Məhkəmə qərarları › İş №2(102)-4157/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4157/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4157/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs X2) iş üzrə QƏRARİ Açar sözlər: mənzilin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-223/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə (bundan sonra – iddiaçı və ya Bank) X2 (bundan sonra – 3-cü şəxs) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, BKA-001/15 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli, İMBKA-001/15 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh (bundan sonra cavabdeh) məxsus Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 14, mənzil 13 (bundan sonra – ipoteka predmeti və ya mənzil) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bankın hazırkı iş üzrə 3-cü şəxsə və cavabdehə qarşı kredit borcunun ödənilm əsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması barədə iddiası qismən təmin edilmiş, cəmi 47613.84 ABŞ borcun Bankın xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına 3-cü şəxsin borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdehə qaytarılması qət olunmuşdur.

3. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-931/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-7663/2019 nömrəli, xx.xx.2019-cu qərarı ilə d əyişdirilmədən saxlanılmışdır.

4. İpoteka predmeti olan mənzil xx.xx.2021-ci il tarixdə Bankın adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3295/22 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs Nizami rayon İcra Şöbəsinə qarşı hazırkı iş üzrə ipoteka predmeti olan mənzilə dair keçirilmiş hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqinda Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası rədd edilmişdir.

6. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-755/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bank tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və onun ailə üzvləri hələ də mülkiyyətində olan mənzili tərk etməmişlər. Bu, mülkiyyətçi olaraq Bankın hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüquqlarını məhdudlaşdırır.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəmə si) 2(007)-339/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə yüklü edilmiş, kredit borcu ödənilmədiyi üçün iddiaçı həmin mənzilin hərracdan satılması barədə iddia qaldırmış və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin tələb təmin olunmuşdur. Hərrac prosesində Bank mənzili almaqla ona mülkiyyət hüququ əldə etmişdir. Hal-hazırda mülkiyyətçi əsaslı olaraq özünə məxsus mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb edir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-223/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və mövqeyini Mülki Məcəllənin 152.1, 152.5. 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikay ətinin dəlilləri

15. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Cavabdeh şikayətini onunla əsaslandırılmışdır ki, onun əvvəllər mülkiyyətində olmuş və hazırda ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə dair hərracın keçirilməsindən və çıxarışın verilməsindən xəbəri olmamışdır. Bankla aralarında hərracın keçirilməsinin dayandırılması və müvafiq borc məbləğinin ödənilməsi ilə bağlı razılaşma olduğu halda, iddiaçı hərracın keçirilməsinə dair ona hər hansı məlumat vermədən hərracı təşkil edərək, evi mülkiyyətinə keçirmişdir. Göstərilən hallar məhkəmə tərəfindən araşdırılmamış, qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa, məhkəməyə 05 iyul 2023-cü il tarixdə üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməsi barədə məlumat versə də, məhkəmə ərizəni nəzərə almamış, onun iştirakı olmadan işə baxaraq qətnamə qəbul etmişdir. Bankın iddia tələbi qeyri-müəyyəndir. Mənzildə tək yox, ailə üzvləri ilə birgə yaşayır. Buna görə də, sözügedən qətnamə onların da hüquq və qanuni mənafelərinə toxunur.

17. Kassator şikayətinin əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 5.3, 16.1, 152.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarına, MPM-in 77.1, 88-ci, 106.1,175.1, 185.3, 185.6, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsl ərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.

30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

15. Kassasiya şikayətinin digər dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi hazırkı iş üzrə cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Nizami rayon İcra Şöbəsinə qarşı hazırkı iş üzrə ipoteka predmeti olan mənzilə dair keçirilmiş hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3295/22 nömrəli, xx.xx.2022-ci il tar ixli qətnaməsi ilə rədd edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir.

31. Həmçinin apellyasiya baxışının təxirə salınması barədə cavabdehin nümayəndəsinin (vəkilinin) vəsatətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmış və məhkəmənin protokol qaydada qəbul edilmiş əsaslandırılmış qərardadı ilə vəsatət təmin olunmamışdır.

32. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Mməhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-223/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar