Məhkəmə qərarları › İş №2(102)-4159/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4159/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4159/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin vəkili X1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X1 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları 1. 27.12.2007-ci il tarixli, 08DİK/07 saylı kredit razılaşmasına əsasən, Cavabdeh 180 ay müddətinə, illik faiz 18 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh eyni tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq xnömrəli binanın mansardında qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.

3. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

4. Bank 11.09.2018-ci ildə h azırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı, Cavabdeh ilə aralarında bağlanmış 27.12.2007-ci il tarixli 08DİK/07 saylı kredit müqaviləsinə birtərəfli qaydada xitam verərək Cavabdeh xeyirlərinə 47.796,37 ABŞ doları əsas, 13.315,02 ABŞ doları faiz, cəmi 61.111,39 ABŞ doları və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu. Zahid Xəlilov küçəsində yerləşən 74 nömrəli binanın mansardında qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə ol unmuş vəsait hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq, ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, bank tərəfindən hesablanmış faiz məbləği yüksəkdir. Məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. 8. “Legal Prime“MMC-nin 05.02.2019-cu il tarixli mütəxəssis rəyi ilə qeyri-yaşayış sahəsinin hazırki dövrə bazar dəyəri 163.000 manat müəyyən edilmişdir.

9. Məhkəmə Əmtəəşünaslıq Ekspertizası əsasında "xxxx" MMC-nin 14.05.2019-cu il tarixli hesabatı ilə müəyyən edilmişdir ki, xnömrəli binanın mansardında qeyri-yaşayış sahəsinin bazar qiyməti 170.000 (yüz yetmiş) manat təşkil edir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 11 iyun 2019-cu il tarixli, 2(004)-334/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" KB ASC ilə Cavabdeh“ arasında bağlanmış 27.12.2007-ci il tarixli 08DİK/07 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 47796,37 ABŞ dolları əsas, 11020,62 ABŞ dolları faiz borcu olmaqla, cəmi 58816,99 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dai r xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində vəsaitin“ tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan xnömrəli binanın mansardında qeyri-yaşayış sahəsinə yönəldilməsi və“ipoteka predmetinin ilkin satış qiymətinin 170.000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına "xxxx" KB ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada Cavabdeh“tutulması və əmlakın satışından artıq qalan“ vəsaitin Cavabdeh qaytarılması, iddiaçının təşəbbüsü ilə keçirilmiş ipoteka predmetinin qiymətləndirilməsi üzrə 650 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Məhkəmənin 07.10.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin valyutası ABŞ dolları olduğu halda, ekspertiza tərəfindən Məhkəməyə təqdim edilmiş 07.02.2020-ci il tarixli 27161 nömrəli ekspert rəyində borcun valyutası manat ekvivalentində hesablanmışdır. Bu səbəbdən Məhkəmənin 01.06.2020-ci il tarixli qərardad ı ilə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında qoyulmuş suallarda kredit müqaviləsi və onun əlavəsi olan ödəniş cədvəlində göstərilən valyuta ilə (ABŞ dolları) hesablanması göstərilmiş, lakin təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatı nəticəsində verilmiş 28.08.2020-ci il tarixli 9/2025 nömrəli ekspert rəyi ilə əvvəlki ekspert rəyində olduğu kimi borcun valyutası manat ekvivalentində hesablanmışdır.

13. Məhkəmə Ekspertiza Mərkəzinin 07.01.2021-ci il tarixli 9/4693 nömrəli rəyi ilə Cavabdeh 28.11.2018-ci il tarixə "xxxx" KB ASC-yə olan ümumi borcu o cümlədən: əsas borc üzrə – 47.796,37 ABŞ dolları; faiz borcu üzrə – 13.315,02 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 01 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli X saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, "xxxx" KB ASC ilə Cavabdeh“ arasında bağlanmış 27.12.2007-ci il tarixli, 08DİK/07 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 47.796,37 ABŞ dolları əsas, 13.315,02 ABŞ dolları faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində vəsaitinin tutulması, tutma Cavabdeh mülkiyyətində olan xnömrəli binanın mansardında qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 170.000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc məbləği "xxxx" KB ASC-nin xeyrinə tutulması, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirməyə görə 350 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirməyə görə iddiaçı tərəfindən ödənilmiş 300 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ekspertiza Mərkəzinə ödənilməsi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilm əsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində bankın tələb etdiyi və məhkəmə qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş əsas və faiz məbləğinin çox olmasını, düzgün hesablanmamasını, həmin məbləğlərin şişirdilməsini qeyd etmişdir. Məhkəmə və ekspertiza mərkəzi isə bankın təqdim etdiyi məlumat əsasında qətnamə qəbul etmişdir. Yəni, cavabdehin qənaətinə görə, onun tərəfindən edilmiş ödənişlər bank tərəfindən əsas və faiz məbləğindən düzgün çıxılmamışdır. Qanunvericiliyin tələbinə əsasən də, məhkəmələr işə ədalətlə baxıb qərar qəbul etməlidirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdeh, nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tət biq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsin ə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

26. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsa sında məhkəmə tərəfindən müəyyən edilir.

27. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

28. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına gör ə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə ol an halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§21-28).

36. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin göstərilən həcmdə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

37. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, borc məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, kassasiy a şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar