Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-416/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-416/22 (Açar sözlər: cehiz əşyalarının evdən çıxarılması) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2158/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh iddiaçının keçmiş gəlinidir. 2.İddiaçının oğlu Həmdulla Hüseynovla cavabdeh arasında olan nikah pozulmuş və cavabdehin bəzi əşyaları iddiaçıya məxsus evdə qalmaqdadır.
3. Mübahisə cavabdehə məxsus əşyaların evdən çıxarılması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Siyəzən Rayon Məhkəməsinə iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Cavabdeh məxsus qorkanın, kamodun, taxtın və yataq ləvazimatı olan yorğan-döşəyin iddiaçının mülkiyyətindəki Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Siyəzən şə həri, B.Dəmirov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evi iddiaçının tam mülkiyyətində olmaqla, sonuncunun adına dövlət qeydiyyatına alınmışdır.
6. Cavabdeh ilə iddiaçının oğlu Həmdulla Hüseynov 20 may 2009-cu il tarixdə rəsmi nikah bağlamış, 12 iyun 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra cavabdeh evə gəlin köçmüşdür. Toydan sonra oğlu və keçmiş gəlininə müvəqqəti olaraq evdə yaşamağa icazə vermişdir. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu Həmdulla Hüseynovla cavabdeh arasında olan nikah pozulmuşdur.
7. Nikah pozulduqdan sonra iddiaçı bir neçə dəfə cavabdehdən ona məxsus olan evi boşaltmasını tələb etsə də, sonuncu nəinki evi boşaltmış, hətta onu ölümlə hədələmişdir. Yalnız hazırkı iddia əriz əsi ilə məhkəməyə müraciət olunduqdan sonra, cavabdeh özü könüllü qaydada, yəni 2021-ci ilin fevral ayında Siyəzən şəhəri, B.Dəmirov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evini tərk etmişdir.
8. Cavabdeh iddiaçının evini tərk edərkən cehiz əşyalarının böyük bir qismini özü ilə aparsa da, qonaq otağı mebelləri olan qorka və kamod, həmçinin Türkiyə istehsalı olan taxt və yataq ləvazimatları (yorğan-döşək) hazırda iddiaçının evində qalmaqdadır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 33-cü maddəsinə və Mülki Məcəllənin 228 -ci maddəsinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi Siyəzən şəhəri, B.Dəmirov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan X3 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sü rməyən üçüncü şəxslər kimi işə cəlb etmişdir.
11. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdeh iddiaçının oğlu Həmdulla Hüseynovla 20 may 2009-cu il tarixdə rəsmi nikah bağlayıb, 12 iyun 2009-cu il tarixdə keçirilmiş toy mərasimindən sonra isə hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçüb. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Həmdulla Hüseynovla nikahı pozulmuşdur; - 6 otaq və bir mətbəxdən ibarət olan evin 1 otağı gəlin köçdüyü vaxtdan cavabdehin istifadəsində olsa da, iddiaçı tərəfindən edilmiş psixi təsirlər nəticəsində mübahisəli ünvanın açarları ondan alınmasa belə, 10 fevral 2021-ci il tarixdə həmin evi oğlu Əli ilə birlikdə tərk edərək, hazırda kirayələrdə qalmağa məcbur o lmuşdur; - buna baxmayaraq, yenidən övladı ilə birlikdə mübahisəli ünvana qayıdıb, orada daimi yaşamaq istəyir
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddia tələbi bağlı göstərib ki, iddiaçı onun anası, cavabdeh isə keçmiş arvadıdır. O, hazırda Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Keçmiş arvadı Cavabdeh da birgə nikahdan doğulmuş uşağı 29 oktyabr 2011-ci il təvəllüdlü Əli ilə birlikdə 2021-ci ilin fevral ayınadək mübahisəli evdə yaşasa da, sonradan məcburiyyət qarşısında oranı tərk edib, kirayədə yaşamağa başlamışdır. O, övladının kirayələrdə yaşamasına razı deyildir, bu səbəbdən də, sonuncunun iddiaçı ilə birlikdə mübahisəli evdə yaşamasını istəyir.
13. Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-7 0/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Bəylər Əkbərov)
14. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,06 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri məhrum X4 və onun ailə üzvləri mərhum X1, eləcə də, iddiaçı və üçüncü şəxslərin mülkiyyətinə verilmiş, 07 oktyabr 2011-ci il tarixdə isə miras əmlakı vərəsəliyə qəbul etsə də, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 06 aprel 2010-cu il tarixdə ölmüş Gövhər Hüseynovanın 21 noyabr 1972-ci il tarixdə ölmüş əri Həmdulla Hüseynova məxsus olmuş Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum Gövhər Hüseynovanın 0,06 ha torpaq sahəsindəki paylarına münasibətdə Babək Hüseynovun vərəsəlik hüququ təsbit edilmişdir. Torpaq sahəsi 1/5 hissədə Aysel Hüseynova (Əkbərovanın), İddiaçı, Həmdulla Hüseynovun, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, 17 yanvar 2012-ci il tarixdə Babək Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra, 23 avqust 2018-ci il tarixdə Babək Hüseynovun ölməsi ilə İddiaçı, Aysel Əkbərovanın və Həmdulla Hüseynovun mərhumdan miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/5 hissəsinə vərəsəlik hüquqları təsbit edilmiş, habelə Aysel Əkbərova və Həmdulla Hüseynov öz paylarını anaları İddiaçı bağışlamış, bununla da, 19 sentyabr 2019-cu il tarixdə miras əmlak üzərində vərəsələrin hüquqları qeydə alınmışdır. Buna qədər, yəni mübahisəli fərdi yaşayış evi 17 yanvar 2012ci il tarixdə əvvəlcə İddiaçı mərhum əri Babək Hüseynovun adına qeydə alınana kimi sonuncuların oğlu Həmdulla Hüseynov 20 may 2009-cu il tarixdə Cavabdeh ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, 12 iyun 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra sonuncu mübahisəli evə gəlin köçərək cehiz əşyalarını orada yerləşdirmişdir. Bundan sonra, tərəflər uzun müddət mübahisəli ünvanda etibarlı ailə münasibətlərində yaşamış, lakin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almı ş 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X7 Nəzərova arasında nikah pozulduqdan sonra sonuncu ilə iddiaçı tərəf arasında mübahisələr, narazılıqlar yaranmışdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 12 iyun 2009-cu il tarixdə mübahisəli Siyəzən şə hərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə gəlin köçərkən bu ünvan bu və ya digər formada iddiaçının, habelə onun ailə üzvlərinin, o cümlədən mərhum ərinin adına dövlət qeydiyyatından keçməmiş, bununla da, tərəflərin mübahisəli ünvandan bərabər surətdə istifadə hüquqları mövcud olmuşdur. Beləliklə, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından Cavabdeh Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evinə dair istifadə hüquqları mövcuddur və hazırda da saxlanmaqdadır. Belə olan halda, cavabdehə məxsus cehiz əşyalarının da, mübahisəli fərdi yaşayış evindən çıxarılması istisna olunur. Həmçinin, qeyd edilən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh mübahisəli ün vanda yaşamamasını, könüllü olaraq oranı cehiz əşyalarından bir qismini götürüb, tərk etməsini bildirsə də, sonuncunun daimi olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi, köçməsi və ya hər hansı bir qanuni əsasla yaşayış yerinə malik olması halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehin daimi olaraq yaşamaq üçün başqa yerə getməsini və buna görə də onun mübahisəli fərdi yaşayış evinə olan hüquqlarını itirdiyini bildirsə də, o, öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər əsaslandıra bilməmiş, sübuta yetirməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1982-ci il Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiy ası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara doğru qiymət verməmiş, düzgün maddi hüquq normalarına istinad etməmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən miras kimi keçmiş və hazırda iddiaçıya məxsus olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Əks təqdirdə, həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməzdi: - hazırkı mübahisə Mülki Məcəllənin 228.2-ci maddəsilə həll edilməlidir. Mülki iş materiallarında Cavabdeh nə 06 aprel 2010-cu il tarixdə vəfat etmiş Gövhər Hüseynova ilə, nə də sonradan Bab ək Hüseynovla notarial qaydada təsdiqlənmiş razılaşması yoxdur; - cavabdehin mübahisəli evdən istifadə hüququ olmadığından ona məxsus əşyalar evdən çıxarılmalıdır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
20. Cavabdeh apellyasiya şikayətinə etiraz etmiş və əlavə olaraq göstərmişdir ki, hazırda yaşayış yerini dəyişib, Bakı şəhərində yaşayır və işləyir. Oğlu Əli də onunla yaşamaqla Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayonda yerləşən 5 saylı məktəbdə təhsilini davam etdirir.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2158/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(059)-70/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, Cavabdeh məxsus cehiz əşyaları, o cümlədən qonaq otağında qalmış qorka, kamod, yataq otağındakı taxt və yataq ləvazimatları, habelə yorğan-döşəyin İddiaçı məxsus Siyəzən şəhərinin B.Dəmirov küçəsindəki 19 saylı fərdi yaşayış evindən çıxarılması, İddiaçı tərəfindən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ödənilmiş cəmi 20,80 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi),Telman Məmmədov, Səyyad Qafari)
22. Apellyasiya instansiyası qeyd etmişdir ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə mübahisəli yaşayış evinin altında yerləşən 0,06 ha torpaq sahəsi X4 və onun ailə üzvləri X1, eləcə də, iddiaçı və üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Mübahisəli yaşayış evi isə Gövhər Hüseynovanın 21 noyabr 1972-ci il tarixdə ölmüş əri Həmdulla Hüseynova məxsus olmuş, miras onun tərəfindən faktiki qəbul edilsə də, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 06 aprel 2010-cu il tarixdə ölmüşdür. Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum Gövhər Hüseynovanın 0,06 ha torpaq sahəsindəki paylarına münasibətdə Babək Hüseynovun vərəsəlik hüququ təsbit edilmiş, habelə bu torpaq sahəsi 1/5 hissədə Aysel Hüseynovanın (Əkbərovanın), İddiaçı, Həmdulla Hüseynovun, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi y aşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, 17 yanvar 2012ci il tarixdə Babək Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra, 23 avqust 2018-ci il tarixdə Babək Hüseynovun ölməsi ilə İddiaçı, Aysel Əkbərovanın və Həmdulla Hüseynovun mərhumdan miras qalmış əmlaka, o cümlədən Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.m olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mərhuma məxsus 2/5 hissəsinə vərəsəlik hüquqları təsbit edilmiş, Aysel Əkbərova və Həmdulla Hüseynov öz paylarını anaları İddiaçı bağışlamış, bununla da, 19 sentyabr 2019-cu il tarixdə miras əmlak üzərində vərəsələrin hüquqları qeydə alınmışdır. Buna qədər, yəni mübahisəli fərdi yaşayış evi 17 yanvar 2012- ci il tarixdə əvvəlcə İddiaçı mərhum əri Babək Hüseynovun adına qeydə alınana kimi sonuncuların oğlu Həmdulla Hüseynov 20 may 2009-cu il tarixdə Cavabdeh ilə nikahlarını rəsmiləşdirməklə evlənmiş, 12 iyun 2009-cu il tarixdə isə keçirilmiş toy mərasimindən sonra sonuncu mübahisəli evə gəlin köçərək cehiz əşyalarını orada yerləşdirmişdir. Bundan sonra, tərəflər uzun müddət mübahisəli evdə yaşamış, lakin Siyəzən Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X7 Nəzərova arasında nikah pozulduqdan sonra sonuncu ilə iddiaçı tərəf arasında mübahisə yaranmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı göstərib ki, hər şeydən əvvəl Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən 19 saylı fərdi yaşayış evi statusuna görə xüsusi mülkiyyətdə olan evdir. “Azərbaycan Re spublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında müəyyən edilmişdir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisə tərəfləri arasında hüquq münasibətləri 12 iyun 2009-cu il tarixdə (Cavabdeh mübahisəli evə gəlin gələrkən) yaranmışdır. Buna görə də tərəflər arasında olan hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsilə tənzimlənməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, Cavabdeh mübahisəli evə gəlin gələrkən (12 iyun 2009-cu il) mübahisəli ev mərhum Həmdulla Hüseynovun mirası kimi onun vərəsələri olan arvadı Gövhər Hüseynova və oğlu Babək Hüseynov tərəfindən faktiki qəbul edilmişdir, başqa sözlə, bu miras əmlak qəbul edildiyi andan onların mülkiyyətində olmuşdur. Bu halı Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən 07 dekabr 2011-ci il tarixdə reyestrdə 2V-173 və 2V-174 nömrələrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr təsdiq edir. Cavabdeh isə mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün nə Gövhər Hüseynova ilə, nə də Babək Hüseynovla, ondan sonra isə hazırki iddiaçı ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması yoxdur. Ümum iyyətlə, cavabdehin ailə üzvü kimi mübahisəli evə yaşamaq üçün gəldikdən sonra həmin evə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə iş materiallarında sübut əlavə edilməyib. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş mənzildən istifadə hüququnun gerçəkləşdirlməsi ilə bağlı hazırki vaxtadək heç bir cəhd etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinə görə mübahisəli evə qeydiyyata alınması üçün Cavabdeh evin hazırkı mülkiyyətçisi İddiaçı müraciət etməsini yuxarıda qeyd edilən yazılı razılaşma kimi qəbul etmək olmaz. Belə ki, yaşayış sahəsinə qeydiyyata düşmə ilə yaşayış sahəsindən istifadə hüququnun yaranması tamamilə başqa institutlardır və fərqli normalarla tənzimlənir.
26. Bu hallara məcmu halda qiymət verərək, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən onu da qeyd edib ki, Siyəzən şəhəri, B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi İddiaçıdır və onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınarkən həmin evə dair cavabdehin rəsmi reyestrdə qeydə alınmış heç bir hüququ olmamış, başqa sözlə ev onun mülkiyyətinə digər şəxslərin hüquqları ilə yüklənməmiş şəkildə keçmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus əmlakdan istifadə edir. Mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Cavabdehə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan İddiaçı hüquqlarının pozulması mənasına gəlir və buna görə də onun iddiası təmin edilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alıb ki, cavabdehin özünün də izahatında bildirdiyi kimi o, artıq yaşayış yerini dəyişib, yaşamaq üçün Bakı şəhərinə köçmüş, daimi iş yeri var, azyaşlı oğlu da Bakı şəhərində yerləşən məktəbdə təhsilini davam etdirir. Başqa sözlə, digər səbəblərlə yanaşı, cavabdehə məxsus əşyaların iddiaçının evində qalmasına zərurət də aradan qalxıb.
30. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 228, 152.1-152.3 və 157.2ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib. Məhkəmə Mülki Məcəllənin 157.8, 158 və 228.5-ci maddələrini tətbiq etməməklə hamının qanun və məhkəmə qarşısında bərabərlik hüququnu pozub; - cavabdehin ərinin mülkiyyətçisi olduğu evə istifadə hüququ yaranıb, həmçinin cavabdehin uşağının da həmin evdən istifadə hüququ var.; b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
33. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını h əmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayət i təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tə tbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda, apellyasiya instansiyasının qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Bax ılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
38. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehə məxsus əşyaların çıxarılması barədədir.
39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də mübahisəli yaşayış evi iddiaçının qayınanası Gövhər Hüseynovanın 21 noyabr 1972-ci il tarixdə ölmüş əri Həmdulla Hüseynova məxsus olmuş, miras onun tərəfindən faktiki qəbul edilsə də, Gövhər Hüseynova öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 06 aprel 2010-cu il tarixdə ölmüşdür. Siyəzən şəhərinin B.Dəmirov küçəsində yerləşən ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evindəki payına, eləcə də, sonuncunun və mərhum Gövhər Hüseynovanın 0,06 ha torpaq sahəsindəki paylarına m ünasibətdə Babək Hüseynovun vərəsəlik hüququ təsbit edilmiş, habelə bu torpaq sahəsi 1/5 hissədə Aysel Hüseynovanın (Əkbərovanın), İddiaçı, Həmdulla Hüseynovun, 2/5 hissədə isə üzərindəki ümumi sahəsi 137,4 kv.metr olan 3 otaqdan ibarət 19 saylı fərdi yaşayış evinə münasibətdə tam mülkiyyət hüququ olmaqla, 17 yanvar 2012-ci il tarixdə Babək Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün nə Gövhər Hüseynova ilə, nə Babək Hüseynovla, nə də ondan sonra hazırki iddiaçı ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması yoxdur. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada mənzildən istifadə hüququnun gerçəkləşdirlməsi ilə bağlı hazırki vaxtadək heç bir cəhd etməmişdir.
40. Nəzərə alınsa ki, hazırda iddiaçının mülkiyyətində olan evin 21 noyabr 1972-ci il tarixdə ölmüş Həmdulla Hüseynova məxsus olması, onun ölümündən sonra arvadı Gövhər Hüseynovanın miras faktiki qəbul etsə də, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 06 aprel 2010-cu il tarixdə ölməsi və nəhayət mənzilin 17 yanvar 2012ci il tarixdə Babək Hüseynovun (iddiaçının) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilib, belə olan halda, iddianı təmin edən apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları və gəldiyi nəticə işin müəyyən edilən hallarına uyğun olmuşdur.
41. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 22-29-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
42. Məhkəmə kolle giyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, həmin dəlillər hazırki qərarın 22-29-cu bəndlərində apellyasiya məhkəməsinin mövqeyi ilə təkzib edilir.
43. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyası nın 20 avqust 2021 il tarixli 2(105)-2158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.