Məhkəmə qərarları › İş №2(102)-4161/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4161/2020

23.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4161/2020 23.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və X6rşı iddia qaldıraraq, AMEAnın Hüquq və X7 xx xxxxxxxx 2019-cu il tarixli 107/k saylı əmrinin etibarsız hesab edilərək, onunla bağlanmış əmə k müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sərlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamən in ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq institutunda böyük elmi işçi vəzifəsinə qəbul edilmiş, 2016cı ildən isə Akademiyanın Hüquq və X10 keçmişdir. 2018-ci ildə onunla bağlanmış əmək müqaviləsinin müddətli olaraq qeyd edilməsi düzgün olmamışdır. Çünki, o müddətsiz əmək müqaviləsi imzalamışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin hərəkətlərinin əmək qanunvericiliyi normalarına uyğun olubolmamasını yoxlamamış, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil omamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdak ıları müəyyən etmişdir. AMEA-nın Hüquq və X8 xx xxxxxx 2016-cı il tarixli, 57/k saylı əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdən 3 aylıq sınaq müddəti ilə “Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquq” şöbəsinə böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. AMEA-nın Hüquq və X8 xx xxxxxxx 2017-ci il tarixli, 131/k saylı əmrindən görünür ki, İddiaçı “Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquq” şöbəsinin böyük elmi işçisi xx xxxxxxx 2017-ci il tarixdən “Cinayət hüququ və cinayət prosesi” şöbəsinə böyük elmi işçisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və X7 direktoru X3 ilə İddiaçı arasında xx xxxxxxxx 2018-ci il tarixdə bağlanmış 73/18 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Cinayət hüququ və cinayət prosesi” şöbəsində böyük elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. AMEA-nın Hüquq və X8 xx xxxxxxxx 2019-cu il tarixli, 107/k saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanılmış 73/18 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda) xx xxxxxxxx 2019-cu il tarixdən xitam verilmişdir. Qeyd olunan əmr institutun direktor müavini L.F.Əhmədova tərəfindən imzalanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadənin xx xxxx 2019-cu il tarixli 379 saylı sərancamından müəyyən olunur ki, AMEA-nın Hüquq və X7 direktoru hüquq elmləri doktoru X1 xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək əmək məzuniyyəti verilmişdi r. AMEA-nın Hüquq və X7 xx xxxx 2019-cu il tarixli, 85/İ saylı əmrindən görünür ki, institutun direktoru A.İ.Mustafazadə xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək əmək məzuniyyətinə getmişdir. Məzuniyyətdə olduğu dövrdə İnstitutun direktoru vəzifəsinin müvəqqəti icrası elmi işlər üzrə direktor müavini L.F.Əhmədovaya həvalə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddiasında üç əsas göstərmişdir: 1. onun yerinə yetirdiyi işlərin daimi xarakter daşımasına baxmayaraq onunla müddətli əmək müqaviləsinin bağlanması;

2. AMEA-da fasiləsiz 7 ildən çox işləməsinə və bununla əlaqədar əmək müqaviləsinin müddətsiz hesab edilməsinə baxmayaraq onun əmək müqaviləsinin müddətinin keçməsi əsası ilə işdən azad olunması; 3. əmək müqaviləsinə xitam verilməsi ba rədə əmrin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən əmək müqaviləsi, müqavilə tərəflərinin, yəni işəgötürən və işçinin qarşılıqlı razılığı əsasında müddətli bağlanıla bilər. İşəgötürən AMEA-nın Hüquq və X7 direktoru X4 ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 73/18 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx xx 2019-cu il tarixədək olan müddətə, yəni müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni imzası ilə təsdiq etməklə razılıq vermişdir. İkinci əsasla, yəni beş ildən artıq AMEA-da fasiləsiz işləməsi ilə əlaqədar onunla bağlanmış müqavilənin müddətsiz olması ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, istinad olunan maddənin tələblərinə əsasən yalnız müddətli əmək müqaviləsi bağlandıqdan sonra əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materialları ndan göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli, 277 saylı Qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Milli Elmlər Aakdemiyasına tapşırılmışdır ki, Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək, Hüquq və X7 struktur tərkibinə verilməsi qərara alınmışdır. Həmin Qərarın 2.29-cu bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Strukturu”nda dəyişiklik edilərək, Fəlsəfə İnstitutu, 2.31-ci bəndinə əsasən Hüquq və X13 kimi redaksiyada verilmişdir. Azərbaycan Milli Elmlər X5 xx xxxxxxxx 2016-cı il tarixli, 10/5 saylı Qərarının 2.1-ci bəndinə əsasən AMEA-nın Hüquq və X7 direktoruna tapşırılmışdır ki, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun ləğv edilmiş hüquq elmləri üzrə struk tur bölmələrində çalışmış peşəkar işçilərin işə götürülməsi məsələsinə baxılmasını təmin etsin. Həmin Qərarın 2.2-ci bəndinə əsasən AMEA-nın Hüquq və X7 direktoruna tapşırılmışdır ki, AMEA-nın Hüquq və X7 strukturunu və ştat cədvəlini müəyyən edib, təsdiq etdirmək üçün AMEA-nın Rəyasət Heyətinə təqdim etsin. Göründüyü kimi, iddiaçı AMEA-nın Hüquq və X9 2012-ci ildən deyil, 2016-cı ildən işləməklə, onun öz iradəsi ilə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İnstitutunun direktorunun əmrinə əsasən, direktorun məzuniyyətində olduğu dövrdə onun səlahiyyətlərinin icrası əmri imzalamış şəxs, yəni direktor müavini L.F.Əhmədovaya həvalə edilmişdir. Apelyasiya məhkəməsi iddiaçının məcburi köçkün və müharibə veteranı olması, buna görə əmək müqaviləsinə xitam verilməli olmaması ilə bağlı dəlili nə münasibətdə qeyd etmişdir ki, həmin hallar “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə nəzərdə tutulmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Kassasiya inst ansiyası məhkəməsi apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar