Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4163/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 Maqsud oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma; qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-75/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətin ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli **********37 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, Lənkəran rayonu Moğonojba kəndində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir.
2. JN-284A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Lənkəran rayon Aqrar İslahat komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə 0.10 hektar torpaq sahəsi Lənkəran rayonu Türkəkəran kənd sakini Cavabdeh1 mülkiyyətinə verilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/7148 nömrəli ekspert rəyinə görə, cavabdehlərin faktiki istifadəsində olan 600 kv.m. torpaq sahəsinin 356 kv.m. hissəsinin **********37 reyestr nömrəli çıxarış sənədinə əsasən Lənkəran rayonu Moğonojba kəndində İddiaçı1 mülkiyyətinə verilmiş 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Dövlət reyestrindən **********37 reyestr nömrəli çıxarış sənədinə əsasən Lənkəran rayonu Moğonojba kəndində İddiaçı1 mülkiyyətinə verilmiş 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 356 kv.m. hissəsi cavabdehlər tərəfindən istifadə edilir və həmin hissədə cavabdehlərə məxsus mişar daşından inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi mövcuddur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 10/2701 nömrəli ekspert rəyinə əsasən, qərardadın bi rinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-778/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli **********6 qeydiyyat nömrəli və **********37 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu Moğonojoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Əraz i İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-778/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı əsasında JN-284A KOD 80219028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Türkəkəran kənd sakini Cavabdeh1 mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin Moğonojobo kəndi ərazisində deyil, şəhadətnamədə göstərildiyi kimi Türkəkəran kəndi ərazisidə yerləşməsi müəyyən olunmuşdur. Mövcud baza məlumatlarında həmin şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsinin sözügedən mübahisəli ərazidə yerləşmədiyi və həmçinin məhkəmə predmeti olan mübahisəli ərazinin də yaşayış məntəqələrinin torpaqlarına aid olmadığı müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-778/2023 saylı mütəxəssis rəyinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindən **********37 reyestr nömrəli çıxarış sənədina əsasən İddiaçı1 verilmiş Lənkəran rayonu Moğonojoba kəndində 0.20 ha torpaq sahəsi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci İ tarixli 10 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Türkəkəran kənd sakini Cavabdeh1 verilmiş 0.10 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 01 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********37 reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan Lənkəran rayonu Moğonojoba kəndi ərazisində yerləşən 0,20 h a kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Maqsud oğlu tərəfindən istifadə edilməsi və həmin torpaq sahəsi üzərində cavabdehlərə məxsus tikilinin (fərdi yaşayış evinin) mövcud olması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu Moğonojba kəndində yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılmaları, ona təhvil verilməsi, cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1918/2022 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.İsayev) iddia təmin edilmiş, X1 və Cavabdeh2 İddiaçı1 məxsus Lənkəran rayonu Moğonojba kəndində yerləşən 600 kv.m. torpaq sahəsinin 356 kv.m. hissəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin hissədə inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat dövlət rüsumunun tutularaq İddiaçı1 verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdeh1 sözügedən mübahisəli torpaq sahəsinin onlara məxsus olması faktını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan apellyasiya şikayəti vermişdir.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-75/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov, S.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hazırkı iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyləri ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsd iq olunur. Belə ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, torpaq sahəsi mülkiyətinə verildikdən sonra müvafiq icazə və razılıq alınmaqla, qanuni şəkildə "xxxx" MMC tərəfindən tərib edilmiş və Lənkəran şəhərinin Baş Memarı ilə razılaşdırılmış eskiz-layihə sənədlərinə əsasən, həmçini n kənd bələdiyyəsinə etdiyi müraciət üzrə bələdiyyə sədri tərəfindən torpaq sahəsinin kontur cizgiləri xəritə əsasında yerində ona tanıtdırıldıqdan sonra həmin torpaq sahəsində bir mətrətbəli üç otaqlı fərdi yaşayış evi inşa edib, tikintisini 2012-ci ildə başa çatdırdıqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin torpaq sahəsi və inşa etdirdiyi ev 2021-ci ilin avqust ayına kimi fiziki şəxslər və dövlət oraqnları tərəfindən mübahisəsiz şəkildə onun mülkiyyəti olaraq tanınmış, torpaq sahəsi verildiyi vaxtdan (30 may 1998-ci il tarixdən) qeyd etdiyi tarixə kimi JN-284A 80219028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə heç bir orqan və şəxs tərəfindən mübahisələndirilməmiş, şikayət verilməmiş, tələb irəli sürülməmişdir. Lakin, Şürük kənd bələdiyyəsinin sədri İddiaçı1 qanuni əsaslarla onun mülkiyyətimə verilmiş və üzərində ev inşa etdirdiyi torpaq sahəsini boş, istifadəsiz torpaq sahəsi kimi 2021-ci ilin iyun ayında DƏDRX 10 saylı Lənkəran ərazi idarəsində qeydiyyatdan keçirmiş və mülkiyyətinə verilmiş torpaq sahəsinin ev inşa etdirdiyi hissəsinə xx.xx.2021-ci il tarixli çıxarış almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növü nə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə ara şdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olma sın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər;
6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən e dilir; Maddə
65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir;
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qan unvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı ç əkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 1 01.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilmə lidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhk əməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edil məsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə q anuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlill ərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Balani işi üzrə xx.xx.1994-cü il tarixli qərarlar: Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, bu, məhkəmənin belə dəlillərin rədd edilməsinə dair nəticəni əsaslandırmamasına dəlalət edir. Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.1992-ci il tarixli və X2rşı iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar: Yuxar ı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
27. İlk olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür k i, həmin məhkəmə öz yekun aktında cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməmiş, dəlillərə münasibət bildirməmiş və hüquqi qiymət verməmiş, hansı dəlillə razılaşdığını yaxud razılaşmadığını əsaslandırmamışdır.
28. Halbuki, bu Qərarda istinad olunan MPM-in 392.2-ci maddəsi, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə plenumlarının, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə tələb edilmişdir ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə hüquqi qiymət verməlidir (§19-22).
29. Belə ki, cavabdeh apellyasiya şikayətində torpaq sahəsində inşa etdiyi yaşayış evinin eskiz-layihəsinin Lənkəran şəhərinin baş memarı ilə razılaşdırıldığını, torpağın ona kənd bəl ədiyyəsinin əvvəlki sədri tərəfindən torpaq sahəsinin kontur cizgiləri xəritə əsasında yerində ona göstərilərək, təhvil verildiyini, bir mərətbəli üç otaqlı fərdi yaşayış evi inşa edib, 2012-ci ildən orada ailəsi ilə birlikdə yaşadığını bildirsə də, apellyasiya instansiyası məhkəməsi qeyd olunan dəlilləri araşdırmamışdır.
30. Cavabdehin torpaq sahəsində inşa etdiyi yaşayış evinin "xxxx" MMC tərəfindən tərib edilmiş eskiz-layihəsinin Lənkəran şəhərinin baş memarı ilə razılaşdırıldığı iş materialları ilə təsdiqini tapır.
31. Apellyasiya şikayətində cavabdeh üzərində ev inşa etdiyi torpaq sahəsinin boş, istifadəsiz torpaq sahəsi kimi 2021-ci ildə qeydiyyatdan keçdiyini də vurğulamışdır.
32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin sözügedən sonuncu dəlil i ilə bağlı digər məsələlərlə yanaşı iddiaçının mübahisəli torpaq sahəsini əldə edərkən cavabdehin onun üzərində ev inşa etdiyindən məlumatının olubolmaması, yaxud məlumatının olmalı olması, məlumatı var idisə, hansı tarixdən məlumatlı olması, habelə bu məlumatlılığın evin tikintisinə açıq (etiraz etmədiyini bildirməsi) yaxud dolaylı (görməzlikdən gəlməsi, gördüyü halda etiraz etməməsi və sair) razılıq kimi qəbul edilib-edilə bilməyəcəyi də müzakirə predmeti olmalı idi.
33. Bundan əlavə, iddiaçı iddia ərizəsində Lənkəran rayonu Moğonojba kəndi ərazisində 0,20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun mülkiyyətinə verildiyini, bu barədə adına xx.xx.2021-ci il tarixdə çıxarış verildiyini, qeyd olunan torpaq sahəsini cavabdehlərin qanunsuz zəbt etdiyini göstərsə də, torpaq sahəs inin nə vaxt, kim tərəfindən, hansı hüquqi sənədlər əsasında, hansı qaydada onun mülkiyyətinə verildiyini, cavabdehlər tərəfindən nə vaxtdan zəbt etdiyini açıqlamamış, məhkəmələr də bu istiqamətdə heç bir tədqiqat aparmamışlar.
34. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşır.
35. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməs ini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-3 7). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X3rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).
36. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
37. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
38. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§27-33) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
39. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-75/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.