Məhkəmə qərarları › İş №2(102)-4164/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4164/2023

06.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4164/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4164/2023 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vicdanlı alıcı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X15 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4476/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X13 (X8 X9 verdiyi etibarnamə əsasında sonuncunun X3 verdiyi etibarnamə ilə onun adından X10 çıxış etmişdir) ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı (onun adından X4 çıxış etmişdir) 10.044 (on min qırx dörd) manata satmışdır.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışa əsasən, ünvan 1də yerləşən 0,12 ha yaşayış məntəqəsi torpağı İddiaçı adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri 12-ci Dövlət Notariat Kontorunun xx.xx.2009-cu il tarixli məktubunda görünür ki, xx.xx.2007-ci il tarixdə (AR-İ №045345) X13 tərəfindən X9 verilmiş etibarnamə həmin tarixdə Bakı şəhəri 12 saylı DNK tərəfindən rəsmiləşdirilməmiş və heç bir qeydiyyat aparılmamışdır.

4. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsinə əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha, 5/102 nömrəli torpaq sahəsinə dair X8 adına tərtib edilmiş, xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi etibarsız hesab edilmişdir.

5. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 1(003)-422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmünə əsasən, X6...X8 adından X9 xx.xx.2007-ci il tarixli verilmiş AR-1 seriyalı 046663 saylı etibarnaməni, X2 adından X9 xx.xx.2007-ci il tarixdə verilmiş AR-1 seriyalı 046663 saylı etibarnamələrini saxtalaşdıraraq K.Ş.Şükürova və A.A.Dadaşova verilmişdir ki, onlar həmin hüquq verən rəsmi sənədlərdən istifadə edərək saxta sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək “Torpaq sahələrinin planları və ölçüləri” sənədini əldə etmişlər.

6. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, ünvan 3 bağ sahədə yerləşən 0,12 ha yaşayış məntəqəsi torpağı Cavabdeh adına qeydiyyata alınmışdır.

7. Torpaq sahəsinin plan və ölçüsünə dair A №216021 saylı xx.xx.2009-cu il tarixli sənəddən görünür ki, həmin plan və ölçü Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi bağ massivində Cavabdeh Bakı şəhər İH-nin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokoluna və Əzizbəyov rayon Məhkəməsinin 2(003)648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsi əsasında verilmişdir.

8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, ünvan 3 sahəsində 0,12 ha torpaq sahəsi və 66,30 kv.m. daşınmaz əmlak, bağ evi Cavabdeh adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməs inin 09 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsində baxılmış 1(003)422/2009 və 2(003)-648/2009 nömrəli iş materialları saxlanma müddəti bitdiyinə görə məhv edilmiş və işlər üzrə yalnız yekun məhkəmə aktları saxlanılmışdır. Saxlanılmış iş materialları arasında apellyasiya və kassasiya instansiyalarına aid məhkəmə aktları aşkar edilməmişdir.

10. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı Elgün Zülfüqarovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 iyul 2022-ci il tarixli qərarına əsasən, İddiaçı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsin dən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, cavabdehin həmin torpaq sahəsindən məcburi çıxarılması və Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsi üzərində inşa olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmişdır ki, 14 mart 2008-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Adı keçən torpaq sahəsi Azərbaycan Respubl ikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və ******* saylı çıxarış verilmişdir. Torpaq sahəsini aldıqdan sonra tərəflərindən hasarlama işləri həyata keçirilmişdir. Torpaq sahəsini hasarladıqdan sonra bir müddət sözü gedən torpaq sahəsindən istifadə etmək imkanı olmamışdır. Sonradan, yəni 2021-ci il tarixdə sözü gedən həyətyanı torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, torpaq sahəsinin üzərində qanunsuz olaraq müxtəlif tikint işləri aparılmış, fərdi yaşayış evi inşa olunmuşdur. Məsələni yerində araşdırma istəyi heç bir nəticə verməmişdir. Belə ki, sözügedən torpaq sahəsində qanunsuz tikililər tikmiş Cavabdeh ona məlumat vermədən sözügedən ərazini zəbt edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsində qanunsuz tikililər aparmışdır. Bununl a da cavabdeh onun öz mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneçilik törədərək mülkiyyət hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən ərizə ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müracət edərək mülkiyyətində olan torpaq sahəsinin zəbt olunaraq üzərində qanunsuz tikililər aparılması haqqında məlumat vermişdir. Müraciəti əsasında 05 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Elgün Zülfiqarov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi, bununla əlaqədar cavabdeh tərəfindən heç bir sənədin təqdim edilmədiyi və üzərində qanunsuz tikililər aparıldığı qeyd olunmuşdur. Eyni zamanda, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət et məyim tövsiyə olunmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdib.

13. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini Bağlar İdarəsindən 10 illik etibarnamə ilə almışdır. İddia ərizəsi ilə razı deyil. İddiaçı birinci ərizəsində yazıb ki, o, “NN 5/102” və “M-748” torpaq sahələrini zəbt etmişdir, ikinci iddia ərizəsində yazıb ki, “5/102” saylı torpaq sahəsini zəbt etmişdir. İddiaçı ərizədə yazıb ki, 2008-ci ildə “5/102” və “M-748” saylı ərazidə torpaq sahələri alıb. İşin materialları ilə tanış olmuşdur və aşkar olundu ki, “AN-1 № 0158704” Alğı-satqı müqaviləsi 14 mart 2008-ci ildə dələduzların, yəni X8 və X7 iştirakı ilə bağlanılıb. X11 2007-ci ildə 7 saylı Dövlət Notariat Kontorunda saxta sənədləri əldə edib v ə bilə-bilə həmin saxta sənədlərini istifadə edib. Əzizbəyov Rayon Məhkəməsinin hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib. (hökm: İş № 1(003)-422/2009) X11 yenidən 2007-ci ildə bilə-bilə saxta sənədləri istifadə edib, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ərizə ilə müraciət edərək “5/102” №-li torpaq sahəsinin planını və ölçüsünü əldə etmişdir. Azərbaycan Respublikası adından qətnamə var. (İş № 2(003)-648/2009). Nəzərə alaraq ki, 28 mart 1994-cü il tarixdə Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə “5/102” №-li torpaq sahəsi X8 adına ayrılmışdır və 12 noyabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “5/102” №-l i “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Yəni özgəninkiləşdirilmişdir və 2007-ci ildə saxta sənədlərə əsasən dələduzlar “5/102” və “M-748” saylı torpaq sahələrinin rəsmi sənədlərini əldə etmişlər yəni özgəninkiləşdiriblər. “AN-1 № 0158704” torpaq alğısatqı müqaviləsini etibarsız saymaq lazımdır, ona görə ki, “AN-1 № 0158704” torpaq Alğısatqı müqaviləsi bağlanan zaman həmin müqavilə qanuniləşdirilməyib, yəni leqallaşdırılmayıb. Buna əsasən alğı-satqı müqaviləsinin qanuni-hüquqi qüvvəsi yoxdur. Ona görə də alğı-satqı müqaviləsinin rəsmi qüvvəsi olmadığına görə, həmin müqaviləni məhkəmədə tanımaq və saymaq olmaz. X6 2006-cı ildən 2009-cu ilə kimi Şüvəlan qəsəbəsində yerləşən 7 saylı Dövlət Notariat Kontorunda qeyri-rəsmi köməkçi vəzifəsini icra edirdi, saxta sənədləri dələduzlara, yəni X9 o, düzəltmişdir. Eyni zamanda mübahisəli torpaq sahəsinə dair, onunda çıxarışı vardır. Ona məlum deyildir ki, eyni torpaq sahəsinə hansı qaydada ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmaqla çıxarış verilmişdir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-430/2023 nömrəli, 25 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli), iddiaçının cavabdehə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” barədə iddiası təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5 /102 nömrəli torpaq sahəsini qanunsuz zəbt etdiyini əsas gətirərək, cavabdehin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin tikililər sökülməklə boşaldılmasını xahiş etmişdir. Belə ki, həmin çıxarışın iddiaçıya verilməsinə xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsas olmuş, müqavilə üzrə tərəf olan X8 adından onun X9 verdiyi etibarnamə əsasında iddiaçının verdiyi etibarnamə ilə X10 çıxış etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X9 verilmiş etibarnamənin saxta olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsinə dair X8 adına tərtib edilmiş, xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəl i “torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsi və Bakı şəhər İH-nin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokolu əsasında Cavabdeh 2670 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X8 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş 2(003)-648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsi mübahisəli torpaq sahəsinin X8 adına tərtib olunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reystrindən qeydiyyatdan keçməklə hal-hazırda cavabdehin mülkiyyətində olduğundan, həmçinin mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair sənədlərin saxta sənədlər əsasında rəsmilədirilməklə iddiaçı Nailə Hüseynovaya satıldığı müəyyən edildiyindən iddia tələbi təmin edilə bilməz.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiya sına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, idianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinin da yaq nöqtələri göstərilməklə mübahisəli torpaq sahələrinin üst-üstə düşübdüşməməsi və iddiaçıya məxsus torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi barədə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə vəsatət məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə vəsatətə heç bir münasibət bildirmədən qərar qəbul edərək iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı 14 mart 2008-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Adı keçən torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və ******* saylı çıxarış verilmşdir və iddiaçıya məxsus xx.xx.2008-ci il tarixli, **********6 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mübahisələndirilməmiş və hər hansı məhkəmə qərarı ilə ləğv edilməmişdir. İddiaçı vicdanlı alıcı olmaqla alğı-satqı zamanı hər hansı qanun pozuntusuna yol vermemiş və torpaq sahəsi üzərində qanuni yollarla tam mülkiyyət hüququ əldə etmişdir. Lakin, məhkəmə bu kimi halları nəzərə almamış və hər hansı araşdırma aparmadan birtərəfli mövqedən yanaşaraq İddiaçı mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən ədalətsiz qərar qəbul etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4476/2023 nömrəli, 19 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrli k edən və məruzəçi) Vahid Sadıqov və Məhəmməd Rüstəmli), iddiaçının apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellasiya instansiya məhkəməsi mövgeyini onunla əsaslandırmişdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X8 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş 2(003)-648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsinin X8 adına tərtib olunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir. Göründüyü kimi, sözügedən məhkəmə aktları ilə iddiaçının torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin qanuniliyinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək, hazırkı iddia tələbində iddiaçının özünün əmlaka mülkiyyət hüququ mübahisəli olduğu halda, cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etdiyini qeyd etmişdir.

21. Məhkəmə kollegiyası iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı işdə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının q anuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

22. Apellasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsi 139.3, 152.1152.4-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1, 82.3, 82.4, 88, 233.3, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (vəkil Nümayəndə Saqıbət oğlu) kassasiya şikayəti verərək, apellasiya instansiya məhkəməsinin qətnaməsinin təmamilə ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasınıi xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 14 mart 2008-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Adı keçən torpaq sahəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və ******* saylı çıxarış verilmşdir və iddiaçıya məxsus xx.xx.2008-ci il tarixli, **********6 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mübahisələndirilməmiş və hər hansı məhkəmə qərarı ilə ləğv edilməmişdir. İddiaçı vicdanlı alıcı olmaqla alğı-satqı zamanı hər han sı qanun pozuntusuna yol vermemiş və torpaq sahəsi üzərində qanuni yollarla tam mülkiyyət hüququ əldə etmişdir. Lakin, məhkəmə bu kimi halları nəzərə almamış və hər hansı araşdırma aparmadan birtərəfli mövqedən yanaşaraq iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən ədalətsiz qərar qəbul etmişdir. Bundan əlavə, işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Baxmayaraq ki, iddiaçı tərəfindən həm yazılı həm şifahı formada xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahələrinin üst-üstə düşməsi, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahələrinin hansı hissəsi ilə (koordinatların göstərilməklə) üst-üstə düşməsi, iddiaçıya məxsus torpaq sahəsinin dayaq nöqtələri göstərilməklə mübahisəli torpaq sah ələrinin üst-üstə düşüb-düşməməsi və iddiçıya məxsus torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi barədə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə vəsatətin məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəflərindən verilmiş vəsatətə heç bir münasibət bildirmədən qərar qəbul etmiş və apellyasiya instansiyası bu kimi halları araşdırmadan apellyasiya şikayətini rədd etmişdir. Beləliklə də, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya instansiyası iddiaçıya məhkəmə iclasının vaxt barədə heç bir məlumart vermədən, iddiaçının məhkəmə iclasında iştirakını ümumiyyətlə gərəksiz saymış və məhkəmə iclasını elan etdiyi günündən dırhal sonra növbəti günə keçirərək birtərəfli qaydada qərar qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası nın Mülki Məcəlləsi.

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

31. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqlar ı müdafiə edilməlidir.

33. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri t ələb edə bilər.

36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

37. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

39. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz v ə ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

41. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

42. Maddə 67. (4-cü bənd) Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toхunulmazlığına dövlət təminat vermir.

43. Maddə

68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilən in bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

44. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaş dırıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.

45. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

46. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edi lir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə

88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qə tnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

61. İş materiallarəndan müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, cavabdehin həmin torpaq sah əsindən məcburi çıxarılması və Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsi üzərində inşa olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

62. Məhkəmələrin müəyyən etdikləri və iddianın rədd edilməsi üçün əsas kimi qəbul etdikləri işin hallarından görünür ki, çıxarışın iddiaçıya verilməsinə xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsas olmuş, müqavilə üzrə tərəf olan X8 adından onun X9 verdiyi etibarnamə əsasında iddiaçının verdiyi etibarnamə ilə X10 çıxış etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X9 verilmiş etibarnamənin saxta olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəb əsi ərazisində yerləşən 0,12 ha, 5/102 nömrəli torpaq sahəsinə dair X8 adına tərtib edilmiş, xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilmişdir. Bakı şəhəri, Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-648 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsi və Bakı şəhər İH-nin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokolu əsasında Cavabdeh 2670 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Beləliklə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X8 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, q anuni qüvvəyə minmiş 2(003)-648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsi mübahisəli torpaq sahəsinin X8 adına tərtib olunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir.

63. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X8 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş 2(003)-648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsinin X8 adına tərtib o lunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir. Sözügedən məhkəmə aktları ilə iddiaçının torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin qanuniliyinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü maddələrinə istinad edərək, hazırkı iddia tələbində iddiaçının özünün əmlaka mülkiyyət hüququ mübahisəli olduğu halda, cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etdiyini qeyd etmişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi göstərilən qənaətə gələrkən tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır.

65. Belə ki, işdən görünür ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış 0,12 ha torpaq sahəsi Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı ünvanda, xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmış 0,12 ha torpaq sahəsi və bağ evi isə ünvan 3 ünvanda yerləşir. İşə baxmış apellyasiya instansiya məhkəməsi isə bu hala diqqət yetirmədən, həmin ünvanların eyni, yaxud ayrı-ayrı ünvanlar olub-olmamasını, iddiaçının və cavabdehin adına verilmiş çıxarışların eyni torpaq sahəsinə aid olub-olmamasını, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini araşdırmamış, bununla bağlı xüsusi biliyə eht iyac yaranmasına zərurətin olduğuna əhəmiyyət verməmişdir.

66. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunmuşdur ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər.

67. Həmçinin işə baxan apellyasiya instansiya məhkəməsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 nömrəli, 09 dekabr 2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X8 adına rəsmiləşdirməklə İddiaçı satıldığının müəyyən edilməsinə istinad etsə də, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə MH ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışın, habe lə plan və ölçü sənədinin etibarsız hesab edilməsi barədə iş materiallarında hər hansı sübutun olmamasına hüquqi qiymət verilməmişdir.

68. Bundan başqa apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü maddələrinə istinad edərək, hazırkı iddia tələbində iddiaçının özünün əmlaka mülkiyyət hüququ mübahisəli olduğu halda, cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etdiyini, sözügedən məhkəmə aktları ilə iddiaçının torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin qanuniliyinə hüquqi qiymət verilməsini qeyd etsə də, İddiaçı istinad olunan Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-648/2009 nömrəli, 03 iyun 2009-cu il tarixli qətnaməsinin qəbul edildiyi işdə iştirak edən tərəf olmamasına, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 1(003)-422/2009 nömrəli, 0 9 dekabr 2009-cu il tarixli hökmü ilə təqsirin yaranmasına dair hadisəyə iddiaçının aidiyyətinin olmamasına diqqət yetirməmişdir.

69. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

70. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmamaı və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

71. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin alğı-satqısı barədə X8 X9 ver diyi etibarnamə əsasında sonuncunun X3 verdiyi etibarnamə ilə Asif Cavadovun adından Müşfiq Musayevlə İddiaçı nümayəndəsi X4 arasında xx.xx.2008-ci il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanarkən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində satıcı olan Asif Cavadovun mülkiyyəti kimi qeydiyyata alınmışdır.

72. Bu halda, alıcı olaraq İddiaçı həmin torpaq sahəsinin satıcıya məxsus olmasına güvənib etimad etməsinə hüquqi əsası olmuşdur. Çünki Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası müəyyən olunmuşdur. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

73. Eyni zamand a bu halda qanunvericilik alıcının vicdanlı əldə edən olaraq hüququnu qoruma altına alır. Vicdanlı əldə edən o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alğı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mü lki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

75. Adı çəkilən qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrin dəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

76. Məhkəmə kollegiyası habelə qeyd edir ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının möv cudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.

77. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə alıcı İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin tərəfi kimi sonuncunun vicdanlı alıcı qismində qəbul olunub-olunmaması məsələsini araşdırmamış və həmin hala hər hansı hüquqi qiymət verməmişdir.

78. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.

79. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

80. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnaməd ə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

81. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.

82. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq m eyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

83. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

84. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qəra rlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

85. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

86. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansi yası məhkəməsinə göndərilməlidir.

87. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməli, qəbul edilən yekun qərardan asılı olaraq tərəflərə bundan sonraki hərəkətləri ilə bağlı hüquqları izah edilməlidir.

88. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4476/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar