Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4169/2023 05.10.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətlərini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı (maraqlı şəxslər Maraqlı şəxs1, X2 və Maraqlı şəxs3) “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 ailə üzvləri ilə birlikdə Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, yəni İddiaçı, Maraqlı şəxs1, X1 və Maraqlı şəxs3 ümumi birgə mülkiyyətində torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim T.Məmmədov) xx.xx.2022-ci il tarixli, 2(049)887/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsinin ləğv edilməklə iddia tələbi nin təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), C.İmanov və T.Kərimov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-448/2023 nömrəli mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-887/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək kassasiya şikayəti tərtib etmək üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir.Ərizə 05 iyul 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkil təyin olunmasına dair ərizəsi təmin edilmişdir. İddiaçı 18 avqust 2023-cü il tarixdə Vəkil ilə müqavilə bağlamışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” in formasiya sistemi vasitəsi ilə verilmiş, lakin kassasiya şikayəti yalnız iddiaçının vəkili Vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmişdir. Belə ki, iş materiallarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsini iddiaçı 08 may 2023-cü il tarixdə almış, lakin iddiaçının kassasiya şikayəti vermək üç ün dövlət hesabına vəkil təyin olunmasına dair ərizəsi 05 iyul 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edildiyi kimi Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçıya dövlət hesabına vəkil təyin edilmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti isə 03 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verilmiş və iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak ed ən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçının kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.3 və 411-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı (Vəkil) Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)448/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin
Məhkəmə qərarları › İş №2(102)-4169/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-4169/2023
05.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver