Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4173/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh5 qarşı, İddiaçı Cavabdeh5 İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 qarşı iddialarına dair iş üzrə QƏRARİ İş № 2(102)-4173/2022 (Açar sözlər: torpaq sahəsinə gedən yolun məcburi qaydada açılması, maneələrə son qoyulması, pulun tutulması) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh5 qarşı “torpaq sahəsinə gedən yolun məcburi qaydada açılması, maneələrə son qoyulması, meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılması” barədə, Cavabdeh5 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 qarşı “pul tələbi” barədə iddialarına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) Cavabdeh5 kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarı ilə X6, X7, X8, Cavabdeh2, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 (cəmi 7 nəfər) mülkiyyətinə Oğuz rayonu, Xaçmaz Qışlaq kəndi ərazisindən 4 ayrı-ayrı ərazidə yerləşən cəmi 4,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Mülkiyyətçilərdən X7 xx.xx.2013-cü il tarixdə, X6 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişlər.
3. Cavabdeh5 da qeyd edilən kənddə torpaq sahəsi var və bu torpaq sahəsi yuxarıda göstərilən şəxslərin torpaq sahəsi ilə həmsərhəddir.
4. Mübahisə torpaq sahəsindən istifadəyə maneə yaradılması ilə bağlanıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (iddia tələbinin məzmununun dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizə) ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək Oğuz rayonu, Xaçmaz Qışlaq kəndində yerləşən, onun və digər ailə üzvlərinin mülkiyyətində olan, xx.xx.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəs inə gedən, Cavabdeh5 tərəfindən tutulmuş yolun məcburi qaydada açılması və həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulması, 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının Cavabdeh5 vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 53 nömrəli qərarı ilə Oğuz rayonu Xaçmaz Qışlaq kəndində 4 ayrı-ayrı ərazidə yerləşən cəmi 4,66 hektar torpaq sahəsi onun və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Ailə 7 nəfərdən ibarət olmuşdur. Qeyd edilən torpaq sahəsinə dair onların adına xx.xx.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. xx.xx.19 98-ci il tarixli JN 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsi digər qonşu mülkiyyətçilərə verilmiş torpaq sahələrinin əhatəsindədir və həmin mülkiyyətçilər öz torpaq sahələrini hazırki iş üzrə Cavabdeh5 satmışlar. Cavabdeh alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahələrinin ətrafını dəmir tor ilə əhatəyə almış və bu səbəbdən onların Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsindən istifadə etmək imkanları məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh satın aldığı torpaq sahələrinin ətrafını dəmir tor ilə hasarlayarkən onların mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsinə gedən, əvvəllər mövcud olmuş yol hasardan içəridə qalmış və bu səbəbdən onların həmin torpaq sahəsi ilə əlaqələri kəsilmişdir.
7. Əvvəllər mövcud olmuş yol yerinin açılması ilə əlaqədar cavabdehlə danışıqlar aparsalar da, nəticəsi olmamışdır. xx.xx.1998-ci il tarixli JN-0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adları qeyd edilən digər mülkiyyətçilərdən X7 xx.xx.2013-cü il tarixdə, X6 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. Paylı mülkiyyətində olan torpaq sahəsindən hazırda yalnız o özü istifadə etdiyindən xx.xx.1998-ci il tarixli JN-0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adları qeyd edilən digər mülkiyyətçilər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X8 iddiaçı kimi işə cəlb olunmamışlar.
8. Cavabdeh yolu bağlamaqla yanaşı, onların mülkiyyətlərində olan torpaq sahəsinə çoxillik meyvə ağacları əkmiş, bununla da, onları mülkiyyətlərin ə verilmiş torpaq sahəsindən bütövlükdə məhrum etmişdir. Həmin ağaclar da cavabdehin öz vəsaiti hesabına çıxarılmalıdır. O, son vaxtlaradək həmin ərazidən taxıl məhsulları istehsalı üçün istifadə etmişdir və bundan sonra da taxıl əkib-becərmək istəyir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 157.4, 170.2, və 175.3-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh5 da iddia ərizəsi (iddia tələbinin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək predmetinə aid olan torpaq sahəsində çəkilmiş xərcin əvəzi olaraq cəmi 80.631 (səksən min altı yüz otuz bir) manat dəyərində pul məbləği və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada tutaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədə n xahiş etmişdir.
11. Cavabdeh5 tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin ortalarında Oğuz rayonu Xaçmaz Qışlaq kəndində təxminən 170 hektar torpaq sahəsində meyvə bağı əkmək üçün Xaçmaz Qışlaq kəndinin sakinləri ilə torpaq sahəsinin bir hektarı 2500-3000 manat olmaqla, şifahi qaydada razılaşaraq həmin torpaq sahələrində meyvə tingləri əkmiş və ərazini dəmir torla əhatəyə almışdır. Sonradan cavabdeh İddiaçı və ailə üzvləri istisna olmaqla, digər bütün sakinlərlə hissə-hissə alqı-satqı müqavilələri bağlanmış, torpaq sahələri onun xüsusi mülkiyyətinə keçmişdir.
12. Cavabdeh İddiaçı ilə də 2018-ci ilin sonlarında ailə üzvlərinin birgə mülkiyyətində olan, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən 0,62 hektar torpaq sahəsinin alqı-satqısına dair şifahi razılıq əldə edilsə də, cavabdeh lərin ailə üzvlərindən X6 və X7 vəfat etdiklərindən həmin şəxslərin vərəsəlik işinin açılmalı olması ilə əlaqədar olaraq razılaşma müddətində cavabdehlərlə alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Ancaq cavabdeh İddiaçı və digər ailə üzvlərinin təxminən 3 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə dair hər hansı bir iddiaları olmamış və vərəsəlik işi açıldıqdan sonra alqı-satqının rəsmiləşdiriləcəyi bildirilmişdir.
13. Buna baxmayaraq xx.xx.2020-ci ildə İddiaçı Oğuz Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış və daha sonra iddia tələbini artıraraq onun tərəfindən əkilmiş çoxillik meyvə ağaclarının çıxarılmasını da tələb etmişdir. 2018-ci ildə cavabdeh İddiaçı ilə şifah i razılıqdan sonra ona və ailə üzvlərinə məxsus torpaq sahəsində çoxillik meyvə ağaclarının əkininə başlamaqla həmin işlərə xeyli xərc çəkmişdir. Cavabdehlərin ailə üzvlərinə məxsus 0,62 hektar torpaq sahəsində 1440 ədəd çoxillik meyvə ağacı əkilmiş hər meyvə tinginin qiyməti 6,70 ABŞ dolları olmaqla 9584 ABŞ dolları - manat ekvivaleni ilə 16.401 manat; 1440 ədəd çoxillik meyvə ağacının əkilməsi üçün hər ağaca 2 manat olmaqla 2880 manat; 190 ədəd beton dirək alınması, daşınması və basdırılması daxil olmaqla hər bir beton dirək 25 manata başa gələrək 4750 manat; 3 ton yanmış məftil alınmış, məftilin bir kiloqramı 2,70 manat olmaqla 8100 manat; İsrail dövlətinin istehsalı olan suvarma sisteminə 1 metri 6 manat olmaqla 1900 metr üçün 11.400 manat və 1 metr suvarma sisteminin quraşdırılmasına 0,50 manat olmaqla 950 manat; ağacların əkilməsi zamanı və son 27 ay ərzində gübrə və dərmana 24.000 manat; işçi pulu günə muzd 15 manat olmaqla bir işçi üçün 27 ay x 30 gün = 810 gün olmaqla cəmi 12.150 manat pul xərclənməklə ümumilikdə 80.631 (səksən min altı yüz otuz bir) xərc çəkilmişdir.
14. Bundan əlavə, cavabdehin digər mülki iş üzrə iddiası məhkəmə tərəfindən təmin ediləcəyi tədqirdə cavabdehlərə məxsus torpaq sahəsinin ətrafının əhatəyə alınmasına (241 + 239 = 480 metr) bir metr üçün dəmir tor, beton dirək, armatur və beton palçıq üçün 40 manat olmaqla cəmi 19.200 manat əlavə xərc çəkilməsi tələb olunur. Eyni zamanda, əkilmiş çoxillik meyvə ağaclarının gövdələrinin şaxələnməsi ilə əlaqədar olaraq ağacların başqa yerə köçürülməsi mümkün deyildir. Çünki ağaclar artıq 3 ildir əkilmiş dir və onların gövdələri şaxələndiyindən yerdəyişmə olarsa, onların bitmə ehtimalı 15-20% olacaqdır. Belə olan halda, ona dəymiş maddi ziyanın miqdarı daha artıq olacaqdır.
15. İddiaçı Cavabdeh5 iddia tələbinin əsası kimi Mülki Məcəllənin 21.1, 329.2, 329.3, 385.1, 409.9, 425.1, 427.3, 442, 443.1, 448.1, 1096, 1097.1, 1099.1, 1113.1 və 1115-ci maddələrinə istinad etmişdir.
16. Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
17. Birinci instansiya məhkəməsi tərəfindən mübahisədə adı keçən əraziyə tərəflərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı və digər şəxslərin mülkiyyətində olan, xx.xx.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsində cavabdeh tərəfindən bağ sahəsi salınmış, qeyd olunan ərazi həmin təyinat üzrə suvarma sistemi, beton dirəklər və digər lazımi avadanlıqlarla təchiz edilmişdir. Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsi üç tərəfdən - şimal, qərb və cənub istiqamətindən cavabdeh tərəfindən salınmış bağ sahələri ilə əhatə olunmuşdur. Hazırda 0,62 hektar torpaq sahəsi də cavabdehin istifadəsindədir və cavabdehin istifadə etdiyi torpaq sahələrini əhatə edən ərazi bütövlükdə dəmir tor ilə əhatəyə alınmışdır.
18. X13 İnkişaf Mərkəzinin mütəxəssis rəyinə əsasən Oğuz rayonu Xaçmaz Qışlaq kənd sakini İddiaçı və başqalarının mülkiyyətində olan JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 69C nömrəsi ilə qeyd edilən 6158 kv.metrdən ibarət hissəsində “storinad” alma sortu əkilmişdir. Ərazidə intensiv bağ mövcud olduğuna görə ağaclar 4 x 1,25 sxemi ilə əkilmişdir. Sözügedən sahənin eni 25 metr, uzunluğu 241 metrdir və həmin sahəyə 25 metr uzunluğunda 60 cərgə bağ düşür. Qeyd olunan sahənin sərhədləri daxilində 120 beton dirək və 1440 ağac yerləşir. Həmin ərazidə mövcud olan ağaclar iki illikdir (2019-cu ilin mart ayında əkilmişdir). Həmin ərazidəki ağacların digər sahəyə köçürülməsi mümkündür. Hər ağacın başqa sahəyə əkilməsi xərci, təxminən, 2-3 manat arasında də yişə bilər. Lakin həmin ağacların sahədən köçürülməsi yalnız 1440 ağacın ərazidən çıxarılıb başqa sahədə əkilməsi ilə məhdudlaşmır. Belə ki, ağaclar köçürüldükdən sonra 69C nömrəli sahə ilə sərhəd boyu 11 metr enində yollar salınmalıdır. Bu da 22 metr enində, 241 m uzunluğunda əlavə bağın sökülməsinə səbəb olacaq və əlavə 120 beton dirəyin, 1050 ədəd ağacın köçürülməsi, əlavə beton dayaq ankerlərin basdırılmasına ehtiyac yaradacaqdır. Ağacların bir sahədən digər sahəyə köçürülməsi zamanı ağacların məhv olma riski çox yüksəkdir. Bu risk, təxminən, 30-50 % arasında dəyişə bilər. Çünki ağaclar alınarkən onların kökləri xüsusi orqanik məhlula salınıb saxlanılır, torpağa əkildikdə həmin effektiv mikroorqanizmlər canlanır və ağacların kök sisteminin formalaşmasına təkan verir. Buna görə də ağacl arın köçürülməsi zamanı ağacların məhv olma faizi yüksək olacaqdır. Çünki ağacların kökləri və budaqları budanır. Həmin ərazidə əkilmiş alma ağacları üçüncü ildən tam məhsula düşür və məhsuldarlıq həmin növ intensiv bağlarda hər hektara 70-150 ton arasında dəyişir. Əgər ağacın yeri dəyişdirilərsə, ağacın əkildiyi ildən yaşı hesablanır və tam məhsula düşməsi üçün üç il vaxt keçməlidir. İntensiv bağlarda bir hektarda 5000 ağac, məhsuldarlığın isə hər hektara 70-150 ton arasında olmaqla, hər ağacdan əldə ediləcək məhsul minimum 15 kq olması nəzərə alınarsa, dəymiş zərər 6158 kv.metr sahədən 1440 x 15 = 21.600 kq təşkil edər. 69C nömrəli sahədən kənarda məcburiyyət qarşısında əlavə sökülən 1050 ağaca görə isə bir ildə dəymiş zərər 1050 x 15 = 15.750 kq məhsul olacaqdır. Həmin ağacların məhsula düşməsinin üç il gecikməsi isə üç ildə dəymiş zərər (15.750 + 21.600) x 3 = 37.350 x 3 = 112.050 kq məhsul olar. 6158 kv.metr sahənin daxilində 120 beton dirək basdırılmışdır. Həmin dirəklər bu sahədən çıxarılarkən beton dirəklərin yerdə olan hissəsi qırılır və bu dirəklərin bağda istifadəsi mümkün olmayacaq. Beton dirəklərin basdırılmasına görə fəhlələrə hər dirək üçün 2 manat haqq ödənilir. Ərazidə hər cərgədə dörd sıra paslanmayan polad məftil çəkilmişdir ki, bu da, təxminən, 6000 metr polad məftil deməkdir. Həmin məftil söküldükdən sonra bağda istifadəyə yararlı deyildir. Məcburiyyət qarşısında yolların salınması üçün söküləcək 22 metr bağ sahəsindən isə 22 x 4 x 60 = 5280 metr məftil yararsız vəziyyətə düşəcəkdir. 6158 kv.metr ərazidə 1500 metr suvarma borusundan istifadə olunmuşdur və həmin suvarma sisteminin çəkilməsi xərcləri haqqında dəqiq məlumat yoxdur. Bu sahə üzrə mütəxəssis rəyinə ehtiyac vardır. 69C nömrəli sahədəki suvarma sistemi söküldükdə, ondan yuxarıda qalan 40 metrlik bağ sahəsinin 11 metri yola ayrıldıqdan sonra orada 29 metr suvarma boruları qalır. Bu borulardan gələcəkdə həmin ərazinin suvarılmasında istifadə etmək mümkün olmayacaq və təzyiq nəticəsində yararsız vəziyyətə düşəcəkdir. Çünki, bağa su verilən ana xətt bütov bağ boyu borular üçün nəzərdə tutulmuşdur. Bu da həmin ana xəttin yenidən çəkilməsinə ehtiyac yaradacaqdır. 19. “X3” MMC-nin mütəxəssis rəyinə görə JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 69C nömrəsi ilə qeyd edilən 6158 kv.metrdən ibar ət torpaq sahəsinin üzərində yaxşılaşdırma işləri aparılmadan həmin torpaq sahəsinin dəyəri 1847 manat təşkil edir. Torpaq sahəsinin üzərində aparılmış yaxşılaşdırma işləri 2500 manat təşkil edir. Torpaq sahəsində salınmış meyvə bağı ilə birgə hazırda bağ sahəsinin real bazar dəyəri 55.163 manat təşkil edir. Bağ sahələrində intensiv qaydada yerinə yetirilən münbitləşdirilmə işləri 5-8 il, bəzən daha artıq müddət ərzində öz funksiyasını saxlayır. Belə yaxşılaşdırma və münbitləşdirmə, həmin torpaq sahəsindəki meyvə ağacları çıxarılıb aparılacağı təqdirdə də, torpaq sahəsinin yenidən istifadəsi zamanı istənilən məhsulların yetişdirilməsi vəziyyətində də yararlı və faydalıdır.
20. Oğuz Rayon Məhkəməsinin 2(054)-37/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbini n təmin edilməsi, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən, İddiaçı və digərlərinin mülkiyyətində olan, xx.xx.1998-ci il tarixli JN0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsinə gedən, Cavabdeh5 tərəfindən tutulmuş yolun məcburi qaydada açılması, həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulması, 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının Cavabdeh5 vəsaiti hesabına çıxarılması, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 10 manat dövlət rüsumunun Cavabdeh5 tutularaq İddiaçı ödənilməsi, Cavabdeh5 iddia tələbinin qismən təmin edilməsi 0,6158 hektar torpaq sahəsində ayrılması mümkün olmayan yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzi olaraq İddiaçı və C avabdeh1 2500 manat maddi zərər məbləği və ödənilmiş dövlət rüsumu məbləğinin 1 manatdan ibarət hissəsi olmaqla, cəmi 2501 manatın müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməsi; Cavabdeh5 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu məbləğinin 29 manatdan ibarət hissəsinin Cavabdeh5 aid edilməsi, iş üzrə 95 manat müayinə və tədqiqat xərcinin Cavabdeh5 tutulması, qətnamənin hər iki iddia tələbinə aid hissələrdə eyni vaxtda icra edilməsi, Cavabdeh5 iddia tələbinin maddi zərər məbləğinin digər hissəsində, həmçinin, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 dair hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Kamran Süleymanov)
21. Birinci instansiya məhkəməsi işin mübahisə edilməyən halı kimi müəyyən etmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, xx.xx.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə İddiaçı və digər şəxslərin mülkiyyətinə verilmişdir. Hazırda 0,62 hektar torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir və cavabdehin istifadə etdiyi torpaq sahələrini əhatə edən ərazi bütövlükdə dəmir tor ilə əhatəyə alınmışdır. Qeyd olunan ərazidə cavabdeh tərəfindən intensiv bağ sahəsi salınmış, həmin ərazi təyinat üzrə suvarma sistemi, beton dirəklər və digər lazımi avadanlıqlarla təchiz edilmişdir. Tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı, icarə və ya digər hər hansı müqavilə bağlanmamışdır. Mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq s ahəsi hazırda da iddiaçı və digər şəxslərin xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehin həmin torpaq sahəsindən hazırda istifadə etməsi üçün hər hansı hüquqi əsas yoxdur. Hazırki vəziyyətdə cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnir.
22. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və mülkiyyətin müdafiəsi ilə bağlı qanunvericilik normalarına istinad edərək, belə qənaətə gəlib ki, Cavabdeh5 iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiyinə görə İddiaçı iddia tələbinin 0,6158 hektar torpaq sahəsinə gedən, cavabdeh tərəfindən tutulmuş y olun məcburi qaydada açılması və həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulmasına dair hissəsi təmin edilməlidir.
23. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılmasına dair hissəsi ilə bağlı qeyd edib ki, 0,6158 hektar torpaq sahəsinə dair tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı, icarə və ya digər hər hansı müqavilə və Cavabdeh5 həmin torpaq sahəsindən istifadə etməsi üçün digər hər hansı hüquqi əsas mövcud olmamasına baxmayaraq, habelə, cavabdeh torpaq sahəsində intensiv bağ salmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsinin onun xüsu si mülkiyyətinə keçməsi üçün torpaq sahəsinin özgəninkiləşdirilməsinin və digər mülkiyyət hüquqlarının həyata keçirilməsinin qanunvericilikdə nəzərdə tutulan qaydalarını bildiyi və ya bilməli olduğu halda, bu qaydalara riayət etmədən, yalnız şifahi danışıq və razılaşmaların məzmununa əsaslanaraq özgəsinin - hazırki iş üzrə iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsində bağ sahəsi salaraq çoxillik meyvə ağacları əkmiş, zəruri avadanlıqlar quraşdırmış və digər təsərrüfat işlərini yerinə yetirmişdir. Buna görə də iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsində ağac əkilməsi üçün Cavabdeh5 hər hansı hüquqi əsasının mövcud olması müəyyən edilmədiyindən 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclar ı da həmin ərazidən çıxarılmalı və bu, məhz cavabdehin vəsaiti hesabına yerinə yetirilməlidir.
24. Birinci instansiya məhkəməsi onu da göstərib ki, 2018-ci ildən 2020-ci ilin sonlarınadək, yəni İddiaçı tərəfindən iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilənədək keçən müddət ərzində Cavabdeh5 mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsinə vicdanlı sahib olaraq faktiki sahiblik etmiş, qeyd olunan ərazidən istifadə edilməsi ilə bağlı tərəflər arasında digər şəxslərin vasitəsilə təmsil olunan şifahi danışıq və razılaşma olmuşdur. 0,6158 hektar torpaq sahəsində 2019-cu ilin mart ayında çoxillik meyvə ağacları əkilməklə bağ sahəsi salındığı vaxtdan 2020-ci ilin sonlarınadək İddiaçı və Cavabdeh1, habelə, onların digər ailə üzvləri öz mülkiyyətlərində olan torpaq sahəsindən digər şəxsin istifadə etməsi ilə əlaqədar hər hansı narazılıq bildirməmiş, iddia irəli sürməmiş və ya aidiyyəti üzrə hər hansı orqana müraciət etməmişlər. Bu müddət ərzində 0,6158 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin, yəni xx.xx.1998-ci il tarixli JN-0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətinin deyil, məhz əslinin mülkiyyətçilər tərəfindən Cavabdeh5 göndərilməsi isə onu deməyə əsas verir ki, tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi bağlanmasa da, şifahi şəkildə müəyyən danışıq və ya razılaşma mövcud olmuş, İddiaçı və Cavabdeh1 öz ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini satmaq istədikləri barədə sərbəst iradə ifadəsini nümayiş etdirmişlər. Cavabdeh5 də bu cür rəftardan ir əli gələn münasibətlərə uyğun şəkildə hərəkət edərək tərəflər arasında olan danışıq və razılaşmaların məzmununa vicdanlı şəkildə güvənərək gələcəkdə torpaq sahəsini satın alacağını güman edib həmin torpaq sahəsindən istifadə etməyə başlamışdır. Həmin vaxtdan sonra keçən müddət ərzində isə Cavabdeh5 qeyd olunan torpaq sahəsinin kənarlarını satın aldığı digər torpaq sahələri ilə birgə dəmir torla əhatəyə almış, ərazini suvarma sistemi ilə təchiz etdirmiş, beton dirəklər basdırmış və torpaq sahəsində digər zəruri qurğular inşa etdirmiş, eyni zamanda, həmin torpaq sahəsi üzərində ondan ayrılması mümkün olmayan yaxşılaşdırmalar həyata keçirmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yax şılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
25. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə və işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, mübahisədə adı keçən 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları, suvarma sistemi, beton dirəklər, polad məftil, dəmir tor və sair avadanlıqlar həmin əmlaka, yəni ayrıldığı torpaq sahəsinə zərər yetirmədən ayrıla bilən yaxşılaşdırmalara və artırmalara aiddir. Həmin yaxşılaşdırmaların ayrılması nəticəsində bu yaxşılaşdırmaları və artırmaları həyata keçirən şəxsə, yəni hazırki iş üzrə Cavabdeh5 müəyyən qədər maddi zərər dəyəcəyi, həmin əmlakların digər yerdə təkrar istfadəsinin risk li olma ehtimalı olsa da, hər bir halda, bu yaxşılaşdırmaları və artırmaları əmlakdan ayırmaq mümkündür.
26. Birinci instansiya məhkəməsi qeyd olunan əsaslara görə belə nəticəyə gəlib ki, Cavabdeh5 iddia tələbinin 0,6158 hektar torpaq sahəsində çəkilmiş xərclərlə bağlı maddi zərər tələbinin həmin torpaq sahəsindən ayrılması mümkün olan bütün əmlaklar – torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları, suvarma sistemi, beton dirəklər, polad məftil, dəmir tor və sair avadanlıqlar, habelə, ayrılması mümkün olan digər bütün yaxşılaşdırma və artırmalara çəkilmiş xərclərlə bağlı maddi zərərin tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməlidir.
27. Birinci instansiya məhkəməsi Cavabdeh5 iddia tələbinin digər hissəsi, yəni torpaq sahəsindən ayrılması mümkün olmayan yaxşılaşdırmalara d air hissəsi ilə bağlı qeyd edib ki, cavabdeh 2019-cu ilin əvvəllərində mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsindən istifadə etməyə başlayarkən həmin torpaq sahəsindən uzun müddət ərzində istifadə edib gəlir götürməyi düşünmüş, bu məqsədlə həmin ərazidə çoxillik meyvə ağacları əkmiş, torpaq sahəsindən bu təyinat üzrə istifadə etmək üçün torpaq sahəsinin münbitləşdirilməsinə və yaxşılaşdırılmasına da müəyyən qədər vəsait sərf etmişdir. Cavabdeh5 torpaq sahəsinin bundan sonra özünün istifadəsində olacağına və həmin torpaq sahəsinin öz adına rəsmiləşdiriləcəyinə vicdanlı şəkildə güvənmiş, həmin torpaq sahəsində uzunmüddətli istifadə üçün nəzərdə tutulan və hazırda ayrılması mümkün olmayan yaxşılaşdırma tədbirlərini yerinə yetirmişdir. Mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsi İddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olmaqla, qeyd olunan torpaq sahəsini satmaq və ya icarəyə vermək torpaq sahəsinin mülkiyyətçiləri kimi onların özünün müstəsna hüquqları olsa da, İddiaçı və Cavabdeh1 əvvəlki rəftara zidd hərəkət etməklə, Cavabdeh5 mənafeyinə zərər vurulmasına bilavasitə səbəb olmuşlar. Hazırki mülki işin məhkəmə araşdırması zamanı mütəxəssis tərəfindən torpaq sahəsi müayinə edilərkən mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsində bağ salınmazdan əvvəl şumlama işlərinin aparıldığı, zərərvericilərə qarşı dərmanlama və digər profilaktik tədbirlərin həyata keçirildiyi, bağ salındıqdan sonra da intensiv bağlar üçün qaydalara uyğun olaraq orqanik fosfor gübrəsi ilə mütəmadi şəkildə gübrələndiyi aşkar olunmuşdur. Mütəxəssisin rəyinə görə bağ sahəsi salınarkən intensiv bağlar üçün il ərzində 5 hektar əraziyə birinci mərhələdə 600-800 kq, ağac əkiləndən sonra isə 300 kq orqanik fosfor gübrəsi istifadə olunur. Bu cür münbitləşdirilmə işləri ilk üç il ərzində müntəzəm olaraq həyata keçirilməklə, üç il sonra torpaq sahəsinə çəkilən xərclər azalır və tədrici olaraq gübrələmə işinə ehtiyac qalmır. Bağ sahələrində intensiv qaydada yerinə yetirilən münbitləşdirilmə işləri 5-8 il, bəzən daha artıq müddət ərzində öz funksiyasını saxlayır. Belə yaxşılaşdırma və münbitləşdirmə, həmin torpaq sahəsindəki meyvə ağacları çıxarılıb aparılacağı təqdirdə də, torpaq sahəsinin yenidən istifadəsi zamanı istənilən məhsulların yetişdirilməsi vəziyyətində də yararlı və faydalıdır. İntensiv bağlarda torpaq sahəsinin münbitləşdirilməsi üçün hər hektara bir ildə orta hesabla 15001600 manat vəsait sərf edilir və bu qayda ilə 0,62 hektar torpaq sahəsinə üç il ərzində sərf edilən vəsaitin miqdarı ən azı 2500 manat təşkil edir. Buna görə də 0,6158 hektar torpaq sahəsindən ayrılması mümkün olmayan yaxşılaşdırmalarla bağlı Cavabdeh5 dəymiş 2500 manat maddi zərər məbləği, həmin zərərin vurulmasında təqsirkar olan şəxslər tərəfindən ödənilməlidir.
28. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, Cavabdeh5 mənafeyinə maddi zərər vurulması məhz İddiaçı və Cavabdeh1 əvvəlki rəftara uyğun olmayan və hüquqzidd hərəkətləri nəticəsində baş vermişdir. Hazırki vəziyyətdə də 0,6158 hektar torpaq sahəsinin mülkiyyətçilərindən yalnız İddiaçı və Cavabdeh1 həmin torpaq sahəsinin boşaldılması və qeyd olunan ərazidə əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılmasında iddialı olmaqla 0,6158 hektar torpaq sahəsinin qaytarılmasını tələb edirlər. 0,6158 hektar torpaq sahəsinin mülkiyyətçiləri isə torpaq sahəsinin alqı-satqısı ilə bağlı hər hansı danışıq və ya razılaşmada iştirak etməmiş, hazırda da Cavabdeh5 qarşı hər hansı tələb irəli sürməmiş, eyni zamanda, torpaq sahəsinin qaytarılmasını tələb etdikləri barədə iddiaçı olduqlarını bu və ya digər şəkildə nümayiş etdirməmişlər. Həmin əsaslara görə də 0,6158 hektar torpaq sahəsindən ayrılması mümkün olmayan yaxşılaşdırmalarla bağlı Cavabdeh5 dəymiş 2500 manat maddi zərər məbləği məhz İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməli, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Eyni zamanda hər iki iddia tələbinin təmin edilmiş hissələri n bir-biri ilə əlaqədar olması nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinin tələbinə əsasən qətnamə hər iki iddia tələbi üzrə eyni vaxtda icra edilməlidir
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 157.2, 157.7, 394, 560.3.4646.1, 646.2 və 648.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni 2501 manat pulun müştərək qaydada ondan tutularaq Cavabdeh5 ödənilməsi hissəsində ləğv olunmasına və bütölükdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 iddiasının təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onl ar həmin torpaq sahəsini 09 mart 2019-cu il tarixdə alqı-satqı yolu ilə Cavabdeh5 satmışlar. Cavabdeh alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin ətrafını dəmir tor ilə hasarlamış və bu səbəbdən mülkiyyətlərində olan və 69C planşetində yerləşən 6158,00 kv. m. torpaq sahəsindən istifadə etmək imkanları demək olar ki, əllərindən alınmışdır. Beləki, cavabdeh alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin ətrafını hasarlayarkən əvvəllər mülkiyyətlərində olan torpaq sahəsini gedən yol hasarın içərisində qalmış və bu səbəbdən torpaq sahəsi ilə olan əlaqələri tam kəsilmişdir. Bundan sui-istifadə edən Cavabdeh5 orada çoxillik meyvə ağacları əkmişdir. Əvvəllər mövcud olmuş yol yerinin açılması və əkilmiş meyvə ağaclarının onlara məxsus olan torpaq sahəsindən çıxarılması ilə bağlı cavabdehlə danışıqlar aparsalar da nəticəsi olmamışdır.
32. İddiaçı (cavabdeh) Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnaməinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri: - mübahisə predmetini təşkil edən Oğuz rayonun Xaçmaz Qışlaq şəndində yerləşən İddiaçı və onun ailə üzvlərinə məxsus 15 aprel 1998-ci il tarixli JN0069 (KOD: ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən aktda qeyd edilən mülkiyyətçilərin payları müəyyənləşdirilmədən ümumi mülkiyyətə verilmişdir. Onlara qarşı qaldırılan iddia tələbində digər payçıların da maraqlarını və hüquqlarını İddiaçı Mülki Prossesual Məcəllənin tələblərinə əsasən etibarnamə olmadan müdafiə etmişdir; - sözü gedən JN-0069 (KOD: ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında birgə mülkiyyətçi kimi adları qeyd olunan X6, X5, X8, Cavabdeh2, Cavabdeh1, Məmmədova (Salamzadə) Afaq Gülağa qızının bir başa maraqlarına toxunduğundan həmin şəxslər üçüncü şəxs qismində işə cəlb edilməliydilər. Çünki 2018-ci ilin ortalarında Oğuz Rayonunun Xaçmaz Qışlaq kəndində təxmini 170 hektar torpaq sahəsində meyvə bağı əkmək üçün Xaçmaz Qışıaq kəndinin sakinləri ilə şifahi qaydada razılıq əldə olunanda həmin şəxslərin heç bir etirazı və pretenziyaları olmamış və halhazıradək İddiaçı başqa digər mülkiyyətçilərin hər hansi bir iddia və tələbləri yoxdur. Belə olan halda həmin şəxslər öz mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrılıqda onlarla alqı-satqı edilməsi ehtimalı da mövcuddur. Həmin şəxslərin mövqeləri məhkəməyə işin tam hərtərəfli və obyektiv araşdırılması üçün açıq və aydın olmalıdır. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, Ülvi Salmanzadə və Cavabdeh1 başqa, digər mülkiyyətçilərin məhkəmədə iştrakını təmin etmədən çəkişmə pirinsipinin də tələblərini pozmuşdur; - İddiaçı qaldırdığı iddia nəticəsində Cavabdeh5 mənafeyinə maddi zərər vurulması məhz İddiaçı və Cavabdeh1 əvvəlki rəftara uyğun olmayan və hüquqzidd hərəkətləri nəticəsində baş vermişdir. Həmçinin məhkəmə araşdırması zamanı mütəxəssis rəyi və işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları, suvarma sistemi, beton dirəklər, polad məftil, dəmir tor və sair avadanlıqlar həmin əmlaka, yəni ayrıldığı torpaq sahəsinə zərər yetirmədən ayrıla bilən yaxşılaşdırmalara və artırmalara aiddir. Həmin yaxşılaşdırmaların ayrılması nəticəsində bu yaxşılaşdırmaları və artırmaları həyata keçirən şəxsə, yəni hazırki iş üzrə Cavabdeh5 müəyyən qədər maddi zərər dəyəcəyi, həmin əmlakların digər yerdə təkrar istfadəsinin riskli olma ehtimalı bildirilsə də nədənsə, bu yaxşılaşdırmaları və artırmaları əmlakdan ayırmaq mümkün hesab edərək onlara dəymiş ziyanı ədalətli hesablamamışdır.
34. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 nömrəli qətnaməsi apellyatorlara münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ay az Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən təxminən 3-4 il bundan əvvəl tərəflər öz aralarında şifahi razılığa gələrək hazırki mübahisəli torpaq sahəsini boş, üzərində heç bir ağac olmayan bir şəkildə Cavabdeh5 faktiki istifadəsinə vermiş, iddiaçı da həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda çoxillik ağaclar (meyvə tingləri) əkmiş və uzun zaman həmin torpağa və meyvə ağaclarına öz zəhmət və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmış, müasir suvarma sistemi çəkmişdir. Buradan da göründüyü kimi Cavabdeh5 həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmişdir. Çünki bu qədər müddət ərzində kiminsə iradəsinə zidd torpaq sahəsinə daxil olmaq, aqrotexniki qulluq göstərmək, ağaclar əkmək, müasir suvarma sistemi çəkmək heç də ağlabatan və inandırıcı görünmür. Cavabdeh5 də öz aralarındakı danışığı, etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününkü zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin meyvə ağaclarının əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması, torpağa aqrotexniki qulluq göstərməsi üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, meyvə ağaclarının tam məhsuldar bir vəziyyətə çatması üçün neçə illər lazım olduğunu bildiyi bi r halda Cavabdeh5 həmin torpaq sahəsinə və orada olan ağaclara özbaşına qulluq etməsi və bu qədər xərc çəkməsi də inandırıcı görünmür. Buradan da bir daha məntiqi nəticəyə gəlinir ki, həmin ərazi Cavabdeh5 istifadə və sahibliyinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, sonuncu bu qədər xərc çəkmişdir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, torpağın mülkiyyətçisi olan Ü.Salmazadə və digərləri torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində Cavabdeh5 tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş ağaclara, o cümlədən aqrotexniki qulluqla bağlı çəkilmiş xərclərə dair heç bir subyektiv hüququn sahibi deyillər. Buna görə də torpaq sahəsinin başqasının hesabına yaxşılaş dırılmış vəziyyətdə birdən-birə Ü.Salmazadə və Cavabdeh1 ixtiyarına verilməsi onların əsassız varlanması kimi qiymətləndirilə bilər.
37. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, iddia tələblərinə hüquqi qiymət verib, hər iki iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 157.4, 394,1096.1 və 1096.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (cavabdeh) Cavabdeh5 k assasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti belə əsaslandırılıb: - məhkəmələr dəymiş ziyanı düzgün qiymətləndirməyərək ədalətsiz qətnamə qəbul etmişdir. Əgər hazırkı qətnamə üzrə mübahisəli bağ sahəsi Cavabdeh5 hesabına sökülərsə həmin ağacların yenidən əkilməsi qeyri-mümkündür; - bundan başqa, bağda suvarma sistemi tamamilə məhv olmuşdur və mübahisəli torpaq sahəsinə düşən həmin suvarma sistemi, beton dirəklər və polad məftillər təkrar istifadəyə yararsızdır. Halbuki, qətnamə üzrə də təsdiq edilir ki, mübahisə Cavabdeh5 günahı ucbatından deyil, cavabdehlərin əsassız varlanma istəklərinin ucbatından hazırkı mərhələdədir; - apellyasiya instansiyası məhkəməsi tərəf indən Bakı şəhəri 51 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi işdə iştirak etməyə cəlb olunmamış, torpaq sahəsinin digər payçılarının hüquq və vəzifələri tam şəkildə pozulmuş, onlar da həmçinin işdə iştirak etməyə cəlb olunmamış, mübahisəli torpaq sahələrinin birgə mülkiyyətçilərindən iki şəxs vəfat etdiyindən onların vərəsələri təyin olunanadək mülki işin baxılmasının dayanması üçün əsaslarından olduğundan həmin vərəsələrə nisbətdə onların hüquq və vəzifələri pozulmuşdur. Çünki İddiaçı və onun ailə üzvləri paylı mülkiyyətin mülkiyyətçisi olan mərhum X2 vərəsələri ola bilməzlər. Nuriyə Salamovanın iki qızı sağ olduğundan birinci dərəcəli vərəsələr onlar hesab edilirlər. Buna görə də İddiaçı digər mülkiyyətçilərin adından hazırki iddianı verməyə subyektiv hüququ yoxdur. b)
41. Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödən ilməsini tələb edə bilər. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Maddə 394.Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilə r ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təc rübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
47. İddiaçı iddia tələbi Oğuz rayonu, Xaçmaz Qışlaq kəndində yerləşən, onun və digər ailə üzvlərinin mülkiyyətində olan Cavabdeh5 tərəfindən 0,6158 hektar torpaq sahəsinə gedən tutulmuş yolun məcburi qaydada açılması və həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulması, 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının Cavabdeh5 vəsaiti hesabına çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsinin mülkiyyətində olması barədə xx.xx.1998-ci il tarixli Dövlət Aktına istinad etmişdir.
48. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də xx.xx.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə İddiaçı və digər şəxslərin mülkiyyətinə v erilmişdir. Hazırda 0,62 hektar torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir və cavabdehin istifadə etdiyi torpaq sahələrini əhatə edən ərazi bütövlükdə dəmir tor ilə əhatəyə alınmışdır.
49. Mülki Məcllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququnun təsbit edilməsi nəzərə alınarsa, Ü.Salamzadınin iddiasının tıəmin edilmsi bağlı gəlinən nəticə əsaslı olmuşdur.
50. Məhkəmə kollegiyası İddiaçı iddiası ilə bağlı kassasiya şikayətinin dəlillərini – torpaq sahəsinin digər payçılarının hüquq və vəzifələrinin tam şəkildə pozulması, onların işdə iştirak etməyə cəlb edilməməsi, mübahisəli torpaq sahələrinin birgə mülkiyyətçilərindən iki şəxsin vəfat etməsi, bu səbəbdən İddiaçı digər mülkiyyətçilərin adından iddia qaldrımaq ü çün subyektiv hüququnun olmaması – əsassız sayır. Belə ki, Mülki Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
51. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 iddiasının təmin edilməyən hissəsi ilə bağlı gəlinən nəticə də əsaslı və qanuni olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarına görə ayrıla bilən yaxşılaşdırmalar istisna olmaqla, ayrıla bilməyən yaxşılaşdırmalara çəkilmiş xərc cavabdehlərdən tutulmuşdur. Yaxşılaşdırmaların ayrıla bilən olub-olmaması da mütəxəssis rəyi ilə müəyyən edilmişdir.
52. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər ye tirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
53. Göründüyü kimi, qanunvericilik də vicdanlı sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilməsini nəzərdə tutub. Yaxşılaşdırmaları əmlaka zərər yetirmədən ayırmaq mümkün olmadıqda isə çəkilən məsrəfin həddi də əmlakın dəyəri ilə məhdudlaşdırılıb.
54. Buna görə də məhkəmə kollegiyası iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin hazırki qərarın 21-29-cu bəndlərinə əks edilən dəyərləndirməsi və həmin mövqeni müdafiə edərək apellyasiya şikayəti ilə bağlı apellyasiya instansiya sı məhkəməsinin hazırki qərarın 35-38-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) Cavabdeh5kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.