Məhkəmə qərarları › İş №2(102)-4172/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4172/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4172/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və http://supremecourt.gov.az/static/view/284X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X2 Cavabdeh arasında xx xxxx 1990cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1076 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məmmədova, hakimlər İ.Kərimli və X.Sarıyev) apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X3 ilə Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, X3 ilə İddiaçı xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar və nikahları ləğv edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, X3 ilə Cavabdeh xx.xx.1990-cı il tarixdə nika ha daxil olmuşlar və nikahları ləğv edilməmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, X3 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasındakı mübahisənin əsasını iddiaçıyla X3 arasında xx.xx.1981-ci il tarixli nikah olduğu halda, X2 Cavabdeh nikaha daxil olması barədə Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.1990-cı il tarixli nikahın bağlanması haqqında akt qeydinin etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 17.1-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşaçatdıqda ailə qurmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. 23.4-cü maddəsinə əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. 25-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.[ Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.5-ci maddəs inə əsasən pozulmamış əvvəlki nikah üzrə ər (arvad)nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, X3 ilə İddiaçı arasında nikah xx.xx.1981-ci il tarixdə və X2 Cavabdeh nikahı xx.xx.1990-cı il tarixdə bağlandığından, ilk növbədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından (qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır) 2000-ci ilədək qüvvədə olan Nikah və Ailə Məcəlləsinin (1969-cu il tarixli) nikahın etibarsızlığı ilə bağlı müddəalarına istinad edilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, 2000-ci ilədək qüvvədə olan Ailə və Nikah Məcəlləsi də (15-ci, 17-c i və 48-ci maddələr) hazırda qüvvədə olan Ailə Məcəlləsinə uyğun olaraq ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər tərəfindən həmin nikah pozulmadan təkrar nikahın bağlanmasını, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah bağlamasını artıq nikahın məhkəmə qaydasında etibarsız sayılması üçün əsas kimi müəyyən etmiş, eyni zamanda məhkəmədə işə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda məhkəmə qaydasında həmin halların aradan qalxdığı vaxtdan nikahın etibarlı hesab edilə bilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, həm 2000-ci ilədək qüvvədə olmuş Ailə və Nikah Məcəlləsinin 48-ci maddəsində (həmin məcəllənin 15-17-ci maddələrinə də istinadən), həm də hazırda qüvvədə olan Ailə Məcəlləsinin 25.1-ci maddəsində (həmin məcəllənin 1012-ci və 13.3-cü maddələrinə də istinadən) nikahın etibarsız sayıldığı halların dairəsi müəyyən edilmiş, o cümlədən şəxsin (ərin və ya arvadın) artıq nikahda olarkən, bu nikahı pozmadan yenidən başqa şəxslə bağladığı nikah bir mənalı olaraq etibarsız nikahlar kateqoriyasına aid edilmişdir. Həmçinin nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Göründüyü kimi, X2 Cavabdeh arasında xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1076 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah X3 ilə İddiaçı arasında nikah xx.xx.1981-ci il tarixdə bağlanmış nikah rəsmi qaydada pozulmadan qeyd alınmışdır. (Nikah şəhadətnaməsi iddiaçıda qalır.) Beləliklə hər iki məcəllənin tələbləri baxımından bu hal onların nikahının etibarsız hesab edilməsi üçün əsas yaradır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tu taraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar