Məhkəmə qərarları › İş №2(102)-4175/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4175/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4175/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov Ərizəçi kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2188/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Miriyeva) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1294/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, V.N.Sadıqov və F.F.Babayev) Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2188/2020 saylı, 30 s entyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, şikayət ərizəçinin nümayəndəsi və vəkili olaraq Vəkil tərəfindən imzalansa da, iş materiallarına hazırda qüvvədə olan və onun nümayəndə kimi səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinin tələbinə əsasən qeyd olunan hallar mövcud olduqda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul olunmamalı və iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılma sı üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi adından Vəkil tərəfindən imzalanmış kassasiya şikayəti icraata qəbul edilməsin. Mülki iş verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14,1193-cü məhəllə Tel: (994 12) ***-**-** Faks: (994 12) 493-18-84, www.supremecourt.gov.az 25 iyun 2020-ci il №- 2(102)-3222/2020 Şəki Apellyasiya Məhkəməsinin sədri cənab Mübariz Əkbərova Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 -ci maddəsinə əsasən iddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-116/2020 saylı mülki iş üzrə 21 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılır. Qoşma: mülki iş-2(102)-3222/2020 cəmi: 02 cild – İ cild “264” vərəq, İİ cild “50” vərəq, kasasiya şikayətinin surəti 2 nüsxə. Hakim İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar