Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4154/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(103)10799/2017 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı1 və Cavabdeh 1994-cü ildə nikaha daxil olmuş, birgə nikahlardan İddiaçı3, İddiaçı2 və X1 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və Cavabdeh nikahları pozulmuşdur. Tərəflərin övladları İddiaçı3, İddiaçı2 və X1 faktiki olaraq İddiaçı1 ilə qalırlar. Tərəflər bir müddət ünvan 1 qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 4 otaqlı evdə yaşamış, 2015-ci il tarixdən etibarən isə aralarındakı münasibətlərin pozulması nəticəsində cavabdeh iddiaçıların həmin evdə yaşamasına imkan vermir. Mübahisələndirilən ev daşınmaz əmlakın dövlət reyest rində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların 02 mart 2007-ci il təvəllüdlü X1 ilə birlikdə cavabdehin istifadəsində olan ünvan 1 qəsəbəsindən yerləşən 0,05 ha torpaq sahəsində inşa edilmiş evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə ailə münasibətləri pisləşdikdən sonra iddiaçı evdən məcburi şəkildə çıxarılmış, iddiaçı uşaqları ilə birgə kirayədə yaşayır. ünvan 1 qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində yerləşən özbaşına tikilmiş 4 otaqdan ibarət evdən başqa mülkləri yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017 -ci il tarixli, 2(001)8913/2017 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Rzayev) iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 azyaşlı 02 mart 2007-ci il təvəllüdlü X1 ilə birlikdə Cavabdeh istifadəsində olan ünvan 1 qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 4 otaqlı evə köçürülmələri qət edilmişdir. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin birgə nikahda olduqları olan zaman birgə vəsaitləri hesabına tikildiyindən, iddiaçılar cavabdehlə həmin evdə birgə yaşamaqla birgə təsərrüfat idarə etdiklərindən iddiaçıların da mübahisəli yaşayış sahəsində cavabdehlə bərabər surətdə yaşamaq hüquqları vardır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(001)-8913/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(103)-10799/2017 nömrəli qətnaməsi ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və N.Ş.Cəfərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(001)8913/2017 nömrəli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmı şdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da azyaşlı uşaq ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin göstərdiyi kimi ev başqa şəxsə məxsus olmuş olsa idi, həmin şəxs apellyasiya şikayəti vermiş olar, özbaşına tikinti olsa da, öz əmlakına başqa şəxslərin köçürülməsinin qarşısını almaq üçün mümkün hüquq müdafiə vasitələrindən istifadə edə bilərdi. Lakin apellyasiya şikayəti cavabdeh tərəfindən verilmiş, evə köçürməni mümkünsüz hesab etmişdir. Evin hazırki işin tərəflərində n başqa digər şəxsə məxsus olmasına dair hər hansı sübut mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(103)-10799/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, tərəflər evli olduqları müddətdə, yəni 20 aprel 2014-cü il tarixdə mübahisəli torpaq sahəsini etibarnamə əsasında alsalar da, sonradan pulu ödəmək imkanları ol madığından etibarnamə 07 mart 2015-ci il tarixdə ləğv edilmişdir. Tərəflərin nikahı pozulduqdan sonra, X8 mübahisəli torpaq sahəsini və onun üzərində evi cavabdehə verməyə razılıq vermişdir. Bu məqsədlə cavabdeh Binəqədi rayonu İHB-nın 16 noyabr 2001-ci il tarixli 925 nömrəli sərəncamına əsasən Sulutəpə yaşayış sahəsində X4 ayrılmış 600,0 kv.m. torpaq sahəsindən 500.0 kv.m. torpaq sahəsinin alınması müqabilində cavabdehlər X2, X5, X3 adından Sumqayıt şəhər 3 saylı notariat kontorunda verilmiş 431 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X6 100000 manat ödəmiş və həmin torpaq sahəsinin adına dəyişdirilməsinə, özgəninkiləşdirilməsinə etiraz etmədiklərinə və həmin məbləği qəbul etmələrinə dair 19 dekabr 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə verilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi və onun üzərində tikilmiş ev nikah dövründə deyil, məhz nikah pozulduqdan sonra əldə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya ba xışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktların a təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmə dən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası izah edir ki, Ali Qanunun 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəx s köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və tərəflərin ailə münasibətləri pozulduğu tarixədək iddiaçılar cavabdehlə birgə həmin yaşayış sahəsində yaşamışlar. Həmin hallar cavabdehin kassasiya şikayətində də etiraf olunur. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının yaşadığı sahədən məhrum etmənin qanunsuz olması müəyyən olunmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin m übahisələndirilən evə iddiaçılara münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mənzildə yaşamaq hüquqlarını bərpa etməklə, düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirilərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, kassatorun qeyd etdiyi hallar – mənzili 19 dekabr 2017-ci il tarixdə etibarnamə ilə əldə etməsi və bu səbəbdən həmin əmlakın birgə nikah dövrünə aid edilməməsi apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin qəbul edildiyi tarixdən (31 oktyabr 2017-ci il) sonrakı dövrə aiddi r. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 o ktyabr 2017-ci il tarixli, 2(103)-10799/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4154/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4154/2021
06.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver