Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4158/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4158/2024 (Açar sözlər: öhdəliyin icra edilməməsi, mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4393/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə cavabdeh “X8” MTK arasında 14 may 2014-cü il tarixdə bağlanmış müqavilələrə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, ‘’Hom-Paş Prestij’’ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda 5-ci mərtəbəsində 136 kv.m. 21 nömrəli, 122 kv.m 22 nömrəli və 124 kv.m. 24 nömrəli mənzilləri Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər.
2. Həmin müqavilələrə görə mənzillərin 1 kvadrat metrinin dəyəri 1.234 manat olmaqla, 21 nömrəli mənzilin cəmi dəyəri 167.824 manat, 22 nömrəli mənzilin cəmi dəyəri 167.824 manat və 24 nömrəli mənzilin cəmi dəyəri 167.824 manat müəyyən edilmişdir.
3. Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş 14 may 2014-cü il tarixli maliyyə arayışlarına əsasən, üç mənzilə gör ə də pay dəyəri tam ödənilmiş və mənzillər İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “X8” Mənzil-Tikinti Kooperativinə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m. olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m. olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m. olan 3 otaqlı 21 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edil məsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla MTK-nın direktoru Hikmət Yigitdöl arasında mənzillərin alğı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ona Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda 5-ci mərtəbəsində, ümumi sahəsi 122 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m. 1.234 manat olmaqla ümumi dəyəri 150.548 manat olan 22 saylı mənzilin, həmçinin eyni blokda, eyni mərtəbədə yerləşən, ümumi sahəsi 124 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m. 1.232 manat olmaqla, ümumi dəyəri 151.782 manat olan 24 sa ylı mənzilin, yenə eyni mərtəbədə yerləşən, ümumi sahəsi 136 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m 1.232 manat olmaqla, ümumi dəyəri 167.824 manat olan 21 saylı mənzilin dəyərlərini tam şəkildə ödəməklə MTK-dan satın almış, bu barədə MTK tərəfindən hər bir mənzil üçün ayrıayrılıqda müvafiq maliyyə arayışları verilmişdir. Aralarındakı xx.xx.2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinin tələbinə əsasən MTK müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 136 kv.m. olan 21 nömrəli, ümumi sahəsi 122 kv.m. olan 22 nömrəli və ümumi sahəsi 124 kv.m. olan 24 nömrəli mənzilləri payçıya, yəni alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə və ona verilmiş maliyyə arayışlarına əsasən iddiaçı tərəfindən sözügedən mənzillərin dəyərinin tam ödənilməsinə və yaşayış binasının tikintisinin başa çatdırılmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir əsaslı səbəb göstərilmədən sözügedən mənzillər hal-hazıradək ona təhvil verilməmişdir. Halbuki dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh mənzillərə daxil olmağına maneə yaratmış və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur, hal-hazırda da pozulmaqda davam edir. Çarəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. İddiaçı həmçinin qeyd etmişdir ki, həmin mənzillərin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehə müvafiq pretenziy a məktubu da ünvanlamışdır. Ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə götürülmüş, lakin bugünə kimi heç bir tədbir görülməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-758/2024 nömrəli, 10 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi təmin edilərək cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m. olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m. olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m. olan 3 otaqlı 21 saylı mənzilin iddiaçıya təhvil verilməsinin cavabdeh MTK-ya həvalə edilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hüquqi təbiətinə görə podrat və alğı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırkı iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alğı-satqı ilə bağlı normaları tətbiq edilməlidir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh MTK arasında 14 may 2014-cü il tarixli müqavilələr imzalanmış, həmin müqavilələrin 1.3-cü bəndinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda 5-ci mərtəbə 136 kv.m., 21 nömrəli 3 otaqlı mənzili, 122 kv.m., 22 nömrəli 3 otaqlı mənzili və 124 kv.m., 24 nömrəli 3 otaqlı mənzili Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, qeyd edilən mənzillərin dəyərini tam olaraq cavabdehə ödəmişdir. Bununla bağlı MTK tərəfindən 14 may 2014-cü il tarixli maliyyə arayışları verilmişdir. Lakin həmin mənzillər hazıradək iddiaçıya təhvil verilməmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh MTK-nın rəhbəri məhkəmə iclasında iddia tələbinə etiraz edərək, mübahisəli 21, 22 və 24 saylı mənzillərin iddiaçıdan əvvəl "xxxx" KB ASC-yə Hikmet Yiğitdöl və Sənan Novruzov a dlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, İddiaçı, MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən "xxxx" KB ASC-nin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində MTK tərəfindən "xxxx" KB ASC-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m. olan tam təmirli 23 nömrəli ofis verildiyini və "xxxx" KB ASC-nin həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin İddiaçı satılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, MTK ilə iddiaçı arasında bağlanmış şifahi razılaşmaya əsasən iddiaçıya satılmış 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kred it Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək. "xxxx" KB ASC isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m. olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən siləcəklər. Lakin cavabdehin etirazında qeyd etdiyi hallar heç bir mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, cavabdeh məhkəməyə sübut qismində MTK-nın sədri Hikmet Yiğitdöl və "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman tərəfindən imzalanmış 14 may 2014-cü il tarixli maliyyə arayışını təqdim etsə də, həmin arayışda iddiaçının mənzillərinə aid heç bir xü susat öz əksini tapmamışdır. Etiraz ərizəsində qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında şifahi razılaşmanın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 752.2, 769-cu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarlarında qeyd edilən hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, mübahisəli 21, 22 və 24 saylı mənzillər iddiaçıdan əvvəl "xxxx" KB ASC-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulmuş, iddiaçı, MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalanmış, həmin protokola əsasən əvvəlcədən "xxxx" KB ASC nin xeyrinə girov q oyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində MTK tərəfindən "xxxx" KB ASC-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verilmiş, "xxxx" KB ASC isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin İddiaçı satılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda MTK ilə iddiaçı arasında bağlanmış şifahi razılaşmaya əsasən iddiaçıya satılmış 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək, "xxxx" KB ASC isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümu mi sahəsi 170 kv.m. olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən siləcəklər. İşin hallarından da görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixli alğı-satqı müqavilələrinə əsasən ona satılmış mənzilləri 10 ildir ki bu səbəbdən təhvil almamış, cavabdeh ilə arasında bağlanmış şifahi razılaşmaya əsasən öhdəliyinin (Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi) tam icra olunmasını gözləmişdir. Lakin sonda iddiaçı öz öhdəliyinin icrasından yayınaraq ona etibar edilmiş hüquqlardan suiistifadə etmiş və əsassız olaraq mənzillərin ona təhvil verilməsini tələb etmişdir. Hesab edir ki, məhkəmə qətn amə qəbul edən zaman sadəcə iddiaçı tərəfindən çıxış etmiş və onun maraqlarının təmin edilməsi üçün verilmiş etiraz və dəlillərə düzgün qiymət verməyərək iddia tələbini təmin etmişdir.
14. Məhkəmə kollegiyası tərəfindən ləğv prosesində olan QSC “Bank Standard” KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2 (103)-4393/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzillərin iddiaçıya satılmasına vaxtı ilə "xxxx" KB ASC-nin etiraz etməməsi iddianı əsassız edən yox, əksinə, əsaslı edən hal sayılır. Başqa sözlə, etirazın olmaması müqavilədə nəzərdə tutulan mənzillərin yüklü olmadığına və üçüncü şəxslərin hüquqlarından azad olduğuna dəlalət edir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ona satılmış mənzillərlə bağlı Hikmet Yiğ itdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcəyi barədə cavabdeh MTK ilə hər hansı bir şifahi razılaşmanın olduğunu qəbul etmir. Hətta belə bir razılaşmanın olması ehtimal olunsa belə, bu vəziyyət də hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. X6 və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunun Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silinib-silinməməsinin MTK-nın iddiaçı qarşısında olan öhdəliyi ilə hər hansı bir əlaqəsinin və ya bağlılığının olması işdən görünmür. Cavabdeh də niyə məhz borc silindikdən sonra mənzillərin təhvil verəcəyini, yaxud vermək istədiyini ciddi arqumentlərlə əsaslandıra bilmir. Etibarlılığı şübhə doğursa belə cavabdeh şifahi razılaşdığını b əyan etdiyi belə bir şərt olmuşdursa, onu yazılı müqavilələrə də daxil edə bilərdi. Ancaq yazılı müqavilələrdə bu məzmunda hansısa şərt olmamışdır.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.2014-cü il tarixli alğı-satqı müqavilələrinə əsasən ona satılmış mənzilləri 10 il ərzində bu səbəbdən təhvil almaması yaxud tələb etməməsi də iddianın əsassız olduğu demək deyil. Çünki müqavilələr üzrə əvəzi ödənilmiş mənzillərin təhvil verilməməsi sonsuzluğa qədər davam edə bilməz. Yalnız ona görə ki, bank ona verilmiş qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə MTK-nın bəyan etdiyi fiziki şəxslərin borcu olmadığı barədə məlumat vermir, MTK da bunu və iddiaçı ilə aralarında olan şifahi raz ılaşmanın olduğunu əsas götürüb iddiaçı qarşısında öhdəliyini icra etmir, yaxud etmək istəmir. Əlbəttə ki, cavabdeh MTK mülki hüquq münasibətinin subyekti kimi bu vəziyyətdə vicdanlılığın tələb etdiyi tərzdə davranmır. Üstəlik iddiaçını öz öhdəliyinin icrasından yayınaraq ona etibar edilmiş hüquqlardan sui-istifadə etməkdə və əsassız olaraq mənzillərin ona təhvil verilməsini tələb etməkdə qınayır. Təbii ki, bu cür davranış yolverilməz sayılır.
20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 389.1, 390.1, 390.4, 390.5, 397.1, 425.1, 425.2, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 753.1, 758, 762.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın də lilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən üçüncü şəxs ləğv prosesində olan QSC “Bank Standard” KB (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim olunan sənədlərin həqiqiliyinə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən LPO QSC “Bank Standard” KB müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunsa da, bankın hüquqi mövqeyi nəzərə alınmamış, qətnamədə yalnız nümayəndənin “mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını” bildirdiyini qeyd etmişdir. Lakin nümayəndə prosesdən əvvəl də, proses zamanı da iş materiallarında olan sənədlərlə tanış olmaq istədiyini bildirsə də, buna məhəl qoyulmamış və işə baxılaraq qanunsuz və əsassız qərar qəbul olunmuşdur. Hesab edir ki, mülki işin daha ədalətli və qanuni formada araşdırılaraq qərar qəbul olunması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan QSC “Bank Standard” KB-nin prosessual hüquqları təmin olunmalı və məhkəmə iclası təxirə salınmaqla zəruri sənədlərin təqdim olunması üçün banka şərait yaradılmalı idi.
23. Həmçinin mülki işə birinci instansiya məhkəməsində baxılarkən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan QSC “Bank Standard” KB-də girov olması barədə məlumat verilməsinə baxmayaraq, bank mülki işə cəlb olunmamışdır. Yalnız apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasının tarixinə iki gün qalmış bankın nümayəndəsinə şifahi qaydada iclasın vaxtı barədə məlumat verilmiş və məhkəmə iclasında iştirak etməsi xahiş olunmuşdur. Mülki işə cəlb olunma ilə bağlı banka nə qərardad, nə də məktub göndərilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əm ələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
27. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
28. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam ı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
30. Maddə 389.3 Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
33. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya ad ətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə
452. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
40. Maddə
575. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkd ən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
41. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
42. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
43. Maddə
758. Əgər müqavilənin predmeti bina və ya onun ayrı-a yrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər.
44. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. M əlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edil mişdir.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildi kdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4393/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.