Məhkəmə qərarları › İş №2(102)-4165/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4165/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4165/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (X10, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X8 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, iddiaçı Abdulhüseynova (Məmmədova) Elyanə Famil qızının Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi tələbi”nə dair Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-3409/2023 nömrəli, 2023-cü il 10 iyul tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MTK (sifarişçi) ilə X4 (payçı) arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən sifarişçi müqavilədə sadalanan tikintiquraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş Tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və Payçı 2 saylı evdə birinci mərtəbədə ona düşən tam sahəsi 32 kv metr olan qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 350 ABŞ dolları olmaqla, cəmi 11200 ABŞ dollarını Respublikanın Milli Bankının kursuna ekvivalent olaraq manatl a ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MTK-nın sədri A.S.Mədətov tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli maliyyə arayışına əsasən X2 Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbədə 32 kv metr, hündürlüyü 3 metr olan istifadə üçün yer verilir. Yerin pulu əvəz etmə yolu ilə 100 faiz ödənilmişdir. 3. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)- 100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının iddiası təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativindən 31892827,51 manat və 6510672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal r ayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6943 kv metr olan mənzillər, ümumi sahəsi 2780 kv metr olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, Cavabdeh MTK-nın yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20728800 manat dəyəri çıxıldıqdan sonra, borcun 21647513,16 manat məbləğində qalan hissəsinin Cavabdeh MTK digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir.

4. Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarox, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasına dair hüquqlar xx.xx.2018-ci il tarixdə dövlət reyestrində "xxxx" QSC Bank Olmayan Kred it Təşkilatının adına qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşma bağlanmış, Abidə” MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarox, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6713 kv metr olan 58 ədəd mənzil, 55 ədəd qaraj, 2740 kv metr ticarət zalları (qeyriyaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13025000,00 manat dəyərindən kreditor və vergi borcları (razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv metr qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2005-ci il tarixli müqavilə öhdəliklərinin icra edilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin istifadə etməyinə maneələrin aradan qa ldırılması və 32 kv metr qeyri-yaşayış sahəsinin naturada təhvil verilməsi, həmçinin iş üzrə ödənilmiş 200 manat mediasiya və dövlət rüsumlarının cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin 25000 ABŞ dolları dəyərini tam olaraq ödəmiş və ona MTK tərəfindən bu barədə "xxxx" MTK-nin İdarə Heyətinin sədri A.S.Mədətovun imzası ilə xx.xx.2005-ci il tarixli 14 saylı maliyyə arayışı verilmişdir. Aralarında olan razılığa əsasən binanın tikintisi başa çatdıqdan sonra, qeyri-yaşayış sahəsinin təhvil verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin tikintisi başa çatdığı ü çün, həmin evin birinci mərtəbəsində yerləşən 32 kv metr qeyri-yaşayış sahəsində təmir işləri aparmaq üçün getmiş, lakin ona heç bir səbəb göstərilmədən həmin əraziyə daxil olmağa və hər hansı bir iş görülməsinə icazə verməmişlər. Bu barədə "xxxx" MTK-nin İdarə Heyətinin sədri A.S.Mədətova müraciət edərək, müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etsə də, nəticəsi olmamışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin birinci mərtəbəsində yerləşən 32 kv metr qeyriyaşayış sahəsinin dəyərini tam ödəməklə, həmin əmlaka sahiblik və istifadə etmə hüququnu əldə etmişdir.

8. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddianın əsası kimi istinad etdiyi xx.x x.2005-ci il tarixli müqavilə etibarsızdır və həmin Müqaviləyə istinad edilərək cavabdehdən qeyri-yaşayış sahəsindən istifadə hüququnun iddiaçıya verilməsinin tələb edilməsi barədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmçinin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və stifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.3-cü maddəsinə əsasən daşı nmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, müqavilə dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak barədə bağlandığından etibarsızdır. Belə ki, iddiaçının tələbi mülki mübahisə hesab edildiyindən və tərəflər arasında Mediasiya prosesinin təbiqi barədə müqavilə imzalanmadığından cavabdehdən 200 manat məbləğində mediasiya xərcinin tutulması da əsassızdır.

9. Birinci instansiya məhkəməsi tərəfindən X10 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 göstərmişdir ki, cavab dehin nümayəndəsi və vəkili aktın olması ilə bağlı məsələni bildirmişdi. Ona görə də hazırda akt təqdim edilmişdir. X12 adı qeyd olunur. O, iddiaçının atasıdır. Akt alınıb satılmış evlərin, mağazaların təzə sədrə təhvili ilə bağlıdır. "xxxx" QSC-nin də şöbə müdirlərinin imzası var. Bu evlərin, mağazaların onun imzası ilə satılması təsdiq olunub. Mübahisə predmeti ilə iddiaçının atası Məmmədov Familə satılan ev eynidir. 3 kv metr mübahisəlidir. Həmin ərazilər eyni yerdir. X7 ilə bağlanılıb. Maliyyə arayışı Məmmədova Elyanaya verilib. Pulu atası ödədiyi üçün qəbzlər Məmmədov Familin adınadır. Əvvəl aktı Məmmədov Familə vermişlər. Elyana xanım evlənəndən sonra aktı ona vermişlər. Ümumiyyətlə, müqavilələr bağlanan zaman yerin nömrəsi olmayıb. Lakin pul verilib, arayış verilib. İddiaçının atası Məmmədov Familə sahənin təhvil verilməsi ilə bağlı akt Məmmədova Elyana ilə MTK arasında bağlanılan müqavilə əsasındadır. Məmmədov Familin ayrıca MTK ilə müqaviləsi yoxdur. Familin adına sadəcə arayış və qəbz var. Arayışda qeyd olunan aşağı mərtəbə dedikdə mənfi 2 nəzərdə tutulur. Mənfi 3 yoxdur. Elyanə xanımın sahəsi ən aşağıdır. Qaraj ikimərtəbəlidir. Qarajın bir mərtəbəsi aşağıda qalır biri isə küçəyə çıxır. Qarajın hündürlüyü 3 metrdir. Vəkilin qeyd etdiyi sahəsi 2740 kv meptr olan qeyri-yaşayış sahəsinin isə hündürlüyü 5 metrdir. Həmin sahələr təhvil verilib. İddiaçının aldığı qarajın küçəyə çıxan hissəsi isə mənfi 2-dir. İddiaçı pulu ödəyəndən sonra hələ həmin bina söküüb inşaat başlamamışdı. Onlar tikintiyə 2007-ci ildə başlamışlar. Verilən pullar söküntüyə gedib. Mənfi 1 yuxarıd adır. Ora pilləkənlə çıxılır. İddiaçının aldığı mənfi 2-dir. Mənfi 2 çölə Zərgərpalan küçəsinə çıxır. Mənfi 2-dən də aşağıda qarajın bir mərtəbəsi var. Ora lift işləmir. Mənfi 2 qarajın ikinci mərtəbəsidir, o da küçəyə çıxır. Küçəyə çıxan müəyyən hissədə də ticarət məqsədilə satış gedir. Xanımın aldığı yer qaraj hissəsidir, qeyri-yaşayışa dəxli yoxdur. Cavabdeh tərəf dələduzluq edir, qanuni şəkildə sahə almış vətəndaşı məhkəməyə müraciət etməyə məcbur edirlər. İddiaçının ərazisinin hündürlüyü 3 metrdir. Cavabdehin nümayəndəsi və vəkilinin dediyi yerin isə hündürlüyü 5 metrdir. İddiaçı ödəniş edəndə nə bina, nə də yer olmuşdur. Cavabvdeh tərəf ona qarşı düşmənçilik edir. Müqaviləni şəxsən ozü bağlamışdır və həmin müqavilə etibarlıdır.

11. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixd ə proses iştirakçıları ilə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində yerləşən 2 saylı bina ünvanında yerində müayinə edərək müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi mövcuddur, hazırda hər hansı 3-cü şəxslərin istifadəsinə və sahibliyinə verilməmiş, sahənin texniki göstəriciləri tərəflər arasında bağlanmış müqaviləyə və onun əsasında verilmiş maliyyə arayışına uyğundur. Bundan əlavə müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi Zərgərpalan küçəsinə çıxır və həmin küçə tərəfdən aşağı mərtəbədə (maliyyə arayışında qeyd olunduğu kimi) yerləşir, binanın ümumi sxemi üzrə isə –2-ci mərtəbəsində yerləşir.

12. Bakı şəxəri Xətai Rayon Məhkəməsinin 2023-cü il 2 mart tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia qismən təm in edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 saylı evin Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində (ümumi sxem üzrə –2 mərtəbəsində) yerləşən sahəsi 32 kv metr, hündürlüyü 3 metr olan qeyri-yaşayış sahəsinə İddiaçı istifadə və sahiblik hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin İddiaçı naturada təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin m ahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir.

14. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, xx.xx.2005-ci il tarixli müqavilənin bağlandığı andan cavabdehin üzərinə düşən öhdəliyi 15 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra olunmaması kimi hesab edilməlidir.

15. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə xx.xx.2005-ci il tarixli müqaviləni Cavabdeh MTK-nın adından həmin dövrdə MTK-nın sədri Arif Mədətov imzalamışdır. Hazırda isə müəyyən edilir ki, X10 Cavabdeh MTK-nın təsisçilərindən biridir. Hazırki mülki iş üzrə X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmə iclaslarında iştirak edərək yuxarıda göstərilən müqavilənin özü tərəfindən imzalandığını və etibarlı olduğunu bildirmi ş, həmçinin mübahisəli sahəyə yerli baxışda iştirak etmiş və iddiaçıya təhvil verilməli olan sahəni dəqiq göstərmişdir.

16. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia tələbinə vermiş olduğu etirazda müqavilənin notarial qaydada bağlanmadığı üçün etibarsız olması dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti binanın tikintisi ilə bağlıdır. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində notarial qaydada müqavilənin təsdiq edilməsi yalnız mövcud və daşınmaz əmlakın dövlət reyestri üzrə qeydiyyatı aparılmış əmlak üzərində ola bilər.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh MTK (payçı) ilə X4 (sifarişçi) arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin fəaliyyətinin təmin ed ilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşmadan əvvəl bağlanmışdır.

18. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının pay haqqını tam verdiyi qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz və əsassız olmuşdur.

19. Bundan əlavə məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən mediasiya üçün ödənilmiş 200 manat xərcin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən hazırki mülki iş üzrə hər hansı mediasiya sessiyasının keçirilməsi nəzərdə tutulmamışdır.

20. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəlləsinin 146, 385.1, 386, 427.2, 442, 443.1 və 445.2.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

22. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehlə alğı-satqı müqaviləsi bağlayaraq, k ooperativin üzvü olduğunu göstərsə də, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə mahiyyətinə görə alğı-satqı deyil, podrat müqaviləsidir. Belə ki, sözügedən müqavilədə “Payçı” X5, “Sifarişçi” isə Cavabdeh MTK göstərilmişdir. Müqavilənin bəndlərində də Satıcı və Alıcının deyil, Sifarişçi və Podratçının öhdəlikləri öz əksini tapmışdır. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin, qeyd olunan müqavilədə iddiaçının pulu kimə ödəməsi və kim tərəfindən ona mənzil verilməsi müəyyən olunmur. Həmçinin, müqavilədə, Cavabdeh MTK-nın iddiaçıya mənzil satmaq, mənzil təhvil vermək öhdəliyi göstərilməmiş, tərəflərin məsuliy yətinin nədən ibarət olması müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinə podrat müqaviləsi formasında yalan əqd təqdim etmişdir. Müqavilə dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak barəsində bağlandığından etibarsız sayılır. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2005-ci il tarixli 14 nömrəli arayışda iddiaçıya binanın Zərgərpalan küçəsi tərəfdən aşağı mərtəbəsində 32 kv metr, hündürlüyü 3 metr olan istifadə üçün yer verildiyi göstərilsə də, həmin “aşağı” mərtəbənin 1, -1, - 2, yaxud - 3 olması barədə lazımi sənədlər tədim olunmamışdır. Həmçinin, maliyyə arayışında göstərilmişdir ki, yerin pulu əvəzetmə yolu ilə 100 faiz ödənilmişdir. Lakin, həmin əvəzləşmənin nədən ibarət olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. İddiaçı iddi a ərizəsində qeyriyaşayış sahəsi üçün 25000 ABŞ dolları ödəməklə sahənin dəyərini tam olaraq ödədiyini bildirmişdir. Lakin, iddiaçı tərəfindən təqdim olunmuş mədaxil orderində həmin sahə üçün 10000 ABŞ dolları ödənildiyi göstərilmişdir. Müqavilənin 3.1-ci yarımbəndində isə göstərilir ki, payçı 2 nömrəli evdə 1-ci mərtəbədə ona düşən tam sahəsi 32 kv metr olan qeyriyaşayış sahəsinin hər kvadrat metri üçün 350 ABŞ dolları, cəmi 11200 ABŞ dollarını Azərbaycan Respublikası Milli bankının kursuna ekvivalent olaraq, manatla ödəyir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi müqavilədə və mədaxil qəbzində göstərilən rəqəmlər arasında ziddiyyət mövcuddur. "xxxx" ASC-nin fəaliyyətinin təminedilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1704 nömrəli Fərmanının (bundan sonra – Fərman) 2-ci hissəsinə əsasən "xxxx" QSC BOKT-ın "xxxx"ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən Cəmiyyətə məxsus olmuş dövlət əmlakı"xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Cavabdeh tərəfindən Yasamal Rayon Məhkəməsinə "xxxx" QSC, Cavabdeh MTK, "xxxx" ASC (bundan sonra - "xxxx" ASC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşma təqdim olunmuşdur. Razılaşmada qeyd olunan əmlaklar Cavabdeh MTK tərəfindən "xxxx" QSC-yə, daha sonra "xxxx" ASC-yə verilmişdir. Razılaşmanın birinci bəndinə baxdıqda görünür ki, yaşayış binasında satılmamış 58 ədəd mənzil, 55 ə dəd qaraj, 2740 kv metr ticarət zalları "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilmişdir. 1-ci mərtəbədəki əraziləri topladıqda cəmi 2740 kv metr etmişdir. İddiaçı onun sahəsinin - 2-də olduğunu bildirsə də, - 2 də olan qeyri-yaşayış sahələri "xxxx" ASC-yə təhvil verilmişdir. Bütün bu proseslər müddətində, yəni 2005-ci il tarixdən 2019-cu ilədək olan dövrdə iddiaçının əsas kimi təqdim etdiyi Müqavilə üzə çıxmamışdır. Halbuki, yuxarı qeyd oluna Fərmanın icrası ilə əlaqədar təhvil-təslim işləri həyata keçirilən zaman digər mülkiyyətçilərin müqavilələri təqdim edilmişdir. Verilən məlumata görə, əvvəllər başlamış və hal-hazırda da davam edən Cavabdeh MTK-nın keçmiş sədri Arif Mədətova qarşı başlamış Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı da həmin İ darəyə Müqavilə təqdim edilməmişdir. Müqavilə Cavabdeh MTK tərəfindən ilk dəfə mülki iş birinci instansiya məhkəməsinin icraatında olan zaman görünmüşdür. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə yerli baxış iclasının protokolundan görünür ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qeyri-yaşayış sahəsi Zərgərpalan küçəsinə çıxır və həmin küçə tərəfdən aşağı mərtəbədə yerləşir, binanın ümumi sxemi üzrə isə –2-ci mərtəbəsində yerləşir. Cavabdeh MTK ilə üzbəüz dayandıqda Zərgərpalan küçəsinə perpendikulyar olaraq sağ tərəf Tolstoy küçəsi, sol tərəf isə Süleyman Tağızadə küçəsidir. Cavabdeh MTK-nın ümumi sxem üzrə –2, –1 və 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi və yuxarı mərtəbələr isə yaşayış sahəsinə aiddir. İddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin önü daşla hö rülmüşdür. Həmin qeyri-yaşayış sahəsi 42 kv metrdir və 6,60 metrin 6,37 metrə olan nisbətdədir, hündürlüyü isə 3 metrdir. Bununla əlaqədar bildirilir ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsində 2 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 32 kv metr qeyri-yaşayış sahəsini aldığını iddia edir. İddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə iddia ərizəsi belə təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, iddiaçının xeyrinə qətnamə qəbul etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli qərardadları ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X8 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəl b edilmişlər.

24. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Üçüncü şəxs X10 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin edilməməsini xahiş etmiş, suallara cavab olaraq göstərmişdir ki, müqavilədə 11200 ABŞ dolları yazılsa da, mübahisəli obyektin qiyməti 20000 ABŞ dolları idi. X8 müqavilə üzrə 20000 ABŞ dolları ödəmişdir, lakin yalnız 10000 ABŞ dollarına dair bir qəbz mövcuddur, digər 10000 ABŞ dollarına dair qəbz yoxdur. Müqavilə iddiaçı X5 ilə bağlanmışdı, iddiaçı ailə qurduqdan sonra sənədləri onda olmadığından xx.xx.2011-ci il tarixli arayışı atası X3 adına vermişdir. Eyni obyektdir. Mübahisəli yer X1r, müqa vilə də onunla bağlanmışdır.

26. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

27. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli ünvanda yerində baxış keçirilmiş və cavabdeh “MTK”-nın nümayəndəsi X9 iddiaçı tərəfindən tələb olunan sahənin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilən qarajlara daxil olduğunu bildirmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3409/2023 nömrəli iş üzrə 2023-cü il 10 iyul tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə q əbul edilərək iddia rədd edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, nəticədə iddianı təmin edərkən səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

30. İşdə olan 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 22(81)-100/2017 nömrəli qətnaməsindən görünür ki, "xxxx" QSC BOKT-un borc tələbinin Cavabdeh MTK-nın istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6943 kv metr olan mənzillər, ümumi sahəsi 2780 kv metr olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, Cavabdeh MTK-nın yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində hüquqlarının tanınması qət olunmuşdur.

31. Həmin binaya dair hüquqların qabaqcadan qeydiyyatı dövlət reyestrində xx.xx.2018-ci il tarixdə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmış, "xxxx" QSC BOKT, "xxxx" ASC və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən bina "xxxx" ASC-nin balansına verilmişdir.

32. Göründüyü kimi, bina hal-hazırda "xxxx" ASC-nin balansındadır və Cavabdeh MTK-nın həmin bina üzərində hər hansı hüquqları mövcud deyil.

33. Yuxarıda qeyd edilən 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-100/2017 qətnaməsi iddiaçı tərəfindən ona aid olan qeyri-yaşayış sahəsinə aid hissədə mübahisələndirilməmişdir.

34. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh MTK-nın sözügedən əmlaklar üzərində hüquqlarına xitam verildiyindən hazırki iş üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi ümumiyyətlə iddiaya cavab verməli olan şəxs deyildir. İddia tələbi təmin ediləcəyi təqdirdə qətnamənin Cavabdeh MTK tərəfindən icrası da mümkünsüz olacaqdır.

35. Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ birinci instansiya məhkəməsində icraat müzakirə predmeti olmamışdır. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiy a məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün deyildir.

36. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən MPM-in 14.2, 54.1, 54.2, 82.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti iddia ərizəsinə uyğun şəkildə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı mülkiyyətində olan əmlakı tələb etməkdə haqlıdır. Apellyasiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən müvafiq ekspertiza təyin etmədən və Bakı İn zibati-İqtisadi məhkəməsinin qətnaməsini təhrif edərək qeyd etmişdir ki, Cavabdeh MTK hazırki iş üzrə cavabdeh deyil. Hesab edir hazırda da Cavabdeh MTK öz fəaliyyətini davam etdirdiyindən və mübahisəli qaraj onun istifadəsində olduğundan həmin MTK-nın cavabdeh qismində iştirakı qanunidir.

39. Hesab edir ki əgər hazırki mülki iş üzrə Cavabdeh MTK başqa cavabdeh ilə əvəz olunmalı idisə, bu məsələ apellyasiya məhkəməsində müzakirə edilməli və zərurət olarsa məhkəmənin özünün təşəbbüsü ilə cəlb edilməli idi. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

40. Cavabdeh MTK kassasiya şikayətinə etiraz təqdim edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsasla ndırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

43. Maddə

442. Öhdəliyin icra edi lməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Qətnamədən kassasiya şikayəti verən mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. iddiaçı qətnaməni tam Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiy ası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət veri lməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

55. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Abdulhüseynova (Məmmədova) Elyana Famil qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3409/2023 nömrəli, 2023-cü il 10 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar