Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4173/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı vəkili X4, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Bu qətnamə cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas hesab edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin Bakı şəhəri, Montin y/s M.Məmmədzadə küçəsi, 8 “A” saylı evin 24 “A” saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASA SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Cavabdeh və vəkili xx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili xx məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb iza hatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edərkən, iddianın təmin edilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 16 sentyabr 2014-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 31 dekabr 2015-ci il tarixdə Qəhrəman adlı uşaqları doğulub. 02 mart 2012-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində yerləşən, 8 “A” saylı evin 24 “A” saylı mənzili iddiaçının atası X3 mülkiy yətində olub. 01 iyun 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, xxmülkiyyətində olan sözügedən mənzili oğlu İddiaçı bağışlayıb. 04 iyun 2015-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. İşə əlavə edilmiş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 13 noyabr 2018-ci il tarixli arayışına görə, cavabdeh sözügedən mənzildə daimi qeydiyyatdadır. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və sair tələblərə dair” iddiası qismən təmin edilərək, tərəflər arasında 16 sentyabr 2014-cü il tarixdə bağlanmış nikahın pozulması qət edili b. Hazırda iddiaçı, cavabdehlə aralarında olan ailə münasibətlərinə xitam verildiyini və keçmiş ailə üzvü kimi cavabdehin sözügedən mənzildən istifadə hüququnun saxlanılmadığını göstərib, onun mənzildən istifadə hüququna xitam verilməsini iddia edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan i ddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin yuxarıda müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı mübahisəli mənzili bağışlama müqaviləsinə əsasən əldə etmişdir və həmin mənzilin mülkiyyətçisi olan iddiaçı ilə keçmiş ailə üzvü sayılan cavabdeh arasında hər hansı başqa razılaşma yoxdur. Bundan başqa, hazırda cavabdehin sözügedən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə ailə münasibətlərinə xitam verilib. Bu səbəbdən də keçmiş ailə üzvü kimi cavabdehin iddiaçının mülkiyyətində olan sözügedən mənzildən istifadə hüququ saxlanıla bilməz. Belə ki, Azərbaycan Respublikas ı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apelyasiya instansiyası məhkəməsi qe yd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, cavabdehin sözügedən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən, keçmiş ailə üzvü kimi onun həmin mənzildən istifadə hüququ saxlanılmır. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, cavabdehin özünün izahatına əsaslanaraq müəyyən etmişdir ki, cavabdehin özünün istifadəsində ünvan 1 ünvanda yaşayış sahəsi olduğundan, keçmiş ailə üzvü kimi onun iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən müəyyən müddətə də istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilməz. Çünki bunun üçün əsaslar artıq aradan qalxmışdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayət inin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh ka sasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4173/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4173/2020
20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver