Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4171/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4099/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, 11 aprel 1987ci il tarixli qərarına əsasən iddiaçının atası X18 vəfat etdiyindən, ünvan 1 ünvanında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı, iddiaçının anası X4 ilə bağlanmışdır.
2. X4 xx.xx.2001-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzil iddiaçının, onun qardaşı və cavabdehin əri X10 istifadəsində olmuşdur.
3. İddiaçının qardaşı Sərvər Ağayev xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş, həmin vaxt Cavabdeh mübahisəsi gedən evə köçmüş, həm başqa ünvanda, həm də sözügedən evdə yaşamışlar. Sərvər Ağayev 04 aprel 2016-cı il tarixdə ölmüşdür.
4. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-c i il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 5. ünvan 2 aprel 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ünvan 3 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun tanınması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 2 aprel 2016-cı il tarixli qətnaməsi (prosessual əsaslarla) ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ünvan 4 ünvanında yerləşən evə (yaşayış sahəsinə) istifadə hüququnun tanınması qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2607/2017 saylı, 05 iyun 201 7-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8. ünvan 8i il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, Cavabdeh ünvan 1 saylı evə köçürülməsi, cavabdehlər X19, X2, X7, X5 və X3 ünvan 1 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutulması tələbi”nə dair qarşılıqlı iddiası rədd edilmişdir.
9. Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil – kommunal istismar sahəsinin 22 yanvar 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubuna əsasən, Cavabdeh xx.xx.1988-c i il tarixdən xx.xx.2016-cı il tarixə kimi ünvan 5 ünvanında qeydiyyatda olmuş, 2004-cü ildə X21 ilə nikaha girmiş və bu ünvanda həyat yoldaşının yanında qeydiyyatsız, bərabər yaşamışlar. Cavabdeh hal-hazıradək həmin ünvanda qeydiyyatsız olaraq yaşayır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5266/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(009)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
12. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən, Cavabdeh ünvan 1 saylı evə köçürülməli və X19, X2, X7, X5 və X3 ünvan 1 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İcra sənədinin icrasının təmini məqsədilə sözügedən evə baxış keçirilmiş, evin cəmi bir otaqdan ibarət olduğu, hazırda həmin evdə X13, X8, X14 və X11 yaşadığı məlum olmuşdur. Eləcə də əlavə şəxslərin köçürülməsinin mümkünsüzlüyü, həmçinin qeyd olunan icra sənədinin xx.xx.2021-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) ünvan 7 ünvanına istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi əsaslandırılmışdır ki, iddiaçının yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki olaraq yaşadığı ünvan 1 ünvanındakı evə ünvan 8i il tarixli qətnaməsi ilə cavabdehin köçürülməsi qət edilsə də, cavabdeh bu günə kimi qətnamənin icrasında maraqlı olmamış, özünün daha əvvəllər yaşadığı, ünvan 9 ünvanında yaşamağa davam etmişdir və bu ünvan cavabdehin faktiki yaşadığı ünvanıdır.
15. Cavabdehin məhkəmə tərəfindən mənzilə tanınan istifadə hüququnun, yəni cavabdehin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi icrası mümkün olmayan icra sənədi olaraq Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin (1982-ci il) 87-ci maddəsinə istinad etmişdir.
17. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 2004-2016-cı illər ərzində əri ilə birlikdə orada yaşamışdır. Həmin vaxta kimi iddiaçını tanımamışdır. İddiaçı cavabdehin əri vəfat etdikdən sonra həmin evə gələrək cavabdehi evdən qovmuşdur. Yekun məhkə mə qərarları vardır ki, cavabdehin həmin evə istifadə hüquqları tanınmış və evə köçürülməsi qərara alınmışdır. İcra sənədinin geri qaytarılması barədə qərardan cavabdehin xəbəri yoxdur, onu heç kim çağırmamışdır. Cavabdeh həmin evə köçmək istəyir, başqa evi yoxdur, məcburiyyətdən qardaşı ilə yaşayır.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(004)-4397/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiа rədd edilmişdir. (hakim Gülnar Babazadə)
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən evdən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. İş materiallarına əsasən cavabdehin mübahisədə adı keçən evə istifadə hüququ məhkəmə qətnamələri ilə tanınmışdır.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı yaşadığı mənzil üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavadehin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Həmçinin, cavabdehin sözügedən mənzilə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 15.2, 77.1, 82.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında əks edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri belə olub: - mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 60, və 87-ci maddələri tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh müvafiq qanunvericilik normalarına əsasən hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur; - digər tərəfdən, birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar, o cümlədən məhkəmə qərarları ilə müəyyən olunanl ar, icra şöbəsinin qətnamənin icrasının mümkünsüzlüyü barədə qərarı (tələbkarın icra sənədinin icrası üçün icra şöbəsinə gəlməməsi səbəbindən) əhəmiyyətli hesab edilməmiş və demək olar ki, heç bir araşdırma aparılmamışdır. Nəticə etibarı ilə də işin həqiqi halları ilə uzlaşmayan, işin tərəflərinin qarşlıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-601/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi edilməmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Günay Axundova)
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlməmişdir. Çünki ünvan 1 ünvanında yerləşən mənzil Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, 11 aprel 1987-ci il tarixli qərarına əsasən iddiaçının valideynlərinə verilmiş, valideynlərindən sonrada həmin mənzildən iddiaçı istifadə etmiş və edir, həmçinin iddiaçı həmin mənzildə qeydiyyatdadır.
26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdehin ünvan 1 saylı mənzilə istifadə hüququ tanınmışdır. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtlən dirir. Lakin hazırki işdə belə hallar mövcud deyildir.
27. Digər tərəfdən cavabdehin mənzildən istifadəyə ehtiyacının aradan qalxmış olduğu da işin halları ilə müəyyən olunmur. Əksinə, birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək cavabdeh izahatında bildirmişdir ki, 2004- 2016-cı illər ərzində orda əri ilə birlikdə yaşamış, həmin vaxta kimi iddiaçını tanımamış, əri vəfat etdikdən sonra, iddiaçı həmin evə gələrək onu evdən qovmuşdur. İcranın geri qaytarılması barədə icra məmurunun qərarından xəbəri yox, onu heç kim çağırmamışdır. Həmin evə köçmək istəyir, başqa evi yoxdur, məcburiyyətdən qardaşı ilə yaşayır.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 228.2-ci, 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı (vəkil X20) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin detalları üzrə düzgün araşdırma aparmamış və nəticə etibarı ilə hüququn tətbiqində səhvə yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq ləğv etsə də, iddianın təmin edilməməsi barədə nəticəsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, məhkəmə hesab etmişdir ki, əgər cavabdehin mənzilə istifadə hüququ məhkəmə tərəfindən tanınmışdırsa və həmin məhkəmə aktı qanuni qüvvə almışdırsa, cavabdehin mənzilə istifadə hüququna xitam verilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd etdiyi əsaslardan ikincisi də o olmuşdur ki, cavabdehin müvəqqəti başqa yerə getməsi mənzilə istifadə hüququna xitam üçün əsas ola bilməz. Tərəflərin qarşılıqlı münasibətləri və eləcə də həqiqi hallar isə bunun əksini deyir. Belə ki, əvvəla cavabdeh istifadə hüququ tanınmış mənzili hələ ərinin sağlığında, əri ilə birlikdə tərk edib gedib və gedişdə də məqsəd müvəqqəti deyil, daimi xarakterli olub. Cavabdeh 10 ildən artıqdır ki, mübahisədə adı keçən evdə yaşamır və əvvəllər yaşadığı, özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, mənzil 156-da yaşayır. Bu barədə də rəsmi sənəd məhkəməyə təqdim edilib. (111 saylı MKİS-nin məktubu, istifadə hüququnu tanıyan məhkəmə qətnaməsinin icrası üçün icra şöbəsinin çağırışına gəlməməsi, qətnamənin icrasından imtina etməsi və buna görə də icra şöbəsinin məhkəmə aktını (icra vərəqəsini) icrası mümkün olmayan sənəd olaraq məhkəməsinə geri qaytarması).
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1959/2023 saylı, 1 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
32. Ali Məhkəmənin mövqeyi belə olub: - məhkəmələrin müəyyən etdiyi işin hallarına görə Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı fərdi yaşay ış evi əvvəllər X1 adlı şəxsin mülkiyyətində olmuş, lakin xx.xx.1931-ci il tarixdə Dövlət mənzil fonduna keçirilmiş və sonradan İddiaçı atası X12 ayrılmış, onun ölümündən sonra isə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 saylı xx.xx.1987-ci il tarixli qərarına əsasən evə dair icarə müqaviləsi mərhumun arvadı, iddiaçının anası X4 ilə bağlanılmışdır. Minəxanım Ağayeva xx.xx.2001ci il tarixdə vəfat etmiş, həmin vaxtdan sonra evə onun övladları X21 (Cavabdeh əri, İddiaçı isə qardaşı) və İddiaçı sahiblik etmişlər. Sərvər Ağayev xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş, sonuncu, mübahisəsi gedən evə köçmüşdür. Cavabdeh və iddiaçı həm sözügedən evdə, həm də digər yerlərdə yaşamışlar. Sərvər Ağayev 04 aprel 2016-cı il tarixdə ölmüşdür. Sonradan iddiaçı ilə cavabd ehin arasında evlə bağlı mübahisə yaranmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh evə (yaşayış sahəsinə) istifadə hüququ tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017- ci il tarixli qətnaməsi ilə isə Cavabdeh ünvan 1 saylı evə köçürülməsi, cavabdehlər X19, X2, X7, X5 və X3 ünvan 1 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil-kommunal istismar sahəsinin 22 yanvar 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubuna əsasən, Cavabdeh xx.xx.1988-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi ünvan 5 ünvanında qeydiyyatda olmuş, 2004-cü ildə X21 ilə nikaha girmiş və bu ünvanda həyat yoldaşının yanında qeydiyyatsız, bərabər yaşamışlar. Cavabdeh hal-hazıradək həmin ünvanda qeydiyyatsız olaraq yaşayır; - Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru tərəfindən “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh ünvan 1 saylı evə köçürülməsi və X19, X2, X7, X5 və X3 ünvan 1 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməsi barədə icra sənədinin icrasının təmini məqsədilə sözügedən evə baxış keçirilmiş, evin cəmi bir otaqdan ibarət olduğu, hazırda həmin evdə X13, X8, X14 və X11 yaşadığı məlum olmuş, eləcə də əlavə şəxslərin köçürülməsinin mümkünsüzlüyü, həmçinin qeyd olunan icra sənədinin xx.xx.2021-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmişdir. Bu səbəbdən də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir; - apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin ünvan 1 saylı mənzilə istifadə hüququ tanınmışdır. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Lakin hazırki işdə belə hallar mövcud deyildir. Həmçinin, cavabdehin mənzildən istifadə ehtiyacının aradan qalxmış olduğu da işin halları ilə müəyyən olunmur. Digər tərəfdən, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında da bu hal təsbit olunmamışdır; - lakin bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iddiaçının təqdim etdiyi və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutları nəzərə almamış və onlara qiymət verməmişdir; - belə ki, işdən görünür ki, cavabdeh xx.xx.2004-cü il tarixdə iddiaçının qardaşı Sərvər Ağayevlə nikaha daxil olaraq mübahisəli evə köçmüş, əri Sərvər Ağayevin öldüyü 04 aprel 2016-cı il tarixə kimi başqa ünvanlarda, eyni zamanda dövlət mülkiyyətində olan mübahisəli yaşayış evində ya şamış, evə pasport qeydiyyatına alınmış, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən onun həmin evdə yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir; - bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli evə (yaşayış sahəsinə) istifadə hüququnun tanınmasına, həmin Məhkəmənin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə evə köçürülməsinin təmin edilməsinə baxmayaraq cavabdehin evə köçürülməsi təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmiş, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmiş, mübahisəli evə köçürülməsi üçün hər hansı maraq nümayış etdirməmişdir; - işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri cavabdehin 2016-cı ildən mübahisənin predmeti olan evdə yaşamamasına, köçüb getməsinə, xx.xx.2016-cı il tarixə kimi qeydiyyatda olduğu ünvan 5 ünvanında qeydiyyatsız yaşamasına, mübahisəli yaşayış evində yaşayış sahəsindən istifadəyə ehtiyacının qalmaması barədə iddia tələbinin əsası kimi istinad olunan hallara dair sübutlara qiymət verməmiş, qeyd olunan halları nəzərə almamış, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxıbqalxmadığını müəyyən etməmişlər; - iddiaçının təqdim etdiyi sübutlara əs asən iddiaçının yaşadığı ünvan 3-də cavabdeh qeydiyyatda olsa da, yaşamayıb və hazırda da yaşamır. İşə baxan məhkəmələr cavabdehin yaşayış evindən istifadə etdiyi halda elektrik enerjisinin, qaz və su sərfiyyatının olub-olmamasını, orada hər hansı əşyasının olub-olmamasını müəyyən etməmişlər; - bundan başqa cavabdehin mübahisənin predmeti olan yaşayış evində yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin evlə bağlılığının qalıb-qalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçüb-köçməməsi, digər ev və ya yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edib-etməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən müəyyən olunmamış, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyek tiv tədqiqinə lazımi şərait yaratmamış, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. İşin təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi cavabdehin adına daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermişdir.
34. Sorğuya verilmiş cavab məktubuna əsasən Cavabdeh adına Bakı şəhəri 25 saylı DNK-nın 2V-19 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 156 saylı mənzilin 1/3 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
35. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)-4099/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 3 ünvanına tanınan istifadə hüququna xitam verilməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhramzadə)
36. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir edir ki, birinci instansiya məhkəməsi iddiaçının yaşadığı mənzil üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ olmaması kimi səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Oktyabr Rayon Xalq Deputatları Soveti nin 79/14 №- li, 11 aprel 1987-ci il tarixli qərarına əsasən X18 vəfat etdiyindən, ünvan 1 ünvanında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı Minəxanım Ağayeva ilə bağlanmışdır. İş materialları ilə müəyyən olunur ki, X4 xx.xx.2001-ci ildə vəfat etmiş və anasının vəfatından sonra mənzil iddiaçının istifadəsindədir. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı həmin ünvanda qeydiyyatdadır. Göründüyü kimi, mübahisədə adı keçən ev iddiaçının valideynlərinə verilmiş, valideynlərindən sonrada həmin mənzildən iddiaçı istifadə etmiş və edir, həmçinin, həmin mənzildə qeydiyyatdadır. Beləliklə də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır.
37. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı cavabdehin sözügedən mənzilə istifadə hüququnun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınması kimi nəticəsi ilə də razılaşmayaraq göstərmişdir ki, cavabdeh xx.xx.2004-cü il tarixdə iddiaçının qardaşı Sərvər Ağayevlə nikaha daxil olaraq mübahisəli evə köçmüş, əri Sərvər Ağayevin öldüyü 04 aprel 2016-cı il tarixə kimi başqa ünvanlarda, eyni zamanda dövlət mülkiyyətində olan mübahisəli evdə yaşamış, evə pasport qeydiyyatına alınmışdır. Tərəflər arasında mübahisəli mənzillə bağlı ehtimal olunan mübahisəli hüquq münasibətləri 2004-cü ildə yaranmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına əsasən hesab etmişdir ki, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü madd əsinə əsasən cavabdehin həmin evdə istifadə hüququ əmələ gəlmişdir.
39. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli evə (yaşayış sahəsinə) istifadə hüququnun tanınmasına, həmin Məhkəmənin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə evə köçürülməsi tələbinin təmin edilməsinə baxmayaraq, cavabdehin evə köçürülməsi təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurunun “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmiş, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və g əlməməsi ilə bağlı üzürlü səbəb bildirməmiş, mübahisəli evə köçürülməsi üçün hər hansı maraq nümayiş etdirməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq cavabdehin mübahisədə adı keçən evdə yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin ev ilə bağlılığının aradan qaxıbqalxmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçüb-köçməməsi, digər ev və ya yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edib-etməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar üzrə araşdırma apararaq, göstərmişdir ki, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi i lə şərtləndirir.
41. Apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubuna əsasən cavabdehin adına Bakı şəhəri 25 saylı DNK-nın 2V-19 reyestr nömrəli xx.xx.2017ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 156 saylı mənzilin 1/3 hissəsinin qeydiyyatdan keçməsinə və hazırda mülkiyyətində olmasına istinadən hesab etmişdir ki, belə olan halda, cavabdehin ünvan 11 ünvanına ehtiyacı aradan qalxmışdır. Çünki cavabdehin mülkiyyətində başqa mənzil olmuş və cavabdeh daimi yaşamaq üçün yaşayış sahəsi seçmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməs inin göstərişlərinə uyğun olaraq həmçinin müəyyən etmişdir ki, mübahisəli ev üzrə elektrik enerjisinin, qaz və su sərfiyyatı ilə bağlı bütün ödənişlər iddiaçı tərəfindən həyata keçirilmiş, cavabdehin bu ödənişlərdə hər hansı formada iştirakı olmamışdır.
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin mübahisədə adı keçən evdə yaşayış sahəsinə ehtiyacının olmaması müəyyən edilsə də, birinci instansiya məhkəməsi işin qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməmişdir.
44. Qeyd olunanlara baxımından, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin ünvan 11 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 85 və 87-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti belə əsaslandırılıb: - Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. Məhkəmə zəruri araşdırma aparmadan, cavabdehin iştirakını təmin etmədən və iş üzrə toplanmış sübutlara düzgün qiymət vermədən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, işi sadəcə iddiaçının xeyrinə həll etmişdir; - belə ki, iş materiallarına əlavə olunmuş ünvan 2 aprel 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin ünvan 3 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun tanınması qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(009)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5266/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi təmin olunmamışdır. Qanuni qüvvəsini almış həmin məhkəmə aktları ilə cavabdehin mənzilə olan hüquqları təsdiqini tapmışdır; - hazırda iddiaçı qərəzli olaraq, təkrar məhkəməyə müraciət edərək cavabdehin evə olan hüququnun itirilməsini xahiş etmişdir. İddiaçının məqsədi borclu olduğu iş üzrə icra işlərini ləngitmək, cavabdehin mübahisəli evə köçürülməsini əngəlləməkdir. Apellyasiya instansiyası məhkəməsi isə bunu aşkar gördüyü halda işi iddiaçının xeyrinə həll etmək qərarına gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən mübahisəli evə köçürülməlidir; - apellyasiya instansiyası məhkəməsi cavabdehi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə köçürülməli olduğu yaşayış yerindən məhrum etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etirazda göstərilmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan) Maddə
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üz vləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə ed irlər. Maddə
60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır Maddə
87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kass asiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gə lib.
54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3645-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
56. Belə ki, iddia tələbi cavabdehin mənzilə istifadə hüququnun itirilməsi barədədir. İdd iaçı tələbinin faktiki əsası kimi cavabdehin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə mübahisədə adı keçən evə istifadə hüququnun tanınmasına, həmin Məhkəmənin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə evə köçürülməsinin təmin edilməsinə baxmayaraq, cavabdehin evə köçmək istəməməsinə istinad etmişdir.
57. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə də cavabdehin mübahisədə adı keçən evə istifadə hüququnun tanınmasına və onun evə köçürülməsi barədə məhkəmə qətnamələri olsa da, cavabdeh mübahisəli evə köçürülməsi üçün hər hansı maraq nümayiş etdirməmiş, bu barədə icra sənədi geri qaytarılmışdır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 156 saylı mənzi lin 1/3 hissəsi xx.xx.2017-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və həmin mənzilin 1/3 hissəsi hazırda da cavabdehin mülkiyyətindədir və cavabdehin ünvan 11 ünvanına ehtiyacı aradan qalxmışdır. Çünki cavabdehin mülkiyyətində başqa mənzil olmuş və cavabdeh daimi yaşamaq üçün yaşayış sahəsi seçmişdir.
58. Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Cavabdehin mübahisəli evə 2004-cü ildə köçməsi, həmin mənzilin dövlət mənzil fondunda olması və məhkəmə qətnamələri ilə də cavabdehin evə istifadə hüququ Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən təmin edildiyi üçün, qanunvericiliyin tələbinə görə həmin münasibətlərə 2009-cu il 01 oktyabradək qüvvədə olan Mənz il Məcəlləsinin (1982-ci il) 53, 54, 60 və 87-ci maddələrinin tətbiq edilməsini məhkəmə kollegiyası düzgün sayır.
60. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddia tələbinin təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
61. Məhkəmə kollegiyası cavabdehin evə istifadə hüququnun və oraya köçürülməsinin məhkəmə qətnamələri ilə müəyyən edilməsi və bu əsasla da həmin məhkəmə aktları qüvvədə olduğu halda, iddianın təmin edilməsinin əsassız olması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.
62. Belə ki, yaşayış sahəsinə istifadə hüququnun qanun əsasında və ya məhkəmə qətnaməsi əsasında yaranmasından asılı olmayaraq, həmin hüquqa qanunvericilikdə müəyyən edilmiş qay dada xitam verilməsi istisna edilmir. İşdən görünür ki, cavabdehin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mübahisədə adı keçən evə istifadə hüququnun tanınması, həmin Məhkəmənin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə evə köçürülməsi təmin edilsə də, cavabdeh həmin məhkəmə aktları ilə tanınmış hüququndan istifadə etməmiş, hüququ tanınmış evdən istifadə ilə bağlı hər hansı təşəbbüs göstərməmiş və nəticədə icra sənədi geri qaytarılmışdır. Bu da artıq yeni hüquqi vəziyyətin yaranmasına gətirib çıxarmışdır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-c i hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
64. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
65. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün həm in Məcəllənin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilməlidir. Həmin əsaslar müəyyən edildiyi halda, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edir.
66. Qeyd edildiyi kimi, cavabdehin məhkəmə qətnamələri ilə evə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbləri təmin edilsə də, cavabdehin həmin hüququndan istifadə edərək evdə yaşaması müəyyən edilməmiş, əksinə, cavabdehin hüququ tanınmış evdən istifadə ilə bağlı hər hansı təşəbbüs göstərməməsi, üstəlik, 2017ci ildən mülkiyyətində mənzil olması və onun mülkiyyətində olan həmin evdə yaşaması müəyyən edilmişdir.
67. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsassızdır.
68. Məhkəmə kollegiyası qeyd olunanlara ə sasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4099/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.