Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4163/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Villa Masazır” Yaşayış Kompleksi, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilin hazırki bazar dəyərində pulun qaytarılması və mənzilin təmirinə sərf edilən pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən İddi açı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “Villa Masazır” Yaşayış Kompleksi, Cavabdeh2, Cavabdeh3 qarşı Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin bugünki bazar dəyərinin müəyyən edilərək “Villa Masazır” Yaşayış Kompleksinin nümayəndələri Nəsurullayev Şahin və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylıl binanın 27 saylı mənzilinin təmirinə xərclənmiş pulun müəyyən edilərək Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin e dilməmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2013cü il tarixli müqavilə şərtlərinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin bugünki bazar dəyərinin müəyyən edilərək “Villa Masazır” Yaşayış Kompleksinin nümayəndələri Nəsurullayev Şahin və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylıl binanın 27 saylı mənzilin təmirinə xərclənmiş pulun müəyyən edilərək Cavabdeh3 alınaraq iş üzrə İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksində yerləşir və tam təmirlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisə predmeti olan evin kommunal ödənişləri ilə bağlı ödənişlər həyata keçirilmiş və bu ödənişlər Villa Masazır yaşayış kompleksinin möhürü ilə təsdiqlənmiş qəbzlərlə rəsmiləşdirilmişdir. İddiaçı bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Komplesinin nümayəndələri Nəsurullayev Şahin və Cavabdeh2 ilə onun arasında Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayı ş Kompleksi, “H” saylı binanın 27 saylı mənzilinin alqı-satqısına dair xx.xx.2013-cü ildə müqavilə bağlanmış, müqavilə şərtlərinə müvafiq olaraq o, 30.000 manat pul ödəyərək həmin mənzili satın almış, sonra isə razılaşmaya əsasən aylar üzrə hissə-hissə ödəniləcək qalıq məbləğdən 9.100 manat pulu “Villa Masazır” Yaşayış Kompleksinin işlərini idarə edən Cavabdeh2 ödəmişdir. Bundan sonra Nəsurullayev Şahin ödənilmiş 9.100 manat ödənişin müqaviləyə əlavə edilməsi məqsədilə müqavilənin ona göndərilməsini istəmiş, müqaviləni aldıqdan sonra isə onu geri qaytarmamış, bir müddət sonra evin boşaldılaraq təhvil verilməsini tələb etmiş, mənzilin elektrik enerjisini kəsmişdir. 2016-cı ilin əvvəllərində ona məlum olmuşdur ki, Cavabdeh2 həmin mənzili daha sonra, yəni 2014-cü ildə Cavabdeh3 15.000 manata satmış, X7 elə həmin ildə qeyd edilən mübahisəli mənzilə dair öz adına hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış almışdır. Nəsurullayev Şahin və Cavabdeh2 bu kimi əməlləri nəticəsində o, külli miqdarda zərərə məruz qalmaqla yanaşı, yaşadığı mənzilə dair mülkiyyət hüquqlarından məhrum olunmuş, tərəflər arasında müvafiq mənzilin alqı-satqısına dair bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq haqqını ödəyərək aldığı mənzildən məhrum edilmək qorxusu ilə qarşı-qarşıya qalmışdır. Cavabdehlər heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Apelyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsas landırmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixli müqavilə şərtlərinə əsasən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin bugünki bazar dəyərinin müəyyən edilərək Nəsurullayev Şahin və Cavabdeh2 alınaraq ona verilməsi və həmin mənzilin təmirinə xərclənmiş pulun müəyyən edilərək Cavabdeh3 alınaraq onun xeyrinə ödənilməsini tələb etsə də, həmin tələbin əsasını təşkil edən “Villa Masazır” Yaşayış Kompleksində yerləşən “H” saylı binanın 27 saylı mənzilinin onun mülkiyyətində olması və ya ona satılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxı lması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Əvvəla iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillərdən və məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, X1 Əkrəm Alik oğlu ilə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən “Villa Masazır” Yaşayış Kompleksi, “H” saylı binanın 27 saylı mənzilinin 100000 (yüz min) man ata alqı-satqısı barədə şifahi razılaşmaya gəlmişlər. Bunun qarşılığında X1 Əkrəm Alik oğluna 1000 (min) manat məbləğində beh vermişdir. Qeyd edilən halı Cavabdeh2 X2 şikayəti əsasında Abşeron rayon polis idarəsinin istintaq şöbəsində aparılmış araşdırma materiallarında olan izahatında etiraf etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin yuxarıda qeyd edilən halına hüquqi qiymət verməmiş, həmin pulun Cavabdeh2 tərəfindən alınıbalınmadığını, alındığı halda qaytarılıb-qaytarılmamasını araşdırılmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisə predmeti olan evin kommunal ödənişlərini ilə bağlı ödənişlər həyata keçirilmiş və bu ödənişlər Villa Masazır yaşayış kompleksinin möhürü ilə təsdiqlənmiş qəbzlərlə rəsmiləşdirilmişdir. Ha zırkı iş üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi tərəfindən bu hal da araşdırılmamış və müvafiq hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən yaşadığı fərdi yaşayış evinin kommunal ödənişlərinin ödənilməsi və bu ödənişlərin Villa Masazır yaşayış kompleksi tərəfindən qəbul edilməsinin təstiq edilməsi onu təsbit edir ki, iddiaçı fərdi yaşayış evini özbaşına zəbt etməmiş və həmin evə mülkiyyətçinin razılığı ilə köçmüşdür. Eyni zamanda işin hallarından görünür ki, mübahisə predmeti olan mənzil təmirli mənzildir. Lakin həmin mənzilin iddiaçının faktiki sahibliyinə keçən zaman təmirli və ya təmirsiz olmasını işin halları ilə müəyyən etmək mümükün deyildir. İddiaçının tələblərindən birinin mənzilin təmirinə çəkilmiş xərcin tut ulması olduğuna görə məhkəmə kollegiyası hesab edir ki, bu hal da araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, işin hallarından göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normaların pozuntusu ilə çıxarmışdır və bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasi ya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4163/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4163/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver