Məhkəmə qərarları › İş №2(102)-4175/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4175/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4175/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X1 və Nümayəndə2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X1 və Nümayəndə2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması, mənzilin boşaldılması və sair” tələbə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-6010/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X1 və Nümayəndə2 qarşı iddia ərizəsi və ə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nümayəndə2, Cavabdeh5, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 25.000 manat kompensasiya verilməklə onların Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 0.1215 ha torpaq sahəsində yerləşən 50 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində 83.1 kvm.ümumi,62.1 kv.m yaşayış sahəsindən ibarət 4 o taqlı,5 nömrəli mənzilindən istifadə hüquqlarna xitam verilməsi və onların əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-24/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, X1 və Nümayəndə2 25.000 manat kompensasiya ödənilməklə onların Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 0.1215 ha torpaq sahəsində yerləşən 50 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində 83.1 kvm.ümumi,62.1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 5 nömrəli mənzilindən istifadə hüquqlarna xitam verilməsi və onların əşyaları i lə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir.

3. Cavabdeh Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6010/2023 nömrəli mülki iş üzrə 12.09. 2023cü il tarixli qərardadı ilə (hakimlər Fuad Talışınski (məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir.

5. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-24/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdeh Nümayəndə2 vəkili Vəkil1 “Elektron məh kəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, məhkəmə iclasında iştirak etmiş, qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir (iş səh. 228, 230). Eyni zamanda Mülki Prosessual Məcəllənin Əlavə 2-də göstərilmiş Formasına - qrafaların göstərilən konkret tələblərinə (təyinatına) müvafiq məzmun tamlığına riayət edilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360, 361.1.1, 361.1.2, 361.1.2, 361.1.3, 361.1.4, 361.1.5, 361.1.6, 361.1.7, 361.2, 363.1.1-1, 366.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilm əsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-nin 135.1 və 134.1.5-ci maddələri Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. İşdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi sifarişli poçt göndərişi (məktubu) ilə ona çatdırılmamışdır. Yalnız cavabdeh məhkəmədən qətnaməni tələb etdikdən, yəni ərizə ilə müraciət etdikdən sonra məhkəmə işçisinin gətirdiyi qəbzə imza etməklə xx.xx.2023-cü il tarixdə qətrnaməni almışdır. 03 avqust 2023-cü il tarixdə asan imza almış və xx.xx.2023-cü il tarixdə yəni qətnaməni aldığı vaxtdan bir ay müddətində də apellyasiya şikayəti vermişdir. Bununla da apellyasiya şikayəti vermə müddətini ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi h aqqında qərardadından kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi Bakı Apellyasiya məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qəbul olunmuş xx.xx.2023cü il tarixli qərardadı onun elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsində qəbzə imza etməklə götürmüş və xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi

10. Maddə 361.1. apelyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

11. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə ed ilməlidir.

12. Maddə

364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

13. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri

14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

15. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Belə ki, apellyasiya məhkəməsi şikayəti əlavə 2-də göstərilən formaya uyğun olmaması ilə yana şı qeyd etmişdir ki, hazırkı apellyasiya şikayəti verilərkən prosessual müddət ötürülmüşdür və bu müddətin bərpası məsələsi həll edilməmişdir.

18. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)24/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi cavabdeh Nümayəndə2 vəkili Vəkil1 «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetinə 27 fevral 2023-cü il tarixdə yerləşdirilmişdir. Hazırkı apellyasiya şikayəti isə həmin məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.

19. Kassator qətnamənin surətini etmiş olduğu müraciətdən sonra 28 iyul 2023-cü il tarixdə aldığını və bundan sonra qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayətini verdiyini, müddəti ötürmədiyini göstərmiş olsa da qətnamənin həqiqətən xx.xx.2023-cü il tarixdə e lekton kabinetə yerləşdirilməsi iş materialları ilə müəyyən olunur.

20. Apellyasiya məhkəməsi haqlı olaraq müddətinin axımı məhz qətnamənin elektorn kabinetə yerəşdirilməsi tarixini müddətin axımının başlanması anı kimi qəbul etmişdir. Hazırkı şikayət təqdim edildiyi məqamda ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətin verilməməsi və bu məsələnin həll edilməməsi apellyasiyanın qeyrimümkün sayılması üçün əsasdır.

21. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin müəyyən olunmuş forma və məzmun tələblərinə uyğun gəlməməsinə dair apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır.

22. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi qanunvericiliyə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

23. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6010/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar