Məhkəmə qərarları › İş №2(102)-4170/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4170/2020

23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4170/2020 23.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, 9.660 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəs inə uyğun olaraq), habelə qiymətləndirmə hesabatı üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitlərinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim H.Hüseynli) xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-2385/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Cəmilova (sərlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, də lilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh, informasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olan İddiaçı MMC-nin direktoru olduğu müddət ərzində həmin MMC ilə rəqabət aparan “xxxx” adlı hüquqi şəxs yaratmışdır. Təsis etdiyi və rəhbəri olduğu həmin şirkət “Sanmar və Elektrik İnş. X6 X7” şirkətinə 100.000 ABŞ dolları dəyərində informasiya texnologiyaları avadanlıqları satmış və nəticədə iddiaçı şirkət 9.660 ABŞ dolları məbləğində gəlirdən məhrum olmuşdur. Apelyasiya məhkəməsinə təqdim etdikləri elektron poçt yazışmalarının surətindən görünür ki, Cavabdeh, bu satışı etmək üçün İdd iaçı MMC-nin əməkdaşlarından, işgüzar münasibətlərindən və nüfuzundan istifadə edərək iddiaçının adına endirim almış və bütün yazışmaları və sifarişi İddiaçı MMC-nin adından etmişdir. Bununla da, cavabdeh belə rəqabəti qadağan edən Mülki Məcəllənin 49.3-cü maddəsinin tələblərini və əmək müqaviləsinin 4.19-cu bəndini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə qətnamə qəbul edərkən bu halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndsəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları: Mübahisəsiz hallar: İddiaçı xx xxxx 2006-cı il tarixdən hüquqi şəxs kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Şirkətin üç təsisçisi vardır: “X4 Limited” şirkəti (nizamnamə kapitalındakı mayası 50%), “xxxx” QSC (nizamnamə kapitalındakı mayası 30%) və Cavabdeh (nizamnamə kapitalındakı mayası 20%). Cəmiyyətin əsas fəaliyyətinə lisenziyalı proqram təminatının satışı, proqram təminatının seçilməsi, quraşdırılması üzrə məsləhətlərin verilməsi, proqram təminatının saxlanması, ticarət, alqı-satqı və s. digər işlər daxildir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə əsasən, Cav abdeh cəmiyyətin direktoru vəzifəsinə təyin edilmiş və hüquqi şəxsin qanuni təmsilçisi kimi vergi orqanında qeydə alınmışdır. Cavabdeh, İddiaçı MMC-nin təsisçisi və direktoru olduğu dövrdə, yəni xx.xx.2015-ci ildə Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrində qeydiyyatdan keçmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi qeydə alınmışdır. xx xxxxxx 2016-cı il tarixli hesab fakturasından görünür ki, “xxxx” MMC tərəfindən “Sanmar və Elektrik İnş. X6 X7” şirkətinə informasiya texnologiyaları avadanlıqlarının satılması ilə əlaqədar MMC-yə 100.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli əmri ilə Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Mübahisəli hallar: İ ddiaçı MMC bildirir ki, Cavabdeh cəmiyyətin təsisçisi və direktoru olduğu dövrdə təsis etdiyi və direktoru olduğu “xxxx” MMC vasitəsilə informasiya texnologiyaları avadanlıqlarının satışı ilə məşğul olmuşdur. Belə ki, “xxxx” MMC ilə “Sanmar və Elektrik İnş. X6 X7” şirkətinə 100.000 ABŞ dolları dəyərində imformasiya texnologiyaları avadanlıqları satmaqla Mülki Məcəllənin 49.3-cü maddəsinin və Əmək müqaviləsinin 4.19-cu bəndinin tələblərini pozmuşdur. Yəni, Cavabdeh, İddiaçı MMC ilə rəqabət aparan eyni və oxşar fəaliyyətlə məşğul olmuş, üçüncü şəxslərə lazım olan mal və xidmətləri İddiaçı MMC-nin vasitəsilə deyil, özünün sonradan təsis etdiyi və rəhbəri olduğu başqa hüquqi şəxs vasitəsilə təqdim etmişdir. Hətta yazışmaları İddiaçı MMC-nin adından aparmaqla onun işgüzar münasibətlərindən və n üfuzundan istifadə etmişdir. Cavabdeh isə bildirir ki, özünün həmtəsisçisi və direktoru olduğu şirkətə rəqib ola biləcək şirkətlər yaratması absurd haldır. Ona məxsus şirkətlər mövcuddur, bu şirkətlər vasitəsilə dövlət müəssislərinə proqramların yazılması, yaradılması və quraşdırılması və s. sahələrlə məşğul olur. Bu şirkətlərin sahəsi İddiaçı MMC-nin sahəsindən tamam fərqlidir. “xxxx” MMC-yə verilmiş sifarişin İddiaçı MMC-yə məxsus olması və sonuncunun müştərilərinin cəlb edilməsi ilə bağlı ortalıqda hər hansı bir sübut yoxdur. “xxxx” MMC onun adına rəsmiləşsə də bu fəaliyyət İddiaçı MMC-nin çərçivəsində baş vermişdir. İddiaçı MMC “Microsoft” şirkətini Azərbaycanda təmsil edir və Türkiyə Respublikasında yerləşən şirkətlərlə əlaqə yarada bilməzdi. Bu səbəbdən də “xxxx” MMC şirkəti açılmış və əməliyyatlar aparılmışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlayarkən Mülki Məcəllənin 49.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin PlenumununX şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2016-cı il tarixli qərarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hüquqi şəxsin adından çıxış edən şəxs, həmin təmsil etdiyi hüquqi şəxsin adından çıxış edərkən və onun mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanlı olmalı, peşəkar qaydada hərəkət e tməlidir. Habelə, onun maraqlarını öz maraqlarından üstün tutmalı, qərarların qəbulu zamanı ədalətli olmalıdır. Hazırki işdə isə iddiaçı cavabdehin hüquqi şəxsi təmsil edərkən ona qarşı yuxarıda sadalanan hallara yol verdiyini təsdiq edə biləcək hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. Apelyasiya məhkəməsi iddiaçının “cavabdehin oxşar müəssisələr təsis edib, iddiaçının müştəri kütləsini həmin müəssisələrə cəlb etməsi və gəlir əldə etməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla həmin dəlillər iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, müəssisənin mənfəəti olmamışdır. Digər tərəfdən, həmin müəssisə mənfəət əldə etmiş olsaydı belə, bu mənfəətin iddiaçı şirkətin müşt əri kütləsinin cəlb edilərək əldə olunması faktı yenə də iş materialları ilə təsdiq olunmur. Bundan başqa, həmin mənfəət müəssisənin mənfəəti olsaydı belə, onun hazırda müəssisənin xərcləri çıxılmadan həmin müəssisədən deyil, cavabdeh qismində iştirak etməli olmayan fiziki şəxs Cavabdeh tələb olunması düzgün deyil. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, iş üzrə hüquq normaları düzgün tətbiq edilməmişdir. Əvvəla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in istinad edilən qərarı hüquqi şəxsin direktorunun kredit müqaviləsi əsasında götürdüyü pulu şirkətin hesabına keçirməməsi iddiası əsasında yaranan mübahisə üzrə fərdi şikayətlə bağlıdır. Şirkətə bağlılığı olan şəxsin onunla rəqabət aparma qadağasına dair məsələlər xüsusi olaraq həmin qərarda araşdırılmamışdır. Hazırkı işdə isə mübahisə hüquqi şəxsin həmtəsisçisinin və direktorunun həmin hüquqi şəxslə eyni sahədə fəaliyyət göstərən başqa şirkət vasitəsilə rəqabətdə olması barədədir. Məlum olduğu kimi ölkəmizdə təşviq olunan liberal iqtisadiyyat bazar münasibətlərinə, azad sahibkarlıq və sərbəst rəqabət prinsiplərinə söykənir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinin İ hissəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşı na və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bunun təbii nəticəsi kimi bütün şəxslər əmlak aktivlərini artırmaq üçün bir-biri ilə yarışa və üstünlük qazanmağa çalışa bilərlər. Odur ki, rəqabət haqlı bir şəkildə aparıldığı müddətdə sərbəstdir və qanunvericiliklə qorunur. Çünki, rəqabət bir qayda olaraq iqtisadi sahədə səmərəliliyi artırır, istehsal edilən mal və xidmətlərin keyfiyyətini yüksəldir. Amma rəqabətin sağlam şəkildə aparılmaması və bundan sui-istifadə edilməsi də mümkündür. Bu səbəbdən rəqabət azadlığı mütləq deyil. Qanunverici rəqabət azadlığına müəyyən məhdudiyyətlər gətirməklə onun hüdudlarını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin İİ hissəsi nə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Göründüyü kimi haqsız rəqabətin yolverilməzliyi konstitusion səviyyədə təsbit edilməklə iqtisadi münasibətlərdə rəhbər tutulmalı olan prinsip halına gətirilmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edən, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradan, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutan ayrıca qanun qəbul edilmişdir (x xxxx 1995-ci il, № 1049). Bu prinsipə uyğun olaraq, mül ki hüquq münasibətlərində hüquqi şəxsi təmsil edən fiziki şəxslər üçün də rəqabət qadağası müəyyən olunmuşdur. Mülki Məcəllənin 49.3-cü maddəsinə görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Göründüyü kimi, bu norma şirkətin idarəetmə orqanlarında təmsil olunan şəxslərin tutduqları mövqeyə görə malik olduqları bilgilərdən (şirkətin k ommersiya sirləri, fəaliyyət metodları, müştəri dairəsi, sektordakı tələbat və s.) şirkət əlehinə istifadə edərək özünə və ya üçüncü şəxslərə fayda təmin etmələrinə, mənfəətləri toqquşduğu halda öz maraqlarını üstün tutmalarına və beləliklə də şirkətə zərər vurmalarına, başqa sözlə, özlərinin rəqabət etmək haqqından başqasına zərər verəcək şəkildə istifadə etmələrinə qarşı yönəlmiş bir tənzimləmədir. Bu baxımdan müvafiq əsaslar mövcud olduqda MM-in 49.3-cü maddəsindəki qaydanın tətbiqi, azad sahibkarlıq, habelə təşəbbüskarlığın qorunması və inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Nəzərdən qaçırılmamalıdır ki, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq həmin Məcəllənin vəzifəsi kimi müəyyən edilmişdir (1-ci maddə). O da nəzərə alınmal ıdır ki, sözügedən qadağa mahiyyət etibarilə sərbəst rəqabət hüququ ilə toqquşduğu üçün onun düzgün təfsir və tətbiq olunması vacibdir. Nəzərə alınmalıdır ki, rəqabət qadağası iqtisadi sistemin dayandıqlığında mühüm rol oynayan şirkətlərin mənfəətlərini elə onların öz ortaqları və idarəçilərindən gələn təhlükələrdən qorumaq məqsədilə şəxsin rəqabət azadlığına gətirilmiş qanuni məhdudiyətdir. Bu məhdudiyyət həm də qanuni məqsəd daşıyır. Belə ki, həmin tənzimləmə şirkətlərin ticari fəaliyyətini güvənli bir şəkildə həyata keçirmələrinə və ümumilikdə sağlam sahibkarlıq mühitinin qorunmasına yönəlmişdir. Bununla belə, sözügedən məhdudiyyət şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququnu tamamilə aradan qaldıracaq mahiyyətdə deyil. Mütənasibliyin təmin edilməsi üçün rəqabət qadağasının dar təfsir olunması lazımdır. Odur ki, qadağa hüquqi şəxsin təsis sənədlərində və digər müqavilələrində göstərilən bütün fəaliyyət sahələri üçün deyil, onun faktiki fəaliyyət göstərdiyi sahədə görülən işlər və şəxsin şirkətə bağlı olduğu müddət üçün nəzərə alınmalıdır. Başqa sözlə, hüquqi şəxs adından çıxış edən şəxsin şirkətin faktiki fəaliyyət sahəsinə girməyən bir işlə məşğul olması qadağan edilməmişdir. Bundan əlavə, qadağanın müddəti bir qayda olaraq ona səbəb olan hüquqi statusun (ortaqlıq, direktor, digər idarəetmə orqanlarının təmsilçisi) əldə edilməsi ilə başlayır və itirilməsi ilə başa çatır. Mülki hüquq nəzəriyyəsində şəxsin şirkətdə olarkən planlanmış və ya başlamış hərəkətlər, başqa bir ifadə ilə əsası şirkətdəki xidmət dövründə qoyulmuş və oradan ayrıldıqdan qısa müddət sonra həyata keçiririlən işlər də normadakı qadağanın əhatə dairəsinə aiddir. Kollegiya onu da vurğulayır ki, rəqabət qadağasına aid müddəaların təməl dayanağı sədaqət öhdəliyidir. Çünki, hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi arasında bir etibar və etimad münasibəti vardır. Bu münasibət hüquqi baxımdan vəkalət və ya xidmət sayılır. Bu müqavilələrdə isə təmsil edən, yaxud işçi üçün güvən prinsipinin nəticəsi kimi sədaqətli olmaq vəzifəsi ön plana çıxır. Sədaqət öhdəliyi, hüquqi münasibətdə olan tərəflərin bir-birlərinin mənfəətlərini nəzərə almaları, zəruri olduqda öz maraqlarını qarşı tərəfin maraqlarından üstün tutmamağı, ortaqılıq və birliyin məqsədinin gerçəkləşməsi üçün səy göstərməyi, bəlli hədəflərə çatmağa zərər verən hərəkətlərdən çəkinməyi və təmsil olunanın mənafeyinə bağlılığı özündə ehtiva edir. Bu səbəbdən şirkətinin təsisçisinin və ya direktorunun şirkətlə rəqabət etməsi, yəni onunla eyni sahədə fəaliyyət göstərən başqa bir hüquqi şəxs yaratması, onun idarəçiliyində yer alması, müvafiq ticarət əməliyyatları aparması ortaqlar arasındakı güvən duyğusunu zədələyən, sədaqət öhdəliyini pozan hərəkət hesab edilir və Mülki Məcəllənin 49.3-cü maddəsinin tələblərinin birbaşa pozulmasına səbəb olur. Hazırkı işin hallarından görünür ki, Cavabdeh infarmasiya texnologiyaları avadanlıqlarının satışını həyata keçirən İddiaçı MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. Bu statusu daşıdığı dövrdə öz adına oxşar fəaliyyəti həyata keçirən “xxxx” MMC-ni rəsmiləşdirmiş və onun direktoru kimi vergi orqanında qeydə alınmışdır. Üstəlik tərəflərin izahatlarından və işdəki sənə dlərdən aydın olur ki, “xxxx” MMC vasitəsilə “Sanmar və Elektrik İnş. X6 X7” şirkətinə 100.000 ABŞ dolları dəyərində informasiya texnologiyaları avadanlıqları satılmışdır. Cavabdeh, İddiaçı MMC-yə rəqib ola biləcək şirkət yaratmadığını, “xxxx” MMC-yə verilmiş sifarişin İddiaçı MMC-yə məxsus və sonuncunun müştərilərini cəlb etməsi ilə bağlı hər hansı sübutun olmadığını bildirsə də, işin aşağıdakı halları bu qənaətə gəlməyə imkan vermir. Belə ki, Cavabdeh nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, həqiqətən də ona məxsus şirkətlər mövcuddur, bu şirkətlər vasitəsilə dövlət müəssislərinə proqramların yazılması, yaradılması və quraşdırılması və s. sahələrlə məşğul olur. Göründüyü kimi, bu fəaliyyətin özü Cavabdeh təsisçisi və direktoru olduğu İddiaçı MMC-nin faktiki məşğul olduğu informas iya texnologiyaları üzrə xidmətlərin göstərilməsi sahəsinə daxildir. Kollegiya bildirir ki, yuxarıda qeyd edilən rəqabət qadağası birə-bir eyni əməliyyatları deyil, eyni ümumi iqtisadi fəaliyyət sahəsini nəzərdə tutur. Yəni, bir hüquqi şəxsin təsisçisi və rəhbərinin eyni məzmunda başqa bir kommersiya qurumunu işlətməsi, eyni sahədə fəaliyyət göstərən şirkət qurması və ya rəqabət halındakı başqa şirkətdə idarəçi olması kimi addımların hamısı rəqabət anlayışı içərisində dəyərləndirilir. Qadağaya tabe olmalı şəxsin özünün və ya üçüncü şəxsin xeyrinə bu hərəkətlərdən hansınısa bir dəfə etməsi pozuntu kimi qəbul olunur. Bu baxımdan, şəxsin bağlı olduğu şirkət məsələn, informasiya texnologiyaları sahəsində proqram və avadanlıq satışı ilə məşğul olursa, həmin fiziki şəxsin müvafiq tələbat, müştər i dairəsi, ticarət üsulları və s. biliklərinə görə bu sahədə şirkətdən kənar hər hansı formada fəaliyyəti qadağandır. Odur ki, fiziki şəxsin belə bir fəaliyyət içində yer alması sözügedən qadağanı pozması qənaətinə gəlmək üçün kifayətdir. Bunun üçün onun əməliyyatları üzrə müştəri və mal sifarişlərinin məhz şirkətin münasibətdə olduğu müştərilər və aldığı sifarişlərlə dəqiq eyni olması zərurəti yoxdur. Əks yanaşma MM-in 49.3-cü maddəsini əhəmiyyətsız hala gətirərdi. Çünki əksər hallarda həmin normanın tələblərini pozan hərəkətləri belə şərtlərlə sübuta yetirmək çətin və ya mümkünsüz olur. Təsadüfi deyil ki, “Haqsız rəqabət haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində haqsız rəqabət anlayışına aydınlıq gətirilərkən haqsız rəqabət hesab olunan hərəkətlər üçün digər bazar subyek tinə “zərər vuran” və ya “xələl yetirən” deyil, “zərər vura bilən”, “xələl yetirə bilən” ifadələri işlədilmişdir. Hazırkı işdə cavabdehin İddiaçı MMC ilə eyni sahədə fəaliyyət göstərən “xxxx” MMC-ni qurması, onun rəhbəri olması, hətta bu şirkət vasitəsilə informasiya texnologiyaları avadanlıqları satması iddiaçının izahatı ilə yanaşı, iş materialları və onun özünün izahatı ilə təsdiq olunur. Bundan əlavə, cavabdeh, xxxx” MMC-dəki fəaliyyətinin İddiaçı MMC-nin razılığı çərçivəsində baş tutduğunu, sonuncunun Türkiyə Respublikasında yerləşən şirkətlərlə əlaqə yarada bilməməsini bildirilsə də, İddiaçı MMC-nin belə bir razılıq verilməsini və ya xarici ölkə(lər)lə bağlı fəaliyyət göstərə bilməməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Mülki prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, tərəflərin yazılı razılaşmasından görünür ki, iddiaçı şirkət cavabdeh fiziki şəxsə şirkətlə rəqabət edə biləcək işdə çalışmasına icazə verməmişdir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 4.19-cu bəndinə görə, işçi iş vaxtından kənar vaxtda və ya işəgötürənin razılığı ilə iş vaxtı ərzində işəgötürənlə rəqabətdə olmayan müəssisədə əlavə iş yerində əvəzçilik üzrə işləyə bilər. Hazırkı vəziyyətdə İddiaçı MMC, Cavabdeh Mülki Məcəllənin 49.3-cü maddəsinin və əmək müqaviləsinin 4.19-cu bəndinin tələblərini pozmaqla, “xxxx” MMC vasitəsilə həyata keçirdiyi mal satışına görə adi mülki dövriyyədə əldə edə biləcəyi 9.660 ABŞ dolları məbləğində zər ərin əvəzini tələb edir. Qanunda sözügedən qadağanı pozan şəxsin hüquqi məsuliyyəti aşağıdakı kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Nəzərə alınmalıdır ki, qeyd olunan zərər, daha çox şəxsin rəqabət etməklə həyata keçirdiyi əməliyyatın şirkətin hesabına aparılmamasından yaranan gəlir itkisidir. Dolayısı ilə, qadağanı pozan şəxsin əməliyyatı öz (özünün başqa şirkəti) hesabına etməsi nəticəsində əldə etdiyi mənfəət şirkət baxımından əldən ç ıxmış fayda anlamına gəlir ki, bu da zərərin bir növüdür. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Diqqət edilməlidir ki, normadakı “həmin şəxs” ifadəsi ilə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan və məlum qadağanı pozan hər hansı şəxs nəzərdə tutulmuşdur. Bu səbəbdən apellyasiya məhkəməsinin zərərin əvəzinin fiziki şəxs Cavabdeh tələb edilməsinin düzgün olmaması barədə mövqeyi əsassız dır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmadığı və hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar