Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4154/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili X3, cavabdehin vəkili Gİnın iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tаrixli qətnаməsi ilə (hakim Tahir İsmayılov, 2(016)-1171/2018 saylı mülki iş) İddiaçı Cavabdeh Ağsu X6 İdarəsinə qarşı əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqına dair iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən, məruzəçi), A.Mahmudov və V.Məlikov, 2(107)-276/2019 saylı mülki iş) hazırki iş üzrə Ağsu Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(016)-1171/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh Ağsu X6 İdarəsinə qarşı əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsind ən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X3 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Gİ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işəgötürənin 13.07.2016-cı il tarixli, 119/k saylı əmrilə İddiaçı Cavabdeh Ağsu X8 İdarəsinin Ucar rayonu üzrə Sayğacların qəbulu və istismarı xidmətinə 12-ci dərəcəli xidmət rəisi vəzifəsinə işə təyin edilmişdir. Həmin müqavilənin müddəti 13.07.2017-ci il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən 13.07.2018-ci il tarixinə kimi uzadılmış hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddəts iz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinə görə, əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o tərəflərin imzaladığı gündən qüvvəyə minir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müq aviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci bəndinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İş materiallarına əlavə olunmuş “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 16 iyul 2018ci il tarixli, 230/k saylı əmrdə göstərilmişdir ki, Ağsu RQİİ-nin Ucar rayonu üzrə Sayğacların qəbulu və istismarı ximətinin rəisi İddiaçı ilə 13.07.2016-cı il tarixli, 53 nömrəli, müddəti 13.07. 2016-cı il tarixdən 13.07.2017-ci il tarixədək olan tərəflərin qarşılığlı razılığı əsasında əmək müqaviləsi bağlanmışdır. A zərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, həmin müqavilənin müddəti 13.07.2018-ci il tarixədək uzadılmış hesab edilmişdir. İddiaçı həmin vəzifədə işlədiyi müddət ərzində əmək funksiyalarını və vəzifə təlimatı üzrə öhdəliklərini icrası zamanı üzərinə düşən vəzifələri əmək qanunvericiliyinin tələblərinə müvafiq şəkildə icra etməmiş, əmək və icra intizamı qaydalarını dəfələrlə pozmuşdur. Yol verdiyi nöqsanlara görə və gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə İddiaçı barəsində Ağsu RQİİ-nin rəisinin 08.06.2017-ci il tarixli, 206-Ü nömrəli, 12.10.2017-ci il tarixli, 333-Ü nömrəli, 02.03.202018ci il tarixli, 101-Ü nömrəli və 16.07.2018-ci il tarixli, 225-Ü nömrəli əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi ndə nəzərdə tutulan intizam tənbeh tədbirləri görülmüşdür. Lakin İddiaçı bundan nəticə çixartmayaraq işində dönüş yaratmadığı üçün onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. X4 Zamanov ilə bağlanmış 13.07.2016-cı il tarixli, 53 nömrəli əmək müqaviləsinin müddətinin qurtarması nəzərə alınmaqla VZ Ağsu RQİİ-nin Ucar rayonu üzrə Sayğacların qəbulu və istismarı ximətinin rəisi ilə bağlanmış 13.07.2016-cı il tarixli, 53 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Qeyd olunduğu kimi, İddiaçıla müddəti bir il müəyyən edilmiş müddətli əmək müqaviləsi bağlanmış və hər iki tərəf müqavilə şərtlərini bəyənərək onu öz imzaları ilə təsdiq etmişdilər. İddiaçının həmin müddətli əmək müqaviləsini imzalaması və bu müddət ərzində iddiaçı tərəfindən heç bir şikayətin olmaması onu göstərmişdir ki, tərəflər müddətli əmək müqaviləsini bağlayarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsaslanmaqla, xüsusi qanunvericiliyin tələblərini pozmamışdılar. İddiaçı barəsində olan “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 16 iyul 2018-ci il tarixli, 230/k saylı əmrin baş mühəndisi X1 imzası ilə təsdiqlənməsinin buna səlahiyyətinin olmamasına dair məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İB Ağsu RQİİ-nin “İdarənin rəhbər işçiləri arasında vəzifə bölgüsü haqqında” 06 iyul 2015-ci il tarixli, 80-Ü saylı əmrinin 3-cü bəndində göstərilmişdir ki, idarənin rəhbərlərindən hər hansı biri işdə olmadığı dövrdə (məzuni yyət, ezamiyyət və digər səbəblərdən) onun vəzifəsinin icrası idarə rəisinin vəzifəsinin baş mühəndis tərəfindən həyata keçirilə bilər. Müəyyən edilmişdir ki, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 16 iyul 2018-ci il tarixli, 230/k saylı əmr verilərkən Cavabdeh İB Ağsu RQİİ-nin rəisi əmək məzuniyyətində olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında ilə bağlanmış 13.07.2016-cı il tarixli, 53 nömrəli əmək müqaviləsinə həmin müqavilənin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin xitamı üçün həmin müqavilənin müddətinin başa çatması kifayət etdiyi halda, cavabdeh sözü gedən əmrdə iddiaçı tərəfindən işlədiyi müddət ərzində əmək funksiyalarını və vəzifə təlimatı üzrə öhdəliklərini icrası zamanı üzə rinə düşən vəzifələri əmək qanunvericiliyinin tələblərinə müvafiq şəkildə icra edilmədiyi və əmək və icra intizamı qaydalarını dəfələrlə pozulduğu və buna görə də iddiaçının barəsində intizam tənbeh tədbirləri görüldüyü, lakin iddiaçının bundan nəticə çixartmayaraq işində dönüş yaratmadığı üçün onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasınin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Göründüyü kimi, müdiriyyətin İddiaçı ilə əmək müqаviləsinə xitam vermək üçün qanuni əsası olmuşdur. Lakin cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə İddiaçı əmək funksiyalarını lazımi qaydada icra etmədiyi və intizam tənbehlərinə məruz qalması barədə göstərdikləri qanunvericiliyin tələbləri baxımından düzgün olmamışdır. Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə əsasən, i ntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə göstərilən inzibati tənbeh barədə əmrlərin əksəriyyətinin verilmə vaxtından 6 aydan çox müddət keçmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavbdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə həmin müqavilənin müddəti bitdiyinə görə xitam verilməsi üçün qanuni əsası olsa da, o, əmrdə bunun səbəblərini düzgün ifadə etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq (əmək müqaviləsinin müddətinin qurtarması) onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında onun vəzifədən azad edilməsi (əmək müqaviləsinə xitam verilməsi) barədə qeydlər qanunvericiliyin tələblərinə uyğun yazılmış, əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçının hüquqlarına və qanuni mənafelərinə heç bir xələl gətirməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4154/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4154/2019
19.06.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver