Məhkəmə qərarları › İş №2(102)-4168/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4168/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4168/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)4640/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyun 2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış olan 25.000 manat məbləğində borcun icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmeti olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən borc məbləği olan cəmi 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi nəzərə alınmaqla, cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(006)-141/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməklə, iddiaçının mərhum atası Tahir Hüseynov ilə cavabdeh arasında bağlanmış 10 iyun 2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə tələbin (25.000 ABŞ dollarının) cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 63.200 manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi, bundan sonra artıq qala biləcək məbləğin cavabdehə verilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)4640/2024 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(006)-141/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qə tnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəki lin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdehin kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

8. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia ipoteka predmetinə tutma yönəldilməklə, borcun ödənilməsi ilə bağlıdır. Yəni, hazırkı iddia - qiymətləndirilən iddia olmaqla, iddiaçının nail olmaq istədiyi məqsəd iddia olunan 25.000 ABŞ dolları məbləğində borcun geri alınmasıdır.

9. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun məbləği tələb olunan vəsaitin Azərbaycan manatına nisbətinə uyğun olaraq hesablanmaqla 217,5 manat, apellyasiya və kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği isə 108,75 manat təşkil etməlidir.

10. Lakin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hazırkı kassasiya şikayətini verən cavabdeh Qanunun bu normalarını pozmuş və cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.

11. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı işdə iddiaçının iddia verərkən düzgün olmayaraq, yalnız 100 manat məbləğində dövlət rüsumu ödəməsi cavabdehi kassasiya şikayəti verərkən qanunla tələb olunan məbləğdə rüsumu ödəmək öhdəliyindən azad etmir. Belə ki, Qanunun qeyd olunan maddələrinin qarşılıqlı təhlili göstərir ki, yuxarı instansiya məhkəmələrinə rüsum birinci instansiya məhkəməsinə rüsumun faktiki ödənilmiş məbləğinə münasibətdə deyil, qanunla ödənilməli olan məbləğə münasibətdə hesablanmalıdır.

12. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasının qənaətinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəm əsinin 27 avqust 2024-cü il tarixli, 2(103)-4640/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar