Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4156/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)14263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) xx xxxxxxxx 2019-cu il tarixli qərnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 318094,11 ABŞ dolları əsas borc, 11888,83 ABŞ dolları müqavilənin müddəti bitənədək ödənilməmiş faiz borcu, 475,39 ABŞ dolları cərimə borcu, 26773,08 ABŞ dolları müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 357231,41 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Banka ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cava bdeh məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 650000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, satışından əldə olunan vəsait hesabına Bank qarşısında olan borc tam ödənmədikdə, tələbin Cavabdeh adına olan digər əmlaklarına yönəldilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın cavabdehdən dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və mər uzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnamə qismən, yəni “ipoteka predmetinin satışından əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə tutmanın cavabdehin digər əmlaklarına yönəldilməsi” hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/89118/14 saylı “Kredit müqaviləsinə” əsas ən cavabdehdən onun xeyrinə əsas borcun əvəzi olaraq 318.094,11 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədilə 52439,46 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə pulunun) ödənilməsi məqsədilə 475,39 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 26773,08 ABŞ dolları, ümumilikdə 397782,04 ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat məbləğində dövlət rüsumunun əvəzinin hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 640000 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 213,1 kv.m ümumi sahədən i barət olan qeyri-yaşayış sahəsinə (bundan sonra – qeyri-yaşayış sahəsi) yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına Bank qarşısında olan borc tam ödənmədikdə, cavabdehin adına olan digər əmlaklarına yönəldilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxsin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qət naməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instaniya məhkəməsi işə baxan birinci instansiya məhkəməsi kimi borcun tutulması hissəsində əsas borcun məbləğini düzgün müəyyən etməmişdir. Çünki, iş materiallarına borcun qaytarılmasını təsdiq edən sənədlər əlavə edilmişdir. Həmin sənədlərlə borcun qaytarılmasının qrafik üzrə məbləğlərlə deyil, daha böyük məbləğlər (50000 dollar, 10000 dollar və.s qaytarılması, həmin məbləğlərin isə qanunsuz olaraq faiz borcu kimi hesablaması təsdiq edilmişdir. Lakin, apelyasiya instansiya məhkəməsi həmin sənədlərə deyil birinci instansiya zamanı təyin edilmiş ekspertizanın rəyinə istinad etmişdir. Ancaq Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcbuı deyildir v ə bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzr məhkəmələr tərəfindən qiymətləndirilir. Tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi m əsələlər: Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)14263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasına xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsindən məktub daxil olaraq hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən kasasiya şikayəti və kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verildiyi, verilmiş ərizəyə baxılması və kasasiya şikayətinin Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, Bakı Apellyasiya Məhkəməsinin məktubunu nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)14263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş ərizəyə baxılması və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)14263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-4156/2020 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması və kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4156/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4156/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver