Məhkəmə qərarları › İş №2(102)-4170/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4170/2024

26.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4170/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “V.Y.Axundov adına Elmi X39 İnstitutu” X62rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4170/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X16 ibarət tərkibdə, İddiaçı cavabdeh “V.Y.Axundov adına X13 İnstitutu” X62rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)-5057/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh “V.Y.Axundov adına X13 İnstitutu” X88 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 2022-ci ilin oktyabr ayından etibarən “V.Y.Axundov adına X13 İnstitutu” X70 “kadrlar üzrə müfəttişi” vəzifəsində işləməyə başlamış, 2022-ci ilin dekabr ayından etibarən həmin X81 “X78si” bölməsində “şöbə müdiri” vəzifəsini icra etməyə başlamışdır.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri tərəfindən “V.Y.Axundov adına Elmi Tədqiqat və X40” X70 direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “İnstitutu n sabiq işçisi Sevinc Məmmədovanın əmək kitabçasının X78sində aşkar edilməməsi barədə müraciət araşdırılmış, müraciətin araşdırılması nəticəsində X78sində Sevinc Məmmədovanın əmək kitabçasının itirilməsi müəyyən olunmuşdur. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması ve onun tərtibi qaydaları" pozulmuş, əməkdaşların şəxsi işləri və əmək kitabçalarının qorunması lazımı səviyyədə təmin olunmamış, X51 müdiri İddiaçı funksional vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmışdır. Göstərilənləri nəzərə alaraq, X51 müdiri İddiaçı barəsində ciddi intizam tənbehi tədbirləri görüb 3 iş günü ərzində Səhiyyə Nazirliyinə məlumat verilməsi Sizə tapşırılır.” 3. “V.Y.Axundov adına Elm i Tədqiqat və X40” X70 474 nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq edilmişdir. 4. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40”nun elmi işlər üzrə direktor müavini Akif Qurbanov, Baş həkim Şəfəq Mustafayeva və İnzibati işlər üzrə direktor müavini Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda aşağıdakılar göstərilmişdir: “Bu aktı ondan ötrü tərtib edilir ki, “V.Y.Axundov adına X13 İnstitutunun əməkdaşlarının işə davamiyyəti nizamintizamı müəyyənləşdirmək üçün Oktyabr və Noyabr aylarında barmaq izi əsas götürülməklə iş vaxtının Uçot tabeli ilə Maaş cədvəlləri işçilərinin ərizlərini və əmrlərin olub-olmaması əsas götürülərək yoxlanma aparılmışdır. Y oxlama nəticəsində əsasız olaraq tabeldə qaralamalar və aşağıdakılar təsbit edilmişdir.

1. Parazitar və Tropik xəstəliklər şöbəsinin X14 avqustun 7-si tarixindən bu günə kimi hər hansı bir ərizəsi və bülleteni olmadan işdə olmadığı aşkar olunmuşdur. Buna baxmayaraq Ruhiyyə Məmmədhəsənovaya noyabr ayı tam əməkhaqqı ödənilmişdir.

2. İmmunologiya şöbəsinin elmi işçisi Nəzrin Rzayeva 13 noyabr 2023-cü il tarixində 1899 D.O özhesabına məzuniyyət ərizəsi ilə müraciət etməsinə və icazə verilməsinə baxmayaraq maaş cədvəlində tam əməkhaqqı yazılmışdır.

3. Poliklinika şöbəsinin həkim-infeksionisti Nigar İsmayılova oktyabr ayında üzrsüz səbəblərə görə işdə olmamasına baxmayaraq tam əməkhaqqı ödənilmişdir.

4. Poliklinika şöbəsinin xadiməsi Yaxşıxanım Məhərrəmova noyabr ayının 1-2-3-ü tarixlərinə üzrsü z səbəblərə görə işdə olmamasına baxmayaraq tam əməkhaqqı ödənilmişdir.”

5. X34 xx.xx.2023-cü il tarixdə yazdığı izahatda göstərmişdir ki, “X10, avqust ayının 7-dən 16-dək məzuniyyətdə olub, 17-dən də öz hesabına götürmüşdür, oktyabrın 18-dək öz hesabına olduğu üçün işdə olmayıb, bülletendə olub (əməliyyatla əlaqəli) - xəstəlik vərəqəsini kadrlar şöbəsinə təqdim etmişdir. Noyabr ayında da, özünün dediyinə görə Fatma Hüseynova iclasda olduğu üçün, yenə ərizəsini kadrlara təqdim edib. Hal-hazırda yenidən əməliyyat keçirdiyi üçün ona telefon vasitəsi ilə bildimişdir ki, dekabr ayının büllütenini gətirib təqdim edəcəkdir. O, - Fatma Hüseynova bölmə müdiri kimi, ona noyabr ayında 3 günlük konfransla əlaqədar olaraq tabeli (maaş cədvəlini) Sevinc Eyvazlı yazmışdır. Həmin cədvəldə öz hesabına yaz ılmışdır. Maaş cədvəlinin qaralanmasında cavabdehlik daşımıram.”

6. İddiaçı xx.xx.2023-cü il tarixdə yazdığı izahatda göstərmişdir ki, “X71 İntizamının pozulması haqqında xx.xx.2023-cü il tarixli 74 nömrəli akt mənə yönləndirilmişdir. Akta cavab olaraq bildirirəm ki, qeyd olunan məsələlərdə heç bir qanun pozuntusu yoxdur. İşçilərin işə davamiyyəti qaydasındadır. İş vaxtı işdə olmayan işçilərin üzrlü səbəbləri mövcuddur. İş vaxtı işdə olmayan cəmi 2 işçimiz var: Kimyəvi terapevtik preparatların tədqiqat bölməsinin müdiri Elxan Babayev və laborant Əşrəf Nəsirov. Onların da verdiyi məlumata görə sizin (Adil Allahverdiyevin) məlumatı daxilindədir.” 7. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40” X70 xx.xx.2023-cü il tarixli 475 nömrəli əmri ilə, İnstitutda noyabr ayı üçün işçilərin əməkhaqqı hes ablanmasında kobud qanun pozuntusuna yol verməklə əmək funksyasını keyfiyyətsiz yerinə yetirdiyi nəzərə alınaraq, X51 müdiri İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinə 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. 8. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40”nun laboratoriya şöbə müdiri Rəşad Rəsulov, həkim-laborant Sevinc Mərdanova, həkim-laborant Səidə Muradova, həkimlaborant Aynur İbrahimxəlilova, həkim-laborant Sevinc İbrahimova, həkim-laborant İlahə Əliyeva və həkim-laborant Nayibə Camalova tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda aşağıdakılar göstərilmişdir: “Biz, aşağıda imza edənlər təsdiq edirik ki, xx.xx.2023-cü il tarixində Səidə Muradova dekabr ayı 2023-cü il üçün tabeli tərtib etdi və Laboratoriya Şöbə müdiri Rəşad Rəsulova imza üçün təqdim edərkən, Rəşad Rəsulov tərəfindən X23 xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında öz hesabına məzuniyyətdə olduğu, lakin tabeldə işdə olduğunun qeyd edildiyi aşkarlanmışdır. Səbəbi soruşulduqda, X78 müdiri İddiaçı tapşırığı əsasında belə qeyd edildiyi bilindi. Bunun üzərinə Rəşad Rəsulovun göstərişi ilə tabel dəyişdirildi və Sevil Məmmədovanın dekabr ayı boyu (xx.xx.2023-xx.xx.2023) öz hesabına məzuniyyətdə olduğu oraya qeyd edildi. Daha sonra dəyişdirilmiş tabel Laboratoriya Şöbə müdiri Rəşad Rəsulov və Baş Həkim Şəfəq Mustafayeva tərəfindən imzalanaraq X51 müdiri İddiaçı təqdim edildi.”

9. Səidə Muradova xx.xx.2023-cü il tarixdə yazdığı izahatda göstərmişdir ki, “xx.xx.2023-cü il tarixində X27 şöbəsinin tabelini X78 müdiri İddiaçı otağında iş günlərini yazdıqdan sonra Laboratoriya şöbə müdiri Rəşad Rəsulova imza üçün təqdim olunarkən məlum olub ki, Sevil Məmmədovaya xx.xx.2023 - xx.xx.2023-cü il iş günü yazıldığı halda öz hesabına ərizə ümumi şöbəyə təqdim olunmuşdur. Ona görə də bu tabelə Laboratoriya şöbə müdiri Rəşad Rəsulov imzalanmayıb və onun tələbi ilə tabelə düzəliş olunmuşdur. Sevil Məmmədovaya iş günü yerinə öz hesabına məzuniyyət qeyd olunmuşdur. Laboratoriya şöbə müdiri Rəşad Rəsulova və klinikanın baş həkimi Şəfiqə Mustafayeva imza çəkildikdən sonra tabel yenidən X78 müdiri İddiaçı təqdim olunmuşdur.”

10. Ruhiyyə Məmmədhəsənova xx.xx.2023-cü il tarixdə yazdığı izahatında göstərmişdir ki, “xx.xx.2023-cü il tarixindən öz hesabına məzuniyyət ərziəsini X51 müdiri İddiaçı təqdim etmişdir. Ərizəsinin müdiriyyət tərəfindən təsdiq olunmaması barədə ona heç bir məlumat veri lməyib.” 11. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40” X70 direktorunun xx.xx.2023-cü il tarixli 594 nömrəli əmri ilə, İnstututda 2023-cü ildə tərtib olunmuş aylıq tabellərin, əmək haqqı cədvəllərinin, eləcə də institutun əməkdaşlarının 2023-cü il üçün barmaq izlərinin mövcudluğunun və düzgünlüyünün yoxlanılmasının təmin edilməsi məqsədilə komissiya yaradılmışdır.

12. Həmin komissiya üzvlərinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli 81 və 82 saylı aktlarda göstərilmişdir ki, yaradılan komissiyanın fəaliyyətinə başlaması üçün... X51 müdiri İddiaçı tələb olunan sənədləri (əmrləri) verməkdən imtina etmiş, təkrar olaraq komissiya üzvlərinin iştirakı ilə yenidən komissiya üzvlərinin qarşısında çıxış etmək və həmin sənədləri təqdim etmək üçün dəvət edilmiş, bundan sonra da imtina edərək polis çağıracağını bildirmişdir.

13. Həmin komissiya üzvlərinin tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktda aşağıdakılar göstərilmişdir: “...Komissiyanın işə başlaması üçün X51 müdiri İddiaçı, komissiyanın fəaliyyət planı ilə tanışlıq məqsədilə, İnstitutun direktoru, professor Adil Allahverdiyev tərəfindən akt zalına dəvət olunmuşdur, lakin o, bu təklifi qəbul etmədən zala gəlməkdən imtina etmişdir. İşində yol verdiyi nöqsanlara görə X51 müdiri İddiaçı 08 yanvar 2024-cü ilin 01K saylı əmri ilə işdən azad edilmişdir (ƏM 70ç maddəsi). Bundan öncə də, X51 müdiri İddiaçı işində yol verdiyi nöqsanlara görə cəzalandırılmışdır. X51 müdiri İddiaçı yoxlama üçün lazım olan sənədləri təqdim etmədən binanı tərk etmiş və bir daha geri dönməmişdir, başqa sözlə işdən uzaqlaşdırılan İddiaçı hətta, təhvil -təslimlə də bağlı proseduru həyata keçirməmişdir. Biz aşağıda imza edənlər: komissiyanın sədri Peşə xəstəlikləri şöbəsinin müdiri X45, komissiya üzvləri Ümumi şöbənin müdiri X46, Dəstək xidmətləri şöbəsinin müdiri X63, Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin rəhbəri X55, X78si Kadrlar üzrə mütəxəssis X21 iştirakı ilə xx.xx.2024-cü il tarixdə “V.Y.Axundov adına X13 İnstitutu”nun Daxili əmək intizamının pozulması haqqında 91 № aktla möhürlənmiş 231 nömrəli otaq (X78 müdirinin kabineti) tərəfimizdən xx.xx.2024-cü il tarixdə açılmış, aşağıdakı adları göstərilən sənədlər X78sinını müdiri vəzifələri həvalə edilən X47 təhvil verildikdə və sonralar komissiyanın araşdırması dövründə aşağıdakı nöqsanlar aşkar edilmişdir:

1. Müəssisənin “Əmrlər kitabları” aşkar edilmədi. 2. 2023-cü il əmrl ərinin sıralanması (əmrlərin tarixi sıra nömrəsi ilə düzülməyib) düzgün aparılmayıb, 600-ə yaxın əmrdən yalnız 182 əmr X54 Sistemi proqramına işlənsə də, bu əmrlərin sıra nömrələrinin uyğusuzluğu təsbit edilmişdir, 15, 17, 27, 364, 391, 392, 397, 398, 399, 400, 401, 406, 409, 410, 411, 412, 516, 517, 521, 528, 557, 558, 579 nömrəli əmrlər aşkar edilməmiş və verilən bir sıra əmrlərdə qeydlər düzgün aparılmamışdır (fakt kimi xx.xx.2023-cü il tarixli 585 saylı əmr işə əlavə edilir). Hətta, qeydiyyatda olmayan nömrə ilə 2 müxtəlif şəxsə verilmiş eyni əmrlər aşkar edilmişdir. Həmçinin, Elmi hissədə olan 2 işçiyə səbəbsiz (ərizələrində dərkənar yoxdur) Mamalıq işi ixtisası üzrə ixtisaslaşdırma kursuna əmr verilmişdir.

2. İşçilərin şəxsi işləri düzgün tərtib olunmayıb, şəxsi işlərdə müvafiq əmrlə rin surəti, ərizələr, imzalanmış əmək müqavilələri yoxdur. 3. 2023-cü il üçün illik "Statistika hesabatları" (dekabr ayında) hazırlanmamış, təqdim edilməmişdir.

4. Hərbi uçot vərəqələri tərtib edilməyib, Səhiyyə Nazirliyinə dekabr ayında təqdim edilməli “İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında qeydiyyatı” 6 №-li hesabat təqdim edilməmişdir.

5. Gigiyena şöbəsi Əmək sağlamlığı bölməsi üzrə X3 əmək kitabçası (1 ədəd), Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsi üzrə X9 əmək kitabçası (1 ədəd) aşkar edilmədi

6. X53 adlı şəxsin əmək kitabçası aşkar edildi, kitabçada əmr nömrəsi və qeydiyyat aparılıb, lakin müvafiq əmr yoxdur, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) müqavilə daxil edilib, işçi faktiki olaraq işə gəlmir. Bu əməkdaşla bağlı araşdırma aparılmışdır. X29 a dı Səhiyyə xidmətlərinin təşkili şöbəsində dezinfektor vəzifəsində çalışan işçi kimi tabeldə iş günü yazılmış, noyabr, dekabr ayları üçün əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. Bununla bağlı işçidən və tabelə cavabdeh şəxsdən izahatlar alınmışdır (tabelə cavabdeh şəxs, belə bir işçi ilə bağlı aparılan qeydlərin onun tərəfindən aparılmadığını və tabelin təqdim edildiyindən sonra əlavə olunduğunu bildirmişdir). İşçi öz izahatında xx.xx.2024-cü il tarixindən işə çıxdığını, işə daxil olmaq üçün ərizə verdiyini, lakin ərizənin sənədlər toplusunda görmədiyini və əmək müqaviləsini imzalamadığını bildirmişdir.

7. Aytən Suvarlı adlı şəxsin şəxsi işində dərkənarsız ərizə aşkar olundu, əmr və əmək kitabçası yoxdur, laboratoriya şöbəsinin aylıq noyabr və dekabr ayları üçün tabellərində iş günü ya zılmış və əmək haqqı ödənilmişdır. Laboratoriya şöbəsinin müdirindən izahat alınmışdır (Laboratoriya şöbəsinin müdiri izahatında şöbəsində belə işçinin olmadığını və ona tabeldə iş günü yazmadığını bildirmişdir). İşçinin ünvanına bildiriş göndərilmiş, lakin işçi ilə əlaqə yaratmaq mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində ƏMAS-a əmək müqaviləsi bildirişi daxil edilmiş, xx.xx.2023-cü il tarixində saxta nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir (əmr 41).

8. X22 şəxsi işində dərkənarsız ərizə aşkar olundu, əmr və əmək kitabçası yoxdur, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) xx.xx.2023-cü il tarixində daxil edilib, xx.xx.2023-cü il tarixində saxta nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Səhiyyə xidmətlərinin təşkili şöbəsinin aylıq noyabr və dekabr ayları üçün tabellərind ə xadimə kimi iş günü yazılmış və əmək haqqı ödənilmişdir, işçinin barmaq izi yoxdur. Şəxsə bildiriş göndərilmiş, lakin əlaqə saxlamaq mümkün olmamışdır. Tabelə cavabdeh şəxsdən izahat alınmışdır.

9. X35 Səhiyyə xidmətlərinin təşkili şöbəsində laborant kimi noyabr və dekabr ayları üçün tabellərdə iş günü yazılmış və əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. İşçiyə bildiriş göndərilmiş dəfələrlə telefon zəngləri edilmişdir. xx.xx.2024-cü il tarixində nəhayət ki, institutun X51 müdirinin yanında izahat yazdırmaq mümkün oldu. Günel Abışova öz izahatında institutun X51 sabiq müdiri İddiaçı yalnız şəxsiyyət vəsiqəsinin surətini verdiyini bildirmişdir. O, ərizə yazmadığını, işə qəbul edilməsindən, əmək haqqı ödənilməsindən və maaş kartının sifarışınin kimin tərəfindən verilməsi və mənimsənil məsindən xəbərsiz olduğunu bildirmişdir. İşçinin şəxsi işi, əmri, əmək kitabçası aşkar edilməmiş, lakin xx.xx.2023-cü il tarixində müqavilə Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilmişdir. Tabelə cavabdeh şəxsdən izahat alınmışdır.

10. X7 şöbəsi Əmək sağlamlığı bölməsi üzrə böyük laboranta noyabr və dekabr aylarında barmaq izi olmağıdı halda iş günü yazılmış, əmək haqqı ödənilmişdir. Şöbə müdiri izahatında işçinin həqiqətən işdə olmadığını və ona iş günü yazmadığını, tabeldə aparılan düzəlişdən onun xəbərinin olmadığını bildirmişdir.

11. X2 şöbəsi Yoluxucu və yoluxucu olmayan xəstəliklərin klinik immunologiya bölməsi üzrə böyük laborantın ödənişsiz məzuniyyət ərizəsi olduğu halda əmr yazılmamış, İşçinin dekabr ayı üçün tabeldə iş günü yazılmış və əmək haqqı tam ödənilmişdir, İşçinin barmaq izi də həmin dövr üçün yoxdur. Şöbə müdiri izahatında işçinin həqiqətən işdə olmadığını və tabeldə aparılan düzəlişdən xəbərsiz olduğunu təsdiq etdi. X4 xidmətlərinin təşkili şöbəsi üzrə xadimənin əməkdaşlar tərəfindən işdə olmadığı təsdiqlənmiş, aylıq noyabr və dekabr ayları üçün tabellərində iş günü yazılmış və əmək haqqı ödənilmişdir, işçinin barmaq izi də aşkar edilməmişdir. İşçiyə dəfələrlə telefonla zəng vurulmasına baxmayaraq işçini işə gətirtmək mümkün olmamışdır. 2024-cü ilin yanvar ayı üçün işçiyə işdə olmadığı ilə bağlı akt hazırlanmış, tabelə iş günü yazılmamışdır. İşçinin oğlu Elvin Hacəlıyev müraciət etmiş, izahat yazmış və izahatında anasının maaş kartının onun tərəfindən institutun maliyyə şöbəsində əməkdaşa təqdim etməsini təsdiq etmişdir.

13. X1 və Tropik xəstəlik lər şöbəsinin Protozoloji bölməsinin laborantının noyabr ayı üçün ödənişsiz məzuniyyət ərizəsi olduğu halda, tabeldə dəyişiklik edilmiş və iş günü yazılmış, əmək haqqı ödənilmişdir, işçinin barmaq izi qeydə alınmamışdır. Şöbə müdiri və işçidən izahat alınmışdır. Hər iki izahatda nöqsanlar təsdiq edilmişdir.

14. X5 şöbəsi İmmunoterapiya bölməsi üzrə elmi işçi - şəxsi işi aşkar edilməmişdir.

15. X30 Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsi Mülki müdafiə qərargahının rəisi vəzifəsinə işə qəbul olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə 565 saylı əmr verilməsinə baxmayaraq, işçi ilə Əmək və Məşğulluq Altsistemində (ƏMAS) müqavilə bağlanmamışdır.

16. Analoji olaraq X49 Epidemiologiya şöbəsi Yoluxucu xəstəliklərin epidemiologiyası bölməsi üzrə Böyük laborant vəzifəsinə keçirilməsi haqqınd a xx.xx.2023-cü il tarixli 564 saylı əmr verilməsinə baxmayaraq, işçi ilə Əmək və X58 (ƏMAS) müqavilə dəyişdirilməmişdir.

17. İmmunologiya şöbəsinin işçisi X37 noyabr ayında ödənişsiz məzuniyyət ərizəsi olduğu halda, tabelə müdaxilə edilməklə ona iş günü yazılmış, əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur.

18. İnsan Resurslarının sabiq müdiri İddiaçı iş masasında naməlum səbəbdən 767997 nömrəli boş əmək qabiliyyətinin olmamaq vərəqəsinin və yazılıb pozulan qələmin olduğu da aşkar edilmişdir. Bildirmək istəyirik ki, yuxarıdakı araşdırmanın nəticəsi olaraq, 8 əməkdaşa izahatlarda göstərildiyi kimi, naməlum səbəblərdən tabellərə müdaxilə edilməklə iş günü yazılmış və əmək haqqı ödənilmişdir. Ümumilikdə 292 gün tabellərə əsassız iş günü yazılmaqla əmək qanunvericiliyi pozulmuş, əməkdaşlara əm ək haqqı və həvəsləndirici artımlar ödənilməsi ilə isə institutun maddi-texniki bazasına xeyli sayda ziyan vurulmuşdur. Bir əməkdaşın oğlundan, institutun əməkdaşı olan anasının işə gəlmədiyi halda, ona kömək etməyinin qarşılığında maaş kartının maliyyə şöbəsi işçisinə verildiyini təsdiq edən izahat alınmışdır. Bildirirlər ki, həmin əməkdaşa tabelə müdaxilə edilməklə iş günü yazılmış və əmək haqqı ödənilmişdir. 4 əməkdaşın isə işə qəbul edilməsi ilə bağlı institutun rəhbərliyinin və aidiyyəti şöbə rəhbərlərinin məlumatı olmadığı halda, bu əməkdaşlar naməlum şəraitdə işə qəbul edilmiş, tabellər doldurulduqdan sonra cavabdeh şəxslərin məlumatı olmadan işçilərin adı tabellərə əlavə edilmiş, onlara əmək haqqı ödənilmışdır. Məhz buna görə də, maaş kartlarının məxsus olduğu əməkdaşlar tərəfindən istifadəsinin mümkünlüyü şübhə doğurur. Cavabdeh şəxslər izahatlarında bu faktı təsdiq etmişlər. 5 əməkdaş işdə olmadığı halda tabellərə müdaxilə edilməklə iş günü yazılmış, əmək haqqı ödənilmişdır. Həmin işçilərin işdə olmaması ilə bağlı məlumatlar cavabdeh rəhbər işçilər tərəfindən təsdiq edilmişdir. 1 əməkdaşa işdə olmadığı dövrlərdə iş günləri yazılmış və xəstəlik vərəqəsinin verilməsi ilə bağlı qeydlər aparılmaqla tabelə müdaxilə edilmiş, əmək haqqı ödənilmişdir. Lakin xəstəlik vərəqəsi aşkar edilməmişdir. İmmunologiya və Mikrobiologiya bölümlərinin laborantları (2) nəfər) əsassız olaraq “Mamalıq işi üzrə ixtisaslaşdırma kurslarına göndərilməsi üçün əmrləşdirilmişdir. X54 Sistemi proqramına kadr əmrlərinin böyük əksəriyyəti işlənməmişdir. İşçilərin əmək müqavilələrinin Əmək və Məşğ ulluq Altsisteminə (ƏMAS) daxil edilməsi və çıxarılmasında bir sıra nöqsanlar aşkar edilmişdir. Hətta bu faktla bağlı institutun rəhbərliyi xəbərsiz olduğu halda belə, qurum tərəfindən cərimələndirilmişdir. Bu nöqsanlar yalnız 2023-cü ilin noyabr, dekabr ayları üzrə aşkar edilmiş, 2024-cü ilin yanvar ayında isə aşkar edilən nöqsanlar qismən aradan qaldırılmışdır. Yuxarıda göstərilən əmrin tələblərinə uyğun olaraq, araşdırmaların, 2023-cü ilin qalan 10 ayı üçün də davam etdirilməsi nəzərdə tutulmuşdur.” 14. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40” X70 direktoru X28 Həmkarlar Komitəsinə İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə müraciət etmiş, Həmkar Komitəsinin 08 yanvar 2024-cü il tarixdə keçirilən iclasında qərara alınmışdır ki, “İnstitutun X51 müdiri İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz edilmir.” 15. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40” X70 direktoru Adil Allahverdiyevin 08 yanvar 2024-cü il tarixli 01 saylı əmri ilə, İnstitutun X51 müdiri İddiaçı xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

16. Həmin əmrdə göstərilmişdir ki, İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunsa da, o, bu intizam tənbehindən nəticə çıxarmayaraq növbəti ay ərzində öz səlahiyyət həddini aşaraq aylıq əmək haqqı tabelində düzəliş aparmış, işçilərin əmək haqqı hesablamalarında kobud qanun pozuntusuna yol vermiş və bu səbəbdən ona xx.xx.2023-cü il tarixdə töhmət elan olunmuşdur. İnstitutun əməkdaşı X57 xx.xx.2023-cü il tarixindən xx.xx.20 23-cü il tarixinədək öz hesabına məzuniyyət götürmək üçün ərizə ilə müraciət etməsinə və ərizənin təsdiqlənməsinə baxmayaraq, ona bu günlər üçün əmək haqqı hesablanmışdır. Ruhiyyə Məmmədhəsənova xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixinədək hər hansı bir bülleten və ya ərizəsi olmadan işdə olmamasına baxmayaraq, ona noyabr ayı üçün əmək haqqı ödənilmişdir. Bundan başqa o, iş saatı müddətində institutdan ayrılan əməkdaşların izahatlarının təqdim edilməsində məsuliyyətli şəxs olmasına baxmayaraq, həmin izahatları müdiriyyətə təqdim etməmişdir. Qeyd edilən hərəkətləri ilə İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmamış və 6 ay ərzində təkrarən əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Qeyd edilənlərlə bağlı X15 verilmiş təqdimat müzaki rə olunaraq Həmkar təşkilatı hesab etmişdir ki, İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmirlər. 17. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40” X70 direktoru Adil Allahverdiyevin xx.xx.2023-cü il tarixli 595 saylı əmri ilə (əmrdə əmrin tarixi səhvən xx.xx.2022-ci il göstərilmişdir) Parazitar və Tropik xəstəliklər şöbəsinin X14ya və İmmunologiya şöbəsinin elmi işçisi Nəzrin Rzayevaya 2023-cü ilin noyabr ayı üçün artıq ödənilmiş 412,51 və 433,09 manat vəsaitin İnstitutun hesabına geri qaytarılması əmr olunmuş, göstərilən məbləğlər adı çəkilən şəxslərin 2023-cü ilin dekabr ayı üçün hesablanan əmək haqqlarından tutulmuşdur. 18. “V.Y.Axundov adına Elmi Tədqiqat və X40”nun hüquqşünası işləmiş X38 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildi yi halda, onun son haqq-hesabının xx.xx.2023-cü il tarixdə ödənilməsi ilə bağlı İnstitutun direktoru Adil Allahverdiyev barəsində X59 tərəfindən 700 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müvafiq tənbeh qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən X43 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ləğv olunmuş, X6 barəsində X59 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

19. İddiaçı (bundan sonra iddiaçı) nümayəndə si və vəkili Vəkil1 cavabdeh “V.Y.Axundov adına X13 İnstitutu” X77 (bundan sonra cavabdeh və ya X91) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 1 nömrəli Əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, işə bərpa olunduğu günədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərclərinin ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində müvafiq olaraq bakalavr və magistratura pilləsi üzrə təhsil almış, 2016-cı ildən etibarən bakalavr təhsilimi aldığı Universitetdə “mühasib köməkçisi” vəzifəsində işləməyə başlamış, 2021-ci il yanvar ayından sentyabr ayına kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” İş Mərkəzinin “insan resursları üzrə mütəxəssis”i vəzifəsini icra etmişdir. 2022-ci ilin oktyabr ayından etibarən cavabdeh X81 “kadrlar üzrə müfəttiş”i vəzifəsində işləməyə başlamış, işləri keyfiyyətli və lazımi qaydada yerinə yetirməklə qısa müddət ərzində cavabdehin iddiaçıya olan inamını doğrultmuş və nəticədə 2022-ci ilin dekabr ayından etibarən cavabdeh X81 “X78si” bölməsində “şöbə müdiri” vəzifəsini icra etməyə başlamışdır. Qeyd olunan tarixdən xx.xx.2024-cü il tarixinə kimi, yəni əmək müqaviləmə xitam verilməsi barədə əmr çıxarılana kimi bu vəzifədə çalışmışdır. İddiaçı barəsində xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında 1 nömrəli əmr ç ıxarılmış və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı barəsində əmr çıxarılmamışdan əvvəl və əmr çıxarılıb əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri institut tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqına yazılı təqdimat təqdim olunsa belə İttifaqın üzvlərinin razılığı əldə olunmayıb. Həmkarlar İttifaqı tərəfindən qəbul edilmiş qərarda sadəcə olaraq “İnstitutun X51 müdiri İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar qəbul verilməsinə etiraz edilmir” qeyd edilib. Bu qeydin olması həmkarlar İttifaqı üzvlərinin bağlanmış əmək müqaviləmə xitam verilməsinə razılığını göstərmir. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 7 0-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə razılıq olmadan əmək müqaviləmə xitam verilməsi Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasıdır. Qeyd olunmalıdır ki, Həmkarlar İttifaqının iclasında məsələnin müzakirə olunacağı barədə iddiaçıya əvvəlcədən bildiriş göndərilməmiş və onun iştirakı olmadan məsələ müzakirə edilərək qərar qəbul edilmişdir. Əmək müqaviləmə xitam verilməsi barədə əmr çıxarılmamışdan öncə yol verilmiş pozuntu halı barəsində isə İnstitutun işçilərinin noyabr ayı üçün ödənilmiş əmək haqqının hesablanmasında kobud pozuntuya yol verilməsi əsası ilə Əmək Məcəlləsi nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndini rəhbər tutaraq çıxarılmış xx.xx.2023-ci il tarixli əmrə əsasən əmrin mətni ilə tanış edilməmişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, inzibati işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərir. Aygüllə heç bir ədavəti olmayıb. Məlumatına əsasən, Aygül xanım əməkhaqqını düzgün paylamadığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılıb. Kadrlar şöbəsi, maliyyə, mühasibat, mühafizə təsərrüfat kurasiyasına daxildir. Bu işlə əlaqədar heç kimə tədbir görülməyib. İddiaçı 2022-ci oktyabr ayında işə başlamışdır. Adil müəllim onları Aygüllə tanış etmişdir. Onu işində düzgün biri kimi tanıyırdı. Öz öhdəliyində olan işləri gecikmədən vaxtı-vaxtında yerinə yetirirdi. Proses belədir ki, tabel hazır olduqdan sonra həmin şöbə müdirləri kadrlara gətirirlər. Kadrlar da isə onu yoxlayır. İddiaçı tabeli yoxlamamalı idi. Həmin tabellər daha sonra maliyyə şöbəsinə yönləndirilir. Bununla əlaqədar onlarda olan məlumat barmaq izləri aparatına əsasən yoxlanış aparılır. Hesablamanı maliyyə şöbəsi aparır. Maliyyə işini görən şəxs İddiaçı ilə təxmini olaraq eyni vaxtda ərizəsini yazaraq işdən çıxmışdır. Komissiya İddiaçı gedişindən sonra sədrin göstərişi ilə yaradılıb. Komissiya öz araşdırmasını aparmışdır. Rəhbəri isə Xəlilova Sevda idi. Komissiyalara işçilərin davamiyyəti ilə sənədlər təqdim olunmuşdur. Daha sonra həmin komissiya onu daxili nəzarət şöbəsinə, Səhiyyə Nazirliyinə təqdim etmişdir. Həmin zaman onu və bir çox işçiləri çağırıblar, onlar da gedərək izaha t yazmışlar. Nöqsanlarla da həmin vaxtlarda xəstə olduğu üçün orada tanış olmuşdur. Əməkhaqqının ödənilməsi Maliyyənin vəzifəsi idi. Tabellər də günlərin yazılmasında kiçik səhvlərə yol verilirdi. Həmin zamanda o işçinin pulundan maliyyə tərəfindən tutulurdu. Maliyyə şöbəsinə bu haqda məlumat verirmiş. Səhiyyə Nazirliyindəki izahatında da bildirmişdir ki, İddiaçı işdən azad olunması əsassızdır. Çünki, Aygül tutduğu vəzifəyə bir qrup işçilər can atırlar. Allahverən müəllim də bu məsələlər də ona kömək etdi. İddiaçı özü də Adil müəllimlə yaxşı münasibətdə idi. Məhz buna görə də düşünür ki, İddiaçı bu ittihamlarla qaralayırlar. İnstitutda vəziyyətin gərginləşməsi noyabr ayına təsadüf edir. İddiaçı vəzifəsinə Şərəf xanım təyin edilmişdir. Təxmini olaraq, İddiaçı getməsindən 2 ay sonra təyin ed ilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, tabeli İlahə xanım verir. Sənədi o imzalayıb. Direktor imzalamamış, möhürləməmiş tabel göndərilə bilməz. O, komissiyanın yaradılmasını tələb etmişdir. Ancaq, bu nəzərə alınmamışdır. Hal-hazıra kimi barmaq izindən istifadə etməyib əməkhaqqı alan işçilər də var. Aygülün səhhəti pisləşmişdir və həmin Komissiya İddiaçı otağının qapısını sındırıb və içəri girmişdi. Əldə etdiyi məlumatlar əsasında araşdırılma aparılıb. O, Adil müəllimə də, Aygül xanıma da barışıq təklif etmişdir. İddiaçıya ərizə yazaraq işdən çıxması təklif edilmişdir. İddiaçı da iş tapması üçün 1 ay vaxt istəmişdir. Şöbə müdiri Adil müəllimə məlumat verilməli idi ki, işçilər iş yerində yoxdur. Ancaq Adil müəllimə məlumat verilməmişdi. Oqtay müəllimin qərarı ilə razıdır. Həmin kitabça daxili nəzarət şöbəsində Sahib müəllimdə imiş. Bu məsələ ilə bağlı üst quruma məlumat məktubu mövcuddur. Əməkhaqqı ilə bağlı problemlər çox olmuşdur. İşə bərpa olunması ilə bağlı məktub gəlmişdir. Əvvəlcə tabel yazılır, tabel bölmə rəisinə, şöbə rəisinə,daxili nəzarət şöbəsinə gedir. Daha sonra müfəttişlər tərəfindən yoxlanılır. Bu işlərlə İlahə xanım məşğul olurdu. Onu da izahat verməsi üçün çağırmışdılar. Çünki, sənədlərdə onun da imzası var idi. Bir məsələni də qeyd edir ki, barmaq izi direktorun nəzarətindədir. Bu iş Araz və Leyla adlı əməkdaşların məsuliyyətindədir. Onlar nəzarət edir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, İddiaçı kadrların rəisi idi. O, 2023-cü ilin avqustun 18 dən 44 gün müddətində məzuniyyətdə olmuşdur. Daha sonra əməliyyat olmuşdur. 2 dəfə bülletendə olmuşdur. Onu ittiham edirdilər ki, Aygül ilə əlbir olub, ona pul vermişdir. Aygüllə yaxın deyildilər. Başqa işçilərə əlavə əmək haqqı ödəməsi barədə məlumatı yoxdur. Artıq ödənilmiş əmək haqqı müəssisənin adına xələl gətirməyib. Əməkhaqqını mühasibatlıq yazır. Öz hesabına məzuniyyət ərizəsini vermişdir, lakin müdiriyyət ərizəni gec müddətə imzalayır. Ona artıq əməkhaqqının yazılmasını bilməmişdir. Təqdim etdiyi bülletenlərin pulunu hələ də verməyiblər. Ona təzyiqlər olunub. Ona əlavə əməkhaqqını Aygülün yazdığını bildiriblər. O, bülleteni ümumi şöbəyə vermək istəyib,ona deyiblər ki, kadrlarda İlahə xanıma təqdim etsin. O, da ona təqdim etmişdir. Aygüllə heç bir dostluq əlaqəsi yoxdur. Rəsmi şəkildə 6 ay bülleten götürə bilər. Amma işdən icazə vermirl ər. O, da bülleteni əvvəlcədən yazır. İddiaçı bütün ərizələri Adil müəllimə imzaladırmış. İddiaçı ona “tabeli qaralayıb, sənə gün yazacam” deməmişdi. 434 manat məbləğində pulun ona yazıldığından heç bir xəbəri, marağı olmayıb.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X45 ifadəsində bildirmişdir ki, o, institutun peşə xəstəlikləri şöbəsinin müdiri, həmkarlar ittifaqının sədri vəzifəsində çalışır. İddiaçı tanıyır. Aralarında ədavət olmamışdır. İşçi heyətinin də, rəhbərliyin də ona qarşı münasibəti müsbət olmuşdur. Rəhbərlik tərəfindən gətirilmiş işçi olmuşdur. Bu hadisələr olarkən o da həmkarlar ittifaqının üzvü idi. Həmin vaxt həmkarlar ittifaqının sədri Şəfəq Mustafayeva idi. Hal-hazırda institutda işləmir. Ərizəsini yazaraq işdən çıxmışdır. İttifaqa daxil olan məlumatlar araşdır ılmış, üzvlər İddiaçı ilə söhbət aparmışdır. İttifaqın iclasına İddiaçı dəvət edilmiş və o da iştirak etmişdir. İttifaq olaraq təsir gücləri azdır. Onlara təqdim olunan təqdimata qanunvericilik əsasında həll olunması barədə rəy vermişlər. İttifaqları İddiaçı iştirakı olmadan heç bir qərar qəbul etməmişdir və etmək səlahiyyəti də yoxdur. Təqdimatda qeyd edilən qanun pozuntuları ilə də rəhbərlik razıdır. Təqdimata əsasən qanun pozuntuları işçi iş yerində olmadığı halda iş yerində olduğu kimi qeydə alınmasıdır, əməkhaqqının düzgün bölünməməsidir. Həmin vaxtlarda, həmin şəxslərlə danışıq aparılmışdır. Danışıqlarda işçilərin həqiqətən iş yerində olmadığı, hətta işə gəlməmələri barədə ərizənin olduğu öz əksini tapmışdır. Onlar iş yerində olduğu kimi qeydə alındığı üçün onlara ödəniş edilmişdir. Daha sonra,deyilənə görə, həmin pullar geri qaytarılmışdır. Aygün Quliyeva izahat vermişdir. İzahatında da təqdimatda qeyd olunan pozuntuları ciddi bir pozuntu hesab etmədiyini, əmr və digər sənədlərin verilməsində özündə heç bir xəta olmadığını qeyd etmişdir. İzahatlar onlardan əvvəl alınmışdır. Həmkarlar ittifaqı olaraq onlar sadəcə verilən təqdimat əsasında araşdırma aparıblar. Adil müəllim Aygül xanımın işindən sonra hər kəsi araşdırmaq məqsədilə komissiya yaratmışdır. Komissiyanın rəhbəri o olmuşdu. Adil müəllim məsələni yetərincə araşdırmamış Aygül xanımı Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən azad etmək istəmirdi. Komissiya araşdırma aparan zaman İddiaçı 2 dəfə dəvət ediblər. Aparılan bütün araşdırmalar onun iştirakı ilə olmuşdur. İttifaq olaraq onların işi qanun pozu ntularını araşdırmaq deyildir. Onlar verilən təqdimat əsasında rəy verirlər. Başqa bir təsiredici rolları mövcud deyildir. Həmkarlar ittifaqı araşdırma apardığı zaman özü də orada iştirak edirmiş. O, sədr deyil, üzv olmuşdur. İttifaqın əsas vəzifəsi işçilərin hüquqlarını müdafiə etməkdir. Təqdimatda qeyd olunmuş hallar işçinin işdə olmadığına dair ərizə olduğu halda iş yerində kimi göstərilməsi, onlara əmək haqqının verilməsi kimi hallardır. Bu məsələdə iki nəfər var ki, onların müraciətinin olub-olmadığı haqda məlumat yoxdur. Təkcə əmək haqqında danışılmırmış. İşçilərə iş yerində olmadığı halda iş günü yazılması, şöbələr tərəfindən verilmiş tabelə müdaxilə edilməsi kimi hallar da var imiş. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlara bu işə münasibət bildirmələri üçün verilmişdir. Təqdimatda qeyd olunan pozuntuları araşdırmaq onların səlahiyyətində deyil. İşçinin hüquqlarını qorumaq, işlərin gedişatının qanunvericiliyə aid olub-olmadığını yoxlamaq onların vəzifələridir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq olunub-olunmaması rəhbərliyin səlahiyyətindədir. Əmək Məcəlləsində qeyd olunan normalara əsasən yekun qərar çıxarılmasını ədalətli hesab edir. Bu hadisə zamanı İddiaçı məsələnin həll yolunu çıxılmaz olmadığı qeyd etmişdir. Barmaq izi sistemi işçinin davamiyyətini yoxlamaq məqsədilə quraşdırılmışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X53 ifadəsində bildirmişdir ki, İnstitutda dezenfektor vəzifəsində işləyirdi. Ona sənədlərin olmamağı barədə ərizə yazmağını, ərizə yazdıqdan sonra işdən çıxmağını deyiblər. 2023-cü ilin noyabr ayında n 2024-cü ilin yanvar ayına kimi X61 “Nizami” metrosu yaxınlığındakı filialında işləyirdi. 14 yanvar tarixində isə Badamdar filialına gəlmiş və ərizəsi ilə onu işdən çıxarmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı ilə yaxın olmasalar da, ünsiyyətləri var idi. Allahverən müəllim ona ərizə yazdırmışdır. Onun dediklərini ərizədə qeyd etmişdir. Bundan əlavə Aygülün əleyhinə izahat da yazdırmışdır. Ondan işə qəbul edilərkən pul alınmayıb. İnstitutun digər idarəsi (“Nizami” metro stansiyası yaxınlığındakı) hal-hazırda işləyir. Mühafizə xidməti də fəaliyyət göstərməkdədir. Orada təmizlik işlərinə baxırdı. Onunla əmək müqaviləsi bağlanmışdı. Hal-hazırda isə müqaviləsi yoxdur.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, İddiaçı onun otağına g ələrək, Ruhiyyə xanıma gün yazacağını ona bildirmişdir. O, isə razılaşmamış, direktora bildirməsini qeyd eləmişdir. Onun yazdığı sənədi silib və gün yazmışdır. Ruhiyyə Qəhrəmanova 2017-ci ildən bəri onlarla işləyir. Lətafət Cəfərovanı tanımır. İnstitutun digər idarəsi fəaliyyət göstərmir.1 nəfər gözətçi var. Bəzən təmizlik üçün ora xadimə də aparırlar. Onlar, barmaq olduğu halda belə qeydiyyat aparırlar. Tabel mühasibatlığa və kadrlar şöbəsinə verilir. Sonda isə direktor tərəfindən təsdiqlənir. Ruhiyyə Qəhrəmanova özü ərizə yazaraq işdən çıxmışdır. Onun işdə olmamağı barədə direktora məruzə etməmişdi. Ruhiyyə Qəhrəmanova özü məzuniyyətdə olduğunu və bülleten verəcəyini bildirmişdi. O, da razılaşmışdır. Sonra isə sənədi İddiaçı vermiş, Aygül isə qeydiyyata almamışdır. Kadrlar şöbəsinin nə maraqda olduğu haqda məlumatı yoxdur.

26. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-1917/2024 nömrəli, 05 iyun 2024-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova), iddia rədd edilmişdir.

27. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı İnstitutun X51 müdiri vəzifəsində işləyən zaman işçilərin davamiyyət tabellərinə müdaxilə etməklə müvafiq dəyişikliklər etmiş, işdə olmadıqları halda onlara iş günü yazılmış və əmək haqqı ödənilmiş, onun hərəkətləri işəgötürənin qanuni mənafeyinə xələl gətirmiş, bununla bağlı İnstitutun Həmkarlar Komitəsi iddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmədiyini bildirmişdir.

28. Məhkəmə hesab etmişdir ki, idd iaçının İnstitutun X51 müdiri vəzifəsində işləyən zaman əmək funksiyalarını kobud şəkildə pozması və bununla əlaqədar işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğu öz təsdiqini tapmış, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 68, 70, 71.2, 80-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

30. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məzmununa uyğun əsaslandırmamış, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə Həmkar İttifaqının iddiaçının işdən çıxarılmasına razılığının olmadığını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5057/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) iddiaçının ape llyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, cavabdehin xx.xx.2024-cü il tarixli 1 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının həmin X81 X51 müdiri vəzifəsinə bərpa edilməsi, 08 yanvar 2024-cü il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi, iddiaçının mediasiya xərci qismində ödənişinin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir.

33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının yol verdiyi bildirilən pozuntular, əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunsa da, bu intizam tənbehindən nəticə çıxartmayaraq növbəti ay ərzində öz səlahiyyət həddini aşaraq aylıq əmək haqqı tabelində düzəliş aparması və işçilərin əmək haqqı hesablamalarında kobud qanun pozuntusuna yol verməsi”, “bu səbəblə ona xx.xx.2023-cü il tarixdə (əslində xx.xx.2023-cü il tarixdə) töhmət elan olunması”, “İnstitutun əməkdaşları X50 və Ruhiyyə Məmmədhəsənovaya 2023-cü ilin noyabr ayı üçün əmək haqqı hesablaması” və “iş saatı müddətində institutdan ayrılan əməkdaşların izahatlarının təqdim edilməsində məsuliyyətli şəxs olmasına baxmayaraq, həmin izahatları müdiriyyətə təqdim etməməsi” olmuşdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsi xəbərdarlığın intizam tənbehi sayılmadığını müəyyənləşdirir və beləliklə də, xəbərdarlıq almış işçiyə münasibətdə həmin Məcəllənin 72-ci maddəsini n ə) bəndinin tətbiqini istisna edir. Bu baxımdan, əmrin verilməsinə əsas kimi göstərilən hallardan biri, yəni iddiaçının “əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq elan olunsa da, bu intizam tənbehindən nəticə çıxarmaması” halı ümumiyyətlə qanuni deyildir. Digər tərəfdən işin hallarından görünür ki, iddiaçıya, X50 və Ruhiyyə Məmmədhəsənovaya 2023-cü ilin noyabr ayı üçün əmək haqqı hesablanmasına görə xx.xx.2023-cü il tarixdə töhmət verilmiş, onun işdən çıxarılmasına əsas təşkil edən hallardan biri də məhz “X50 və Ruhiyyə Məmmədhəsənovaya 2023-cü ilin noyabr ayı üçün əmək haqqı hesablanması” olmuşdur. Halbuki, Əmək Məcəlləsi bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsini qadağan edir. Başqa sözlə, cavabdeh müəssisə yol verdiyini irəli sürdüyü eyni pozuntuya görə iddiaçıya əvvəl töhmət, sonra isə “əmək müqaviləsinə xitam vermək” növündə tənbeh tətbiq etməklə qanunvericiliyin tələblərini pozmuşdur.

35. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçının yol verdiyi bildirilən “iş saatı müddətində institutdan ayrılan əməkdaşların izahatlarının təqdim edilməsində məsuliyyətli şəxs olmasına baxmayaraq, həmin izahatları müdiriyyətə təqdim etməməsi” pozuntusunu isə, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan vuran pozuntu kimi qiymətləndirmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nə zərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır.

36. Həmin qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, iddiaçıya istinad olunan pozuntu nəticəsində müəssisəyə 845,6 manat ziyan dəymiş, həmin ziyan artıq pul ödənilmiş işçilərin növbəti ay üçün hesablanan maaşlarından müəssisənın xeyrinə tutulmaqla aradan qaldırılmışdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının barəsində Həmkarlar Təşkilatının müvafiq qərarı da olmamış, əmək müqaviləsinin ləğvinə yalnız həmkarlar ittifaqı t əşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsinə yol verilən iddiaçıya münasibətdə həmin qurum, “İnstitutun X51 müdiri iddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz edilmir” məzmununda qeyri-müəyyən mülahizə bildirmişdir. X44, əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin yaratdıqları birlik olması etibarilə işəgötürənin sifarişini həyata keçirən qurum kimi deyil, işçiyə istinad olunan pozuntuların həqiqətən mövcud olub-olmadığını araşdırmalı olan qurum kimi fəaliyyət göstərməli, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması istənilən işçi barəsində müvafiq tədbirin görülməsinə konkret razılığını bildirməlidir.

38. Apellyasiya instansiya məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin, 68.1, 68.2, 70, 71, 72, 80 (1-ci və 2-ci hissələrinə), 83, 186 (2-ci hissə), 186 (3-cü hissə), 187, 189 (1- ci hissə), 300 (1-ci hissə)-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 217.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

39. Qətnamədən cavabdeh X91 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslndırmışdır ki, apellyasiya instansiya məhkəməsi Əmək Məcəlləsinin işçi ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsini tənzimləyən maddələrini qətnaməsində sadalasa d a həmin maddələrin əsaslı olaraq işəgötürən tərəfindən nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsini və onun iddiasının birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən faktlara əsasən təmin olunmamasını onunla əsalandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticətə gəlmiş və qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. İddiaçının işinə məsuliyyətsiz yanaşması nəticəsində Sevinc Məmmədovanın əmək kitabçasının itirilməsi və Sevinc Məmmədovanın əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin Maliyyə şöbəsinə vaxtında təqdim olunmaması səbəbindən ona son haqq-hesabın ödənilməsinin gecikdirilməsi nəticəsində müəssisənin rəhbərinin cərimələnməsi iddiaçının qəsdən və ya etinasızlıqla əmək funksiyasını və vəzifə borcunu yerinə yetirməməsi səbəbindən işəgötürənin yerinə yetirməməsi, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə vurulan ziyan kimi qiymətləndirilməlidir. Belə ki, bu fakta görə İddiaçı müdiriyyət tərəfindən humanistlik edilib yazılı xəbərdarlıq verilsə də, Əmək Müfəttişliyi tərəfindən direktor 700 manat məbləğində cərimə olunmuş və onun tərəfindən ödənilmişdir.

41. Bundan başqa, 2023-cü ilin oktyabr ayı üçün əmək haqqlarının ödənilməsi üçün əsas olan işçiləri iş vaxtının uçotu tabelinə direktor tərəfindən imzalandıqdan sonra iddiaçı tərəfindən bilərəkdən saxtakarlıqla etdiyi düzəliş nəticəsində Ruhiyyə Məmmədhəsənovaya və Nəzrin Rzayevaya işdə olmadıqları halda əmək haqqı olaraq ödəni lmiş 412,51 manat və 433,09 manat vəsaitin direktorun xx.xx.2023-cü il tarixli 593 saylı əmri ilə onlar tərəfindən İnsititutun hesabına qaytarılmasının təmin edilməsınə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, artıq həmin ziyan müəssisisəyə qaytarılmışdır. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, qeyd edilən işçilərə işləmədiklə müddət üçün əmək haqları təsadüfi hesab səhvi nəticəsində deyil, məhz İddiaçı tərəfindən bilərəkdən saxtakarlıqla etdiyi düzəliş nəticəsində ödənilmişdir. Artıq ödənilmiş əmək haqlarının müəssisənin balansına qaytarılması isə onun təşəbbüsü ilə deyil, müdiriyyət tərəfindən aşkar edilərək ödənilməsi təmin edilmişdir. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuzluğunun yeganə dəlili ondan ibarət olmuşdur ki, məhkəmənin iddianı təmin etməməsinin əsası kimi istinad etdiyi Həmkarlar Komitəsinin qərarında İddiaçı işində yol verdiyi kobud qanun pozuntuları barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmədiyini bildirməsidir. Yəni Həmkarlar Komitəsinin qərarı ilə “qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmədiyini bildirməsi” Aygül Quluyevanın müdiriyyətin təşəbbüsü ilə işdən azad edilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. İddiaçının bu mövqeyi ilə razılaşan apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi mübahisələndirdiyi Həmkarlar Komitəsinin qərarının yazılış formilirovkası birinci instansiya məhkəməsində mübahisə predmeti kimi araşdırılarkən şahid qismində dindirilən həmin qərar qəbul edilərkən Həmkarlar Komitəsinin üzvü olmuş, hazırda Həmkarlar Komitəsinin sədri Sevda Xəlilova tərəfindən aydınlıq gətirilərək bildirildi ki, Həmkarlar Komitəsinin iclasında müdiriyyətin təqdimatı müzakirə olunmuş və İddiaçı əmək vəzifələrinin icrası zamanı yol verdiyi çoxsaylı kobud qanun pozuntuları müəyyən edildiyindən təqdimat əsaslı hesab edilmiş və onun barəsində “qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmədiyini bildirməsi” dedikdə məhz Əmək Məcəlləsinin 80-ci maddəsini əsas tutaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi apellyatorun şikayətinin bu dəlilinin birinci instansiya məhkəməsində araşdırıldığını və hüquqi qiymət verildiyini nəzərə almayaraq qər arının digər hüquqi qiymətləndirməsində iddiaçının “əsas vəkili” kimi İddiaçı barəsində işdən azad etmədən başqa intizam tədbiri görülə bilərdi. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı yuxarıda sadalanan kobud qanun pozuntularına qəsdən və ya səhlənkarlıqla yol verərək əmək və icra intizamını bilərəkdən dəfələrlə pozmuş, nəticəsində müəssisəyə və direktora maddi ziyan dəymiş, müəssisəyə dəymiş ziyan sonradan müdiriyyətin təşəbbüsü ilə aradan qaldırılsa da, direktor barəsində Əmək Müfəttişliyi tərəfindən cərimə cəzası İddiaçı qəsdən edilən hərəkətinə görə tətbiq edilmiş, işində son bir neçə ayda yol verdiyi ciddi əmək və inziam pozuntularına dair fəaliyyətinin yoxlanması üçün yaradılmış komissiyanın işinə şərait yaratmaq və araşdırmada iştirak etmək əvəzinə, iş otağının qapı sını açarla bağlamış, müdiriyyət tərəfindən onun fəaliyyəti ilə bağlı təqdimat verilərkən keçrilən iclasa gəlməkdən imtina etmiş, aşkar edilmiş faktlar barədə izahat yazmaqdan imtina etmiş, sonradan komissiyanın müəyyən etdiyi, ona aid sənədlərin bir hissənin iş otağında olmamasına aydınlıq gətirməmiş, komissiyanın aşkar etdiyi kobud qanun pozuntularına dair aktlar, izahatlar və sair sənədlər birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq onların həqiqətə uyğun olub-olmamasına münasibət bildirməmişdir. Yalnız apellyasiya şikayətində Həmkarlar Komitəsinin qərarının onun barəsində “qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmədiyini bildirməsi” hissəsinin Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olmadığı mübahisələndirmişdir. Lakin apellyasiya məhkəməsi birinci instan siya məhkəməsinin faktlara və hüquqa əsaslanmaqla qəbul edilmiş qətnaməsini apellyasiya şikayəti üzrə işə 10 dəqiqə ərzində baxmaqla qanunsuz olaraq ləğv etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

42. İddiaçının vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, əsassız olduğuna görə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

43. Maddə 2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

44. Maddə 68 (1 -ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

45. Maddə (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ("a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

46. Maddə 70, (“b” bənd). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər.

47. Maddə 71, (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkə n, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

48. Maddə 71, (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

49. Maddə 71, (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müə yyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

50. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

51. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qaba qcadan razılığı alınmaqla ləğv edilir.

52. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

53. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. (28 iyun 2024-cü il tarixə kimi olan redaksiyada)

54. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

55. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

56. Maddə 187 (1,2,3-cü hissələr). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

57. Maddə 189 (1-ci hissə). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

58. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddə lərində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

59. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələr i üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

60. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığı nı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 417.1.

1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.

75. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

76. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin hallarla bağlı şikayətin dəlillərini təkrar araşdırmağa lüzum yoxdur.

77. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 20 11-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

78. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 40 7.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

80. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələr inin köməyi ilə müəyyənləşdirir.

81. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müə yyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

84. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5057/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar