Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4175/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXnun cavabdehlər "xxxx" ASC-yə, Mingəçevir şəhər İcra və probasiya şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4175/2022 Açar sözlər: ipotekaya xitam verilməsi tələbi Bakı şəhəri, 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-492/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 №li xx.xx.2011-ci il tarixli qətnaməsi ilə XXX ilə "xxxx" İKB ASC-nin arasında xx.xx.2009-cu ildə bağlanılmış kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcunun, 55708 manat faiz borcunun, 4000 manat dəbbə pulunun, cəmi 194148 manat kredit borcunun, ödənilmiş 20 manat dövlət rüsumunun XXXndan alınıb "xxxx" İKB ASCyə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş XXXnun mülkiyyətində olan Mingəeçvir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A nömrəli fərd i yaşayış evinə, Mingəçevir şəhəri Gəncə şosessində olan 0.03 ha torpaq sahəsində yeləşən 7 nömrəli, bir mərtəbəli, qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh XXXnun "xxxx" İKB ASC-yə olan cəmi 194148 manat borcunun ödənilməsi qət edilmişdir.
3. Qətamə qanuni qüvvəyə minmiş, icra olunması üçün Mingəçevir şəhər İcra şöbəsinə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ilə XXXna məxsus Mingəçevir şəhəri Gəncə şösessində yeləşən 7 №li qeyri yaşayış sahəsi 103000 manat, Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A №li fərdi yaşayış evi 122000 manat qiymətləndirilmişdir.
4. Mingəçevir şəhər icra və probasiya şöbəsinin 5631 nömrəli, xx.xx.2011-ci il tarixli məktubu ilə əmlakın açıq hərracda satılması üçün sənədlər "xxxx" MMC-yə göndərilmişdir. 5. "xxxx" MMC tərəfindən keçirilmiş hərraclar baş tutmadığından xx.xx.2012-ci il tarixli təklif məktubları ilə ipoteka predmetlərinin əldə edilməsi "xxxx" İKB ASC-yə təklif edilmişdir. 6. "xxxx" MMC-nin Mingəçevir şəhəri İcra şöbəsinə göndərdiyi 01/3674 nömrəli, xx.xx.2012-ci il tarixli məktubla icra müddəti bitdiyinə görə sənədlər icrasız geri qaytarlmışdır. 7. "xxxx" İKB ASC-nin 29 mart 2013-cü il tarixdə Mingəçevir şəhər icra şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2011-ci il tarixli qətnamə üzrə X7 Hüseyn oğlunun icra işini “İcra haqqında” Qanunun 23.1.-ci maddəsinə əsasən icra edilməmiş geri qaytarılmasını xahiş etmişdir.
8. Mingəçevir şəhər İcra şöbəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 2-14 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icra olunmadan Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərar alınmışdır.
9. Mingəçevir şəhər İcra şöbəsinin 2724 nömrəli, 12 aprel 2013-cü il tarixli məktubu ilə icra vərəqəsi “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icra olunmadan Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmışdır.
10. İddiaçı xx.xx.2012-ci il tarixli iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ipoteka predmetlərinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli hesabatının ləğv edilməsini xahiş etmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-479/2013 nömrəli, 11 mart 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddia ərizəsi təmin edilmiş, cavabdeh XXXna məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 7 nömrəli qeyri-yaşayış binasının 103000 manat, Günəş küçəsində yerləşən 1 A nömrəli fərdi yaşayış evinin 122000 qiymətləndirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli 428, 429 saylı “Əmlakın qiymətlndirilməsinin nəticələri hesabat”ının ləğv edilməsi, ipoteka predmetlərinin yenidən qiymətləndirilməsi, cavabdeh XXXna məxsus Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi üzrə və Mingəçevir şəhəri Gəncə şossesində 0,03 torpaq sahəsində yerləşən 7 nömrəli, bir mərtəbəli qeyri-yaşayış binası üzrə keçirilmiş hərracların etibarsız hesab olunması qət edilmişdir.
12. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli məktubu ilə məhkəmənin 18 aprel 2 011-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi icra olunması üçün Mingəçevir şəhər icra şöbəsinə göndərilmişdir.
13. Mingəçevir şəhər icra şöbəsinin 8543 №-li xx.xx.2013-cü il tarixli məktubu ilə Mingəçevir şəhər məhkəməsinin 2(051)-14 №-li 18 aprel 2011-ci il tarixli icra sənədi üzrə borcluya məxsus Mingəçevir şəhəri Günəş küçəsində 0,12 ha torpaq sahəsində yerləşən ilkin qiyməti 120000 manat olan 1A nömrəli fərdi yaşayış evinin, Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsndə yerləşən ilkin qiyməti 95000 manat olan bir mərtəbəli 7 nömrəli qeyri-yaşayış binasının hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir.
14. Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə, ipoteka qoyulmuş XXXnun mülkiyyətində olan Mingəçevir ş əhəri Gəncə şosessində yerləşən qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin hərracının keçirilməsi ünvan 1 ünvanda, xx.xx.2014cü ildə saat 10:00- 13:00 və 14:00-17:00-a təyin edilmiş və bu barədə tərəflərə bildiriş göndərilmişdir.
15. XXXnun mülkiyyətində olan, ipoteka qoyulmuş Mingəçevir şəhəri Günəş küçəsində yeləşən 1 a saylı fərdi yaşayış evi üzrə açıq hərrac xx.xx.2014-cü il tarixdə saat 10:00 -13:00 və 14:00-17:00-də ünvan 2 ünvanda keçirməsi nəzərdə tutulmuş və tərəflər bu barədə bildiriş göndərilmişdir. 16. "xxxx" İKB ASC Mingəçevir şəhər icra şöbəsinə xx.xx.2014-cü il tarixli vəsatətlə müraciət edərək ipoteka predmetlərinin yenidən qiymətləndirilməsini xahiş etmişdir.
17. Mingəçevir şəhər icra şöbəsi xx.xx.2014-cü il tarxili məktubla qeyd edilən əmlakların yenidən qiymətləndirilməsini "xxxx" MMC-yə həvalə etmiş, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatları ilə X4 məxsus Mingəçevir şəhər Günəş küçəsində yerləşən 1 A nömrrəli fərdi yaşayış evinin qiyməti 90000 manat, Mingəçevir şəhəri Gəncə şosesində yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 80000 manat müəyyən edilmişdir.
18. Borclu Hüseynov X2 şəhər icra şöbəsinə müraciət edərək borunun olmamasını bildirmiş və bu barədə Azərbaycan rtespublikası X1 Kredit Reyestrindən xx.xx.2015-ci il tarixli çıxarış təqdim etmişdir.
19. Bundan sonra Mingəçevir şəhər icra şöbəsi xx.xx.2016-cı ildə "xxxx" İKB ASC-yə müraciət edərək icra sənədi üzrə tələbin təmin edilib-edilməməsi barədə məlumat verilməsini xahiş etmişdir.
20. Mingəçevir ş əhər icra şöbəsi tərəfindən yenidən xx.xx.2020-ci il və xx.xx.2020-ci ildə XXX tərəfindən borcun ödənilib-ödənilməməsi barədə "xxxx" İKB ASC-yə sorğular göndərilmişdir. 21. "xxxx" İKB ASC xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarla Mingəçevir şəhər icra şöbəsinə müraciət edərək XXXnun banka cəmi 5100 manat ödəniş etdiyini və 189048 manat borcunun qaldığını, icra sənədinin qərəzli olaraq icra edilmədiyini bildirmişdir.
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı XXXnun cavabdeh "xxxx" ASC-yə (Nikoyl İKB ASC) qarşı Mingəçevir şəhəri Gəncə şosessində yerləşən qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi təmin edil məmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. 23. "xxxx" İKB ASC xx.xx.2021-ci il tarixli məktubla Mingəçevir şəhər icra şöbəsinə müraciət edərək X7 Hüseyn oğlunun icra sənədi üzrə ödəniş aparmadığını, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra sənədinin bugünədək qərəzli olaraq icra edilmədiyini bildirmiş və məcburi icra tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir.
24. Mingəçevir şəhər icra şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli sorğu göndərilərək, xx.xx.2013-cü ildə verilmiş sifarişlə hərraca çıxarılmış Mingəçevir şəhəri Gəncə şosessində yerləşən qeyri-yaşayış sahəsinin və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin satılıb-satılmaması barədə məlumat verilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat
25. İddiaçı XXX cavabdehlər "xxxx" ASC-yə, Mingəçevir şəhər İcra və probasiya şöbəsinə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 A №li fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair 17.09.09 tarixli KBB YEV 0121-2 saylı ipoteka müqaviləsinə və Mingəçevir şəhəri Gəncə şosessində 0.03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ipotekaya qoyulmasına dair 17.09.09-cu il tarixli KBBM YEV 01212 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi, ipotekaya qoyulmuş sənədlərinin ona qaytrılması barədə qə tnamə çıxarılmasını xahiş etmişdir.
26. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onunla "xxxx" İKB ASC-nin Yevlax filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli KBB № YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu, cəmi 191148 manat borcun, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun ondan alınıb iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, ödənişin 17.09.09-cu il tarixli KBB № YEV 012İ-2 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, Mingəçevir şəhəri, Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 otaqlı, 1 Anömrəli fərdi yaşayış evinə və 17.09.09-cu il tarixli KBBMYEV012İ-2 saylı ipoteka müqaviləs i ilə yüklü edilmiş Mingəçevir şəhəri, Gəncə şosessində olan 0.03 ha torpaq sahəsində yerləşən 7 nömrəli, bir mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına onun "xxxx" İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcunun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Mingəçevir şəhər icra və probasiya şöbəsinin sifarişi ilə hər iki ipoteka predmetləri hərraca çıxarılmışdır. Mingəçevir şəhəri Gəncə şosessində olan qeyri-yaşayış binası "xxxx" MMC Hərrac Mərkəzinin 01/3934 saylı xx.xx.2013-cu il tarixli, 01 nömrəli bildirişi ilə xx.xx.2014-cü il tarixdə açıq həraca çıxarılaraq ilkin satış qiyməti 95000 manat, Mingəçevir şəhəri Günəş küçəsində 0.12 ha torpaq sahəsi ndə yerləşən 1 A nömrəli fərdi yaşayış evi 01/54 saylı, xx.xx.2014-cü il tarixli, 01/2 nömrəli bildirişlə xx.xx.2014-cü ildə açıq hərraca çıxarılmış, ilkin satış qiyməti 120000 manat müəyyən edilmişdir. Hər iki ipoteka predmeti üzrə iki dəfə hərrac keçirilmiş və hərraclar baş tutmadığından ipoteka predmetlərinin alınması banka təklif edilmişdir. "xxxx" İKB ASC ipoteka predmetlərinin alınmasına dair hərrac təşkilatının təklifini qəbul etməmişdir. Həmçinin banka olan borcunu tam ödəmişdir və banka borcu qalmamışdır.
27. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdeh XXXndan cəmi 194148 manat alınıb iddiaçı "xxxx" İKB ASC-yə verilm əsi, tutmanın ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına kredit borcun ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sora cavabdeh kredit borcunu ödəmədiyinə görə ipoteka predmetləri açıq hərraca çıxarılmışdır. Sonra ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə qaydasında mübahisəyə baxılmışdır. Daha sonra ipoteka predmetləri yenə hərraca çıxarılmışdır. Lakin hərracın nəticələri barədə banka məlumat verilməmiş, ipoteka predmetinin alınması barədə banka təklif olunmamışdır. Əgər bank hərracın nəticələri ilə bağlı məlumatlandırılsaydı, ipoteka predmetləri banka təklif olunsaydı, bank da öz mü nasibətini bildirərdi. Bu günə qədər cavabdeh banka olan kredit borcundan cəmi 5100 manat ödəmişdir ki, bu da cavabdehin banka olan 191148 manat kredit borcunun heç cüzi hissəsini də təşkil etmir. Bundan əlavə əgər iddiaçıda ipoteka predmetlərinin 2014-cü ilin yanvar ayında 2 dəfə hərraca çıxarılması, hərracların baş tutmaması barədə rəsmi məlumat vardırsa bu müddətə qədər hansı səbəbə görə iddiaçı qanunvericiliyin tələblərinə əsaslanaraq ipotekaya xitam verilməsi barədə məhkəməyə müraciət etməmiş, 7 ildən çox müddət keçikdən sonra hər hansı bir sübut təqdim etmədən məhkəməyə müraciət etmişdir. İddia müddəti keçmişdir. İddia əsasız olduğuna, iddia müddəti keçdiyinə görə iddianın təmin olunmaması barədə qətnamə çıxrılmasını xahiş etmişdir.
28. Mingəeçvir şəhər icra və probasiya şöbəsinin nü mayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra sənədləri əvvəl başqa icra məmurunun icraatında olmuş, sonra icra işi ona verilmişdir. X7 Hüseyn oğlu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 194148 manat kredit borcundan bu vaxta kimi cəmi 5100 manat ödəmişdir. İcra sənədlərindən görünür ki, qətnamə üzrə icra vərəqəsi xx.xx.2011-ci ildə Mingəeçvir şəhər icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti tərəflərə göndərilmiş, həmçinin, tələbin könüllü qaydada ödənilməsi üçün borcluya bildiriş göndərilmişdir. İpoteka predmetlərinin hərraca çıxarılması üçün xx.xx.2011-ci il tarixdə "xxxx" MMC–yə sifariş verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlaklar hərraclarda satılmamış, hərrac baş tutumadığından müvafiq sənədlər xx.xx.2012-ci ildə "xxxx" MMC tərəfindən şöbəyə qaytarılmışdı. Bankın xx.xx.2013-cü il tarixli 305 nömrəli ərizəsinə əsasən icra sənədi “İcra haqqında” qanunun 23.1.1-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixdə məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2(32)479/2013 nömrəli, xx.xx.20132-cü il tarixli qətnaməsi ilə "xxxx" KB ASC–nin iddiası təmin olunaraq ipoteka predmetlərinin qiymətləndirilməsi barədə xx.xx.2011-ci il tarixli rəylərin ləğv edilməsi, həmin əmlakların yenidən qiymətləndirilməsi, keçirilmiş hərracların etibarsız hesab edilməsi qət edilmiş, bu barədə xx.xx.2013-cü il tarixdə şöbəyə məlumat daxil olmuşdu r. İpoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi üçün xx.xx.2011-ci il tarixli "xxxx" MMC-yə sifariş verilmişdir. xx.xx.2011-ci il tarixli rəylərə əsasən yaşayaış evi 122000 manat, qeyri- yaşayış binası isə 103000 manat qiymətləndirilmişdir. İpoteka predmetlərinin qiymətləndirilməsi barədə xx.xx.2011-ci il tarixli rəylər ləğv edildikdən, keçirilmiş hərracların nəticələri etibarsız hesab edildikdən sonra bankın müraciəti əsasında icra sənədi yenidən icraya yönəldilmişdir. İpoteka predmetlərinin satılması üçün "xxxx" MMC-yə xx.xx.2013-cü ildə yenidən sifariş verilmişdir. xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə hərraclar keçirilmiş, lakin əmlaklar satılmamışdır. Sonra ipoteka predmetlərinin banka təklif olunub-olunmaması barədə icra şöbəsinə məlumat verilməmiş, ya da sənədlə r "xxxx" MMC tərəfindən şöbəyə qaytarılmamışdır. Bank xx.xx.2014-cü il tarixli məktubla müraciət edərək yüklü edilmiş əmlakların yenidən qiymətlədirilməsini xahiş etmişdir. Əmlakların yenidən qiymətləndirilməsi üçün yenidən "xxxx" MMC-yə müraciət olunmuş, xx.xx.2015-ci il tarixli rəylərlə yaşayış evi 90000 manat, qeyri-yaşayış binası isə 80000 qiymətləndirilmişdir. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların satılması üçün xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-yə verilmiş sifarişlərin nəticələri barədə "xxxx" MMCyə sorğu gönərilmiş, lakin hazıradək sorğuya cavab verilməmişdir. Kredit borcu borclu tərəfindən ödənilmədiyinə, ipoteka predmetlərinin hərraclarının nəticəsi barədə bu vaxta kimi icra şöbəsinə hər hansı bir məlumat daxil olmadığına görə hesab etmişdir ki, iddia əsassızdır və təmi n edilməməlidir. 29.. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 14 dekabr 2021-cı il tarixli, 2(051)-1672/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
30. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materialları ilə, eləcə də məhkəməyə təqdim edilmiş icra sənədləri ilə sözügedən ipoteka predmetlərinin təkrar hərracının baş tutumasının elan edilməsi və ya hərracın baş tutmamasına görə sifariş sənədlərinin geri qaytarılması müəyyən olunmadı. İddiaçı da sübut kimi yalnız XXXnun mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şosessində yerləşən qeyri-yaşayış binasının xx.xx.2014-cü il tarixdə hərraca çıxarılmasına dair xx.xx.2013-cü il tarixli 01 nömrəli və 21.012014-cü il tarixdə hərraca çıxarılmasna dair xx.xx.2014-cü il tarixli 01/2 nö mrəli bildirişləri təqdim etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə məktub göndərilərək sözüfgedən ipoteka predmetlərin hərraclarının keçirilməsinə dair sənədlərin məhkəməyə göndərilməsi bildirilmiş, "xxxx" MMC–nin xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, XXXna məxsus əmlak üzrə keçirilmiş hərracların sənədlər toplusu yerləşdikləri ünvanın dəyişikliyi və uzun müddət keçməsi ilə əlaqədar məhkəməyə təqdim edilməsi mümükün olmamışdır.
31. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan, ipoteka qoyulmuş fərdi yaşayış evi və qeyri-yaşayış binası üzrə keçirilmiş təkrar hərracların baş tutmamasının elan olunması sübut olunmadığına görə iddia təmin olunmamalıdır.
32. Məhkəmə öz mövqeyini “İpoteka haqqnda” Azərbaycan Respubli kası Qanunun 43.1, 43.8-ci, Mülki Prossesual Məcəllənin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılımaması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Beləki, iş üzrə təqdim edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-770/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təsviri hissəsində iddiaçı olan "xxxx" ASC-nin nümayəndəsi X3 ifadəsi əsasında qeyd edilmişdi r ki, ipoteka qoyulmuş əmlaklar hərrac yolu ilə satılmamış, bank da bu əmlakları götürməmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamələrdə təstiqini tapmış halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş və öz qənaətini cavabdehin ifadəsi üzərində formalaşdırmışdır. "Yelo Bank” ASC-nin nümayəndəsinin məhkəmə prosesində hərrac mərkəzinin hərracların baş tutmamasına görə əmlakların alınmasına dair təklif məktublarını almamasını bildirməsi də inandırıcı deyildir. Belə ki, cavabdeh "Yelo Bank” ASC ipoteka saxlayan kimi hərracın keçirilməsinə maraqlı olmuş və sifarişçi qisminə Mingəçevir İcra şöbəsinə müraciət etdikdən sonra icra icraatı açılmış, axırıncı isə Hərrac Mərkəzinə müraciət edərək əmlakları satılması üçün hərraca çıxarmışdır. Bundan sonra da Hərrac Mərkəzin əmlakların satı şa çıxarılması ilə bağlı bildirişlərini cavabdeh və icra şöbəsi almışdır. 194000 borcun alınmasında maraqlı olan cavabdehin əmlakdan imtina etməsi anlaşılmazdır. Digər tərəfdən də "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Qevd edilən norma imperativ xarakter və tərəfləri intizamlandırmaq məqsədi daşıyır. Məhz bu səbəbdən qanunverici həmin normada düzünə tərəfə (banka) hərrac baş tutmadığı halda əmlakların alınması haqda təklifin rəsmi qaydada göndərilməsini ifadə etmir. Bu hərəkət hə rracın keçirilmə prosedur qaydalarına aid olduğundan məsuliyyət işdə maraqlı olan bankın üzərinə düşür. İş materiallarından da görünür ki, mübahisəli əmlaklar üzrə hərraclar keçirilmiş, hərraclar baş tutmamış və sonra alınması üçün banka təklif edilmişdir. Fakt olaraq müəyyən edilmişdir ki, həmin əmlaklar bankın balasına keçməmiş və yalnız ipoteka ilə yüklülüyü mövcuddur. İpoteka ilə yüklü edilmiş əmlakların bankın balansında olmaması ipoteka müqavilələrinin xitam edilməsinə hüquqi əsas verir. Birinci instansiya məhkəməsi bu halları nəzərə alsa idi iddia tələbini təmin edərdi. Nəticədə birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, onlara düzgün hüquqi qiymət verməmiş, tətbiq etməli olduğu maddi və prosessual hü quq normalarını tətbiq etməmişdir.
35. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) 2(107)-492/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı XXX və onun vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 14 dekabr 2021-cı il tarixli, 2(051)-1672/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərrac təşkilatının hərrac baş tutmadıqdan sonra ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi barədə təklifə ipoteka saxlayanın hansı münasibət bildirməsi və ya ümumiyyətlə hərəkət sizlik etməsinin müəyyən olunmasına diqqət yetirmiş və müəyyən etmişdir ki, hərrac təşkilatı tərəfindən tələbkar banka hər hansı məlumat və ya təklif göndərilməsi iş materialları ilə sübut olunmur. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə görə hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini ala bilər. Bu normadan göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetini ala bilməsi üçün əsas, hərracın baş tutmamış elan edilməsidir. Həmin normada hərracın baş tutmamasını elan edən subyekt kimi isə icra məmuru deyil, hərracın təşkilatçısı nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, hərrac zamanı əmlakın alınması barədə tələbkara icra məmuru tərəfindən təklif olunması qaydası “İcra haqqında” qanunun 53-cü maddəsində nəzərdə tutulmuşdur. Lakin həmin normada üzərinə həbs qoyu lmuş əmlakın satılması üçün hərracın keçirilməsindən bəhs olunur və ipoteka predmetinin satılması qaydalarına bu norma ilə müəyyən olunan qaydalar tətbiq edilmir. Bundan əlavə işin faktiki hallarından aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilməsi qaydası və halı ilə də tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan xx.xx.2009-cu il tarixdə 136500 manat borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edildiyi xx.xx.2011- cı il tarixədək cüzi ödəniş etmiş, bununla da onun qətnamənin qəbul edildiyi tarixə cəmi 194148 manat məbləğində ödənilməmiş kredit borcu qalmışdır. Göründüyü kimi hazırkı i ş üzrə ipotekaya xitam verilməsi üçün əsas verən qanunda müəyyən olunmuş hallardan heç bir mövcud deyildir.
37. Apellyasiya şikayətində qeyd edilən dəlillərə nəzər yetirərək məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfin qənaətini formalaşdıran halları təsdiq edən sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz.
38. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqnda” Azərbaycan Respublikası Qanunun 42.1, 43.7, 43.8, 48.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı XXX kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Rüspublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etməklə yanlız iki hərracın keçirilməsinin nəzərdə tutulduğunu qeyd edir. Fakt olaraq qalır ki, iki hərrac keçirilmiş, hərrac baş tutmamış, nəzərdə tutulan 30 gündə keçməsinə baxmayaraq banka təklif olunan əmlak bank tərəfindən alınmamışdır. Hərrac Mərkəzinin banka ünvanladığı təklif məktubunun iş materiallarda olmamasının hüquqi əhəmiyyətinə dair də məhkəmələr münasibətini bildirməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi qətnamənin 36-ci bəndində qeyd edir ki, hərrac təşkilatının hərrac baş tutmadiğından sonra ipoteka saxlayana ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi barədə təklifə ipoteka saxlayanın hansı münasibət bildirməsi və ya ümumiyyətlə hərəkətsizlik etməsinin müəyyən olunmasına diqqət yetirilmiş və müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən tələbkar banka hər hansı məlumat və ya təklif göndərməsi iş materialları ilə sübut olunmur. Apellyasiya instansiya məhkə məsinin bu qənaəti mülahizə xarakteri daşıyır və işin materialları ilə uzlaşmır. Apellyasiya şikayətində qeyd edildiyi kimi, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-770/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təsviri hissəsində iddiaçı olan "xxxx" ASC-nin nümayəndəsi X3 ifadəsi əsasında qeyd edilmişdir ki, ipoteka qoyulmuş əmlaklar hərrac yolu iləsatılmamış, bank da bu əmlakları götürməmişdir ifadəsi mövcuddur.
42. Daha sonra Apellyasiya instansiya məhkəməsi qətnamənin 38-ci bəndində qeyd edir ki, “İpoteka haqqında” Qanunun 43.7-cimaddəsinə görə hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini ala bilər. Bu normadan da göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetini ala bilməsi üçün əsas, hərracın baş tutmamış elan edilməsidir. Sonuncu hərracın keçirilməsin dən səkkiz il keçmiş və məhkəmə praktikasından da görünür ki, banklar ipoteka predmetini balansa almaqda maraqlıdır, lakin bu edilməmişdir. Bu öz nöbəsində bankın hərrac təklifindən imtina kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası özü də qətnamənin 34-cü bəndində vurğulayır ki, 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. Bank isə intizamsız davrandığından vaxtında hərrac təklifinə münasibət bildirməmiş və illər keçdikdən sonra mübahisə məhkəmə müstəvisində baxıldığından təklifin almaması mövqeyi nümayiş etdirməkdə maraqlıdır. Bu səbəbdən bank hərrac təklifini məhkəməyə təqdim etmir. Bu arxayınlıq da ondan ibarətdir ki, birinci instansiya məhkəm əsinin Hərrac mərkəzinə banka hərracların baş tutmaması haqda təklifin göndərib göndərilməməsi haqda sorğusuna bildirilmişdir ki, uzunmüddət keçdiyindən Mərkəzdə sənədlər saxlanmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikaısnın Qanunu:
44. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipo teka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
45. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
46. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikaısnın Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında belə nəticəyə gəlmişlər ki, iddiaçı, 2014-cü ildə keçirilən hərracların baş tutmamasını sübuta yetirə bilməmişdir. Belə olan halda, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyinə görə ipotekaya xitam verilməsinə dair “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi tətbiq edilə bilməz.
56. Kollegiya bildirir ki, sübutl arı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-492/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.