Məhkəmə qərarları › İş №2(102)-4167/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4167/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ban
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4167/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Mərkəzi Bankı və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmanətlərin sığortalanması, qorunan əmanətlər, sığorta hadisəsi baş verdikdə (bankın məcburi ləğvi) əmanətə görə kompensasiyanın ödənilməsi, əmanətlərə görə kompensasiya almaq hüququnun itirilməsi, kəsici müddətlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Mərkəzi Bankı və X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1022/2023 saylı, 2023-cü il 27 mart tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə İddiaçı1 arasında 2016-cı il 2 fevral tarixli, 427 nömrəli və İddiaçı2 arasında 2016-cı il 24 fevral tarixli, 429 nömrəli Əmanət Müqavilələri bağlanmışdır.

2. Hər iki m üqavilənin 1.1-ci bəndinə görə bank əmanətçidən daxil olmuş 200.000 ABŞ dolları məbləğində pul vəsaitini hesaba qəbul edərək əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür.

3. Müqavilələrin 1.2-ci bəndləri ilə İddiaçı1 tərəfindən əmanətin 12 ay müddətinə, illik 8 faizlə, İddiaçı2 tərəfindən isə eyni müddətə, lakin illik 11 faizlə qoyulması şərtləndirilmişdir.

4. Hər iki müqavilənin; 5. 1.4-cü bəndinə görə, əmanət məbləği Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş müddətdən tez götürüldükdə illik 3 faiz hesablanır; 6. 2.9-cu bəndinə görə, əgər “Əmanətçi” əmanətin qüvvədə olma müddəti bitdikdən sonra öz əmanətini tələb etməmişdirsə, onda bu müqavilə olduğu şərtlərlə eyni m üddətə uzadılmış hesab edilir; 7. 5.2-ci bəndinə görə “Bank” tərəfindən “Əmanətçi”-dən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. 8. 5.3-cü bəndində “Bank”ın məcburi ləğvi və ya müflis elan olunması sığorta hadisəsi kimi nəzərdə tutulmuşdur. 9. 5.7-ci bəndinə görə fond sığorta hadisəsi baş verdikdə, əmanətçiyə əmanət məbləğinin 100 faizi, lakin, 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəyir.

10. İddiaçılar öz adlarına açılmış bank hesablarına hər biri 200.000 ABŞ dolları olmaqla pul vəsaitini əmanət qismində mədaxil edilmiş, Bank tərəfindən bu barədə müvafiq əmanət kitabçaları tərtib edilərək onlara verilmişdir.

11. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli iddiaçılara ünvanladığı məktubunda, ləğv prosesində olan "xxxx" KB ASC-də İddiaçı1 və İddiaçı2 məxsus hər hansı kreditor tələbin aşkar edilmədiyini bildirmişdir. 12. "xxxx" ASC tərəfindən 2016-cı il 14 iyul tarixdə İddiaçı2 adına tərtib edilən və SN: 95716/2132721 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı2 tərəfindən 200000 ABŞ dolları əmanətin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir. 13. "xxxx" ASC tərəfindən eyni tarixdə İddiaçı1 adına da order tərib edilmiş və SN 95717/2132724 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı1 tərəfindən 200000 ABŞ dolları əmanətin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir. 14. "xxxx" ASC tərəfindən 2016-cı il 21 iyul tar ixində İddiaçı2 adına tərtib edilən və SN 95878/2144815 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı2 tərəfindən 1834 ABŞ dolları məbləğində əmanətə hesablanmış faizlərin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir. 15. "xxxx" ASC tərəfindən 2016-cı il 21 iyul tarixində İddiaçı1 adına tərtib edilən və SN 95874/2144813 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı1 tərəfindən 1834 ABŞ dolları məbləğində əmanətə hesablanmış faizlərin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir. 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 22 iyul tarixli 2-1(81)361/2016 saylı qərarı ilə "xxxx" ASC məc buri ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 2016-cı il 25 iyul tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə 2016-cı il 31 avqust tarixində dərc edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçılar məhkəməyə müraciət edərək, İddiaçı2 ləğv prosesində olan "xxxx" KBda olan 200.000 ABŞ dolları əmanət məbləğinin tam sığortalanmış əmanət hesab edilməklə cavabdehdən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləğinin maddi ziyan kimi kompensasiya olaraq İddiaçı2 ödənilməsi, İddiaçı1 ləğv prosesində olan "xxxx" KB-da olan 200.000 ABŞ dolları əmanət məbləğinin sığortalanmış əmanət hesab edilməklə cavabdehdən 2 00.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləğinin maddi ziyan kimi kompensasiya olaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

18. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda 2016-cı il 2 mart tarixindən etibarən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. İddiaçılarla cavabdeh bank arasındakı müqavilə 12 ay müddətinə bağlanılmış və həmin müqavilənin 2.9-cu bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. Ləğv prosesində olan "xxxx" Bankın lisenziyası ləğv edilmiş və ləğv qərarına əsasən "xxxx" Əmanətlə rin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməlidir.

19. Cavabdehin nümayəndəsi X2 məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirmişdir ki, Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsai tinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin Sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bank əmanətçilərinin hüquq və qanuni mənafelərini qorumaq, əhalinin əmanətlərinin bank sisteminə cəlb edilməsini stimullaşdırmaq, ona olan inamı möhkəmləndirmək, fiziki şəxslərin əmanətlərinin icbari sığortası sisteminin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin Sığortala nması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrdinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mən əvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Qanunun və Plenumun xüsusi qeydlərindən görünür ki, Fond əmanəti şəxsin mülkiyyəti kimi deyil kompensasiya olaraq əmanətçiyə ödəyir. Bundan əvvəl məhkəməyə ünvalanan ərizədə qanunamüvafiq qərarın qəbul edilməsi və məhkəmənin tərəfə tövsiyəsi xahiş edilmişdir. Lakin son məhkəmə iclasında iddiaçı tərəfin vəkilinin mövqeyinə əsasən Fondun kompensasiya olaraq mübahisə predmeti olan məbləği icra etməsi tələbi birmənalı təmin edilməməlidir. Fond tərəfindən kompensasiya ödənişi sığorta ehtiyatları hesabına icra edilir. Həmçinin, tələbə əlavə edilmiş qalıq pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə, tələb üzrə ödəniş kompensasiya ol araq deyil növbədən kənar qaydada ödənilmə nəzərdə tutulmalıdır. Belə ki, ƏSH Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Ləğv prosesində olan “Dekabank’’ ASC Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3617/2016 saylı qərarı ilə məcburi ləğv ediımiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Qanundan görünür ki, kompensasiya olsa belə artıq ümumi 5 il müddət belə ötürülmüşdür. Bu xüsusatlara və qanunvericiliyin nüvafiq müddəalarına əsasən hesab edirlər, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla müştəri arasında olan münasibətləri tənzimləyir, çünki əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından, aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyyə olunmalıdır. İddiaçı tərəfin məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə mürasibətdə isə bi ldirmişdir ki, məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilərək cinayət əməlinin olubolmamasının araşdırılması üçün Baş Prokurorluğa göndərilməsinə etiraz etmir. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. İddiaçıların vəsatətinə əsasən ekspertiza təyin edimiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı məhkəmə-xətşünaslıq ekspertiza rəyinə əsasən; 1.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza İddiaçı2 tərəfindən icra olunmuşdur; 1.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur; 1.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur; 2.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar və “Ala nın imzası” qrafasındakı imza, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar və “Alanın imzası” qrafalarındakı imzalar- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar - X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.4. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar ilə İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)1954/2022 nömrəli iş üzrə 2022-ci il 10 oktyabr tarixli qətnaməsi ilə (hakim Natəvan Tağıyeva) iddia qismən təmin edilmiş, "xxxx" Bank KB ASC ilə İddiaçı2 arasında bağlanılmış 24 fevral 2016-cı il tarixli, 429 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ödə nilməsi, "xxxx" Bank KB ASC ilə İddiaçı1 arasında bağlanılmış 02 fevral 2016-cı il tarixli, 427 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı1 ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 970 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçılara ödənilməsi, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsinin eyni tarixli xüsusi qərardadı ilə "xxxx" ASC-nin işçilərinin, eləcə də digər şəxslərinin hərəkətlərində cin ayətin əlamətlərinin olubolmamasının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumatın verilməsi və bu məqsədlə xüsusi qərardadın surətinin və iş materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

24. Birinci instansiyası məhkəməsi, xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli məxaric orderlərinə əsasən əmanət məbləğlərinin tam məxaric edilməsi ilə bağlı məsələyə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, əmanət məbləğlərinin iddiaçılara ödənilməsi ilə bağlı olan məxaric orderlərinin iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Hazı rda iddiaçılar əmanət məbləğinin tam sığortalanmış əmanət hesab edilməklə kompensasiya olaraq onlara ödənilməsini məhkəmədən xahiş edirlər.

25. Cavabdeh tərəfin iddiaçıların kompensasiya almaq üçün müraciət etmək müddətini ötürdüklərini bildirirək iddianın rədd edilməsi barədə etirazına münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların bankdan əmanətlərini məxaric etməməsi hazırkı məhkəmə mübahisəsi ərzində ekspert rəyi ilə təsdiq olunduğundan, göstərilən müddət iddiaçılara aid edilməməlidir.

26. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına istinad edərək qeyd etmişdir ki, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmı ş əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun qeyd olunan şərti tərəflər arasında bağlanan müqavilələrdə də öz əksini tapmışdır.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanan əmanət müqavilələri ilə banka yerləşdirilmiş əmanətlərin 30.000 manat hissəsi sığortalanmışdır.

28. Birinci instansiya məhkəməsi öz mövqeyini “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 25.1.4, 26.1, 27.1, 28.3, 28.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 947.2, 948.1, 949, 950-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianı n rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apelyasiya şikayəti iddia ərizəsinə etirazla oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçıların Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırmamaqla da göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş, lakin bu ötürülməni hər-hansı səbəblə ötürdüklərini təsdiq edən sənəd əlavə etməmişlər. Məhkəmə öz qətnaməsində hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin qətnaməsində qeyd edilən normalar bankla əmanət qoyan arasında olan münasibətləri tənzimləyir. Məlumdur ki, Əmanətlərin Sığortalanmas ı Fondu ilə kompensasiya alan arasındakı hüquq normalarını xüsusi normalar tənzimləyir (Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu, Banklar haqqında Azərbaycan Respublikasının Qanunun). Hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçıların əmanətlərinin sığortalı olub-olmaması ilə bağlıdır. Sığorta hadisəsi baş verəndə Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Sığorta hadisəsi baş verənədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyyətli deyildi. Depozitin faiz dərəcəsi həmin növ müqavilələr üzrə mühüm şərtdir. Bank müqav ilənin mühüm şərtini birtərəfli qaydada dəyişə bilməzdi. Müqavilə, tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilər. Göründüyü kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Həmçinin bank müvafiq müraciətin qəbulundan sonra müvafiq dəyişikliklər etməlidir. Lakin göründüyü kimi qanunun imperativ normalarına baxmayaraq banka belə bir müraciət daxil olmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsində iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmunu na uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1022/2023 nömrəli iş üzrə 2023-cü il 27 mart tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

34. Məhkəmə kollegiyası Mülki Məcəllənin 944.1-ci və “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, hər iki norma əmanətçi ilə bank arasında müna sibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir. İddiaçılar məhz sığortalanmış əmanətə görə kompensasiya almaq üçün məhkəməyə müraciət etmişlər. Ona görə də, iddiaçılar kompensasiya tələb etmək və almaq hüququndan məhrum edilə bilməz. Çünki, iddiaçıların tələbinin təminatsız kreditorların tələblərinin siyahısına salınması, qeyd edilən məbləğin sığortalanmış məbləğ olsa da, sığortalanmamış məbləğlərin sırasına düşməsinin hüquqi əsası mövcud deyildir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust t arixli qərarla 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarla 12 faiz, 2016-cı il 2 mart tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. Cavabdeh tərəf əmanət məbləğlərinin iddiaçılar tərəfindən məxaric edildiyinə dair məxaric orderi təqdim etmiş, lakin, qeyd edilən əmanət məbləğlərinin iddiaçılara təhvil verilmədiyi öz təsdiqini tapmışdır. "xxxx" KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli 427 və 429 saylı əmanət müqavilələri bağlanarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olduğundan, İddiaçı1 və İddiaçı2 yerləşdirdiyi əmanətlər isə cəlb edildiyi günə həmin faiz dərəcəsindən aş ağı, yəni 8 və 11 faiz olduğundan, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən qorunan əmanət olmuş, buna görə də həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən əmanətçilərə 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməlidir.

36. Məhkəmə kollegiyası 02 mart 2016-cı il tarixli qərarla xarici valyuta üzrə faiz dərəcəsinin 3 faiz həddində müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-361/2016 saylı qərarı ilə "xxxx" ASC məcburi ləğv edilmişdir. Bununla bağlı aidiyyəti tədbirlərin görülməsinin bu tarixdən əvvəl başlaması nəzərə alındığı halda, tərəflərin faiz dərəcəsini dəyişdirmək üçün ən yaxşı halda 3 ay müddəti olmuşdur. Halbuki, müqavilələr 12 ay müddətinə bağlanmış və ən az ı 2017-ci ilin fevral ayına kimi qüvvədə idi. Başqa sözlə, hüquqi nəticə etibarı ilə tərəflər öz iradələrindən asılı olmayan səbəblərdən faiz dərəcəsinin dəyişdirilməsi imkanını itirmişdilər. Digər tərəfdən bankın ləğv edilməsi ilə bağlı həmin məbləğlərin vaxtından əvvəl götürülməsi zərurəti yaranmış olur ki, bu halda həmin müqavilələrin 1.4-cü bəndinin tətbiqi üçün əsas yaranır. Belə olan halda da hesablama illik 3 faiz dərəcəsi ilə aparılır.

37. Apellyasiya şikayətinin iddiaçıların hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müraciət etməməsi barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, "xxxx" ASC ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə xx.xx.2016-cı il tarixdə dərc edilmişdir. Lakin nəzərə al ınmalıdır ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılan zaman cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən mübahisələndirilən məbləğlərin hələ 2016cı ilin iyul ayında məxaric edilməsinə dair xəzinə məxaric orderləri təqdim edilmişdir. Bununla belə, cavabdeh ilk olaraq ümumiyyətlə iddiaçıların hazırda belə bir əmanətlərinin olmadığı mövqedən çıxış etmişdir. Bununla bağlı təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində həmin orderlərdə olan imzaların iddiaçılara məxsus olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılara münasibətdə müddətin axını məhz bu halın müəyyən edildiyi tarixdən başlayır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh kassasiya ş ikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmidir.

39. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Şikayətdə göstərilmişdir ki, iddiaçılar (əmanətçilər) bankın səhmdarının yaxın qohumlarıdırlar və “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.5.2-ci maddəsinə əsasən həmin şəxslər qorunan əmanətçi hesab edilmirlər və onlara kompensasiya ödənilməsi qanuna uyğun deyildir.

40. İddiaçıların kompensasiya ödənişinin həyata keçirilməsi üçün 21 sentyabr 2021 və 10 noyabr 2021-ci il tarixli müraciətləri həmin tarixlərdə Fond tərəfindən qəbul edilmiş və baxılaraq cavablandırılmışdır. Həmin müraciətlər kompensasiya alınması üçün müddətin ötürülməsinin ə yani göstəricisi olsa da məhkəmə bu fakta qiymət verməmişdir.

41. Əmanətin “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq müraciətin qəbulundan sonra bank tərəfindən müvafiq dəyişikliklər edilməlidir. Lakin göründüyü kimi, qanunun imperativ normalarına baxmayaraq Banka belə bir müraciət daxil olmamışdır və dəyişiklik edilməmişdir.

42. Qanunvericilik bankın məcburi ləğvi və kompensasiya ödənilməsi ilə bağlı olmayan tələblər üzrə məhkəmə icraatı qaydasını və aidiyyatı formasını müəyyən etmişdir. Belə ki, qeyd olunan kateqoriya işlərə inzibati məhkəmə icraatı qaydasında Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmalıdır. Lakin hazırki icraat mülki məhkəmə icraatı qaydasında həyata keçirilir və mümkünlüyü kifayət qədər mübahisə doğuran kompensasiyanın ödənilməsi tələbi ilə bağlıdır. Məhkəmə bu məsələyə lazımi hüquqi qiymət verməmişdir və bu səbəbdən prosessual normaların tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə ekspertin rəyini yeganə sübut kimi qəbul edərək digər sübutlarla yanaşı tədqiq etmədən yekun nəticəyə gəlmişdir. Məlumdur ki, 2015-ci ildə devalvasiya baş verdikdən sonra ölkədə ABŞ dolları əskinaslarının banklardan iri miqyasda məxaric olunması çətin bir proses idi, həmin vəsaiti əldə edənin şəxsiyyətini müvafiq təsdiqedici sənədlər əsasında müəyyən etmədən vəsaitin hər hansı digər şəxsə verilməsi isə demək olar ki, mümkünsüz idi. Eyni za manda banklarda xarici valyuta ilə bağlı aparılan bütün əməliyyatlara, xüsusilə də iri məbləğdə nağdlaşdırma əməliyyatlarına Mərkəzi Bankın ciddi nəzarəti mövcud idi, bu səbəbdən qeyd olunan həcmdə xarici valyutanın həm də əldə edənin şəxsiyyəti müəyyən edilmədən verilməsi imkanı “sıfır”a bərabər idi. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən və ciddi araşdırma tələb edən bu cür mübahisəli halları mötəbər sübutlar əsasında kompleks araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək qətnamənin ləğvi üçün heç bir əsasın olmadığını qeyd edərək kassaasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etira z iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

44. Azərbaycan Respublikasının Mərkəzi Bankı rəy göndərərək qeyd etmişdir ki, Fond tərəfindən ilk bildirişin xx.xx.2016-cı il tarixində dərc edildiyini və iddiaçılar tərəfindən Fonda ilkin müraciətlərin Qanunda müəyyən edilmiş 5 il müddət ötürülərək müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində daxil olduğunu nəzərə alaraq iddiaçılara kompensasiya ödənişinin həyata keçirilməsi qanunvericiliyin tələbinə uyğun hesab edilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

46. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.

47. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tə tbiq edilmir.

48. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.

49. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.

50. Maddə 950.2. Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.

51. Maddə 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ed iləcəyi barədə əmanətçiyə məlumat verməlidir.

52. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu:

53. Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:

54. Maddə 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər.

55. Maddə 8.1.20. X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;

56. Maddə 25.1.4. Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ var.

57. Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 (otuz yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. (18 dekabr 2020-ci il tarixədək olan redaksiyada)

58. Maddə 27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompen sasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

59. Maddə 27.10. Kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur.

60. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

61. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarı 62. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı i llik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

63. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən səhvə yol vermişdir.

72. Belə ki, iddiaçıların tələbi “əmanətə görə kompensasiyanın ödənilməsi” barədə olmuş, cavabdehin apellyasiya şikayətinin əsas dəlili isə iddiaçılar tərəfindən kompensasiya almaq hüququ ilə bağlı qanunla nə zərdə tutulmuş beş illik müddətin ötürülməsi ilə bağlı olmuşdur. Hazırki kassasiya şikayətinin əsas dəlili də məhz iddiaçılar tərəfindən sözügedən müddətin ötürülməsi ilə bağlıdır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müddətlə bağlı yanaşması düzgün olmamışdır. Belə ki, məhkəmə mübahisələndirilən qətnamədə üzürlü səbəb kimi qiymətləndirdiyi halların depozitin qaytarılmasına dair gecikdirilmiş müraciətin edilməsindən sonrakı dövrə təsadüf etməsini nəzərə almamışdır.

74. Eyni zamanda məhkəmə müddətin axımının Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk bildirişin xx.xx.2016-cı il tarixində dərc edildiyi tarixdən hesablanmalı olduğunu da nəzərə almamışdır.

75. Belə ki, əmanətçilər kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündə n başlayaraq bir il ərzində Fonda ərizə ilə müraciət etməmiş, iddiaçıların kompensasiya almaq hüququ cavabdeh tərəfindən ilk bildirişin dərc edildiyi xx.xx.2016-cı il tarixindən başlayaraq beş il müddətində saxlanılmışdır və iddiaçılar xx.xx.2021-ci il tarixdə Fonda və xx.xx.2021-ci ildən məhkəməyə müraciət edərkən bu müddəti ötürmüşlər.

76. Belə ki, “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə görə isə bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildyi gündən başlayaraq beş il müddətinə saxlanıl ır.

77. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

78. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğunu yalnız həmin müddət çərçivəsində baş vermiş hallara münasibətdə aydınlaşdırmalı, istinad edilən maddi hüquq normalarına müvafiq olaraq qiymət verməklə, ədalətli məhkəmə araşdırması hüququnu təmin edərək mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1022/2023 saylı, 2023cü il 27 mart tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar