Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4157/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13770/2019 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov, iş № 2(004)-4171/2019) İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi X2 və Cavabdeh2 MMC-yə qarşı borcun olmaması barədə arayışın verilməsi tələbinə dair iddiası təmin edilərək İddiaçı adına hesablanmış 1359,64 ABŞ dolları məbləğində qalıq borcu və 747.54 ABŞ dolları məbləğində faiz borcunun olması barədə məlumatın kredit Bürosu MMC-nin reyestr məlumatlarından silinməsi və cavabdeh “xxxxxxxxxx” ASC tərəfindən İddiaçı hər hansı borcunun olmaması barədə arayış təqdim edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) X1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit götürmək məqsədi ilə banka müraciət etdikdə onun Cavabdeh1 ASC-yə kredit borcunun olması əsas göstərilməklə kredit verilməkdən imtina olunmasını, həmin məsələnin aydınlaşdırılması üçün Cavabdeh1 ASC-nin ləğvedicisinə müraciət etdikdə ona əvvəllər götürdüyü 6150 ABŞ dollarından 1359,64 ABŞ dolları məbləğində qalıq borcunun ödənilməməsi barədə məktub təqdim olunmasını, əsl həqiqətdə isə banka hər hansı bir borcunun olmamasını əsas göstərməklə Cavabdeh1 ASC-yə olan 1359,64 ABŞ dolları məbləğində qalıq borcunun və 747,54 ABŞ dolları məbləğində faiz borcunun olması barədə məlumatın Cavabdeh2 MMC-nin reyestr məlumatından silinməsi barədə bankın ləğvedicisinin üzərinə vəzifə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedici si X2 kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdeh Fondun vəkili kasasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin 7-ci səhifəsində olan Cavabdeh2 çıxarışda əks olunmuş məlumata görə İddiaçı banka 1359,64 ABŞ dolları məbləğində qalıq borcu, 747,54 ABŞ dolları məbləğində isə faiz borcu vardır. Bankın ləğvedicisi tərəfindən İddiaçı göndərilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya məxsus hesab nömrəsinə aid kredit dosyesi bankın ləğvedicisinə təhvil verilmədiyindən həmin kreditlə bağlı hansı məlumatların səhv, qeyridəqiq olduğunu müəyyən etmək mümkün deyildir. Kollegiya hesab e dir ki, iddiaçının bank qarşısında ödənilməmiş kredit borcunun qalması barədə işdə heç bir sübut olmadığından, iddiaçı isə bunu qəti inkar etdiyindən kollegiya iddianın təmin olunmasını əsaslı sayır. Kredit borcundan çıxarışda olan məlumat başqa təsdiqedici sübutlar olmadan kreditin tam ödənilməməsi nəticəsinə gəlmək üçün əsas verməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4157/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4157/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver