Məhkəmə qərarları › İş №2(102)-4176/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4176/2021

26.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4176/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi, məhkəmə sənədinin nümayəndəyə təqdim olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8005/2020 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadından cavabde h "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 2019-cu il tarixli, 68 nömrəli əmrin ləğv edilməsi, onun sahə nəzarətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4382/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8005/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov – sədrlik edən və məruzəçi, A.İsgəndərov və X.Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə kassasiya şikayətini əlavə etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, həmin qətnamə bu günədək onlara göndərilməmişdir. Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Mura dov 15.03.2021-ci il tarixdə müəssisə ilə əlaqə saxlayaraq qətnamənin icrasını tələb etmişdir. Tərəflərindən qətnaməni almadıqları, ondan kassasiya şikayəti verəcəklərini bildirməklə 16.03.2021-ci il tarixdə rəsmi poçt vasitəsi ilə müraciət edərək qətnamənin təqdim edilməsini xahiş etmişlər. Qətnaməni əldə edə bilmədiklərindən yenidən 29.03.2021-ci il tarixdə kuryer vasitəsilə müraciət etmişlər. Onlar kassasiya şikayətini hazırlamaq üçün Vəkil2la 31.03.2021-ci il tarixdə müqavilə bağlamışlar. Belə ki, əvvəlki vəkil işi uduzduğundan onunla müqavilə bağlamamışlar. Yeni vəkil əvvəlki vəkillə əlaqə saxlayaraq qətnaməni whatsappla əldə edərək kassasiya şikayətini hazırlamışdır. Göründüyü kimi, qətnamə rəsmi qaydada onlara təqdim edilmədiyindən kassasiya şikayəti vermək hüquqlarından vaxtında is tifadə edə bilməmişlər. Apellyasiya instansiyası məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Kazımov – sədrlik edən və məruzəçi, A.İsgəndərov və X.Sarıyev) həmin Məhkəmənin 16 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamış və qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi və vəkili iş üzrə qətnamənin surətini 03 dekabr 2020-ci il tarixdə rəsmi qaydada almışdır. 03 fevral 2021-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən 2 ay sonra, yəni 01 aprel 2021-ci il tarixdə kassasiya şika yəti məhkəməyə təqdim edilmişdir. Qətnamənin cavabdehin əvvəlki nümayəndəsi və vəkili tərəfindən 03 dekabr 2020-ci il tarixdə rəsmi qaydada alınması, həm müddətin bərpası barədə ərizənin məzmunu ilə, həm də cavabdehin hazırkı nümayəndəsi və vəkilinin izahatı ilə də təsdiq edilir. Buna görə də, cavabdehin əvvəlki nümayəndəsi və vəkili ilə münasibətlərini pozması və yeni vəkillə müqavilə bağlaması cavabdehin ərizəsinin təmin olunması üçün əsas deyildir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizədə göstərilən dəlillər müddətin üzrlü səbəbdən ötürülməsi və bərpası üçün əsas ola bilməz. Qərardaddan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış müddətin bərpa edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh məhkəmənin qətnaməsini rəsmi qaydada əldə etməmişdir, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 134-cü maddəsinə əməl etməyərək qətnaməni rəsmi qaydada göndərməmişdir, bu səbəbdən kassasiya şikayəti vermək hüququndan vaxtında istifadə edə bilməmişdir. Məhkəmənin qərardadı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Məhkəmə tərəf olan cavabdehə qətnaməni göndərməyə borcludur. Cavabdehin apellyasiya instansiyası məhkəməsində vəkili olmuş şəxsə qətnamənin göndərilməsi və ya göndərilməməsi həmin q ətnamə barədə tərəfin məlumatlı olması demək deyildir. Tərəf qətnamə barədə o vaxt məlumatlı olardı ki, həmin vəkillə yenidən müqavilə bağlayaraq onu yuxarı instansiya məhkəməsində təmsil etməyi tapşırardı. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 4 18.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işd ə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.2). Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (maddə 74.1). İddia ərizəsinin imzalan ması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsini cavabdeh 03.12.2020-ci il tarixdə rəsmi qaydada əldə etsə də (i.v.93) ondan kassasiya şikayətini prosessual müddəti ötürməklə 01.04.2021-ci il tarixdə təqdim etmişdir. Apelly asiya instansiyası məhkəməsi də qanuni və əsaslı olaraq kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən təqdim olunmuş ərizəni təmin etməmiş və həmin qətnamədən verilmiş kassasiya şikayətini geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayətin vaxtında verilməməsini qətnamənin ona rəsmi qaydada göndərilməməsi, onun apellyasiya instansiyası məhkəməsində vəkili olmuş şəxsə göndərilməsi və beləliklə, qətnamə barədə tərəfin özünün məlumatlı olmaması, sonradan həmin vəkillə deyil, başqa vəkillə müqavilə bağlanması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan 28 avqust 2020-ci il tarixdə 6 ay müddət inə verilmiş etibarnamədən görünür ki, cavabdeh "xxxx" QSC-nin direktoru xxxxx tərəfindən Vəkil1 cavabdehin adından məhkəmədə təmsil olunması ilə əlaqədar bir çox səlahiyyətlər, o cümlədən imza etmək, məhkəmə aktlarından şikayət vermək hüquqları verilmişdir. Məhkəmə aktının nümayəndəyə təqdim edildiyi dövrdə həmin etibarnamə qüvvədə olmuşdur. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin cavabdehin nümayəndəsi olmuş Vəkil1 təqdim olunması qətnamənin cavabdehə rəsmi qaydada verilməsinə bərabər tutulmalıdır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8005/2020 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar