Məhkəmə qərarları › İş №2(102)-4152/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4152/2022

24.10.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4152/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı ziyan tələbinə dair ilk, X2 və Cavabdeh2 İddiaçı qarşı pul tələbəinə dair qarşılıqlı iddiaya dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “pulun, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, cavabdehlər X4 və Cavabdeh2 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2327/21 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. İlkin iddia tələbi X1 350000 manat borc pulun, 10000 manat maddi ziyanın, 10000 manat mənəvi zərərin əvəzi kimi ümumilikdə 370000 manat pulun, Cavabdeh2 60000 manat borc pulun, 10000 manat maddi ziyanın, 10000 manat mənəvi zərərin əvəzi kimi cəmi 80000 manat pulun İddiaçı xeyrinə tutulması barədədir.

2. Qarşılıqlı iddia tələbləri İddiaçı X2 xeyrinə 20000 manat və Cavabdeh2 xeyrinə 22000 manat pulun tutulması barədədir.

3. Tərəflərin qızıl-zinət əşyalarına nisyə alqı-satqı ilə mə şğul olduqları və tələb olunan borcların qızıl əşyalarını alqı-satqısı ilə bağlı yaranması işin mübahisəsiz halıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 350000 manat borc pulun və 10000 manat maddi ziyanın, 10000 manat mənəvi zərərin, cəmi 370000 manat pulun, Cavabdeh2 60000 manat borc pulun, 10000 manat maddi ziyanın və 10000 manat mənəvi zərərin, cəmi 80000 manat pulun alınıb ona verilməsi, cavabdehlərin əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edilib prokurorluğa göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir

5. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh2 2010-cu ildən Sumqayıt şəhəri, “Karvan ticarət mərkəzində” qızıl-zinət əşyalarının alqıatqısı ilə məşğul olan şəxs kimi tanımış, Şəbinə Kərəmovanı da xalası vasitəsi ilə 2019cu ilin fevral ayından qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğundan tanıyır. Özü qızıl-zinət əşyalarının fərdi satışı ilə məşğul olduğundan cavabdehlərlə 2019-cu ilin oktyabr ayına kimi dəfələrlə alver etmiş, onlar dəfələrlə ondan qızıl-zinət əşyalarını götürərək satıb pulunu hissə-hissə ödəmişlər. Cavabdehlərdən Cavabdeh1 ona 500000 manat borcu qalmışdı. Cavabdeh1 ona olan 500000 manat borcundan 150000 manatını ödəmiş, qalan 350000 manat borcunu ödəməmişdir. Cavabdeh2 isə ondan alıb-satdığı qızıl-zinət əşyalarının pul undan 30000 manatını ödəmiş, qalan 50000 manat borcunu isə ödəməmişdir. Cavabdehlər 2019-cu ilin may ayında iş yerinə gələrək yaxşı müştərilərinin olmasını deyərək birlikdə qızıl əşyalarının alqı-satqısı ilə məşğul olmaqlarını təklif etmişlər. Cavabdehlərlə aralarında alış-veriş ayda 30-80 min manat təşkil edib, onlarla mütamadi işləmək barədə razılığa gəlmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 xahişi ilə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “VİP” Lombardından 585 və 750 əyarlı ümumi çəkisi 504,64 qram, dəyəri 26000 manat olan qızıl-zinət əşyalarını götürüb, müştəriyə göstərmək üçün Cavabdeh2 vermişdir. Maya həmin zinət əşyalarını tanışı Zaurla götürərək getmiş, lakin onu aldadaraq həmin qızılları nə geri qaytarmış, nə də pulunu ödəməmişdir. O, elə həmin gün xx.xx.2019-cu il tarixd ə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, xx.xx.2019-cu ildə isə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldatdığını, qızılları qaytarmadığını bildirərək, 504,64 qram qızıl zinət əşyalarının alınıb ona qaytarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də aparılan araşdırma zamanı Cavabdeh2 müştəriyə göstərmək üçün satış məqsədiylə ondan nisyə qızıl aldığını etiraf etmiş və bildirmişdir ki, həmin qızılı guya ona təsir vasitəsi kimi özündə saxlamış, guya ki, olan borcunu qaytarmamış və ona görə də qızılları qaytarmır. Cavabdehlərin ona qarşı törətdikləri qeyri-qanuni əməlləri barədə dərhal hüquq- mühafizə orqanlarına məlumat versə də, sonradan ərizə və şikayət etsə də şikayəti Sumqayıt şəhəri Pİ-si 4-cü PB-də tam araşdırılm amış, məsələnin əsil mahiyyəti üzə çıxarılmamış, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh2 araşdırmaya ondan götürdüyü 504,64 qr qızılın 368,68 qramını təqdim etmiş, həmin əşyalar lombarda qaytarılmış, dəyəri 10000 manat olan 135,96 qram qızıl Maya tərəfindən mənimsənilmişdir. Beləliklə, 26000 manat dəyəri olan qızıldan 16000 manat qızılı lombarda qaytarılmış, çatmayan 135,96 qram qızıla görə 10000 manatlıq qızılı lombarda qaytarmışdır. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmiş, ona isə mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. O, cavabdehlərdən verdiyi qızılın pulunu ala bilmədiyindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqaməti ndə gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər

6. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı olan ilkin iddianın rədd edilməsi, İddiaçı 20000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və Cavabdeh2 qarşı dələduzluq cinayəti edərək pullarını mənimsədiyi üçün İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi qaldırılaraq ittiham verilmiş və hazırda həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. O və Cavabdeh2 isə istintaq orqanı tərəfindən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İddiaçı həmin cinayət işinin acığına və öz işini asanlaşdırmaq üçün hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etməyi qərara almışdır. O, rəfiqəsi Cavabdeh2 ilə birlikdə qızıl alveri ilə məşğul olmuşdur. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə İddiaçı təklif etmişdir ki, alıb-satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Maya özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri ye rlərdən və şəxslərdən, «lom» qiymətinə qızılzinət əşyalarını alıb onlara satmağa verib. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidən nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə vemişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızılzinət əşyalarını girov qoyub pul götürdükləri Lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdi ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur və əvvəlcədən onlara satdığı qızılların saxta olduğunu bilib və onların etibarlarından suiistifadə edərək dələduzluq yolu ilə pullarını mənimsəmişdir. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıblar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ümumilikdə nağd şəkildə 20000 manat hesabı ilə 10000 ABŞ dolları və 3000 manat pul vermişdir, lakin bu günə kimi də həmin p ulların taleyi bəlli deyil. İstintaqda ifadə verəndə Vüsalə ondan 10000 manat aldığını və həmçinin onun tərəfindən o, İranda olanda 3000 ABŞ dolları məbləğində pulu satıcısına verdiyini etiraf etmişdir. Buna baxmayaraq, həmin pulun ondan alınmasını etiraf etməsi kifayətdir ki, həmin pulu ondan geri tələb etmişdir. İddiaçı əvvəllər borcunun qaytarılmasına söz versə də, sonradan bundan qəti imtina etmişdir.

8. Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ondan aldığı 22000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məs uliyyətinə cəlb edilmiş, həmin maddələrlə ittiham verilmişdir. Belə ki, rəfiqəsi Səbinə Kərimova ilə birlikdə qızıl alveri ilə məşğul olublar. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə Vüsalə təklif etmişdir ki, alıb satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Səbinə özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri yerlərdən və şəxslərdən, «lom» qiymətinə qızılzinət əşyalarını alıb onlara satmağa vermişdir. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidə n nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə verirmişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızıl-zinət əşyalarını girov qoyub pul götürdükləri lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdir ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ona ümumilikdə nəğd şəkildə 22000 manat pul vermiş, lakin bu günə kimi də həmin pulların taleyi bəlli deyil. Daha doğrusu, istintaqda dindirmə zamanı Vüsalə həmin pulları ona verdiyini etiraf etmişdir. Lakin bildirmişdir ki, guya onun Vüsaləyə borcu olduğundan həmin pulları ona çıxmışdır. Təəssüflər olsun ki, Vüsalənin ona nə qədər borcu olduğunu, həmin borcun hansı zaman kəsiyində yarandığını özündə əks etdirə n heç bir tutarlı sübutu istintaq orqanına təqdim edə bilməmişdir. Buna baxmayaraq, həmin pulun ondan almasını etiraf etməsi kifayətdir ki, həmin pulu Vüsalədən geri tələb etsin. İddiaçı CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. İddiaçı iddiasına münasibətdə bildirmək istəyir ki, onun iddia tələbinin heç bir əsası yoxdur. İddiaçı iddiasını sübut edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilkin iddia üzrə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı pul tələbi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası nın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qarşılıqlı iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 (on min) manat və 3000 (üç min) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı X2 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia cavabdeh İddiaçı 22000 (iyirmi iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsa sında bu nəticəyə gəlmişdir ki, ilkin iddianın təmini üçün kifayət qədər sübutlar yoxdur, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

12. Qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların iddia tələblərinin əsası kimi göstərdikləri faktlar iddiaçı Vüsalə Tahtirova barəsində istintaq edilən cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış materiallarla öz təsdiqini tapmışdır. Bü sübutlar məhkəmə araşdırması zərurəti ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin şifahi sorğusu ilə əldə edilmiş 1(060)304/2020 saylı iş üzrə cinayət işinin materiallarında öz əksini tapmışdır.

13. Belə ki, cinayət işinin 145-146-cı vərəqələrində olan üzləşmə protokolundan görünür ki, İddiaçı Cavabdeh1 ona qızıl əş yalarına görə borcun əvəzində 3000 və 7000 manat, sonradan isə 3000 ABŞ dolları məbləğində pul verdiyini etiraf etmişdir.

14. Həmin cinayət işinin 219-223-cü vərəqələrində olan təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh2 satılan qızıl əşyalarının pulunu 30000 manat məbləğində ödəmiş, qalan borcu isə ona qaytarmamışdır.

15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı qeyd olan ödənişlərin ona olan borcun əvəzində verildiyini göstərsə də, məhkəmə baxışında iştirak edərək qarşılıqlı iddiaya etiraz verməmiş, göstərilən məbləğlərin qarşılıqlı iddiaçıların ona olan borclarına görə ödənilməsini təsdiq sübutları məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097.1-ci, Mülki Prosess ual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən ilkin İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddianın tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qanuni baxmamış, yalnız qarşılıqlı iddiaçıların izahatlarına əsaslanaraq qətnamə qəbul etmişdir. İşin ədalətli həllinə imkan verə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir. Qətnamə qəbul edərkən birinci instansi ya məhkəməsi maddi hüquq normalarının tətbiq edilməsində səhv etmiş, tətbiq edilməli olan normaları tətbiq etməmiş, prosessual hüquq normalarının pozuntusuna yol vermiş, barəsində olan cinayət işinə məhkəmədə baxılana kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə dəfələrlə verdiyi vəsatətləri əsassız olaraq təmin etməmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2327/22 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər –Səyyad Qafari, (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir, iddiaçı özünün iddia tələblərinin və qarşılıqlı iddiaya qarşı etirazının əsaslarını sübuta yetirə bilməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76.1, 76.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tər əflərin təqdim etdikləri sübutlara birtərəfli baxmış, yalnız qarşı tərəfin izahatlarına əsaslanmaqla qətnamə çıxarmış, sübutetmə yükünü düzgün müəyyən etməmiş, paralel olaraq Sumqayat Şəhər Məhkəməsində cinayət işinin baxılmasına baxmayaraq, hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatətlərini təmin etməmiş, bununla da məhkəmə işə obyektiv və qərəzsiz baxmamışdır.

24. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 425.1. 442 və 45.1-ci, və 445.2, MPM-nin 9.1, 9.2, 88. 217.1, 217.3 və 254.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 30. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq hesab edir ki, aşa ğıdakılara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiyada işə baxan Sumqayıt Şəhər Məhkəməsi Səbinə Kərimova və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı pul tələb olunmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 2096 və 1097.1-ci maddələrinə istinad etmiş, yəni hesab etmişdir ki, İddiaçı cavabdehlərə qarşı mülki hüquq pozuntusu (delikt) törətmiş, nəticədə cavabdehlər bundan maddi zərər çəkmiş, iidiaçıların həmin zərəri tələb etmək hüququ, cavabdehin isə bu zərəri ödəmək vəzifəsi vardır. Apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə maddi hüq uq normasına istinad etməmiş, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşdığını göstərmişdir Lakin işdən görünür ki, qarşılıqlı iddiaçıların izahatları, onların və qarşılıqlı iddia üzrə cavabdehin sonuncu barəsində ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə verdikləri ifadələrə əsasən birinci instansiya məhkəməsi tərəflər arasında münasibətlərin qızıl-zinət əşyalarının alqı-satqısı ilə əlaqədar olması qənaətinə gəlmiş, tərəflərin qızıl-zinət əşyalarına nisyə alqı-satqı ilə məşğul olduqlarını və tələb olunan borcların qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı yaranmasını işin mübahisəsiz halları kimi qəbul etmişdir. İddiaçı barəsində olan cinayət işi üzrə hazrıkı iş üzrə qarşılıqlı iddiaçıların ondan tələb etd ikləri pul məbləğlərinə görə ittiham elan edilməmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəmələri işin müəyən edilmiş hallarına uyğun maddi hüquq normalarını tətbiq etməmiş, apellyasiya məhkəməsi də bu səhvi aradan qaldırmamışdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə qarşılıqlı iddiaçılar Cavabdeh1 20000 manat, Cavabdeh2 isə cavabdeh İddiaçı 22000 manat pul vermələri barədə izahatları, cavabdeh İddiaçı isə barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs kimi dindirilən zaman Səbinə Kərimovanın ona qızıl əşyalarına görə borcun əvəzində 3000 və 7000 manat, sonradan isə 3000 ABŞ dolları məbləğində pul, Cavabdeh2 satılan qızıl əşyalarının pulundan 30000 manat ona ödəmələrini göstərməsi iddiaçının cavabdehlərdən (qarşılıqlı iddiaçılardan) pul almasını qismə n etiraf etməsi kimi qəbul etmiş, bu faktı qarşılıqlı iddianın qismən təmin olunmasına kifayət hesab etmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı qeyd olan ödənişlərin ona olan borcun əvəzində verildiyini göstərsə də, məhkəməyə gələrək qarşılıqlı iddiaya etirazını bildirməmiş və göstərilən məbləğlərin ona olan borca görə ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu məsələdə sübutetmə yükü cavabdeh İddiaçı üzərinə düşür. İşə baxan məhkəmələr diqqətdən qaçırmışdır ki, iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının alqı-satqısı məşbul olduqlarını təsdiq etmiş, qarşılıqlı iddiaçılar bu məqsədlə ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə İddiaçı pul verdiklərini göstərmşlər. İddiaçı da qarşılıqlı iddiaçılardan aldığı pulların nisyə verdiyi qızıl-zinət əşyalarının ödəməsi olduğunu göstərmişdir. Nisyə alqı-satqının dəyəri əvvəlcədən ödənilmədən həyata keçirilən satış olması nəzərə alındıqda cavabdeh İddiaçı ödədikləri pulun artıq nisyə alınmış qızıl-zinət əşyalarına görə deyil, gələcəkdə alınacaq qızıl-zinət əşyalarına görə olmasının sübuta yetirilməsi qarşılıqlı iddiaçıların üzərinə düşür. 39. ddiaçı Vüçalə Tahirovanın barəsində olan cinayət işi üzrə dindirmə protokollarında göstərilənlərə istinad edən apellyasiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, həmin protokollar məhkəmə iclasının deyil, ibtidai istintaq orqanın protokollarıdır, etiraf məhkəmə iclasının protokoluna yazılmamışdır. Həm də İddiaçı təqsirləndirilən şəxs kimi ifadə vermişdir, bili-bilə yalan ifadə vermək və ifadə verməkdən imtinaya görə məsuliyyət daşımır, təqsirlən dirilən şəxsin özünü müdafiə etmək hüququ vardır. 40. əmçinin işdən görünür ki, məhkəmələr tərəfindən qarşılıqlı iddiaçılar tərəfindən pulların nə vaxt verilməsi də müəyyən edilməmiş, bu məsələnin müəyyən olunmasının tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının tətbiqii üçün mühüm əhəmiyyət kəsb etməsini diqqətdən qaçırmışdır. 41. eləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası m əhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2327/21 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İ H B Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar