Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4175/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh5, nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-3370/2018, hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdeh 1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddiası təmin edilmiş, cavabdehlərin XXX istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən onlara məxsus əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-6461/2018, hakim K.B.Əsədov) Cavabdeh5 İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddiası qismən təmin edilmiş, iddiaçı ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hazırkı məhkəmə qətnaməsinin Bakı şəhəri, Gəncə prospekti, bina 25, mənzil 81 barədə İddiaçı adına verilmiş çıxarışın lə ğvi üçün əsas olması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4434/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh5 İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı BXXX alqı-satqısı barədə müqavilənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və İddiaçı verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-7348/2019, hakimlər A.Ə.İsgəndərov, Ə.Cavabdeh4 və İ.K.Dəmirov) Cavabdeh5 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh5 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə qarşı mənzilin alqı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair mülki işin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cav abdeh4 və Cavabdeh5 qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-82/2020, hakimlər F.F.Babayev, İ.Ə.Kərimli və E.M.Həsənov) Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx xxx 2018ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh5 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh5 cavabdehlər İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi idarəsinə qarşı m ənzilin alqı-satqı müqaviləsinin, reyestr qeydinin və reyestr çıxarışının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh5 verdiyi kassasiya şikayətində İddiaçı iddiasının rədd, onun iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 və X4 paylı mülkiyyət üzrə onlara məxsus Bakı şəhəri, Gəncə prospekti, bina 25, 81 saylı mənzili Cavabdeh5 bağışlamış, sonuncu isə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin mənzili İddiaçı 60.000 manata satılmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cəfərova X1 Natəvan Bayram qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 25 saylı evin 81 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2018-ci il tarixdə Cavabdeh5 İddiaçı, 32 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BXXX alqı-satqısı barədə müqavilənin, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və alıcı İddiaçı verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki iş bir icraatda birləşdirilmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, alqısatqı müqaviləsinin tərəflər arasındakı həqiqi münasibətləri əks etdirməməsi, əslində həmin mənzilin borc münasibətlərinin təminatı kimi girov qoyulması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və ye ri barədə xəbərdar edilmiş digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Gəncə prospekti, bina 25, 81 saylı mənzili Cavabdeh5 tərəfindən xx. xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı 60.000 manata satılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, mübahisəli mənzili 32 saylı notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Mənzilin alqısatqısına dair müqavilə bağlayanda cavabdehlərin hər biri mənzilin satılmasına dair razılıq ərizələrini vermişlər. xx.xx.2018-ci il tarixdən mənzil onun mülkiyyətindədir. Müqaviləyə əsasən cavabdehlər mənzili boşaldıb xx.xx.2018-ci il tarixədək ona təhvil verməli, xx.xx.2018-ci il tarixədək isə mənzildən qeydiyyatdan çıxmalı idilər, lakin cavabdehlər götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Cavabdeh5 iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzili azad iradə ifadəsi ilə deyil, məcburiyyət, hədə-qorxu təsiri alt ında satmış, alqı-satqı müqaviləsi Fəridə və Ceyhun adlı şəxslərə olan sələm borcunu pərdələmək məqsədilə bağlanmışdır. Fəridə adlı şəxs tərəfindən evin satılması ilə bağlı hədələnmişdir. Onun 4 otaqlı və təmirli mənzilini dəyərindən aşağı, 60.000 manata satması real deyildir. Məhkəmə kollegiyas hesab edir ki, Cavabdeh5 iddiasının təmin edilməsi İddiaçı iddiasının təmin edilməsini aradan qaldırdığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk olaraq Cavabdeh5 iddiasına dair hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin anlayışı və növlərini müəyyən edən 324-cü maddəsinin tələblərinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtəfəli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcə llənin 337-ci maddəsi ilə isə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Deməli, əqdin etibarsızlığı anlayışı onu ehtiva edir ki, mübahisələndirilən əqd qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Qanunvericilikdə əqdlərin etibarlı olması üçün dörd şərt n əzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. İddiaçının etibarlılığını mübahisələndirdiyi əqd ona məxsus olmuş mənzilin əvəzli şəkildə cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinin məzmununu müəyyən edən 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcı nın mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsi ilə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin məzmunu müəyyən edilmişdir. Həmin Məcəllənin daşınmaz əşyaların alqı-satqısı zamanı tərəflərin vəzifəsini müəyyən edən 648-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Sadalanan normaların məzmunundan göründüyü kimi, daşınmaz əşyalara dair alqısatqı müqaviləsinin etibarlı əqd sayılması üçün müqavilə tərəflərin və ya onların adından çıxış edən nümayə ndələrin buna səlahiyyətli olması, müqavilənin tərəflərin iradə ifadələri əsasında bağlanması, yəni tərəflərin arzuladıqları nəticə ilə bağlanan əqddən yaranacaq hüquqi nəticənin üst-üstə düşməsi, alqı-satqı müqaviləsində həqiqətən də satıcının əmlakını satmaq, alıcının da əmlakın razılaşdırılmış dəyərini ödəməklə qəbul etmək barədə könüllü iradə ifadəsi olması, qanunda bu növ əqdlər üçün nəzərdə tutulmuş formaya, yəni notarial qaydada təsdiqlənməsi tələb edilən yazılı formaya əməl edilməsi zəruridir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh5 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini bağlanmış müqavilənin onun iradəsini əks etdirmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şər tləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə ediləın əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə raz ılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu halda iddiaçı istinad etdiyi halları- etibarlılığını mübahisələndirdiyi alqı-satqı müqaviləsinin əslində borc öhdəliyinin təminatı məqsədilə bağlandığını sübut etməlidir. Əvvəla, iddiaçı Cavabdeh5 əqd üzrə alıcı İddiaçı arasında hər hansı borc münasibətinin olmasını ümumiyyətlə mübahisələndirilməmiş, Fəridə və Ceyhun adlı şəxslərə borclu olduğunu bildirmişdir ki, həmin şəxslər də alqı-satqı müqaviləsi üzrə tərəf deyildir. Digər tərəfdən, alqı-sa tqı müqaviləsi üzrə alıcı İddiaçı alqı-satqı predmeti olmuş mənzilin müqavilədə razılaşdırılmış qiyməti olan 60.000 manatı notariusun depozit hesabına ödəməsi və iddiaçının həmin məblıği təhvil alması işin mübahisəsiz halı olmaqla, iddiaçı tərəfindən mübahisələndirilmir. İddiaçının alqı-satqı müqaviləsi üzrə aldığı məbləği borclu olduğu şəxslərə ödəməsi barədə dəlilləri isə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Əksinə, tərəflərin həmin mənzilin ödənilmiş pulun təminatı kimi ipotekaya qoyulması barədə müqavilə bağlamalarına hər hansı maneənin olması müəyyən edilmir. İddiaçının mənzildə qeydiyyatda olan ailə üzvləri məhz mənzilin satılmasına razılıqlarını ifadə edən yazılı ərizələr vermiş, həmin ərizələr də notariat orqanı tərəfindən təsdiq edilmişdir. Mənzilin mövcud qiymətinin müqavilədə nəzərdə tutulduğundan yüksək olması barədə Cavabdeh5 dəlilinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir və tərəflər müqavilələr bağlamaqda və bu müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəstdirlər. İddiaçı üzərində sərəncam vermək hüququna malik olduğu əmlakın müqəddəratını müstəqil şəkildə həll edərək və onu alıcı ilə qarşılıqlı razılıq əsasında müəyyən edilmiş qiymətə istənilən qiymətə satmaq səlahiyyətində olmuş, qanunazidd olmadan satmışdır. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı müvafiq məbləğ müəyyənləşdirilərkən hansı şərtlərin pozulması barədə məhkəməyə mötəbər dəlil təqdim edilməmişdir. Əksinə işdən görünür ki, Cavabdeh5 və İddiaçı 32 saylı notariat kontorunun xüsusi notariusu X5 xx.xx.2017-ci il tarixli ərizə ünvanlayaraq mənzilin 60.000 manata satılması barədə razılığa gəldiklərini bildirmişlər. Beləliklə, sözügedən müqavilə bağlanılarkən cavabdeh tərəfindən müqavilənin bağlanması məqsədi ilə iddiaçının məcbur edilməsi, aldadılması və s. hərəkətlərin edilməsi halları məhkəmə iclasında müəyyən olunmamış və belə hallara dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı olduğundan İddiaçı cavabdehlərə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaları ilə birgə mənzildən çıxarılmaları barədə tələbi əsaslıdır. Azərbaycan Respublikası Konst itusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4175/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4175/2020
05.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver