Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4173/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya: Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1819/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamı ilə H.Z.Tağıyev adına X4 özəlləşdirilmiş, onun bazasında "xxxx" X6 Cəmiyyəti yaradılmış və xx.xx.2007-ci il tarixdə özəlləşdirilmə tam başa çatmışdır.
2. Cavabdeh tərəfindən özəlləşdirilmiş tikililərin yerləşdiyi torp aq sahəsi dövlət mülkiyyətindədir.
3. Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən H.Z.Tağıyev adına Bakı-X1 əsas ərazisində yerləşən və nizamnamə kapitalına daxil edilən daşınmaz əmlak obyektləri və istifadəsinə verilən torpaq sahəsinin Baş Planı əks olunmuş 02681 nömrəli, xx.xx.1997-ci il tarixli Texniki Pasportuna əsasən, həmin torpaq sahəsində başa çatmamış yarımçıq tikili qırıq xətlərlə ayrılaraq “Sanatoriya yarımçıq tikili” kimi göstərilmişdir.
4. Bakı-X1 Özəlləşdirmə Planına (Emissiya prospekti) 8 nömrəli əlavə olan “xx.xx.1997-ci il vəziyyətinə “bitməmiş əsaslı tikintinin dəyərinin qiymətləndirməsinə dair xx.xx.1997-ci il tarixli akt”a əsasən, tikintisi 1988-cı ildən başlanmış “Məişət binasının genişləndirilməsi” (sanatoriya-profilaktoriya) yarımçı q tikilisində görülmüş işlərin dəyəri ********** manat məbləğində qiymətləndirilməklə kombinat ilə birlikdə özəlləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən və onun istifadəsində olan dövlət mülkiyyətindəki 152496.8 kv.m torpaq sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və mediasiya ilə bağlı ödənilmiş 40 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İq tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 152496.8 kv.m torpaq sahəsinin 650 kv.m hissəsində cavabdeh tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında 19951998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamı ilə H.Z.Tağıyev adına X1 bazasında "xxxx" X6 Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmlə ri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən tikinti işləri xx.xx.1998-ci il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 101 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək, habelə 3.0.36ci yarım bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hü quqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur.
7. Cavabdehin iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, cəmiyyətin qanuni istifadəsində olan torpaq sahəsindəki tikililərin sökülməsini tələb etmək Əmlak Məsələs i Dövlət Xidmətinin Əsasnaməsi ilə ona verilən səlahiyyətlərə uyğun deyildir. Cavabdeh dövlətə məxsus hər hansı obyekti (əmlakı), torpaq sahəsini zəbt etməmiş, hər hansı torpaq sahəsindən qanuna zidd formada istifadə etməmişdir. İddiaçının ilkin vəziyyətə gətirilməsini tələb etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243-cü və 245-ci maddələrinə əsasən cavabdehin tam qanuni sahibliyində və istifadəsində olmuş, təyinatı isə dəyişdirilməmiş, yalnız sahədə özəlləşdirməyə qədər tikilmiş yarımçıq tikililər təmir edilmişdir. Cəmiyyət özünün qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsində icazə o cümlədən, Dövlət Əmlak Xidmətinin razılığı, tələb olunan hər hansı tikinti, yenidənqurma və quraşdırma işləri aparmamışdır. ƏMDX-nin Əsasnaməsinin 3.0.46-cı yarımbəndində cari təmir üçün hər hansı razılıq tələbi olmadığı üçün cavabdehin torpaq sahəsindən istifadəsi qanunsuz hesab edilə bilməz.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)3634/2023 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi təmin olunmamışdır.
10. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, sabiq H.Z.Tağıyev adına Bakı-X1 ərazisində tikintisinə 1988-cı ildən başlanmış və 90-cı illərin ortalarında tikintisi dayanmış “Məişət binasının genişləndirilməsi” (sanatoriya-profılaktoriya) yarımçıq tikilisində görülmüş işlərin **********.0 manat məbləğində dəyəri də təsdiq olunmuş Özəlləşdirmə Planına 8 nömrəli və 17 nömrəli əlavələrə əsasən yeni yaradılan səhmdar Cəmiyyətinin nizamnamə kapitalına daxil edilmişdir. Yəni, göstərilən, başa çatmamış yarımçıq tikili də sabiq H.Z.Tağıyev adına Bakı-X1 digər əmlakları kimi özəlləşdirilmiş və Cəmiyyətin ərazisinin Baş Planında qırıq xətlərlə ayrılaraq “Sanatoriya yarımçıq tikili” kimi göstərilmişdir. Müəyyən edilmişdir ki, cəmiyyətin yerləşdiyi ərazidəki tikinti obyektlərinin hamısı qeyri-yaşayış obyektləridir və onların ümumi sahəsi 76019,34 kv.m-dir.
11. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə aparılmış, müəyyən olunmuşdur ki, iddia olunan tikililər köhnə tikililər olmaqla, texniki pasportda nəzərdə tutulmuşdur.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cəmiyyətin qanuni sahibliyində və istifadəsində olan torp aq sahəsində icazə o cümlədən, Dövlət Əmlak Xidmətinin razılığı, tələb olunan hər hansı tikinti, yenidənqurma və quraşdırma işləri aparmasına dair sübut təqdim etməmişdir.
13. Beləliklə, məhkəmə mübahisələndirilən əraziyə aid texniki pasportun və Cəmiyyətin Emissiya Prospektinin (özəlləşdirmə Planı) məzmunlarına iddia edilən ərazidə hər hansı yeni tikili olmaması qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tələbində cavabdehin qanuni istifadəsində və sahibliyində olan dövlətə məxsus torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər həmin torpaq sahəsindəki tikililərin özəlləşdirməyə qədər mövcud olduğunu və onların cavabdeh tərəfindən dövlət əmlakının özəlləşdirilməsi qaydasında satın alındığını təsdiq etmişdir. Belə olan halda iddiaçı tərəf texniki pasportda göstərilən ilkin vəziyyət dedikdə iddiaçının hansı vəziyyəti nəzərdə tutulması aydın olmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi ƏMDX-nin Əsasnaməsinin 3.0.46-cı yarımbəndində özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılığın alınmasını tələb olunsa da, həmin normada cari təmir üçün hər hansı razılıq tələbi olmadığından cavabdehin hərəkətləri qanunsuz hesab edilə bilməz.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Sədrinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamının 3cü maddəsi ilə təsdiq olunmuş **********0 AZM məbləğində nizamnamə kapitalı “X2 Cəmiyyətinə çevrilməsinin Qaydaları haqqında” Əsasnamənin 7.3-cü maddəsinin 3cü hissəsinə əsasən balansına verilmiş dövlət müəssisəsinin əmlakının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, dəyəri Cəmiyyətin nizamnamə kapitalına daxil olan daşınmaz əmlakın sökülərək ləğv olunması onun nizamnamə kapitalının miqdarının dəyişməsinə, yəni azalmasına səbəb olа bilər.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə, Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti” Məcəlləsinin 79.1.7-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki i craat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, qətnamə əsassız olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üzrə tam və hərtərəfli araşdırma aparılmamış, yalnız cavabdehin etirazı əsas götürülmüşdür. İddiaçının əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilərək özbaşına tikinti faktının aşkar olunaraq, cavabdehin təmir-tikinti adı ilə əlavə tikinti işləri apararaq, məhkəmə tərəfindən torpaq sahəsindəki əmlakların ilkin və hazırkı vəziyyəti arasında fərqlərin müəyyən olunması üçün hər hansı araşdırma aparılmam ış (ekspertiza təyin olunması və s.), bununla da iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1819/24 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)3634/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3350 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İ darəsi tərəfindən cavabdehin adına verilmiş xx.xx.1997-ci il tarixli Texniki Pasportda Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən 152496.8 kv.m torpaq sahəsinin 650 kv.m hissəsində (Texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi göstərilmiş, qırıq xətlərlə ayrılmış hissədə) faktiki vəziyyətdə mövcüd olan tikililərin həmin texniki pasportda qeyd olunan ərazinin hüdudları daxilində yerləşdiyi, ərazidən kənaraçıxma halının mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, həmin hissədə (Texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi göstərilmiş, qırıq xətlərlə ayrılmış hissədə) olan tikililərin texniki parametrləri (tikililərin ölçüləri, sahəsi, sayı, planlı yerləşməsi, mərtəbəliyi və s.) barədə məlumatlar göstərilmədiyindən h əmin tikililərin texniki pasportun tərtib edildiyi vaxt ilkin vəziyyətinin nədən ibarət olmasını, tikililərin ilkin vəziyyəti ilə hazırkı vəziyyəti arasında fərqin olub-olmamasını, ərazidə ilkin vəziyyətlə müqayisədə hər hansı tikinti, yenidənqurma, quraşdırma və s. işlərin həyata keçirilib-keçirilməməsini müəyyən etmək, eləcə də həmin ərazidə faktiki mövcüd olan tikililərin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.46 bəndində qeyd olunan əvvəlcə iddiaçının razılığın alınması tələb edilən işlərə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə raz ılaşaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi ƏMDX-nin Əsasnaməsinin 3.0.46-cı yarımbəndində özəlləşdirilən obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində yalnız tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılığın alınması tələbi mövcud olsa da, özəlləşdirilərək, xüsusi mülkiyyətdə olan mövcud tikililər üzərində hər hansı cari təmir işlərinin aparılmasına razılığın alınması qeyd edilməmişdir. Bunun əksi, şəxslərin öz mülkiyyətlərindən sərbəst istifadə etmək, onun salamatılığını və dayanaqlılığını qorumaq (o cümlədən zəruri təmir işlərini aparmaq və s.), beləliklə əmlakları üzərinə sərbəst və maneəsiz sərəncam hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, özəlləşdirilmiş dövlət əmlakının y erləşdiyi müvafiq torpaq sahəsi dövlət mülkiyyətində qalmış, məhz bu səbəbdən də həmin torpaq sahəsində tikinti və s. bu kimi işlərinin aparılması üçün səlahiyyətli orqanın razılığının alınması zəruridir. Lakin, cavabdeh tərəfindən analoji işlərin həyata keçirilməsi müəyyən olunmamış, iddiaçının özü də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, həmin halların mövcudluğu istər birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı, istərsə də apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası zamanı da müəyyən olunmamışdır.
23. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olmuşdur ki, iddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
24. Məhkəmə öz Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, MMin 152.1-ci maddəsi, MPM-in 14.2, 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, apellyasiya məhkəməsinin mövqeyinin əsassızlığı dolayı yolla ekspert rəyi ilə sübut olunur. Belə ki, ekspert rəyində qeyd olunanlara uyğun olaraq ümumi ərazinin 650 kv.m hissəsində b ir ədəd iki mərtəbəli və beş ədəd bir mərtəbəli tikililərin inşa olunduğu müəyyən olunmuşdur. Bildiririk ki, ekspert rəyinin qeyd olunan hissəsi əsas məhkəmə araşdırması predmetini təşkil etdiyi halda, apellyasiya məhkəməsim tərəfindən qeyd olunan hallar araşdırılmamış. ekspert rəyində qeyd olunanların əksinə olaraq bildirmişdir ki, təqdim edilmiş texniki pasportda ərazidə mövcud olan bütün tikililər və onların texniki parametrləri (sahəsi və s.) əks olunmuşdur. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti tərəfin ən H.Z.Tağıyev adına X4 özəlləşdirməyə açılmazdan əvvəl qeyd olunan dövlət əmlakının inventar siyahısı tərtib edilmiş və emissiya prospektinə daxil edilmişdir. Bu səbəbdən mövcud halda, məhkəmənin həqiqətə nail olmaq üçün iş hərtərəfli, tam və obyektiv tədqiq edilməlidir prinsipi nə uyğun olaraq, ekspert rəyi ilə müəyyən edilmiş bir ədəd iki mərtəbəli, beş ədəd birmərtəbəli tikililərin texniki parametrləri (sahəsi və s.) müəyyən edilməklə, ASC-nin emissiya prospektində olan inventar siyahı əsasında müqayisə aparılmaqla həmin tikililərə uyğun tikilinin mövcud olub-olmaması aydınlaşdırılmalı olduğu halda, apellyasiya məhkəməsi tərəfindən natamam araşdırma nəticəsində qəbul edilmiş qətnamə əsasında iddiaçının mənafeləri kobud şəkildə pozulmuşdur. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda iddianın predmeti olan tikililərin ASC-nin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətin nizamnamə kapitalına daxil edildiyini və iddia ərizəsində qeyd olunan texniki pasportda yarımçıq tikili kimi qeyd olunduğunu, həmin tikilidə b əzi cari təmir işləri aparıldığını, yəni ərazidə hər hansı yeni tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmadığını qeyd etsə də, ekspert rəyi ilə qeyd olunanların tamamilə əsassız olduğu, cavabdeh tərəfindən yarımçıq tikili ilə bağlı hər hansı cari təmir işlərinin deyil, əsaslı yenidənqurma işlərinin aparıldığı sübut olunmuşdur. Ekspert rəyində qeyd olunan ərazidə olan tikililərin yarımçıq statusu daşımadığı, həmin tikililərin tam təmirli vəziyyətdə yenidən qurulduğu müəyyən olunmuşdur. Buna baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən cavabdehin qeyd olunan formal mülahizəsi əsasında qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan səbəblərdən əsassız olması ilə bağlı iddiaçı tərəfindən apellyasiya şikayətində göstərilmiş dəlillərə hər hansı hüquqi qiymət v erilməmişdir. Cavabdeh hər hansı yeni tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmadığını qeyd etsə də, həmin tikililər üzərində mövcud vəziyyətinə uyğun olaraq hüquqlarının dövlət qeydiyyatına alınması barədə müvafiq sənəd, həmçinin ərazinin yeni vəziyyətinə uyğun olaraq adına tərtib olunmuş yeni texniki pasport məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1819/24 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirləmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 30. 3.0.17. tikinti-quraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası 31. 3.0.19. tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi 32. 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təmina tı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”. 33. 3.0.46-cı bənd-Xidmətin vəzifəsinə özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu ha llarının aradan qaldırılması üçün tədbirlər görmək aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”. 34. 2-ci bəndi. özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
45. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarında n görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamı ilə H.Z.Tağıyev adına X4 özəlləşdirilmiş, onun bazasında "xxxx" X6 Cəmiyyəti yaradılmış və xx.xx.2007-ci il tarixdə özəlləşdirilmə tam başa çatmışdır. Cavabdeh tərəfindən özəlləşdirilmiş tikintilərin yerləşdiyi və "xxxx" X6 Cəmiyyətinin texniki pasportunda göstərilmiş hüdudlar daxilindəki torpaq sahəsi dövlət mülkiyyətindədir.
46. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-ci bə ndində özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görməklə bağlı Xidmətin vəzifələri nəzərdə tutulduğuna əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia etmişdir ki, aparılmış monitorinq nəticəsində cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınm adan tikinti işləri aparılmışdır. İddiaçı iddia tələbində torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsini, yəni razılıq alınmadan inşa edilmiş tikililərin sökülməsini xahiş etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının razılıq alınmadan inşa edildiyi iddia edilən və texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi göstərilmiş tikililər Özəlləşdirmə Planına (Emissiya prospekti) 8 nömrəli əlavəyə əsasən cavabdeh tərəfindən dəyəri ödənilməklə özəlləşdirilmişdir.
48. Həmin tikililərdə sonradan artırma olub-olmadığının yoxlanılması xüsusi bilik tələb edən məsələ olduğundan apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin i stifadəsində olan 152496.8 kv.m torpaq sahəsinin 650 kv.m hissəsində (Texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi göstərilmiş, qırıq xətlərlə ayrılmış hissədə) faktiki vəziyyətdə mövcüd olan tikililər həmin texniki pasportda qeyd olunan ərazinin hüdudları daxilində yerləşir. Texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi göstərilmiş tikililərin texniki parametrləri (tikililərin ölçüləri, sahəsi, sayı, planlı yerləşməsi, mərtəbəliyi və s.) barədə məlumatlar göstərilmədiyindən həmin tikililərin texniki pasportun tərtib edildiyi vaxt ilkin vəziyyətinin nədən ibarət olmasını, tikililərin ilkin vəziyyəti ilə hazırkı vəziyyəti arasında fərqin olub-olmamasını, ərazidə ilkin vəziyyətlə müqayisədə hər hansı tikinti, yenidənqurma, quraşdırma və s. işlərin həyata keçirilib-keçirilməməsin i müəyyən etmək mümkün olmamışdır. İddiaçı öz iddiasının əsaslı olduğunu sübut edə bilmədiyindən (cavabdeh tərəfindən razılıq olmadan görülmüş tikinti, yenidən qurulma və quraşdırma işlərinin nədən ibarət olduğu, əvvəlki tikilinin hansı vəziyyətdə olduğu) apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
49. İşə baxmış məhkəmə mübahisəтш qətnamədə istinad edilmiş maddi hüquq normalarının tələblərinə uyğun düzgün həll edilmiş, prosessual pozuntuya yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən olunmur.
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(103)-1819/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.