Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-417/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı 04 dekabr 2006-cı il tarixdə "xxxx" MMC-də bölmə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. 3. 08 iyul 2015-ci il tarixdə İddiaçı ilə Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və X11” MMCnin baş direktoru arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Sərnişin daşımalarının təşkili şöbəsinə şöbə rəisi vəzifəsinə işə götürülmüş, müqavilədə onun müddəti göstərilməmişdir.
4. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 18 may 2016-cı il tarixli, 173-ş/h saylı əmri ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 02 may 2016cı il tarixli, 52/ü nömrəli əmri ilə X8 Xidməri “Bakı Sərnişin və X11” MMC-nin adının dəyişdirilməsi, yeni strukturun və ştat cədvəlinin təsdiq olunması nəzərə alınaraq, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə aşağıda adları çəkilən işçilərin (onlardan biri də iddiaçıdır) 18 may 2016-cı il tarixdən "xxxx" MMC-də vəzifəsi dəyişikliyi haqqında X8 Xidmərinin 16 may tarixli, 122/k nömrəli əmri nəzərə alınmaqla, X19 “Bakı Sərnişin və X13” MMC-nin Sərnişin daşımalarının təşkili Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq, "xxxx" MMC-nin Regional qurumlarla iş şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir.
5. İddiaçı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 18 may 2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır.
6. İddiaçı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 04 noyabr 2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı X2 və daşımaların tənzimlənməsi şöbəsinə şöbə rəisi vəzifəsinə qəbul edilmişdir. 7. 14 may 2018-ci il tarixdə İddiaçı ərizə ilə X8 Xidmətinin rəisinə müraciət edərək, Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinə müdir müavini vəzifəsinə keçirilməsinə etiraz etmədiyini göstərmişdir. 8. 16 may 2018-ci il tarixdə İddiaçı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay müddə tinə bağlanmışdır. 9. 02 iyul 2021-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 oktyabr 2021-ci il tarixədək 3 ay, sonradan isə 02 yanvar 2022-ci il tarixədək 3 ay müddətinə uzadılmışdır. 10. 02 yanvar 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 fevral 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. 11. 16 fevral 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 16 mart 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. 12. 16 mart 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 16 aprel 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır.
13. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 15 aprel 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmış və bildirilmişdir ki, “Sizinlə bağlanmış 16 may 2018-ci il tarixli, 11 nömrəli əmək müqaviləsinin müddəti 16 aprel 2022-ci il tarixdə bitdiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sözügedən müqaviləyə xitam v eriləcəkdir.”
14. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" MMCnin baş direktoru tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı əmrə əsasən, MMC-nin sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı 13 iyun 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı "xxxx"in ləğv edilməsi, onun MMC-nin X1 Şöbəsinin müdir müavini vəzifəsinə bərpa edilməsi və 13 iyun 2022-ci il tarixdən məcburi işburaxmaya görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər məbləği hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 13 iyun 2022-ci il tarixli, 90Ş/h saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsindən azad edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı 1993-cü ildən 2022-ci il tarixinə qədər nəqliyyat sahəsində çalışmışdır. 2000-ci il dən başlayaraq əmək fəaliyyətini Nəqliyyat Departamentində davam etdirmişdir. 2015-ci ildən 2016-cı ilə qədər Bakı şəhər X3 Şöbəsinin müdiri vəzifəsində, 2016-2018-ci illərdə X2 və X3 Şöbəsinin müdiri vəzifəsində, 2018-ci ildən 2022-ci ilə qədər X3 Şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Nəqliyyat sahəsində çalışdığı 29 il ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1 aylıq əmək müqavilələri imzalanmışdır.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etmiş, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsini müddətsiz bağ lamalı idi, belə ki, iddiaçı artıq uzun müddət idi ki, göstərilən sahədə işləmişdir. Müqavilə qanunsuz olaraq müddətli bağlandığından, həmin müddətin bitməsi ilə cavabdeh 13 iyun 2022-ci il tarixli əmr vermiş, iddiaçı işdən azad edilmişdir.
18. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixində X8 Xidmətinə ərizə ilə müraciət edərək həmin ildə həyata keçirilmiş struktur dəyişikliyi ilə əlaqədar onu “Sərnişin daşımalarının tənzimlənməsi şöbəsi”nin müdir müavini vəzifəsinə keçirilməsini xahiş etmiş və bununla əlaqədar onunla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində qeyd edilən məzmunda müddətli müqavilə bağlanaraq iddiaçı həmin vəzifəyə işə qəbul edilmişdir. İddiaçının Cəmiyyətdə işlədiyi müddət ərzində onunla bağlanmış əmək müqavilələrinin müddəti uzadılmış və son olaraq xx.xx.2022-ci il tarixdə onunla bağlanmış müqavilənin müddəti bitdiyinə görə qanunauyğun olaraq müqaviləyə xitam verilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 16 iyun 2022-ci il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər müddətli əmək müqaviləsinin bağlanıbbağlanmamasında sərbəstdirlər və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
19. Bakı şəhəri Binəqədi Rayon Mə hkəməsinin (hakim X4) e-2(001)-5035/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.
20. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında sərbəst şəkildə, 16 may 2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə bir neçə dəfə edilmiş əlavələrlə onun müddəti əlavələrdə göstərilən müddətlərə uzadılmış, həm müqavilə, həm də əlavələr iddiaçı, eləcə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, lakin müqavilə faziləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş və 13 iyun 2022-ci il tarixdə müqavilə müddətinin qurtarması əsası ilə iddiaçı ilə cavabdehin əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi tərəflər arasında əmək müqavilələri qarşılıqlı razılıq əsasında sərbəst şəkild ə bir neçə dəfə müddətli bağlanmış, iddiaçının müqavilənin müddətli bağlanması ilə bağlı tələbi olmamışdır. Belə olan halda cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli, 90Ş/h saylı "xxxx"in ləğv edilməsi üçün əsas mövcud deyil.
21. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 42(1), 45(1), 45(2), 45(4), 45(5), 47(f), 68(2b), 73(1)-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, hazırki iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 45, 73 və 300-cü maddələri təşkil etməkdədir. Belə ki, işəgötürən işçi ilə əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verməkdə haqlı olmamışdır. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin tələb edilməsi kifayət qədər qanuni və əsaslıdır. Bundan başqa “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi qərara alınmışdır. Odur ki, iddiaçı eyni qurumda bir neçə ildir ki, fasiləsiz olaraq işləməkdədir və onunla müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil etməkdədir.
24. Apellayasiya icraatı zamanı cavabdeh "xxxx" MMC hüquq varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №- li Fərmanı ilə bir sıra təşkilatların, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin hüquq varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndələri Vəkil2 və Cavid Abdurrahmanov bildirmişdirlər ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC- nin hüquq varisi deyil, ona görə də Agentliyin cavabdehin hüquq varisi kimi tanınması düzgün sayılmır. 26.. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-682/2023 nömrəli, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya məhkəməsi tərəfindən cavabdeh, hüquqi varisi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir.
28. Kollegiya qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsində müdir müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəğötürənin (MMC-nin baş derektorunun) xx.xx.2022-ci il tarixli, K/248 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə xx.xx.2022-ci il tarixdən ləğv edilib. Belə ki, əmək müqaviləsi müddətli olub və müddət b itib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının əmək fəaliyyətində heç bir qüsur olmayıb, o cümlədən rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirib. Lakin bu hal əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinin ləğvinə mane olmur. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib.
29. Kollegiya bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanının 1-ci bəndindən görünür ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC-nin əsasında yaradılıb. O cümlədən Fərmanın 3.2-ci bəndindən görünür ki, MMC-nin əmlakı Ag entliyin balanasına keçir. Fərmanın 1-ci bəndində istifadə olunan “əsasında” ifadəsi və Fərmanın 3.2-ci bəndində qeyd olunan "xxxx" ifadəsi məhkəməyə əsas verir ki, Agentliyi əmək münasibətində MMC-nin hüquq varisi kimi tanısın. Həmçinin nəzərə alınmalıdır ki, Fərmanda MMC-nin ləğv edilməsi qeyd edilməyib. Əgər MMC ləğv edilsəyidi, bu halda hüquq varisliyi istinsa olunardı. Belə ki, Mülki Məcəllənin 59.1-ci maddəsinə görə, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
30. Kollegiya qeyd etmişdir ki, Fərman xx.xx.2021-ci il tarixdə verilsə də, onun 8-ci bəndində qeyd olunub ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlə t qeydiyyatına alındığı günədək MMC fəliyyətini davam etdirsin. Əmək müqaviləsinin ləğvi barədə əmrin verdildiyi zaman (xx.xx.2022-ci ildə) Agentlik hələ dövlət qeydiyyatına alınmamışdı. O cümlədən birinci instansiya məhkəməsində icraat zamanı Agentlik dövlət qeydiyyatına alınmamış, ona görə də hüquq varisliyi məsələsi apellyasiya icraatı zamanı həll edilmişdir.
31. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 59.1, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
32. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Bakı Apellyasiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər hakimlər X9 (məruzəçi), X10 və X14) 2(102)-2242/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 fevral 2023-cü il tarixli 2(103)- 682/2023 nömrəli qətnamə si tamamilə ləğv edilmişdir.
35. Kollegiya qeyd etmişdir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İddiaçı bildirir ki, eyni qurumda bir neçə ildir ki, fasiləsiz işləməkdədir və onunla müddətli əmək müqaviləsi bağlanması əmək qanunvericiliyinin müddəaları ilə ziddiyət təşkil edir. Belə olan halda, cavabdeh təşkilatın müddətsiz əmək müqaviləsi ilə işləyən iddiaçı ilə hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, apellyasiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmalıdır. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli əmək müqaviləsi ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına, ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməli dir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. İşəgötürənlə işçi arasında tabelik, asılılıq münasibətləri vardır və bu münasibətlərdə işəgötürənin üstün vəziyyətdə olduğu şübhəsizdir. Ona görə də müddətsiz əmək müqaviləsi ilə uzun müddət fasiləsiz işləyən işçi ilə müddətli əmək müqaviləsi bağlanmaqla əmək münasibətlərinin davam etdirilməsi halında hüquq bərabərliyi prinsipinə əməl olunub-olunmamasına qiymət verərəkən həmin faktor da nəzərə alınmalıdır.
36. Məhkəmə kollegiyası bu baxımdan, apellyasiya məhkəməsinin iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə ist inad etməsini əsaslı saymır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunlu ğu (uyğunsuzluğu) əsaslandırmamışdır. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir
37. Kollegiya bildirmişdir ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
38. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və beləliklə prosessual hüquq normalarının tələblərini də pozmuşdur.
39. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45(1), 45(4), 47(f) 68 (2-ci hissə b bəndi), 73(1) 83(1), 84 (1), 84 (2), MPM-in 14.2, 77-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X7) 2(103)-4793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5035/2022 nömrəli, 07 oktyabr 2022ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X8 Xidməti "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 90-ş/h saylı əmri ləğv edilmiş, İddiaçı "xxxx" MMC -nin hüquqi varisi olduğu “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsdə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə bərpa edilmiş və ona xx.xx.2022-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
41. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması etibarlı sayıla bilməz. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin İ və İV hissələri, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilməd ən bağlanmalıdır. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
42. Kollegiya bildirmişdir ki, hazırki işin hallarıda əsasən işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. İşçini n bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsinin hansı zərurətdən baş verdiyinin səbəbləri barədə izah verilməsi cavabdehdən xahiş edilsə də, tərəfindən hər hansı məlumat məhkəməyə verilməmişdir. Beləliklə iddiaçı xx.xx.2006-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən işə qəbul olunmuş, xx.xx.2022-ci ilədək, yəni beş ildən çox müddətdə davamlı olaraq orada işləmiş, buna baxmayaraq onunla MMC arasında xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi (3 ay) bağlanılmışdır. Halbuki müddətli əmək müqaviləsinin məzmunundan də göründüyü kimi, o, faktiki olaraq əvvəlki müqavilələrə əsasən işlədiyi iş yerinə yenidən götürülmüşdür.
43. Etirazın dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nət icəsində adı və strukturu dəyişdirilmiş qurumda müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin qısa müddətli əmək müqaviləsi əsasında eyni işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və y a təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1463 №-li Fərmanının 1-ci bəndindən görünür ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs "xxxx" MMC-nin əsasında yaradılıb. O cümlədən Fərmanın 3.2-ci bəndindən görünür ki, MMC-nin əmlakı Agentliyin balanasına keçir. Fərmanın 1-ci bəndində istifadə olunan “əsasında” ifadəsi və Fərmanın 3.2-ci bəndində qeyd olunan "xxxx" ifadəsi məhkəməyə əsas verir ki, Agentliyi əmək münasibətində MMC-nin hüquq varisi kimi tanınmışdır. Fərman xx.xx.2021-ci il tarixdə verilsə də, onun 8-ci bəndində qeyd olunub ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dö vlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək MMC fəliyyətini davam etdirsin. Əmək müqaviləsinin ləğvi barədə əmrin verdildiyi zaman (xx.xx.2022-ci ildə) Agentlik hələ dövlət qeydiyyatına alınmamışdı. O cümlədən birinci instansiya məhkəməsində icraat zamanı Agentlik dövlət qeydiyyatına alınmamış, ona görə də hüquq varisliyi məsələsi birinci apellyasiya icraatı zamanı həll edilmişdir.
44. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2006-cı ildən işlədiyi və əmək müqaviləsi mü ddətsiz xarakter daşıdığı halda isə, xx.xx.2018-ci il tarixində yenidən cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz.
45. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-1, 7.2, 11, 42.1, 45.1, 45.2 və 47.1, 49.1, 68(b), 73.1, 300.1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
46. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən apellyasiya qaydasında baxı lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, “Hazırkı işin hallarıda əsasən işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsinin ha nsı zərurətdən baş verdiyinin səbəbləri barədə izah verilməsi cavabdehdən xahiş edilsə də, tərəfindən hər hansıməlumat məhkəməyə verilməmişdir”. Bununla əlaqədar onu xüsusilə qeyd etmək istərdik ki, əvvəla məhkəmə tərəfindən cavabdeh məhkəmə prosesində 50-ci bəndinin son cümləsində qeyd edilən məzmunlu sual verilməmişdir. Digər tərəfdən də, yuxarıda qeyd etdiyimiz kimi, işçi, yanı iddiaçı öz iradə ifadəsini məhz onun müddətli əmək müqaviləsi bağlamaq məqsədi ilə verdiyi ərizəsi ilə ifadə etmişdir. Belə ki, iş materialından da göründüyü kimi, iddiaçı ali savadlı şəxs olmaqla uzun müddət müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləməklə öz hüquqlarını bildir. Və əgər o öz iradə ifadəsini sərbəstə şəkildə ifadə edərək işə götürənə qeyd edilən məzmunlu ərizə ilə müraciət etməsəyd i və dəfələrlə həmin müqavilənin müddətini könüllü olaraq uzatmasaydıMəcəllədə qeyd edilən həmin hüquqlarından istifadə edərək müvafiq şikayətlər edə bilərdi. Lakin, iddiaçı onun bərabərlik hüququnun işəgötürən tərəfindən pozulmasını və onun qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlanması barədə müvafiq orqanlara və ya məhkəmə müraciət edərdi. Lakin, o belə müraciətlər etməmiş, bunu təsdiq edəcək hər-hansı bir sübutu məhkəməyə təqdim etməmiş və qeyd edilən sübutlar məhkəmədə tədqiq edilməmişdir. Beləliklə qətnamədən göründüyü kimi, Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilməyən və bunu sübut edəcək hər-hansı bir sübut təqdim edilməyən hallarına istinad etmiş, həmin hallara dair mövqeyini əsaslandırmaq məqsədi ilə hər-hansı bir qanuna və ya digər h üquqi aktlara istinad etməmişdir
48. Kassator daha sonra qeyd etmişdir ki, məhkəmə qətnaməsinin 39-cü bəndində Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etsə də faktiki həmin maddələrin imperativ tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilməyən və bunu sübut edəcək hər-hansı bir sübut təqdim edilməyən hallarına istinad etmiş, həmin hallara dair mövqeyini əsaslandırmaq məqsədi ilə hər-hansı bir qanuna və ya digər hüquqi aktlara istinad etməmişdir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 etiraz təqdim edərək kassasiya şikayətinin tamamilə formal mülahizələrlə əsaslandırıldığından təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
50. Maddə 2, hissə
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
51. Maddə 45, hissə
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
52. Maddə 45, hissə
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bi lməz.
53. Maddə 45, hissə
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
54. Maddə 45, hissə
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
55. Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
56. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.
57. Maddə 300.1 əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndir ildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Mübahisyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı cavabdeh təşkilatda müddətsiz əmək müqaviləsi əsasında işləmişdir, buna baxmayaraq 16 may 2018-ci il tarixdə onunla üç aylıq əmək müqaviləsi bağlanmışdır (§ 2-8). 6
7. Kassasiya kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi ilə çalışan işçi ilə üç üç aylıq müddətli əmək müqaviləsinin rəsmiləşdirilməsi tərəflərin həqiqi iradəsinə və hüquq bərabərliyi prinsipinə uyğun gəlmirsə qanuni və əsaslı sayıla bilməz.
68. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
69. Bu səbəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək mü qaviləsinin müəyyən müddətə bağlanması üçün “hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur (§ 55).
70. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işçinin irədəsi ilə bağlanması inandırıcı görünmür.
71. Ona görə də ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavi lə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına ƏMnin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri (§ 50) əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.
72. Hazırkı mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu nəticəyə gəlmişlər ki, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanması Əmək Məcəlləsinin 47-ci maddəsinə uyğun olmamışdır.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səla hiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır.
76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.