə məhkəməyə iddia verməsi ilə yaranmış və həmin vaxtdan məhkəmənin icraatında olmuşdur, 2-ci iddia 21.11.2019-cu il tarixdə verilmiş olsa da, bankın iddiası üzrə də Cavabdeh4 verdiyi apellyasiya şikayətinin dəlilləri çərçivəsində iş araşdırılarkən Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarları tətbiq edilməklə, Cavabdeh4 aid hissədə tələblərə qiymət verilməli idi. Digər tərəfdən birləşdirilmiş hər iki mülki iş üzrə apellyasiya şikayətində Cavabdeh4 02.06.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilməsi barədə sənədlərdəki imzanın ona məxsus olmamasını, onun kreditin mühüm şərtlərindən, faiz, müddəti və məbləğindən məlumatı olmamasını bildirsə də, işin düzgün həlli üçün əhəmiyyətli olan bu dəlil araşdırılmamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində iş üzrə xətşünasliq ekspertizasının keçirilməsi barədə iddiaçının vəsatət təmin edilməmiş, əsas kimi bankın iddiasına baxılarkən kredit razılaşmaları və kredit sazişlərinin mübahisələndirilməməsi, həmçinin iş materiallarına mövcud olan sübutların tərəfin imzasının həqiqiliyinə hər hansı şübhə yaratmadığı göstərilmişdir. Apellyasiya şikayətinin iş üzrə xətşünasliq ekspertizasının keçirilməsi barədə dəlilinə isə apellyasiya məhkəməsi belə qiymət vermişdir ki, tərəf apellyasiya şikayətində göstərdikləri hallar barədə heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh4 məhkəmə kollegiyasının iclaslarında iştirak etməmiş və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyətli olan bu dəlilin qeyd edilən əsaslarla nəzərə alınmaması əsassız olmuşdur. Belə ki, iş üzrə xüsusi bilik tələb edən sahəyə aid olan məsələnin müvafiq ekspertiza keçirilmədən həll edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini müfəssəl araşdırmadan gəldiyi nəticəsi ilə cavabdehin ədalətlə məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, Mülki Prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 47.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə p rinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Nəzərə alınmalıdır ki, çəkişmə prinsipi prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır və onlar bir-birini şərtləndirən və tamamlayan prinsiplərdir. Hüquq bərabərliyi prinsipi tərəflərə məhkəmə araşdırmasında bərabər hüquqi şərait yaradılmasını nəzərdə tutur. Məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək hüququ verir. Tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsi çəkişmə prinsipinin pozulmasına, eyni zamanda sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmiyyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərinişin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qa nunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsasında yoxlanılan hissədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası maddi və prossesual hüquq normalarının tələblərini pozduğundan, habelə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən və apellyasiya şikayəti üzrə gəldiyi nəticələri tam əsaslandırmadan gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə mübahisələndirilən hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün təd birləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-772/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, -İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, X Xyə (X), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kredit borcunun Cavabdeh4 tutulması və borcun ipotekaya yönəldilməsi hiss əsində; -İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissələrdə işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.